Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix19.07.2018
ölçüsü0,98 Mb.
#56629
  1   2   3   4


Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

E-mail: serqqapisi@nakhchivan.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 222 (20.627)

23 noyabr 2012-ci il, cümə 

   Naxçıvan Muxtar Respublikası

Dövlət Meliorasiya və Su Təsər-

rüfatı  Komitəsində  muxtar  res-

publikada meliorasiya təsərrüfatı

təşkilatının  yaradılmasının  80

illiyi münasibətilə tədbir keçiril-

mişdir. Tədbirdən əvvəl komitənin

və  onun  tabeliyində  olan  struk-

turların  əməkdaşları  müstəqil

Azərbaycan dövlətinin qurucusu

və memarı, görkəmli dövlət xadimi

Heydər Əliyevin Naxçıvan şəhə-

rinin  baş  meydanında  əzəmətlə

ucalan abidəsi önünə gül qoymuş,

ulu öndərin xatirəsini ehtiramla

yad etmiş, Heydər Əliyev Muze-

yinə baxmışlar.

    Komitədə davam etdirilən təd-

biri komitənin sədri Əsgər Əsgərov

açaraq  məruzə  ilə  çıxış  etmişdir.

Qeyd olunmuşdur ki, muxtar res-

publikamızda 1932-ci ildə Su Tə-

sərrüfatı  İdarəsi  yaradılmış,  bu

təşkilat regionda əkinçiliyin inki-

şafına  köməyini  əsirgəməmişdir.

Lakin  kontinental  iqlimə  malik

olan muxtar respublikada o zaman

meliorasiya  və  irriqasiya  işləri

tələb  olunan  səviyyədə  deyildi.

Ötən əsrin 70-80-ci illərində mux-

tar  respublikada  meliorasiya  və

irriqasiya işlərinə diqqət artırılmış,

Araz  çayı  üzərində  nasos  stansi-

yalarının  tikintisinə  başlanılmış,

15  kilometr  magistral  kanal  inşa

edilmişdir. Kanal üzərində Tumbul,

Böyükdüz,  Xok,  Əliabad  nasos

stansiyaları tikilmişdir ki, bu kanal

və  nasoslarla  10  min  hektarlarla

torpaq  sahələrinə  suvarma  suyu

verilməsinə başlanılmışdır. Sonrakı

illərdə bu quruculuq tədbirləri da-

vam etdirilmiş, tutumu 12,7 milyon

kubmetr olan Sirab və tutumu 17,4

milyon  kubmetr  olan  Bənəniyar

Su anbarları tikilmişdir. Sirab Su

Anbarının tikilməsi hesabına Babək

rayonunda 2800 hektar, Bənəniyar

Su Anbarının  hesabına  Culfa  ra-

yonunda 4200, Babək rayonunda

isə  600  hektar  torpaq  sahəsinin

suvarma suyuna olan tələbatı xeyli

yaxşılaşdırılmışdır. 

    Bildirilmişdir  ki,  1982-ci  ildən

tikintisinə başlanılan indiki Heydər

Əliyev Su Anbarında 1988-1990-cı

illərdə işlər məlum səbəblərə görə

dayandırılmış,  2002-ci  ilin  avqust

ayında ulu öndərimiz Heydər Əliyev

Su Anbarının tikintisi ilə əlaqədar

mütəxəssislərlə müşavirə keçirmiş,

su anbarının tikintisinin davam et-

dirilməsi və qısa zamanda başa çat-

dırılması  üçün  tapşırıq  vermişdir.

Yaradılan şərait hesabına tikinti tez-

liklə  başa  çatdırılmış,  yüz  milyon

kubmetr tutumu olan su anbarının

hesabına 16 min 830 hektar torpaq

sahəsinə suvarma suyunun verilməsi

təmin  olunmuşdur  ki,  bunun  da  6

min 400 hektarı əkin dövriyyəsinə

yeni qatılan torpaqlar idi. 

    Vurğulanmışdır  ki,  ötən  əsrin

90-cı  illərinin  hadisələrindən  me-

liorasiya və irriqasiya sisteminə də

xeyli  zərər  dəymişdir.  Bu  zərəri

aradan  qaldırmaq,  meliorasiya  tə-

sərrüfatından muxtar respublikada

əkinçiliyin inkişafında səmərəli is-

tifadə etmək üçün Naxçıvan Muxtar

Respublikası Ali Məclisi Sədrinin

fərmanı ilə Naxçıvan Muxtar Res-

publikası Dövlət Meliorasiya və Su

Təsərrüfatı  Komitəsi  yaradılmış,

komitənin maddi-texniki bazası güc-

ləndirilmiş,  həmin  quruma  çoxlu

sayda texnika, maşın və mexanizm-

lər alınıb verilmişdir. Həyata keçiri -

lən tədbirlər hesabına 2005-ci ildə

12 kənddə 5 min 716 hektar sahədə

meliorasiya işləri aparılmışdır. 

    Ötən dövrdə su nasoslarının sayı

və gücü xeyli artırılmışdır. Hazırda

komitədə  47-si  yeni  tikilən,  36-sı

yenidən qurulan nasoslar olmaqla,

101 ədəd işlək nasos vardır. Bunların

vasitəsilə 20 min 550 hektar torpaq

sahəsi suvarılır. Həm suvarma, həm

də içməli su mənbəyi kimi istifadə

olunan 749 ədəd işlək subartezian

quyusu və 328 ədəd kəhriz əhalinin

istifadəsindədir. 

    Komitə  sədri  bildirmişdir  ki,

2007-ci  ildə  texniki  baxış  keçiril-

dikdən sonra Arpaçay Su Anbarında

Ali  Məclis  Sədrinin  tapşırığı  əsa-

sında yenidənqurma işlərinə başla-

nılmış,  anbarın  istismar  müddəti

50  il  də  uzadılmışdır.  İstifadədə

olan  digər  su  nasos  stansiyaları,

sub artezian  quyuları  və  göllərdə

yenidənqurma işləri, Araz çayının

müxtəlif ərazilərində sahilbərkitmə

işləri aparılmışdır.

    Qeyd  olunmuşdur  ki,  muxtar

respublikamızda tarixi sərvətlərimiz

olan kərhizlərin bərpası, onlara tex-

niki xidmətin göstərilməsi üçün ko-

mitənin tərkibində Kəhrizlər İdarəsi

yaradılmışdır.  Bu,  ölkədə  ilk  belə

qurumdur. İdarə tərəfindən muxtar

respublikada mövcud olan 380 kəh-

rizin sxematik plan xəritələri hazır -

lanaraq pasportlaşdırılmış və balansa

götürülmüşdür.  2011-2012-ci  illər

ərzində  47  kəhrizdə  təmir  işləri

aparılmışdır. 

    Vurğulanmışdır ki, komitə həm

də  əhalinin  keyfiyyətli  içməli  su

təminatı üçün Avropa standartlarına

cavab verən layihələr həyata keçirir.

Bu sahədə Naxçıvan şəhərində gö-

rülməsi nəzərdə tutulmuş işlərin 60

faizi yerinə yetirilmiş, 2013-cü ildə

bu iş tamamilə başa çatdırılacaqdır.

Həmin tədbirin icrasına rayonlarda

da başlanılmışdır. 

    Naxçıvan  Muxtar  Respublikası

Dövlət Meliorasiya və Su Təsərrüfatı

Komitəsinin  və  onun  tabeliyində

olan  təşkilatların  hərtərəfli  qayğı

ilə  əhatə  olunduğunu  vurğulayan

komitə  sədri  demişdir  ki,  qurum

üçün  yeni  inzibati  bina,  qarajlar,

anbarlar tikilmiş, xeyli sayda ehtiyat

hissələri,  avadanlıqlar,  nasoslar,

elektrik mühərrikləri tədarük edil-

mişdir. Komitənin əməkdaşları yük-

sək  dövlət  mükafatlarına  layiq

görülmüşlər. 

    Tədbirdə Naxçıvan Muxtar Res-

publikası  Ali  Məclisi  Aparatının

İqtisadiyyat şöbəsinin müdiri Rəfael

Babayev çıxış etmişdir.  

    Qeyd olunmuşdur ki, sosial-iq-

tisadi göstəricilərə görə tarixən aq-

rar-sənaye ölkəsi kimi formalaşan

Azərbaycan Respublikasında, onun

ayrılmaz  tərkib  hissəsi  Naxçıvan

Muxtar  Respublikasında  kənd  tə-

sərrüfatı  iqtisadi  fəaliyyətin  əsas

aparıcı sahələrindən biri olmuşdur.

Ona görə də regionda meliorasiya

və  irriqasiya  sistemi  ən  zəruri  sa-

hələrdən birinə çevrilmişdir. Bu sis-

temin inkişaf mərhələsi ötən əsrin

60-cı  illərinin  sonundan  başlanıl-

mışdır.  1969-1982-ci  illərdə  ulu

öndər Heydər Əliyevin bu sahəyə

göstərdiyi qayğının nəticəsi olaraq

əhalinin  rahatlığına  xidmət  edən

meliorativ tədbirlər geniş vüsət al-

mış, suvarma sistemləri, kollektor-

drenaj şəbəkəsi, nasos stansiyaları

və çoxsaylı su anbarlarının tikintisi

diqqətdə saxlanılmışdır. Həyata ke-

çirilən bu tədbirlər hesabına böyük

həcmdə  torpaq  sahələri  əkin  döv-

riyyəsinə daxil edilmişdir. 

    Bildirilmişdir ki, meliorasiya və

su  təsərrüfatının  növbəti  inkişaf

mərhələsi  də  1993-cü  ildə  xalqın

təkidli  tələbi  ilə  ikinci  dəfə  siyasi

hakimiyyətə gələn ümummilli lideri -

mizin  adı  ilə  bağlıdır.  Görkəmli

dövlət xadiminin müstəqil Azərbay-

cana  rəhbərlik  etdiyi  illərdə  sovet

dövründən yarımçıq qalmış obyekt-

lərin tikintisi davam etdirilmiş, müa-

sir  meliorasiya  və  su  təsərrüfatı

kompleksləri  yaradılmışdır.  Ölkə-

mizdə bu sahənin inkişafına ümum-

milli  lider  tərəfindən  göstərilən

diqqət və qayğı hazırda onun layiqli

davamçısı  Prezident  cənab  İlham

Əliyevin  rəhbərliyi  altında  uğurla

davam etdirilir. Ölkə başçısının bu

sahəyə  qayğısı  sayəsində  bir  sıra

layihələrin  icrası  başa  çatdırılmış,

bir neçə layihənin isə həyata keçiril -

məsinə start verilmişdir.  

    Qeyd  olunmuşdur  ki,  muxtar

respublikada da bu istiqamətdə hə-

yata keçirilən tədbirlər geniş vüsət

almışdır. Son illər görülən işlər xü-

susilə  diqqəti  cəlb  edir.  Belə  ki,

Azərbaycan hökuməti ilə Asiya İn-

kişaf  Bankı  və  Dünya  Bankı  ara-

sında  müqavilə  bağlanmış  və  bu

müqaviləyə əsasən, muxtar respub-

likada  içməli  su  və  kanalizasiya

sistemlərinin yenidən qurulmasına

başlanılmışdır.  Muxtar  respublika

rəhbərinin meliorasiya və su təsər-

rüfatı sahəsinin inkişafına göstərdiyi

diqqət və qayğı bu tədbirin də vax-

tında və keyfiyyətlə icrasına zəmin

yaratmışdır.

    Tədbirdə komitənin Layihə eks-

pertiza şöbəsinin müdiri Vəli Sal-

manov, Su ehtiyatlarından və sudan

pullu istifadə şöbəsinin müdiri Səttar

Nəsirov, komitənin aparıcı məslə-

hətçi-hüquqşünası Sabir Rzayev çı-

xış etmişlər. Yubiley münasibətilə

komitə əməkdaşlarından bir qrupuna

pul mükafatları verilmişdir.



M.MƏMMƏDOV



Meliorasiya və su təsərrüfatı işçiləri 80 illik

yubileylərini qeyd etmişlər

    Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Jinemet” kli-

nikasının rəhbəri, professor-doktor Teksen Çamlıbel muxtar respublikamıza

dəvət olunub.  

    Dünən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində gine-

koloqların  iştirakı  ilə  professor-doktor  Teksen  Çamlıbellə  görüş

keçirilib. Doğum Mərkəzinin baş həkimi Yaşar Həsənov çıxış edərək

bildirib ki, müasir dövrdə bir çox ailələrin əsas problemi sonsuzluqdur.

Lakin  səhiyyənin  inkişafı  bu  problemin  qarşısını  müəyyən  qədər

almağa  kömək  edir.  Bu  inkişafın  bariz  nümunələrindən  olan  süni

mayalanma prosesi indiyədək bir çox ailələrə sevinc bəxş edib.  

    Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Doğum Mər-

kəzində də Süni Mayalanma Mərkəzi var. İndiyə qədər təcrübəli mü-

təxəssis olmadığı üçün Süni Mayalanma Mərkəzi fəaliyyət göstərmirdi.

Dövlətin səhiyyə sahəsinə göstərdiyi qayğının nəticəsidir ki,  Türkiyə

Respublikasının İstanbul şəhərində yerləşən “Jinemet” klinikasının

rəhbəri,  professor-doktor  Teksen  Çamlıbel  muxtar  respublikamıza

dəvət olunub.

    Yaşar  Həsənov  qeyd  edib  ki,  statistik  rəqəmlərə  görə,  hazırda

Naxçıvan  Muxtar  Respublikasında  6  minə  yaxın  insan  sonsuzluqdan

əziyyət çəkir.  Süni Mayalanma Mərkəzinin fəaliyyətə başlaması ilə bir

çox  ailələrə  sevinc  bəxş  olunacaq.  O  da  diqqətə  çatdırılıb  ki,  artıq

mərkəzdə xəstələrin qeydiyyatına başlanılıb.

    “Jinemet”  klinikasının  rəhbəri,  professor-doktor  Teksen  Çamlıbel

rəhbərlik etdiyi klinikanın fəaliyyəti haqqında məlumat verib. Bildirilib

ki, klinika 1990-cı ildən İstanbul şəhərində fəaliyyət göstərir və 6 ayrı-

ayrı ölkədə 9 filialı var. 

    “Jinemet” klinikasının Bakıdakı filialının əməkdaşı Elnurə Mus-

tafayeva bildirib ki, gələcəkdə Naxçıvan Muxtar Respublikası  Doğum

Mərkəzində  çalışan  ginekoloqlarla  da  bu  mövzuda  seminarlar

keçiriləcəkdir.

     Görüş zamanı həkimləri maraqlandıran suallara aydınlıq gətirilib.

    Sonra  Doğum  Mərkəzinin  Süni  Mayalanma  Mərkəzi  ilə  tanışlıq

olub. Qonaqların diqqətinə çatdırılıb ki, mərkəzdə müxtəlif laborator

müayinələrin  aparılması  üçün  ən  son  keyfiyyət  standartlarına  uyğun

gələn avadanlıqlarla təchiz edilmiş laboratoriya var.



Elnur KƏLBİZADƏ

Naxçıvan Muxtar Respublikası Doğum 

Mərkəzində türkiyəli məşhur tibb mütəxəssisi

Teksen Çamlıbellə görüş keçirilib

  Naxçıvan  Muxtar  Respubli-



kası Dövlət Sosial Müdafiə Fon-

dunda Naxçıvan şəhərində fəa-

liyyət  göstərən  sığortaedən  və

sığortaolunanların  iştirakı  ilə

“Sığorta-pensiya sisteminin ma-

hiyyəti və könüllü sosial sığor-

tanın əhəmiyyəti” mövzusunda

tədbir keçirilmişdir.

    Tədbirdə  sığorta-pensiya  siste-

mindəki islahatlardan danışan Nax-

çıvan Muxtar Respublikası Dövlət

Sosial  Müdafiə  Fondu Aparatının

rəhbəri  Rəhman  Məmmədov  bil-

dirmişdir ki, fərdi uçot sistemi ilə

əlaqədar bütün işləyən vətəndaşların

sığortaolunan  kimi  fondda  fərdi

uçot sistemində qeydiyyatı aparıl-

mış, fərdi şəxsi hesab açılaraq onlara

sosial sığorta şəhadətnaməsi veril-

mişdir. Sığortaolunanların ödəmiş

olduqları məcburi dövlət sosial sı-

ğorta haqları onların fərdi şəxsi he-

sablarına işlənilir ki, bu da gələcəkdə

vətəndaşları baş verə biləcək sığorta

hadisələrindən  sığortalamış  olur.

Sığortaolunanın  fərdi  şəxsi  hesa-

bında  olan  pensiya  kapitalı  onun

bilavasitə  pensiyasının  məbləğinə

təsir  göstərir.  Bu  vəsait  nə  qədər

çox olarsa, sığortaolunanın pensi-

yasının məbləği də bir o qədər çox

olacaqdır.

    Məcburi  dövlət  sosial  sığorta

haqlarının mahiyyəti və əhəmiyyəti,

sığortaolunanların  fərdi  uçotunun

təşkili və əhəmiyyəti, əmək pensi-

yaları və sığortaolunanların pensiya

təminatı hüququ ilə bağlı Naxçıvan

Muxtar Respublikası Dövlət Sosial

Müdafiə  Fondu  Aparatının  şöbə

müdirləri Yaşar Məmmədov, Zaur

Qasımlı  və  aparıcı  məsləhətçisi

Həbib Rzayev tədbir iştirakçılarına

geniş  məlumat  vermişlər.  Qeyd

olunmuşdur ki,  işləyən hər bir və-

təndaş fəaliyyət göstərdiyi təşkilatda

əməkhaqqının düzgün rəsmiləşdi-

rilməsinə nail olmalı, bunu işəgö-

türəndən tələb etməlidir. Həmçinin

onun  əməkhaqqının  düzgün  gös-

tərilməsində, sosial sığorta haqla-

rının düzgün hesablanmasında, vax-

tında və tam ödənilməsində maraqlı

olmalıdır. Torpaq mülkiyyətçiləri,

fiziki şəxslər isə şəxsən özləri sosial

sığorta  haqlarının  düzgün  hesab-

lanmasını təmin etməlidirlər.

    Tədbirdə könüllü sığortanın əhə-

miyyəti  barədə  də  yığıncaq  işti-

rakçılarına  məlumat  verilmişdir.

Bildirilmişdir ki, bütün vətəndaşlar

məcburi dövlət sosial sığorta haqları

ilə  yanaşı,  könüllü  qaydada  da

əlavə sığorta haqqı ödəməklə sığorta

oluna bilərlər. Bu da həmin vətən-

daşların gələcəkdə əmək pensiya-

larına  əlavələrin  hesablanmasına

və alacaqları pensiyanın məbləğinin

çox olmasına təsir göstərəcəkdir.

    Sonra  Naxçıvan  Muxtar  Res-

publikası  Dövlət  Sosial  Müdafiə

Fondunun  Naxçıvan  Şəhər  Şöbə-

sinin müdiri Həmzə Muradov Nax-

çıvan şəhərində sığorta-pensiya sis-

temi liə əlaqədar görülən işlərdən

danışmışdır. 

    Tədbirin sonunda fond tərəfin-

dən Naxçıvan şəhərində yeni əmək

fəaliyyətinə başlayan bir qrup və-

təndaşa onların fərdi uçot sistemində

qeydiyyata alındığını və onlar üçün

fərdi şəxsi hesab açıldığını təsdiq

edən sosial sığorta şəhadətnaməsi

verilmişdir.

Naxçıvan Muxtar Respublikası

Dövlət Sosial Müdafiə Fondunun 

mətbuat xidməti

Sığorta-pensiya sisteminin mahiyyəti 

vətəndaşlara izah olunur 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə