Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə6/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   2   3   4   5   6   7   8   9   ...   74

 
23 
əbədilik  susdurdu.  O,  ədəbiyyatımıza  dövrün  mütə-
rəqqi ideyalarına könül verərək gəldi və beləcə də get-
di. 
H.K.Sanılı son dərəcə mürəkkəb, ağır və ziddiy-
yətli  yaradıcılıq  yolu  keçmişdir.  Başı  min  bir  əzab-
əziyyət  çəkmiş  şair  ədəbi  yaradıcılığa  çox  gec—qırx 
yaşında başlamışdır. Onun imzasına mətbuat səhifələ-
rində  yalnız 1918-ci ildən sonra təsadüf edirik. Sanılı 
haqqında  ədəbi-tənqidi  fikrə  də  ancaq  bu  zamandan 
rast gəlirik. 
H.K.Sanılı  ədəbiyyata  gəldiyi  vaxtlar  ədəbiyyat 
üç  əsas  dayağa  arxalanırdı:  folklor,  klassik  Azərbay-
can ədəbiyyatı və mütərəqqi dünya ədəbiyyatı ənənə-
ləri. Bu mənbələrdən  qidalanan C.Məmmədquluzadə, 
N. 
B.Vəzirov, 
Ə.Haqverdiyev, 
M.S.Ordubadi, 
S.S.Axundov  və  digər  yazıçılar  kimi  H.K.Sanılı  da 
yeni tipli ədəbiyyatın yaranması və inkişafında müəy-
yən rol oynayırdı. 
H.K.Sanılı  xalqın  həyat  və  mübarizəsindən  ma-
raqlı  mövzular  alaraq,  onları  öz  əsərlərində  günün 
tələbləri səviyyəsindən işıqlandırmağa çalışırdı. 
Həyatın  müxtəlif  sahələrinə  müraciət  edən 
H.K.Sanılının  daha  çox  sevdiyi  və  müvəffəq  olduğu, 
ruhuna, poetik təbiətinə doğma olan bir mövzu vardı. 
Bu, Azərbaycan kəndi idi. Təsadüfi deyildir ki, ədəbi 
ictimaiyyət  onu  kənd  şairi  adlandırırdı.  Tənqidçi  Əli 
Nazim «Ədəbi cığırdaşlarımız haqqında» adlı məqalə-
sində yazırdı:  
«Bizdə kəndli ədəbiyyatı hənuz böyük bir kütlə-
vi  hadisə  olmamışdır.  Onun  yalnız  bir  nümayəndəsi 
vardır  ki,  o  da  Sanılıdır.  O,  dil  və  ruh  etibarilə,  zövq 


 
24 
və  ifadə  etibarilə  və  ən  nəhayət,  ideoloji  etibarilə 
kəndli bir şairdir. Onun əsərləri makinadan, zavoddan 
yaxud  təbiətdən  bəhs  etdiyi  halda  belə  onlarda  bir 
kəndlilik damğası, kənd qoxusu və təbiiliyi vardır. O, 
hər şeyə bir kəndli gözü ilə baxır, onun həyat tərəqqi-
sini verir, onun həyəcan və nəşələrini, kədər və həyə-
canlarını, ruhi yaşayışlarını ifadə edir»
1
.  
Doğrudur, həmin dövrdə Əli Nəzmi, Katib Zey-
nallı, Həmid Babanlı kimi yazıçılar daha çox kənddən 
yazır,  öz  qələmləri  ilə  keçmiş  kəndin  acınacaqlı  gün-
lərini,  müasir  kənddə  baş  verən  yenilikləri  əks  et-di-
rirdilər. Lakin Sanılının yaradıcılığı öz ideya mündəri-
cəsi  və  bədii  dəyəri  cəhətdən  daha  çox  diqqəti  cəlb 
edirdi. 
Şair  kəndlərimizin  xoşbəxt  gələcəyinə  bir  uşaq 
məsumluğu ilə ürəkdən inanır və onu yaxınlaşdırmaq, 
tezləndirmək  istəyirdi.  O  dövrün  bütün  mütərəqqi 
qüvvələrinə  xas  olan  güclü  romantik  pafos  qurmaq, 
yaratmaq,  yenilik  hissləri  Sanılı  üçün  də  doğma  idi. 
Şair coşğun, bəlkə də müəyyən bir çılğınlıq və təşnə-
liklə  arzuladığı,  xəyalən  duyduğu  idealların  əməkçi 
xalqın əlləri ilə həyata keçəcəyinə qəti bir inam bəslə-
yirdi. 
Lakin  vətənini,  el-obasını,  kəndini,  şəhərini  bir 
övlad  məhəbbəti ilə  sevən  Sanılının xoş arzu və  niy-
yətlərini,  nəcib  duyğularını  bəzən  ya  düzgün  anlaya 
bilmir,  ya  da  sadəcə  olaraq  düşmən  mövqedən  qiy-
mətləndirirdilər.  Məsələn,  «Kəndimiz»  kimi  xoş  mə-
                                                 
1
 «Maarif və mədəniyyət» jurnalı, 1928, № 11 - 12, səh. 50 


 
25 
ramla,  səmimiyyətlə  yazılmış  gözəl  bir  şeirdə  mənfi 
sətiraltı mənalar axtaranlar azmı olmuşdur? 
 
Mənim könlüm gündən-günə şad olar,  
Aşıb-daşıb abad olsa kəndimiz.  
Bütün ömrüm ləzzət olar, dad olar,  
Nadanlıqdan azad olsa kəndimiz. 
 
Əlbəttə, xoşbəxtlikdən şairi duyan, onun şeirləri-
nin  sağlam,  nikbin,  səmimi  olduğunu  anlayanlar  da 
yox deyildi. Ə.Nəzmi yazırdı: «İndiyə qədər bizdə şə-
hər kəndə qarşı qoyulurdu. Lakin Sanılı bizdə ilk dəfə 
olaraq kəndin şəhərləşməsi lazım gəldiyini ortaya atdı 
və bunu şeirlərində tərənnüm etməyə başladı».
1
 
H.K.Sanılının  poeziyasında  qadın  azadlığı  möv-
zusu  da  aparıcı  yerlərdən  birini  tutur.  Bu  mövzuda 
olan şeirlərin çoxu 1927—1928-ci illərdə «Şərq qadı-
nı»  jurnalında  dərc  edilmişdir.  «Xoş  gəlir»,  «Evdar 
qadınlara»,  «Qadınlar  günü»,  «Kənd  qızı»,  «Çadra 
əsirləri»,  «Zərbəçi  qızlar»  və  s.  bu  kimi  şeirlərində 
Sanılı  Azərbaycan  qadınının  zəngin  mənəvi  aləmini 
böyük  məhəbbətlə  vəsf  edir.  Bu  şeirlərin  hər  birində 
şair qadına cəmiyyətin bərabərhüquqlu vətəndaşı kimi 
baxır  və  onun  ictimai  siyasi  həyatda  fəal  rolunu  gör-
mək istəyir: 
 
Qadın azad olan yerdə  
Tərəqqi günbəgün artar. 
 
                                                 
1
 «Yeni yol» qəzeti,
 
25 yanvar, 1929 


 
26 
H.K.Sanlının lirikası mövzu və problematika cə-
hətdən əlvan və orijinal olmaqla, forma və poetika ba-
xımından da təzə, ifadəli, emosionaldır. Onun lirikası, 
necə deyərlər, həm ağla, idraka, həm də hisslərə təsir 
edir,  özünün  rəvanlığı, forma  oynaqlığı ilə  oxucunun 
diqqətini  çəkir,  onda  xoş  ovqat  yaradır.  Aşıq  şeiri 
ənənələri  üzərində  köklənən  sadə  və  axıcı  misralar, 
bənzərsiz deyim tərzi şairin rübabına çox yaraşırdı. O, 
duyğularını  bəzək-düzəksiz,  son  dərəcə  təbii,  səmimi 
şəkildə doğma ana dilində ifadə etməkdən zövq alırdı. 
Prof.  B.Çobanzadə  onun  xalq  poeziyasından 
ustalıqla faydalandığını yüksək qiymətləndirərək yaz-
mışdır: «... Sanılının əsərləri indiyə kimi bəhs etdiyi-
miz yeni aşıq ədəbiyyatının zirvəsidir... Sanılını aşıq-
lara  bağlayan  nöqtə  yalnız  onun  mənşəyi  deyildir. 
Onun  yaradıcılığı  aşıq  ədəbiyyatına  mövzu,  surət  və 
üslub ilə bağlıdır».
1
   
Poeziyasının bu əzəli  qaynağını şair özü də  ifti-
xarla qeyd edirdi: 
 
Söylədiyim Azərbaycan dilidir,  
Mən dərdiyim vətənimin gülüdür.  
Bu çaldığım el sazının telidir,  
Gərək səsi ürəkləri oynada. 
 
Şairin «Dağlar», «Meşələr», «El aşıqları», «Axar 
çay» və s. şifahi xalq şeiri ruhunda yazdığı şeirlər də 
orijinal, təzə, bakir təsir bağışlayır. Onların hər birin-
                                                 
1
 «Azərbaycan ədəbiyyatının yeni dövrü», Bakı, 1930, s. 48 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə