Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə24/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

 
96 
deyəndə  ki,  Azərbaycanın  ideya  irsi  öz  yeni 
renessansını  da  məhz  onun  hakimiyyətə  gəlişinin  ilk 
illərində tapdı – 1969-1982, tamamilə doğrudur. 
Məşhur  tənqidçi  və  nəzəriyyəçi  Yaşar  Qarayev 
doğru  yazır  ki,  M.F.Axundovun  əlifba  təlimi, 
M.Ə.Sabirin  vətən,  millət  məfkurəsi,  Ə.B.Hüseynza-
dənin,  H.Cavidin  dildə,  düşüncədə  inteqrasiya 
ideyaları  –  hamısı  hələ  həmin  illərdən  Heydər 
Əliyevin  fəaliyyətində  perspektiv  və  strateji  dövlət 
siyasətinə,  dövlətçilikdə  strateji  proqramın  tərkib 
hissəsinə, elm və fəlsəfədən əməli siyasət müstəvisinə 
keçir
1
.  
H .Əliyevin ədəbiyyata dair görüşləri də heç bir 
çərçivəyə,  sxemə  sığışdırıla  bilməz.  O,  klassik 
ədəbiyyata  da,  müasir  ədəbi  prosesə  də,  sənət  və 
mədəniyyətin  bütün  sahələrinə  də  eyni  ürək,  eyni 
təşnəlik,  eyni  qayğı  ilə  yanaşır.  Onun  birbaşa 
rəhbərliyi  ilə  klassik  irs  -  bütün  sahələrdə  qorunur, 
tədqiq edilir, öyrənilir, yayılır, təbliğ edilir, aşkarlanır. 
Hərtərəfli  biliyə,  zəngin  və  intellektual  erudisiyaya 
malik olan H.Əliyev fenomeni Nizamini də, Nəsimini 
də,  Nərimanı  da  elə  həmin  illərdə  heykəlləşdirdi. 
Əlbəttə,  bunların  siyahısını  artırmaq  da  olar.  Hələ 
C.Cabbarlı, H.Cavid və s... 
Vaxtilə,  1981-ci  ildə  «Literaturnaya  qazeta»nın 
müxbirinin  suallarına  cavab  şəklində  H.Əliyevin  çap 
etdirdiyi  «Qoy  ədalət  zəfər  çalsın...»  adlı  yazısı 
klassiklərə, 
onların 
yaradıcılığına, 
ənənə 
və 
                                                 
1
 Yenə orada, 629. Yaşar Qarayev. XIX-XX yüzilliklər Azərbaycan 
ədəbiyyatı tarixi, Bakı, 2002. 


 
97 
novatorluğa,  nəsillər  arasındakı  rabitəyə,  əlaqə  və 
bağlılığa,  ədəbi  vərəsəliliyə  düzgün  münasibətin  ən 
bariz  ifadəsi  kimi  səslənir.  O  özünün  böyük  əcdadı, 
əsərlərini sevə-sevə oxuduğu, əsərlərinin geniş, dünya 
miqyasında  təbliğinə  diqqəti  bir  anda  zəiflətmədiyi 
dahi Nizaminin humanist ideyalarına arxalanaraq, tez-
tez  ona  istinad  edərək  bu  günün  bir  çox  problemini 
çox  böyük  məharət  və  ustalıqla  aydınlaşdırmağa 
müvəffəq olur. Məqalənin adı da, məzmunu da böyük 
Nizamiyə  məhəbbət  ruhunda  köklənmişdir.  Təsadüfi 
deyildir  ki,  yazı  Nizaminin  misraları  ilə  H.Əliyevin 
dilindən  yekunlaşdırılır:  –  Bəli,  XII  əsrin  böyük 
Azərbaycan şairi Nizami Gəncəvi demişdir: 
 
Təmkinli ol lovğalığı, sərvəti  
At, yanıb tonqalda qoy külə dönsün!  
... əgər istəyirsən ürəyin gülə,  
Qoyma pis niyyətlər fikrinə gələ.  
Nalayiq əməllər görsən harada  
Odlu nəfəsinlə yandır, məhv elə!
1
 
   
 
 
Demək olar ki, yazıçıların bütün qurultaylarında 
çox  səbrlə,  təmkinlə  iştirak  edən  bu  sənət  dostu 
həmişə ədəbiyyatla nəfəs almış: Nizamilər, Xaqanilər, 
Nəsimilər, Füzulilər, Vaqiflər, Sabirlər, Şəhriyarlar və 
s. neçə-neçə başqaları onun sevimli müəllifləri olmuş, 
onların  qədr-qiymətini  bilmişdir.  O  yazmışdır  ki, 
klassik  Azərbaycan  ədəbiyyatı  öz  inkişafında  insana 
böyük məhəbbətlə dolu olan ecazkar, fəlsəfi lirikanın, 
                                                 
1
 Həmin əsər, s. 158. 


 
98 
orta  əsrlərin  ictimai  və  ənənəvi  buxovları  əleyhinə 
çevrilmiş  üsyankar,  azad  fikirli  şeirinin  parlaq 
yollarından keçmişdir.
1
  
Klassik şeirimizin digər böyük nümayəndəsi Fü-
zuli haqqında da H.Əliyevin müdrik, ağıllı mülahzələ-
ri  vardır.  M.Füzulinin  yaradıcılığında  elmin,  fəlsəfə-
nin  bir  çox  sahələri  geniş  təhlil  olunmuş  və  onun 
əsərlərində  öz  əksini  tapmışdır.  Onun  bütün  əsərləri 
şeir,  poeziya,  ədəbiyyat  nümunələri  olmaqla  bərabər, 
eyni  zamanda  böyük  fəlsəfi  ideyalar,  elmi  fikirlər 
daşıyır.  Məhəmməd  Füzuli  öz  yaşadığı  dövrdən 
əvvəlki  dövrü  geniş  təhlil  etmiş  və  həm  Şərqin  ona 
qədər  yaratdıqlarını, həm də  qədim  yunan, rum antik 
ədəbiyyatının, qədim hind ədəbiyyatının nümunələrini 
öz  əsərlərində  cəmləyərək  yaradıcılığında  Şərqin  və 
Qərbin sintezinin nəticəsi olaraq şeirin, elmin, fəlsəfə-
nin ən yüksək zirvələrinə çatmışdır. 
...Məhəmməd  Füzulinin  əsərlərində  insanların 
sevgisi,  məhəbbəti,  eşqi,  insanın  insana  münasibəti, 
sədaqəti, etibarlılıq vəsf, tərənnüm edilmişdir
2
.  
Heydər  Əliyev  böyük  ustad  şairimiz  Şəhriyar 
haqqında  da  yığcam,  lakonik  söz  söyləmişdir:  Şəhri-
yar  poeziyası  dövrün  ictimai-  siyasi,  fəlsəfi  və  ədəbi 
görüşlərinin  əksidir...  O  böyük  sənətkar,  klassik-
romantik  poeziyanın  mütərəqqi  ənənələri  ilə  bədii 
ünsiyyətini  qoruyaraq,  dövrünün  novator  sənətkarı 
kimi  çağdaş  şeirin  inkişafında  müstəsna  rol  oynayan 
yeni ədəbi məktəbin yaranmasına nail olmuşdur.
3
  
                                                 
1
 Həmin əsər, s.79 
2
 Yenə orada, s. 348. 
3
 Yenə orada, s. 462. 


 
99 
Heydər Əliyev söhbətlərinin birində demişdir ki, 
düzünə  qalsa,  ən  böyük  dissident  mən  özüməm. 
Dissidentlikdən  və  dissident  adamlardan,  dissident 
əsərlərdən  söhbət  gedərkən  Anarın  onunla  kiçik  bir 
dialoqunu misal gətirmək istərdik: 
«Anar:  Heydər  müəllim,  bağışlayın,  sözünüzü 
kəsirəm.  Bir  dəfə  Siz  özünüz  dediniz  ki,  o  vaxt  ən 
böyük dissident mən özüm olmuşam. 
Heydər Əliyev: O da doğrudur. Düzdür, mən nə 
şeir  yazıram,  nə  roman  yazıram,  nə  hekayə  yazıram. 
Mən  ömrüm  boyu  siyasətlə  məşğul  olmuşam.  Ancaq 
1969-cu 
ildən  istefaya  getdiyim  zamanadək 
kommunist partiyasında ən böyük dissidentlərdən biri 
mən olmuşam».
1
  
Bu böyük insanın dissidentliyi nəticəsində xeyli 
dissident  yazıçı  və  əsərlər  qorundu.  Bu  böyük 
dissidentin  sayəsində  İsa  Hüseynov,  B.Vahabzadə, 
R.Rza,  X.R.Ulutürk,  S.Əhmədli,  Ə.Əylisli,  M.  və 
R.İbrahimbəyov qardaşları qoruna bildilər. Bu məsələ 
ilə  əlaqədar  olaraq  şair  N.Həsənzadə  yazır: 
«Söhbətimizin birində, hörmətli prezidentimiz üzündə 
işıqlı  bir  təbəssümlə  deyirdi  ki:  Azərbaycanda  ilk 
dissident  mən  olmuşam.  O  doğru  deyirdi.  Cavidi 
Vətənə kim gətirdi?! 
Mənim «Nəriman» poemamın ilk nəşrindən min 
dörd  yüz  misranı  «qlavlit»  dediyimiz  siyasi  nəzarət 
şöbəsinin işçiləri ixtisar etmişdilər. Xəbər tutan kimi, 
ikinci  tam  nəşri  barədə  göstəriş  verdi.  Nəriman 
dedikcə nərimanlaşıb, özüm də dəyişdim bu neçə ildə 
                                                 
1
 Göstərilən əsər. Bakı, 1999, s. 438-439). 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə