Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə28/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

 
113 
XI-XII əsrlər ədəbiyyatının Qətran Təbrizi, Əbü-
lüla Gəncəvi, Məhsəti Gəncəvi, Fələki Şirvani, İzzəd-
din  Şirvani,  Mücirəddin  Beyləqani  və  başqalarının 
yaradıcılığında  gözəl  əxlaqi  baxışlara  rast  gəlinmək-
dədir. Onlar  öz  əsərlərində zəmanədən şikayət, azad-
lıq  arzuları,  işığa  və  səadətə  can  atmaq  meyllərini 
yüksək sənət dili ilə ifadə etmişlər. 
Adı Şərqin ən görkəmli sənətkarları ilə bir sırada 
çəkilən  Xaqani  Şirvaninin  əsərlərinin  tərbiyəvi 
əhəmiyyəti  daha  böyükdür.  Saraydan  uzaqlaşaraq: 
«İstəmirəm  adımı  çağırsınlar  Xaqani,  mən  yoxsullar 
şairi xəlqaniyəm, xəlqani», – deyən bu üsyankar şairin 
əsərlərində  dövrün  bir  çox  tərbiyəvi  məsələləri  öz 
əksini  tapmışdır.  Xaqaninin  hökmdarların  zülmünə 
qarşı yazdığı fikirləri olduqca cəsarətlidir: 
 
Ağlamaqdan fayda yoxdur, sil gözünün yaşını,  
Ey dəmirçi, al çəkici, əz Zöhhakın başını! 
 
Şairin «Töhfətül-İraqeyn» və «Mədain xərabələ-
ri» kimi şah
 
əsərlərində mütərəqqi ideyalar, gözəl poe-
tik fikirlər öz ifadəsini tapmışdır. 
«Kövrək və romantik qəlbə malik olan» (S.Vur-
ğun) şeirimizin iftixarı Nizami Gəncəvinin yaradıcılı-
ğında tərbiyə  məsələləri bütöv və  mükəmməl bir sis-
tem təşkil edir. Onun elə bir əsəri tapılmaz ki, tərbiyə 
məsələsinə  toxunmasın,  mövzudan,  təsvir  obyektin-
dən asılı olmayaraq əxlaqi, etik nəticə çıxarılmasın. 
Məlumdur  ki,  Nizami  bütün  yaradıcılığı  boyu 
ədalətli hökmdar  arzulamışdı. Buna görə də  o, bütün 
əsərlərini  belə  bir  ideal  uğrunda  səfərbər  edərək 


 
114 
dövrün  şahlarına  ibrət  dərsi  vermək,  onları  islah 
etmək  məqsədilə  tərbiyə  məsələlərinə  ayrıca  diqqət 
yetirirdi.  Şair  «Sirlər  xəzinəsi»ndən  başlamış  «İsgən-
dərnamə»yə qədər bütün əsərlərində müasirlərini elm 
və bilik öyrənməyə, vətəni, insanları sevməyə, zülmə 
boyun  əyməməyə,  zəhməti  qiymətləndirməyə,  dost-
luqda  sədaqətli  olmağa,  ədalətsiz  müharibələri  pislə-
məyə, azadlıq ideyaları təbliğ etməyə çağırırdı. 
 
Neçin alçaqlara boyun əyirsən,  
Oyuncaq olursan namərdlərə sən. 
Nə üçün boynuna min yük alırsan,  
Zalımın zülmündən razı qalırsan. 
 
«Sirlər  xəzinəsi»  əsərindəki  məqalətlərin hamısı 
başdan-başa tərbiyəvi-didaktik ruhdadır. 
Şair  «Xosrov  və  Şirin»  poemasında  məhəbbəti 
tərbiyəedici  bir  vasitə  kimi  alaraq  onun  köməyi  ilə 
Xosrovun xarakterindəki bir sıra mənfi xüsusiyyətləri 
islah  etməyə  çalışır.  Əsərin  başlanğıcında  cahil  bir 
şəxs olan, əyyaş, qəddar və qaniçən Xosrov böyük bir 
mənəvi təkmilləşmə prosesi keçərək məhəbbətin təsiri 
ilə  humanist,  son  dərəcə  həssas  qəlbli  bir  adama 
çevrilir. 
Nizami  özünün  son  nəğməsi  «İsgəndərnamə» 
əsərində  dünyanın  bütün  yazıçılarından  çox-çox  qa-
baq axtardığı ideal, utopik cəmiyyəti tapmağa nail ol-
muşdur. Yenə həmin əsərdə Nizami İsgəndərlə Sokra-
tın görüşünü təsvir edərkən ibrətamiz bir səhnə yarat-
mışdır. Saraydan uzaq yaşayan alim Sokrat İsgəndərin 
saraya dəvətinə belə cavab verir: 


 
115 
 
Arpa çörəyinə edib qənaət,  
Buğda çörəyinə etmərəm minnət. 
 
Böyük şair adamların irq və milliyyətindən asılı 
olmayaraq  bütün  xalqların  nümayəndələrini  öz  bədii 
əsərlərinə gətirir, onlardan böyük ilhamla bəhs edirdi. 
«Zənci  ipək  kimi  qara,  parlaqdır,  özü  qara  isə,  ürəyi 
ağdır», – misraları şairin yaradıcılığında beynəlmiləl-
çilik  ideyalarının  əsas  leytmotivi  kimi  səslənməkdə-
dir. 
Nizami  həmişə  istilaçılıq  müharibələrinin  düş-
məni  olmuş  və  bu  fikri  öz  müasirlərinə  aşılamağa 
çalışmışdır.  Məsələn,  «İsgəndərnamə»  poemasında 
Nüşabə  məclisdə  İsgəndəri  süfrəyə  düzülmüş  daş-
qaşlardan yeməyə dəvət edərkən, o belə deyir: 
 
Düzmüsən süfrəmə almaz, yaqut, dürr,  
Daş-qaş yeyilərmi, bu nə deməkdir? 
 
Şahın  istilaçılıq  siyasətini  pisləməkdən  ötrü 
əlverişli məqamın çatdığını görən Nüşabə suala sualla 
cavab verir: 
 
Faydasız, yaramaz böylə daş üçün,  
Bu qədər vuruşmaq, çarpışmaq neçün? 
 
Azad  fikrin,  yeni  ideyaların  xurafat  tərəfindən 
amansızcasına  izlənildiyi  tarixin ən  qanlı dövrlərində 
belə  ədəbiyyat  tərbiyə  vasitəsi  olmaq  vəzifəsindən 
ayrılmamış,  əksinə  az-çox  xalqın  sərbəstliyinə  səbəb 


 
116 
olacaq hərəkata yaxından kömək etmişdir. XIII əsrdən 
sonra  ədəbiyyatımızda  təriqətçilik  xüsusi  yer  tutur. 
Aydındır  ki,  bunların  içərisində  ən  mütərəqqisi  hü-
rufilik  təriqəti  idi.  Hürufi  təriqətinin  fəlsəfi 
konsepsiyası  belə  idi:  ənəlhəqq,  yəni  mənəm  allah. 
Bütün  dünyaya  qarşı  üsyan  edən  böyük  şair  Nəsimi 
bu formulu şeir dili ilə belə ifadə etmişdir: 
 
Bulmuşam həqqi, ənəlhəqq söylərəm,  
Həqq mənəm, həqq məndədir, həqq söylərəm. 
 
Nəsimi xoş xülyalar və yağlı vədlərlə insanların 
başını  tovlayan  və  onların  o  dünyada  xoşbəxt 
olacağını söyləyənlərə qarşı çıxaraq deyir: 
 
Vədəyi qoy, ey könül, gəl bu dəmi xoş görəlim
Dün ki, keçdi danla qayib, bəs bu dəm xoş dəm durur. 
 
Nəsiminin həqiqət uğrunda, məslək uğrunda ölü-
mün  gözünə  mərd  -mərdanə  baxması  ayrı-ayrı  xalq-
larda  müxtəlif  əfsanələrin  yaranmasına  səbəb  olmuş-
dur.  Şairin  şeirləri  ilə  bərabər  şəxsiyyəti  də  tam  bir 
tərbiyə məktəbi olmuşdur. 
Klassik poeziyamızın iftixarı olan böyük Füzuli-
də də tərbiyə məsələləri həmişə ön plana çəkilmişdir. 
Füzuli  insanların  şüuruna  təsir  etməyə,  onları  yaxşı 
işlər görməyə,  müharibələrin  mənasızlığını hökmdar-
lara  anlatmağa  çalışırdı.  Bu  məsələlər  şairin  «Bəngü 
Badə» və başqa əsərlərində öz bədii əksini tapmışdır. 
Onun  qəzəllərində  yeri  gəldikcə  tərbiyə  haqqında 
fikirlərinin ifadəsinə rast gəlirik. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə