Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə30/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

 
121 
İ.Məlikzadə,  A.Məmmədov,  S.Azəri,  M.Süleymanlı, 
Ç.Hüseynov,  nəhayət  son,  üçüncü  nəslin  nümayən-
dələri:  müasir  ədəbi  prosesə  təzə  gələnlər;  onların 
yaradıcılığının əsas və aparıcı xüsusiyyətləri: təzəliyi, 
novatorluğu,  orijinallığı  və  s.  A.Məsud,  S.Səxavət, 
Ə.Əmirli,  Nigar,  Həmid  Herisçi,  Murad  Örənqala, 
V.Sultanlı,  Məmməd  Oruc,  Tamara  Vəliyeva,  Orxan 
Fikrətoğlu,  Elçin  Hüseynbəyli,  Kamil  Əfsəroğlu, 
Sərvinaz  Həsənli,  Sabir  Rüstəmxanlı,  Zaman 
Qarayev, Firuz Mustafa, Ə.Səmədli, Azad Qaradərəli 
və s. 
Bədii  nəsrin  həmin  illərdə  yaranmış  nümunələ-
rinin,  növlər,  janrlar  baxımından  təsnifatı  da  xüsusi 
maraq  doğurur:  onlarca  roman,  povest,  hekayə, 
novella,  esselər,  publisistlik  yazılar  və  bunların 
mövzu,  məzmun  və  problematika  spesifikliyinə  dair 
tarixi  roman,  müasir  mövzulu  roman,  bilavasitə 
müstəqillik  problemlərinin  bədii  təsvirinə  həsr 
olunmuş  roman,  hekayə  və  povestlər,  didaktiki-
nəsihətamiz, xatirə tipli, sənədli, fantastik, detektiv və 
s.  nümunələr.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  ədəbi 
prosesə  yeni  gələn  gənclərin  yaradıcılığında  hələlik 
eksperiment  səciyyəsi  daşıyan  məqamlar,  mətləblər, 
yazı tərzi hökm sürməkdədir. Onların yazılarının çoxu 
mübahisələrə,  polemikaya  səbəb  olur.  Özlərini 
postmodernist  adlandıran  bu  gənclər  postmodernizmi 
dünya miqyasında, dünya ədəbi prosesində ən yeni, ən 
kamil ədəbi cərəyan hesab edirlər. Onların Şərq-Qərb 
kontekstinə  dair  öz  münasibətləri,  öz  baxışları,  «öz 
nəzəriyyələri»  vardır.  Postmodernistlər  belə  hesab 
edirlər  ki,  guya  Şərqdə  bədii  yaradıcılığın  əsasında 


 
122 
yalnız etik-estetik, əxlaqi-mənəvi münasibətlər durur. 
Guya  Şərqin  bədii  təfəkküründə  analitik,  fəlsəfilik, 
dərinlik  bir  növ  çatışmır.  Qərbdə  isə  bunun  əksinə 
olaraq,  bədii  təfəkkürün  və  ya  yaradıcılığın  əsasında 
daha  çox  elmi-nəzəri,  analitik  təfəkkür  dayanır  və 
həyata,  varlığa  daha  çox  fəlsəfi  münasibət  aparıcı 
səciyyə  daşıyır.  Onlar  üçün  konkret  tarixi  şərait, 
konkret  məkan  və  zaman  anlayışları,  konkret  insan 
həyatının  təsviri  bir  o  qədər  də  vacib  deyilmiş:  guya 
bədii  ədəbiyyat  insansız,  xaraktersiz  də  keçinə  bilər. 
Hələ  çoxdan  çağırılmış  bayatılar  kimi,  şüur  axını, 
emosiyalar seli, kortəbii və təhtəlşüur təsvirlər, adsız- 
ünvansız  monoloqlar  əsasdır.  Həmin  bu  postmo-
dernizm  haqqında  özünü  onların  lideri  sayanlardan 
biri  Elçin  Hüseynbəyli  deyir  ki,  «Postmodernizmdə 
bir  nihilizm,  yəni  köhnəni  dağıtmaq  istəyi  varsa  da, 
bu,  prinsipsiz,  sistemsiz  deyil,  yəni  hər  hansı  vulqar 
ifadənin  hekayədə,  yaxud  romanda  işlədilməsi  onun 
postmodern olmasına, nə də erotikliyinə dəlalət edir». 
Deməli,  köhnəni  dağıtmaq  müəyyən  bir  prinsiplə, 
müəyyən bir sistemlə olarsa, ona bəraət qazandırmaq 
mümkündür.  Qəribə  məntiqdir,  deyilmi?  Hələ  bu, 
harasıdır?  Ümumiyyətlə,  onlar,  keçmiş  mədəni  irsin 
üzərindən  çox  asanlıqla  xətt  çəkərək  daha  uzaqlara 
gedirlər. 
Ona görə də  müstəqillik dövrünün bədii nəsrinə 
dair  fikir  və  mülahizələrimizi  bir  daha  bildirmək 
yerinə  düşərdi.  Belə  ki,  indi  müasir  ədəbi  gəncliyin 
bəzi  nümayəndələri  klassikanı  inkar  edirlər.  Onların 
fikrincə,  guya  M.Ə.Sabir  və  C.Məmmədquluzadə 
xalqı təhqir etmişlər. Onlar, hətta böyük Füzulini, aşıq 


 
123 
poeziyasını şarlatan adlandırırlar. Özlərini həqiqi ədə-
biyyat  fədaisi  hesab  edən  bu  cızmaqaraçılar  çağdaş 
ədəbi tənqidə, estetik fikrə qarşı hücuma keçərək 60-
cı  illərdə  yaranan  ədəbiyyat  və  onu  yaradanları 
yalançılıq və riyakarlıq təzahürü hesab edirlər. 
İndi Anar  və  onun  rəhbərlik etdiyi Azərbaycan 
Yazıçılar Birliyi  nadancasına tənqid, hətta təhqir olu-
nur.  Bu  «başabəla»  gənclər,  «tənqidçilər»,  «şaircik-
lər»,  bu  «yaratdım»  deyərək,  heç  də  «inanmayanlar» 
(S.Vurğun) ədəbi mühitin ətrafında hərlənərək heç III 
sort ədəbiyyat belə yarada bilməyənlər, adını «yazar» 
qoyanlar  Anarı,  F.Qocanı,  Ç.Abudllayevi,  habelə 
B.Vahabzadəni,  Qabili,  Elçini,  C.Novruzu,  Ə.Əylis-
lini  və  başqalarını  «ədəbi  çarizmin  nümayəndələri» 
adlandıraraq, bununla da, ifrat nihilizmə, böhtançılığa, 
mənəvi eroziyaya uğrayırlar. Adını çəkdiyimiz yazıçı-
ların hər  biri söyülür,  lağa  qoyulur və  insafsızcasına, 
ədalətsiz olaraq məsxərə və istehza obyektinə çevrilir. 
Məsələn, 
xalq 
şairi 
B.Vahabzadəni 
yaltaq, 
yaratdıqlarını  isə  «sandıq  ədəbiyyatı»  adlandırırlar. 
A.Məsudun 
əsərlərinin 
heç 
birində 
millətin 
olmadığını qeyd edirlər. 
Əlbəttə,  həqiqi  söz  ustadlarımız  həmin  bu 
cızmaqaraçılara  istənilən  zaman  tutarlı  və  kəskin 
cavablar da verirlər. Lakin söz döyüşündə heç də heç 
vaxt  istənilən  nəticə  alınmır;  ədəbiyyatın  taleyi  bir 
yana  atılaraq,  neçənci  dərəcəli  və  bayağı  məsələlərə 
vaxt itirilir. 
Bu, ondan irəli gəlir ki, saysız-hesabsız qəzet və 
jurnallar, habelə «Kapital» tipli, həcmcə böyük, qalın 
şeir  və  nəsr  kitablarında  işıq  üzü  görən  miqdarsız 


 
124 
ədəbiyyat  adına  surraqatlar  nə  peşəkar  tənqid,  nə  də 
söz ustadlarımızın özləri tərəfindən çox nadir hallarda 
təhlildən keçirilir və ya heç nə deyilmir. Ona görə də, 
necə  deyərlər,  «Dərə  xəlvət,  tülkü  bəy»  deyiminə 
güvənən  həmin  «kəndi  gələnlər»  atlarını  səyirtmək 
üçün  əlverişli  meydan  taparaq,  hər  şeyə,  hətta 
müqəddəsə,  aliyə,  ülviyə,  ideala  da  eyni  kalibrdən 
atəş açırlar. 
Elə  də  olur  ki,  yazılan  cavablarda  lazımi  kəs-
kinlik, dəmir məntiq, filoloji və elmi-nəzəri sübut-fakt 
istənilən  səviyyədə  və  miqdarda  yetərli  olmur.  Ona 
görə də bu «ədəbi dəllallar» öz səslərini daha ucadan 
bildirirlər.  Lakin  şair  Fikrət  Sadığın  gözəl  poetik 
miniatürlərindən  birində  belələri  çox  uğurla 
rüsvayçılıq dirəyinə bağlanılmışdır: 
 
Hətta lap qapıçı da,  
Nazir də şeir yazır, 
Mürəttib də, çapçı da. 
Özəl kitablar çıxır,  
Gözəl kitablar çıxır. 
Sarı, sarı, sapsarı,  
Xəzəl kitablar çıxır. 
O yalançı şeirlər  
Şeirə oxşasaydılar 
heç olmasa tük qədər. 
 
Şairin  bu  Sabiranə  misralarını  olduğu  kimi  nəsr 
yazan yazıçılara da şamil etmək olar. 
Əlbəttə, biz heç də qapıçının, nazirin, mürəttibin, 
çapçının,  hətta  rektorun  şeir  və  ya  roman,  povest  və 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə