Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə7/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   2   3   4   5   6   7   8   9   10   ...   74

 
27 
də  məna  ilə  formanın,  məzmunla  ifadənin  qırılmaz 
vəhdətini görə bilirik. 
Sanılı lirikasında bir ictimai ruh, həyata açıq və 
ayıq baxış hakimdir: 
 
Axşam olca, sən özünü bəzə gəl,  
Gül tək açıl, qönçə kimi təzə gəl,  
Özgə yana getmə, hər vaxt bizə gəl,  
           Üzün açıq, dodağında gülüş, ay. 
 
Sırf  lirik, aşiqanə başlanğıc o biri bəndlərdə də-
rin ictimai məna, düşündürücü məzmun kəsb edir: 
 
Köksündəki qara-qara yanıqlar,  
Söyləyir könlündə dərdü qəmin var. 
Olurmu səninçin heç yeni bahar?  
Edirsənmi öz yarınla görüş, ay? 
 
Şeirin  sonrakı  bəndi  dövrün,  zamanın  yaratdığı 
faciələrə daha sərrast tuşlanmışdır: 
 
Kölgəsində dövri-qəlbin bulanan,  
Üstündə gəzdiyin bu dünya, inan,  
Kimiyə cənnətdir, kimiyə zindan,  
Məzlumun halına sən də yetiş, ay. 
 
Sanılının əsərləri elə bir tarixi şəraitdə meydana 
gəlmişdi ki, ədəbiyyatın növlərində, xüsusilə poeziya-
da dil xəlqilikdən xeyli uzaqlaşmış, şeir ərəb, fars, os-
manlı  söz  və  tərkibləri  ilə  doldurulmuşdu.  Lakin 


 
28 
H.K.Sanılı  yabançı  təsirlərə  qapılmayaraq  fars,  ərəb 
kəlmələri ilə dolu qəliz, ancaq bir qrup ziyalı tərəfin-
dən anlaşılan poeziya dilindən uzaq olmuş, öz əsərlə-
rini  yaradarkən  Azərbaycan  dilinin  təmizliyini,  saflı-
ğını, xəlqiliyini qorumağa çalışmış, xalqın canlı danı-
şıq  dilinə,  onun  zövqünə  əsaslanmış,  təbiiliyə,  rea-
lizmə sadiq qalmışdır. Bu, Sanılının xalq yaradıcılığı-
nın saf çeşməsinə, el ədəbiyyatına bağlılığı ilə əlaqə-
dardır. Onun işlətdiyi söz və ifadələrdə canlı xalq ru-
hu hakimdir. Lakin şair bəzi əsərlərində Qazax dialek-
tinə xas məhəlli, ümumxalq danışıq dilinə daxil olma-
yan  söz  və  ifadələrdən  də  bol-bol  istifadə  etmişdir. 
Bununla belə, H.K.Sanılının bir şair—sənətkar olaraq 
dilimizin  lüğət  tərkibinin  zənginləşdirilməsində,  poe-
ziyamıza  xalqın  asanlıqla  anlayacağı  söz,  ifadə  və 
istilahların  gətirilməsində,  xalq  təfəkkürü  ilə  poetik 
təfəkkürün  yaxınlaşmasında  novator  axtarışları 
təqdirəlayiqdir. 
Qeyd  etmək  lazımdır  ki,  H.K.Sanılı  hər  şeydən 
əvvəl  poema  ustasıdır.  Təsadüfi  deyil  ki,  inqilabdan 
sonra  ilk  Azərbaycan  tarixi  poeması  da  bu  istedadlı 
şairin  adı  ilə  bağlıdır.  Onun  poemalarının  mövzu  və 
problematikası geniş və zəngindir. 
Şairin  ilk  poeması  1924-cü  ildə  çap  etdirdiyi 
«Aran köçü»dür. Bu əsərin mövzusu kəndlilərin aran-
yaylaq  məişəti  ilə  bağlı  həyatından  götürülmüşdür. 
Çoban  həyatının  bütün  incəliklərini,  romantikasını, 
ağrı-acısını,  sevinc  və  nəşələrini  gözəl  duyan,  yalçın 
qayaları,  laləli,  nərgizli  yamyaşıl  dağları,  diş  göynə-
dən bulaqların zümzüməsini məsum körpəliyindən bir 
istək,  bir  dilək,  bəlkə  də  həyati  tələb  kimi  canında, 


 
29 
qanında  yaşadan  şair  bu  həyatdan  demək  olar  ki, 
bənzərsiz lövhələr verir: 
 
Göyün üzü güzgü tək,  
Silinibdir lap qəşəng.  
Bir yandan ay doğubdu,  
Deyirsən süd yağıbdı.  
Dağlar kölgə salıbdı,  
Dərələri alıbdı. 
 
Əsər  «Qoyun  yuyulma»,  «Köç  tədarükü», 
«Şəfəq  qarışanda»,  «Qırxın»,  «Cıdır»,  «Köç  sürülü-
şü» və s. adla verilmiş bədii lövhələrdən ibarətdir. La-
kin ayrı-ayrılıqda müstəqil bədii dəyərə malik olan bu 
kiçik lövhələr vahid bir düzüm xəttində məharətlə bir-
ləşdirilmişdir.  Onu  da  göstərmək  lazımdır  ki,  «Aran 
köçü» o zamankı Azərbaycan  poeziyasında öz  forma 
və yazılış tərzinə görə yeni idi. Lirik bir tonda, oynaq 
bir üslubda yazılan, bir-biri ilə daxili məntiqlə cilala-
nan  poetik  lövhələr  məcmusu,  lirik  təsvirin  poema 
forması  Sanılıdan  sonra  özünə  vətəndaşlıq  hüququ 
qazanmış,  şairlərimiz  bu  formada  bir  çox  əsərlər 
yaratmışlar.  Məsələn,  «Talıstan»,  «Macəra»,  «Xu-
mar»,  «Bəsti»,  «Bakının  dastanı»,  «Muğan»  (S.Vur-
ğun),  «Səhər»,  «Əbədiyyət  nəğməsi»  (M.Müşfiq), 
«Azər» (H.Cavid), «Vətən» (S.Rüstəm) və s. 
Poemada müsbət el adətlərinin, doğruluq, sə-mi-
milik, saflıq hisslərinin tərənnümü, köçərilik həyatının 
bədii təsviri xüsusilə şairanədir, emosional və düşün-
dürücüdür.  Sanılı  bu  əsərində  sanki  bir  müşahidəçi, 
canlı həyat həqiqətlərinin seyrçisi kimi çıxış edir, hər 


 
30 
şeyi  oxucunun  mühakiməsinə  buraxır.  Lakin  şairin 
əks etdirdiyi tablolar həyatın quru, cansız surəti deyil-
dir.  Bunlar  şairin  fantaziyasından  keçirilmiş,  ümumi 
bir mənanın parıltısı ilə nurlanmış, yüksək yaradıcılıq 
rəngləri  ilə  cilalanmış  bədii  lövhələrdir.  Tənqidçi 
Ə.Nazim «El ədəbiyyatında təbiilik» adlı məqaləsində 
yazırdı:  «...Ədəbiyyatımızda  xalqın  saf,  doğru,  mə-
sum,  həssas  və  aşiq  qəlbi  çırpınır.  Xalqın,  avam  ca-
maatın,  bilxassə  kəndlilərin  ruhu  qeyri-təbiilikdən 
uzaqdır. Onların  bütün ruhları  mühitləri kimi təbii və 
safdır.  Məsələn,  Sanılının  «Axşam»,  «Sabah»,  «Bə-
zək» şeirləri («Aran köçü»nün ayrı-ayrı parçalarıdır—
C. A; T. H.) el ədəbiyyatının ən təbii bir ədəbiyyat ol-
duğunu sübut etməzmi?».
1
  
Azərbaycan  xalqının  uzun  əsrlərin  sınağından 
çıxmış  milli  adət  və  ənənələri  «Aran  köçü»ndə  oriji-
nal surətdə ifadə olunur, məhəbbətlə, real bir həqiqət 
kimi,  görümlü  şəkildə  əks  etdirilir.  Poemada  böyüyə 
ehtiram,  kiçiyə  qayğı,  yoxsula  əl  tutmaq,  zəifə  arxa 
durmaq  kimi  xalqın  comərdlik  və  səxavətindən  bəhs 
edən  ibrətli  lövhələr  verilmişdir.  «Qırxın»  fəslində 
təsvir edilən kasıblara el köməyi buna misal ola bilər: 
 
Qoyunsuza damazlıq,  
Yetimlərə corablıq,  
Dullar üçün çuxalıq,  
Kasıblara papaqlıq  
Olanlardan alındı,  
Hamı yola salındı. 
                                                 
1
 Əli Nazim. «El ədəbiyyatında təbirlik», «Yeni yol» qəzeti, 19 iyun, 
1924 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə