«Qanunçuluq».-2012.-№ 8.-S.17-23.
S o v e t A z ə r b a y c a n ı n ı n i lk ə d liy y ə k o m is s a r ı
Ə lih e y d ə r Q a r a y e v i n h ə y a tı v ə f ə a liy y ə ti
R a u f R Z A Y E V ,
Ə dliyyə N azirliyi İnsan hüquqları və
ictim aiyyətlə əlaqələr idarəsinin m əsləh ətçisi,
tarix üzrə fə lsə fə doktoru
1896-cı il iyulun 7-də Şamaxı şəhərinin Şıxminaz məhəlləsində Qarayevlər ailəsində doğulan oğlan uşağının adını
Əliheydər qoydular. Ailənin başçısı Ağakərimi bəzi yaxınları dindar bir adam kimi tanıyırdı, şəhərdə tacir kimi tanınan bu
adamın öz parça dükanı vardı. 1902-ci ildə 6 yaşlı oğlunu mollaxanaya (ruhani məktəbinə) təhsil almağa göndərir. 4 ildən
sonra isə Şamaxıda realnı məktəbi açdıqda, yeniyetmə Əliheydərin adını birincilər sırasında oraya yazırlar. 170 şagirddən
76-sı azərbaycanlı, 71-i erməni, 22-si rus və 1-i yunan idi (1). Məktəbin Azərbaycan dili müəllimi olan Azərbaycan şairi,
nasiri, dramaturqu, publisisti, maarif xadimi Abbas Səhhət Əliheydərin formalaşmasına böyük təsir göstərmişdir.
Xarakterinə görə ünsiyyətli bir insan olan gənc Əliheydər yuxarı siniflərdə təhsil işləri zamanı məktəbin ictimai işlərinə
maraq göstərməyə başlayır və dövri mətbuatı diqqətlə izləyir. Onun ən çox sevdiyi mətbu orqan o vaxtlar ən məşhur olan
"Molla Nəsrəddin" satirik jurnalı idi.
M ütərəqqi ideyaların carçısı olan "M olla Nəsrəddin" zəhm ətkeş xalq və dem okratiya cəbhəsində duraraq,
azadlıq düşm ənlərini - çar m ütləqiyyətini, hakim təbəqələrinin ağalığını, im perializm in m üstəm ləkəçilik siyasətini,
geriliyi, m övhum at, cəhalət v ə xurafatı am ansız satira atəşinə tutm uş, A zərbaycan xalqının m illi oyanışına, əhalinin
gen iş təbəqələri içərisində istiqlal ideyaların yayılm asında mühüm rol oynamışdır.
A zərbaycan p oeziyasında inqilabi satiranın banisi, görkəm li şair M irzə Ələkbər Sabirin (1 8 6 2 -1 9 1 1 ) və
A . Səhhətin təsiri altında Ə liheydər həm in jurnalda ö z m əqalələrini dərc etdirm əyə başlayır.
H əm in mətbu orqanın gən c və yeni fəaliyyətə başlayan jurnalisti kim i o, 1913-cü ildə "M olla Nəsrəddin"
jurnalının T iflisd ə təşkil olunm uş qurultayında nüm ayəndə heyətinin tərkibində iştirak edir (2).
1906-cı ildə Bakıda "Nicat", B akı m üsəlm an m ədəni-m aarif cəm iyyəti fəaliyyətə başlamışdır. C əm iyyətin
əsas m əqsədi azərbaycanlı əhali arasında m illi oyanışa nail olm aq üçün maarifı yaym aq, orta və ali təhsil
m ü əssisələrinin eh tiyacı olan tələbələrinə maddi yardım göstərm ək, həm çinin A zərbaycan dilinin v ə ədəbiyyatının,
m illi teatr sənətinin inkişafına köm ək etm ək idi. 1914-cü ildə "Nicatın" təşəbbüsü ilə Şam axıda xeyriyyə cəm iyyəti
yaradıldı v ə gən c Ə liheydər
həm in cəm iyyətə
daxil oldu.
C əm iyyətin
işində
fəal
iştirakına,
səhnə
tam aşalarının
qoyuluşuna görə qurumun Şam axı şöbəsinin rəhbərliyi tərəfindən ona təşəkkür elan edilir (3).
Şam axı realnı m əktəbində təhsilini 19 yaşında başa çatdıran Ə liheydər B akıya köçür v ə 4 nöm rəli m əktəb
də m üəllim işləm əyə başlayır. Şəhərin həm in illərdəki qızmar vaxtında bir il işlədikdən v ə öz qabiliyyətlərinə inam
qazandıqdan, daha böyük fəaliyyət
göstərm əyə
qadir olduğunu dərk
etdikdən
sonra
gən c
m üəllim 1916-cı
ildə
h əyatı daha dərindən dərk etm ək m əqsədilə N ovoçerk asska (R usiyanın R ostov vilayəti) yollanır, burada D on
P olitexnik İnstitutunun m exanika fakültəsinə daxil olur. İmperiyanın m ü x tə lif guşələrindən gəlm iş bütün gənclər
kim i, o da tədricən şəhərin böyük siyasi həyatına qoşulur, tələbə sosial-dem okrat cəm iyyətinin işində fəal iştirak
etm əyə başlayır (4). Onun natiqlik qabiliyyətini v ə g ələc ək liderlik m eyillərini aşkara çıxaran ətrafındakı yoldaşlar
Ə liheydəri tətil kom itəsinin üzvü seçirlər.
Y ığıncaq
v ə
m itinqlərdəki
davranışı
v ə
çılğın
təbiəti ilə
seçilən gən c
Ə liheydər m övcud quruluşa qarşı öz nifrətini dilə gətirir, elə buna görə də həbs olunur, jandarm idarəsində ona
ed ilən xəbərdarlıqdan sonra tezliklə azadlığa buraxılır (5).
Ə liheydər Qarayev 1917-ci ilin fevral buıjua-dem okratik inqilabını N ovoçerkasskda qarşılayır, m ay ayında
isə təhsildən ayrılaraq A zərbaycana qayıdır v ə bir n eçə gün Bakıda qaldıqdan sonra Şam axıya gəlir. R usiya
inqilabının sədaları eşidilən Şam axıda tələbə bürosu yaradılır və Ə. Qarayev təcrübəli ictim ai xadim kim i həm in
büronun idarə heyətinin üzvü seçilir (
6
).T ələb ə bürosunun fəa lı kim i o, əhali qarşısında m ühazirələrlə çıxış etm əyə
başlayır, m ü x tə lif kütləvi izahat və m ədəni-m aarif iş i aparır. A bbas Səhhətin “A ç ıq sö z ” qəzetində 1917-ci ilin
m ayında dərc olunm uş "M üsəlman tələbələrinin fəaliyyəti" m əqaləsində Ə liheydər Qarayevin Şamaxıdakı
fəaliyyəti xü susi qeyd olunurdu (7). Ə. Qarayevin ictim ai fəaliyyəti zəngin və sürətli keçirdi. Qısa vaxt ərzində o,
digər tələbələrlə birlikdə fəhlə və əsgər deputatları şuralarının form alaşm asında, fəhlə v ə sənətkarların həmkarlar
ittifaqlarının yaradılm asında iştirak edirdi, m ayın
23-də
Ə. Qarayevin
sədrliyi ilə
keçirilən
iclasda isə
Fəhlə
və
Ə sgər Deputatları Şurası təşkil edildi v ə o, Şuranın İcraiyyə K om itəsinin sədri seçildi. 1917-ci il iyunun ortalarında
Şam axı qəzasının kəndliləri Ə. Qarayevi Z aqafqaziya kəndli deputatlarının T iflisd ə keçirilən qurultayına
nüm ayəndə seçdilər, orada Ə. Qarayev V ila y ət M ərkəzi R əyasət H eyətinin tərkibinə daxil edildi (
8
). B ir aydan
sonra isə Petroqraddakı Birinci Üm um rusiya K əndli Soveti İcraiyyə K om itəsinin qurultayına nüm ayəndə seçildi.
1917-ci ilin sentyabrında T iflisə gələn Ə liheydər bütünlüklə siyasi fəaliyyətə qoşulur. H əm in vaxtlarda
T iflisd ə yaradılan "Hümmət" partiyası Azərbaycandakı sosial-dem okrat həmkarından fərqli olaraq, m enşevik
təm ayüllü idi. Ə liheydər Qarayev m enşevik m övqelərində dayanaraq (sonralar o, ö z dünyagörüşünü dəyişərək,
b olşeviklərin sıralarına keçir), onların baxışları ilə razılaşır v ə b elə hesab edirdi ki, inqilabın aparıcı qüvvəsi
burjuaziyadır, kəndlilər isə yalnız mürtəce bir sinifdir. Eyni zam anda o, proletariatın hegem onluğunun əleyhinə də
ç ıx ış edirdi. Ə. Qarayev m əhz həm in ideyalarla İ. M. Ə bilov, S. A . A ğam alıoğlu , A . P epinovla birlikdə həm in
m enşevik təşkilatının rəhbərliyinə daxil olur (9).
T iflisd ək i "Hümmət" partiyası ö z təsirini A zərbaycanın N axçıvan, Y elezavetp ol (G əncə), Tovuz, Qazax,
Şam axı kim i qəzalarına yaym ağa çalışırdı (10). X alq kütlələri ilə əlaqədə dövri m ətbuatın başlıca vasitə olduğunu
y a x şı dərk edən, redaksiyanın işində təcrübəli olan Ə. Qarayev “A l bayraq” qəzetinin nəşrinə başlayır və özü də
qəzetin redaksiya heyətinə daxil olur. "Al bayraq" qəzetinin səhifələrində dərc edilən m əqalələrində Ə. Qarayev
bütün görüş v ə ideyalarını yalnız m enşevik m övqeyindən təqdim edirdi.
1918-ci ilin iyulunda "Al bayraq" qəzetinin nəşri dayandırıldıqdan sonra Ə. Qarayev yen i satirik jurnalının
nəşrinə başlayır v ə 1918-ci il sentyabrın 2 4- də T iflisd ə onun redaktəsi ilə "Tartan-Partan" satirik jurnalı çapdan
çıxır. Onun səhifələrində görkəm li A zərbaycan y a zıçısı Ə. H aqverdiyevin əsərləri çap olunur. Jurnalda həm in
dövrdə Z aqafqaziyada hökm sürən kəskin siyasi mübarizə də ö z əksini tapır.
1918-ci ilin oktyabrında Gürcüstanda Parlament açılır v ə Ə. Qarayev T iflisd ə "Hümmət" təşkilatından
həm in Parlamentin deputatı seçilir (11). Lakin onu daha ç o x A zərbaycandakı v əz iy y ə t həyəcanlandırır, çünki orada
hadisələr daha sürətlə in k işa f edir. Elə bu zam an Ə. Qarayev qəti qərar qəbul edir v ə gürcü dilini bilm ədiyini
bəhanə gətirərək deputat mandatından im tina edir (12). Onun bu hərəkəti T iflisd ək i hüm m ətçilərin narazılığına
səbəb olur, lakin bu, Ə. Qarayevi h eç maraqlandırmır. O, Bakıya qayıdıb inqilabi fəaliyyətini davam etdirmək
arzusu ilə yaşayır.
H əm in illərdə Azərbaycanda y en icə yaradılmaqda olan hökum ət kövrək addımlar atan A zərbaycan X alq
Cüm huriyyətinə m ənsub idi. M üstəqil A zərbaycanın m övcud olduğu m üddətdə parlamentdə ç o x sa y lı siyasi
Partiyaların olm ası v ə onların arasındakı daim i mübarizə hökum ətin vəziyyətin i həddindən artıq mürəkkəbləşdirirdi.
Partiyalararası şəx si çəkişm ələr, daim i v ə uzunm üddətli böhran, intizam lı siyasi qrupların olm am ası, təcrübəsizlik
v ə ən b aşlıcası xarici dövlətlərin respublikanın daxili işlərinə m üdaxiləsi n əticəsində ç o x tə ə ssü f ki, hökum ət öz
idarə aparatını m öhkəm ləndirm əkdə və d övlət işini qaydaya salmaqda çətinlik çəkirdi. Bu kim i mürəkkəb şəraitdə
B akıya gələn Ə. Qarayev m üxalifətçi m övqe tutur.
O,
B akı fəhlə konfransının işində fəal iştirak edir. 1918-ci il dekabrın 18-də B akı fəhlə konfransı (B FK ) öz
iclasında "Həbs olunanların azad edilm əsi haqqında" siyasi tələb irəli sürməklə tətil təşkil olunm ası barədə qərar
qəbul etdi (13). İngilislərin Bakıda tətbiq etdiyi ağır rejim həm in çıxışlara səbəb oldu. B akı konfransının dekabrın
24-dəki iclasında Ə. Q arayev öz yeni dostları ilə birlikdə kollektiv m üqavilənin bərpasından və həbs olunan bütün
fəhlələrin azad edilm əsindən ötrü Britaniya kom andanlığından barışıq k om issiyası yaradılm asını tələb etdi. Tətil
bütövlükdə ç o x sa y lı deyildi, çünki siyasi şüurluluq göstərən azərbaycanlı fəhlələr onu baykot etm işdilər. Lakin
əsasən rus v ə erməni fəhlələrinin işlədikləri iki elektrik stansiyasının işinin üç gün ərzində dayandırılm ası
n əticəsində şəhərin həyat fəaliyyəti iflic vəziyyətin ə düşdü. H ökum ət hum anizm nüm ayiş etdirərək, vəziyyətin
gərgin ləşm əsinə y o l verm əm əkdən ötrü güzəştlərə getm əli oldu - azadlıqdan məhrum olunm uş şəxslər inzibati
qaydada azad edildi. T ətilçilər bunu B akı fəhlələrinin qələb əsi kim i qiym ətləndirdilər v ə Ə. Q arayevin fəhlələr
arasında nüfuzu artdı.
1918-ci il dekabr ayının axırlarında H acı Z eynalabdin T ağıyev fabrikinin 14 fəh ləsi işə çıxm adığına v ə B akı
fəhlə konfransının işində
qeyri-leqal
iştirak etdiyinə görə
işdən
çıxarıldı.
Bu m ünasibətlə yığıncaqda
çıx ış
edən
Ə. Qarayev deyirdi: "Tağıyev fabrikinin fəhlələri fəhlə konfransının işində iştirak etdiklərinə görə fabrikdən
çıxarılıblar. Onların işə bərpası barədə əm ək nazirinin sərəncam ına cavabən fabrikin m üdiriyyəti bildirib ki,
T ağıyev həzrətləri həm in fəhlələri geriyə götürm ək istəm ir, fəhlələri qazamata salırlar. B iz y o l verə bilm ərik ki,
istism arçılar saraylarda otursun, başqaları isə B ayılda (B ayıl h əb sxanası nəzərdə tutulur)" (14). U zunm üddətli
danışıqlardan sonra v ə T ağıyevin ürəyi yum şaqlığından fəhlələr ö z iş yerlərinə bərpa olundular.
B u iki qələbədən sonra Ə. Qarayev bütünlüklə tətil hərəkatının tərəfinə keçdi. O tez-tez fəhlə yığıncaqlarına
gəlir, onların hüsn-rəğbətini qazanırdı. Parlaq natiqlik qabiliyyətləri, rus və A zərbaycan dıllərını b ilm əsi, Bakının
hüdudlarından kənardakı siyasi iş təcrübəsi onun bolşeviklər arasında liderə çevrilm əsinə səbəb oldu v ə ona Bakı
m ərkəzi fəhlə klubunun idarə heyətinə daxil olm asına, sonralar isə həm in klubun sədri seçilm əsin ə imkan verdi
(15). H əm in dövrdə o, R K (b)P B akı K om itəsinin üzvləri - İ. İ. A naşkin, L. İ. M irzoyan, A . İ. M ikoyan və digərləri
ilə dostluq edir. T ə ə ssü f ki, bu onun b olşevizm m övqeyinə keçm əsi sahəsində h əlled ici rol oynadı və o, 1919-cu ilin
fevralında R K (b)P-na daxil olur v ə R K (b)P B akı kom itəsinin üzvü seçilir (16). 1918-ci ilin sonlarında B akı Fəhlə
K onfransının, 1919-cu ildə R əyasət H eyətinin üzvü, sonra isə sədri seçilm işdir. 1 919-1920-ci illərdə bir sıra
b olşevik qəzetlərinin redaktoru olmuşdur. B u nəşrlər vasitəsilə xalqa m övcud hökum əti devirib, yerində Sovet
hakim iyyətini qurmağı təbliğ edirdi. B ir ç o x mətbuat orqanı səhifələrində A zərbaycan X alq Cümhuriyyəti
hakim iyyətini, "Müsavat" partiyasını kəskin tənqid edir.
1918-ci il dekabrın 7-də təntənəli surətdə açılan A zərbaycan parlamentində 11 m ü x tə lif fraksiya v ə qruplar
təm sil olunurdu. "Hümmət" sosial-dem okrat partiyasına ayrılan 5 yerdən biri Ə. Q arayevə verilm işdi. sonralar onun
"Müsavat" (S ovet vaxtı A D R parlamentini b elə adlandırırdılar) Parlamentində iştirakı Ə Qarayevin taleyində faciəli
rol oynadı, çünki onu yaxın "dostları" həm in faktdan Ə liheydər Q arayevin əleyh in ə istifadə etdilər. Sonralar
avantüraçı-bolşevik A . İ. M ikoyan yazırdı: "Ə.Qarayev Parlamentdən çıxm aq barədə m əsələn i dəfələrlə RK(b)P
B ak ı kom itəsi qarşısında qaldırmışdır, lakin biz ham ım ız yekdilliklə bunun əleyhinə çıx ış etm işdik. Siyasi
m übarizədən v ə öz baxışlarım ızın təbliğindən ötrü leqal parlament tribunasından b iz heç im tina edə bilməzdik"
(17). Parlament üzvünün toxunulm azlığından istifadə edərək, Ə. Qarayev ö z evində g iz li partiya yığıncaqları
keçirirdi. 1920-ci ilin martında A zərbaycanın səlah iyyətli orqanları tərəfindən Bakıda ölkə hakim iyyətini zorla ələ
keçirm əklə b ağlı b olşevik qəsdinin üstü açıldı. Q əsdin fəal iştirakçılarından ikisi - H əbib C əbiyev v ə Ə li Bayram ov
Ə. Qarayevin evində gizlən ə bildilər. B u barədə xəbər tutan p olis onun m ənzilinə daxil ola bilm əzdi, çünki
parlamentarizm buna y o l vermirdi. Bundan ötrü m ənzil sahibi olan parlament üzvünün razılığı, yaxud parlamentin
R əyasət H eyətinin icazəsi tələb olunurdu. Y aln ız bir gündən sonra p o lis b elə icazəni ala bildi. Özü də p olisə yalnız
m ənzilə baxm aq hüququ verilirdi, ona Ə. Qarayevin m ənzilində axtarış aparmaq hüququ verilm irdi. H əm in
müddətdə H. C əbiyev v ə Ə. Bayram ov m ənzilin çardağından qaçıb getm ək im kanı tapm ışdılar (18).
1918-ci ilin dekabrından 1920-ci ilin aprelinədək Ə. Qarayev Parlamentin iclaslarında m ü x tə lif m əsələlər
üzrə 80 dəfədən ç o x çıxış etm işdi (19).
1920-ci il aprelin 27-də Rusiyanın X I Q ızıl Ordusunun h issələri m üstəqil A zərbaycan R espublikasının
sərhədlərini keçərək, m illi hökum əti
devirdilər,
ölkədə hakim iyyəti
ələ
keçirdilər.
N . N ərim anov başda
olm aqla
M üvəqqəti İnqilabi K om itə yaradıldı, əm ək və əd liyyə xalq kom issarı v əz ifəsi Ə. Qarayevə tapşırıldı v ə iki gündən
sonra o, həm də B akı İnqilab K om itəsinin sədri təyin olundu (20).
1920-ci il aprelin 29-d a A zərbaycan S ovet R espublikasının Ə dliyyə X alq K om issarlığı yeni kom issar başda
olm aqla bir sıra əmrlər verdi. 1 saylı əmrdə deyilirdi ki, A zərbaycan S ovet R espublikası İnqilabi K om itəsinin
sərəncam ına uyğun olaraq bütün nazirliklər K om issarlıqlara çevrilib və Ə dliyyə K om issarlığı üzrə bütün
qulluqçulara ö z iş yerlərində qalmaq, növbəti xü susi sərəncam a qədər ö z xidm əti vəzifələrin i yerinə yetirm ək tə k lif
olunur. X idm əti v əzifəsin i özbaşına tərk edənlər, fərari və Azərbaycan zəhm ətkeşlərinin düşm əni hesab ediləcək. 2
saylı əmrdə deyilirdi ki, yoldaş Teym ur Ə liy ev Azərbaycan S ovet R espublikasının İnqilabi Tribunalının m üvəqqəti
nüm ayəndəsi təyin olunur (S o v et hakim iyyətinin ilk illərində təşkil edilm iş İnqilabi Tribunal - cəzalandırıcı orqan
idi. Bu tribunal m əhkəm ə haqqında dekretə uyğun olaraq əks-inqilaba, sabotaja və digər təhlükəli cinayətlərə qarşı
mübarizə aparılm ası m əqsədilə yaradılm ışdı (
2 1
).
Ə. Qarayev başda olm aqla Ə dliyyə X alq K om issarlığı qısa müddət ərzində Azərbaycan m əhkəm ə
palatasının, dairə və barışıq m əhkəm ələrinin ləğ v olunm ası barədə dekreti işləyib hazırladı və qəbul etdi. Dekret
göstərilən m əhkəm ə orqanlarının ləğ v olunm ası ilə yanaşı, icraatda olan tam am lanm ış v ə natamam cinayət v ə mülki
işlərin qəbulu qaydalarını m üəyyənləşdirdi.
A zərbaycan S ovet R espublikası Ə dliyyə K om issarlığının 1920-ci il 2 m ay tarixli əmri ilə keçm iş Ə dliyyə
N azirliyinin tabeliyində olan bütün v əz ifəli
şəxslərə m ülki
və
cinayət işlərinin icraatının,
habelə həm in işlər
üzrə
hər n öv qərardadların dayandırılm ası tə k lif olundu (
2 2
).
Ə. Qarayevin fıkrincə, yen i yaradılm ış Ə dliyyə K om issarlığının ən mühüm v əz ifəsi yen i quruluşa m üvafiq
olan m əhkəm ələrin, yaxud xalq m əhkəm ələri adlandırılan (b olşevik R usiyasında olduğu kim i) orqanların
yaradılm asından ibarət A zərbaycan İnqilab K om itəsinin 13 m ay 1920-ci il tarixli dekreti ilə A X C dövründə böyük
çətinliklərlə yaradılm ış m üstəqil m əhkəm ə aparatı ləğ v olundu. Azərbaycan M əhkəm ə Palatası, şəhər və qəzalarda
m övcud olan dairə m əhkəm ələri, prokurorluq v ə m əhkəm ə-istintaq orqanları, habelə vək illik lər bütünlüklə ləğ v
edildi. Ə dliyyə K om issarlığına bütün Azərbaycan ərazisində vahid xalq m əhkəm ələri sistem inin tə cili surətdə təşkil
olunm ası barədə direktiv verildi (23). H əm in dekretlə yanaşı, R espublika Ə dliyyə K om issarlığı "Xalq m əhkəm əsi
haqqında Əsasnamə" qəbul etdi ki, burada yen i xalq m əhkəm ələri orqanlarının yaradılm ası və fəaliyyəti m əsələləri
şərh edilirdi (24).
“X alq m əhkəm əsi haqqında Ə sasnam ə” dekretinin əsas m üddəaları bütün köhnə idarələrin ləğ v edilm əsini
v ə proletar m əhkəm əsi adlandırılan yeni m əhkəm ələrin yaradılm asını m üəyyən edirdi. K ağız üzərində bütün bunlar
so v et m əhkəm əsinin yaradılm ası v ə fəaliyyəti prinsiplərini ç o x təm təraqlı surətdə göstərilirdi: hakimlərin seçilm əsi,
m əhkəm ə prosesində xalq iclasçılarının iştirakı, m əhkəm ə icraatında m illi dil, vahid m əhkəm ə sistem i prinsipi,
aşkarlıq, şifahilik, prosesin q ərəzsizliyi, m üttəhim lərin m üdafiə hüququ. Bütün bu prinsiplər regionun m illi
xü susiyyətlərini nəzərə almadan b olşevik R usiyasının m əhkəm ə haqqında 1, 2 v ə 3 saylı dekretlərindən
götürülmüşdür. Əgər çar və m üvəqqəti hakim iyyət dövrünün Ə dliyyə N azirliyi işçilərinə fəaliyyətlərini davam
etdirm əyə R usiyanın özündə icazə verilirdisə, A zərbaycanda isə onların həmkarlarına yeni Sovet ədliyyə
orqanlarında işləm ək qəti qadağan olunurdu. B eləlik lə, A X C hakim iyyətinin bütün m əhkəm ə aparatı ləğ v edildi,
zəngin iş təcrübəsi olan keçm iş barışıq m əhkəm ələrinin fəaliyyəti dayandırıldı. X alq m əhkəm əsi haqqında dekretə
uyğun olaraq yeni irəli sürülən xalq hakim ləri fəhlə və kəndli deputatları sovetləri tərəfındən seçilm əli, sonradan
X alq K om issarlığı tərəfindən təsdiqlənm əli idilər. X alq K om issarlığı m əcburi qaydada onlar barədə ö z rəyini
bildirm əli idi. Lakin A zərbaycan Sovet hakim iyyətinin ilk illərində Sovetlər v ə onların icraiyyə orqanları hələlik
təşk il olunm adığı üçün xalq hakimləri yerli, inqilab kom itələri tərəfindən təyin edilirdi. H əm in işin uğurla həyata
keçirilm əsindən ötrü Ə. Qarayev başda olm aqla X alq Ə dliyyə K om issarlığı tərəfindən respublikanın bütün şəhər və
qəzalarına m əhkəm ə idarələrinin işinin təşk ili üçün m üvəkkillər göndərilirdi. Qnların əksəriyyətinin nəinki orta
təh sili və y a hüquqi sahədə iş təcrübəsi, hətta həm in sahə barədə h eç təsəvvürü də y o x idi. Yaranm ış vəziyyətd ən
ç ıx ış yolu tapmaq m əqsədilə onları broşuralarla, plakatlarla, dekretlərlə, sərəncam larla v ə yerli işçilərdən ötrü əsas
vəsait olaraq qaydalar və təlim atlarla təch iz edirdilər. Ə gər m üvafıq işin k eyfiyyəti istisna edilərsə, 1920-ci ilin
sentyabrına kim i A zərbaycanın təxm inən bütün ərazisində xalq m əhkəm ələri yaradılm ışdı (25).
B akı İnqilab K om itəsi ləğ v edildikdən sonra onun sədri Ə. Qarayev 1920-ci ilin iyununda B akı Sovetinin
İcraiyyə K om itəsinin sədri seçild i (Sovetlər - so v et dövründə bütün ərazidə tamhüquqlu d övlət hakim iyyəti
orqanları olm aqla, qanunvericilik, icra-sərəncam və nəzarət funksiyalarını yerinə yetirirdilər).
Sovet hakim iyyətinin ilk günlərində respublikada hərbi h issələrin yaradılm ası problem i ən başlıca
m əsələlərd ən biri idi. Ç evrilişin ilk günlərində A zərbaycanın hərbi-dəniz işləri üzrə kom issarı təyin edilən Ç ingiz
İldırım silahlı qüvvələrin etibarlığını təm in edə bilm ədi. Onun həyata keçirdiyi yenidənqurm a işləri köhnə ordunun
hissələrinin bölüşdürülm əsindən, onların adlarının dəyişdirilm əsindən ibarət idi. Ə sas ordu vəzifələrin i R usiyanın
X I Q ızıl ordunun inqilabi şurası yerinə yetirirdi. Ö z m əqsədlərinə nail olmaqdan ötrü gü clü ordunun olm ası
lüzum unu dərk edən A zərbaycan kom m unistləri 1920-ci ilin iyununda Ə. Qarayevi hərbi-dəniz işləri üzrə kom issar
təyin edirlər. Elə ilk gündən etibarən Qarayevin əmri ilə ilk respublika hərbi bölm ələri - L enin adına B eyn əlm iləl
A zərbaycan alayı və "Qızıl Şərq" atıcılıq alayı form alaşdırılm ağa başlayır (26). O, həm in v əzifəd ə 1923-cü ilə kim i
çalışdı. H əm in ildə Ə. Qarayev Azərbaycan K (b)P M K -nin katibi seçild i. B u dövrdə A zərbaycan partiya təşkilatına
S. M. K irov rəhbərlik edirdi.
1926-ci ilin yanvarında S. M. Kirovun Leninqradın (Sankt-Peterburq) rəhbəri v əzifəsin ə keçirilm əsi ilə
əlaqədar olaraq, Ə. Qarayev L. İ. M irzoyan v ə H. B. A ğaverdiyevlə birlikdə A zərbaycan K (b)P M K -nin katibi
seçilir.
ÜİK (b)P Z aqafqaziya D iyar K om itəsinin 1929-cu ilin noyabrında keçirilən plenum unda Ə. Qarayev
K om itənin katibi seçilir. Sonralar 1930-1931-ci illərdə A K (b)P-nın G əncə Dairə K om itəsinin Birinci katibi işləyir.
1 932-1937-ci illərdə ali təhsil almaq üçün M oskvaya göndərilir, təh silin i başa çatdırdıqdan sonra Q iyabi A li Partiya
təh sili m əktəbində və K om internin İcraiyyə K om itəsində işləyir.
1933-cü ildə L. R. Beriyanın yaxın dostu A zərbaycanın cəza dəstələrinin rəhbəri M ir C əfər Bağırov
A zərbaycan K (b)P M K -nin rəhbəri və eyni zam anda, respublika X alq K om issarları Sovetinin sədri təyin olunur.
H əm in dövrdə Ə. Qarayev M oskvada A li Partiya m əktəbində çalışırdı. 1936-cı ildə ö z qardaşı Ə lövsətlə söhbət
zam anı L. P. Beriyanın Zaqafqaziya, M. C. Bağırovun isə Azərbaycanda partiya hakim iyyətinin rəhbərliyə g əlişin i
təhlükəli adlandırmış, onların əl-q ol açacaqlarını v ə respublikada terroru gücləndirəcəklərini bildirərək demişdi:
"Çünki bu avantüraçılar İ. V . Stalinin h ədsiz etim adını qazanıblar". Ə. Qarayev qardaşına danışm ışdı ki, o,
A zərbaycan X alq Cümhuriyyəti Parlamentinin deputatı olduğu vaxtlarda L. P. Beriyanın m üsavat kəşfiyyatında
işləm əsi barədə m əlum atı vardı. Ə. Qarayev 1926-cı ildə A zərbaycan K (b)P M K -nin katibi təyin olunduqda, həm in
faktı təsdiq ləyən sənədləri axtarıb tapmağa bir n eçə dəfə cəhd göstərm işdi, lakin onun bütün cəhdləri uğursuzluqla
başa çatm ışdı, çünki L. P. B eriyanı ifşa edən bütün materiallar ço x ciddi surətdə ləğ v edilm işdi. Sonralar 1953-cü
ildə L. P. B eriya ö z m əhkəm əsində etiraf etmişdi: "...dem əliyəm ki, m ənim ən ağır cinayətlərim dən biri... m ənim
m üsavat əks kəşfiyyatında iştirakımdır. Bu günahım ı m ən tam am ilə boynum a alıram" (27). Öz növbəsində
Ə. Qarayevin niyyətindən xəbərdar olan rəqibləri onu hər v əch lə ö z yollarından kənarlaşdırmağa çalışm ışlar.
1935-ci ildə L. R. Beriyanın birinci katibi olduğu ÜİK (b)P Zaqafqaziya D iyar K om itəsinin orqanı "Политработник
Закавказья" jurnalında dərc olunm uş "ÜİK(b)P tarixinin saxtalaşdırılm alarına qarşı" m əqaləsində Ə. Qarayevin
192 6 -cı ildə çapdan çıxm ış "Yaxın keçm işim izdən kitabı kəskin tənqid edilm işdi. M əqalənin m üəllifləri
Ə. Qarayevi Azərbaycanda inqilabi hərəkatın tarixinin saxtalaşdırılm asına yo l verm əkdə, ö z m en şevik k eçm işin i
gizlətm əkdə təqsirləndirm işlər. 1935-ci il m ayın 5-də M. C. Bağırovun sədrliyi ilə A zərbaycan K (b)P M K -nin Büro
iclasında Ə. Q arayevin kitabının xü susi k om issiya tərəfındən nəzərdən k eçirilm əsi və bu barədə rəy verilm əsi
haqqında qərar qəbul olunur. Şübhəsiz ki, k om issiya “x o ze y in ”'in (A zərbaycanın rəhbəri M. C. B ağırovu xalq
arasında "xozeyin" (k işi, ağa) adlandırırdılar) istədiyini etm əli idi və artıq m ayın 25-də A K (b )P M K -nin bürosu
"sifarişli" k om issiyanın işinin nəticələrini nəzərdən keçirir, həm in qərarda yoldaş Q arayevin kitabındakı kobud
siyasi səhvlər və saxtalaşdırmalar qeyd edilir və bildirilirdi ki, həm in kitabda Azərbaycan v ə Zaqafqaziya
b olşeviklərinin tarixinin saxtalaşdırılm asına cəhd göstərilir. B o lşev ik partiyasının rolu, onun rəhbəri, Zaqafqaziyada
b olşevizm in banisi yoldaş Stalinin rolu yoldaş Qarayevin kitabında tam am ilə ö z əksini tapmayıb. A xırda kitabın
"antileninçi v ə antipartiya" əsəri kim i dövriyyədən çıxarılm ası tə k lif olunurdu. Bir n eçə ay keçir, lakin Ə. Qarayevi
tələy ə sala bilmirlər. M ükəm m əl b olşevik m əktəbi k eçm iş təcrübəli Ə. Qarayev bütün iftiraları, böhtanları qəti
surətdə rədd edir.
Lakin B ağırov öz işini başa çatdırm asaydı B ağırov olm azdı. Q 1936-cı ilin noyabrında ÜİK (b)P M K -nin
katibi N . İ. Ejovun adına rəsmi məktub göndərir. M əktubda Ə. Q arayevin m enşevik keçm işindən söz açılır və
Ə. Qarayevin partiya m əsuliyyətin ə cəlb ed ilm əsi barədə partiyanın M oskva K om itəsinə göstəriş verilm əsi
xahiş olunurdu. Eyni zamanda, "Bakinskiy raboçiy" qəzetində "Susmaqla heç n əyə nail olunmayacaq" m əqaləsi
dərc edildi (28).
H əm in m əqalədə Ə. Qarayev ən alçaq təhqirlərə məruz qalır və b olşevik partiyasının əleyh in ə mübarizə
aparmaqda təqsirləndirilir və sonda m ü ə llif b elə bir sual verir ki, “öz əks-inqilabi k eçm işin i gizləd ən bu ikiüzlü
adam Lenin-Stalin partiyasının sıralarında qala bilərm i?!” Bütün bu təzyiqlərə baxmayaraq, ÜİK (b)P M K yanında
Partiya N əzarəti K om itəsi Ə. Qarayevə qarşı sürülən ittihamları nəzərdən keçirərək qərar qəbul edir: "Hesab ed ilsin
ki, yoldaş Qarayevin ö z k eçm işin i gizlətm ə v ə cəhd göstərm əsində günahlandırmaq üçün h eç bir əsas yoxdur, çünki
o, ö z tərcüm eyi-halında "Hümmət" m enşevik (T iflis) təşkilatının üzvü olm asını göstərmişdir".
Ç ıxılm az v əziyyətə düşən və ona qarşı hücum ların çək ilm əyəcəyin i dərk edən Ə. Qarayev ö z m övqelərini
m öhkəm ləndirm əkdən ötrü İ. V . Stalinə məktub yazır: "Əziz İ o s if V issarionoviç! Sizin yardım ınıza müraciət
etm əyə məcburam və Sizin tərəfinizdən d əstəklənəcəyim ə inanıram. T əxm inən 2 ildir ki, B akı mətbuatının
səhifələrində m ənə qarşı fa siləsiz hücum lar davam etdirilir v ə partiya üzvündən ötrü həqarətli olan ittihamlar irəli
sürülür: əks-inqilabçı, ikiüzlü, m illətçi, xalqın alçaq düşm əni, m üsavatçı. 18 ildir partiyanın sıralarındayam. Bunun
8
ilin i M ikoyan, O rconikidze və K irov yoldaşların bilavasitə rəhbərliyi altında işləm işəm . B u müddət ərzində
partiyanın əsas xəttindən h eç vaxt yayınm am ışam , indi də yayınmıram. İşləm işəm , bacardığım kim i, var qüvvəm lə
mübarizə aparmışam. H eç vaxt m üsavatçı, m illətçi olm am ışam . A zərbaycandakı işim barədə Sizə y axşı məlumdur.
Ə sa ssız böhtan b olşevik üçün ən böyük cəzadır. Sizdən artıq dərəcədə xahiş edirəm m əni ağır əsa ssız hücumlardan
m üdafiə edəsiniz".
Cavab gəlm ədi, lakin 1937-ci il iyunun 1-də A zərbaycan S SR X alq D axili İşlər K om issarlığının ayrıca
tələb i ilə Ə. Qarayev və onun həyat yold aşı - həkim X . Q arayeva-Şabanova M oskvada "xalq düşmənləri" kim i həbs
edilərək Bakıya göndərildilər.
H əm in vaxta qədər A zərbaycan S S R X alq D axili İşlər K om issarlığında başlıca m əqsəd S ovet hakim iyyətini
silahlı üsyan yolu ilə devirərək yen i Azərbaycan dövləti yaradılm ası m əqsədini güdən m illi burjua təşkilatı
haqqında bir sıra cinayət işləri form alaşdırılm ışdı. A zərbaycan K om m unust Partiyası M K -nin katibi Ruhulla
A xundov, respublika M ərkəzi İcraiyyə K om itəsinin sədri C. M. Ə fəndiyev, A zərbaycan S SR X alq K om issarları
Sovetinin sədri H. Rəhm anov, daha sonra Ə. Qarayev və Azərbaycanın digər rəhbər işçiləri həm in təşkilatın
iştirakçıları elan olundular. Onlara qarşı ittihamlar irəli sürüldü: xarici k əşfiyyat orqanlarının xeyrinə casusluq,
ziyankarlıq, təxribatlar, L. Beriyaya, M. B ağırova v ə Y . D. Sum batov-Topuridzeyə qarşı terror aktlarının
hazırlanması. Bütün bu ittihamlar saxta şahidliklərin alınm ası m əqsədilə ağır işgən cələrə məruz qalan məhbuslardan
alınm ış şəhadətlərlə əsaslandırılırdı.
İstintaq M. Bağırovun yaxın dostu respublika xalq
d axıli işlər kom issarı Y u velin
D avıd oviç
Sum batov-Topuridzenin bilavasitə rəhbərliyi altında aparılırdı. Ə. Qarayevə qarşı 1918-1919-cu illərdə H üm m ət
m enşevik təşkilatının üzvü və A X C Parlamentində onun nüm ayəndəsi olm ası barədə ittiham irəli sürülürdü.
1924-cü ildə Xanbudaqovun əks-inqilabi m illətçi qrupunun fəaliyyətində iştirak edib, sonralar ikiüzlülük edərək
S ovet hakim iyyətinə qarşı mübarizə aparıb. 1929-cu ildə A zərbaycanda əks-inqilabi m illətçi təşkilatın tərkibinə
d axıl olub, 1933-cü ildə isə həm in təşkilatın rəhbərlərindən biri olub. M oskvada işləd iy i m üddətdə əks-inqilabi
m illətçi təşkilatın m ərkəzinin üzvü v ə M osk va qrupunun rəhbəri, partiya və hökum ət rəhbərlərinə qarşı terror
aktlarının, silahlı üsyan hazırlanm asının təşəbbüsçüsü olub. Y orucu istintaqlar başlandı. 1937-ci il dekabrın 4-də
Ə. Qarayev səhər istintaqında özünü günahkar hesab etm ədi və Parlamentdə iştirak etm əkdən başqa yerdə qalan
ittihamların ham ısını rədd etdi, Parlamentin işində partiya təşkilatının tapşırığı ilə iştirak etdiyini v ə fəhlə sinfinin
m ənafeyini m üdafiə etdiyini söylədi. A xşam dindirm əsində isə cəza orqanlarının etirafı əldə etm ək üçün peşəkar
m etodların tətbiqi yolu ilə Ə. Qarayev m üstəntiq Q vozdevin təqdim etdiyi protokolu im zalam ağa m əcbur oldu.
H əm in protokola görə Ə. Qarayev özünü bütün m addələr üzrə təqsirkar hesab etdi və əks-inqilabi fəaliyyət
iştirakçılarının adlarını söylədi. Ertəsi gün, dekabrın 5-də o, bütün ifadələrindən im tina etdi, lakın axşam istintaqı
zam anı yen ə də özünü təqsirli b ild iyin i etiraf etdi. Bu, onun sonuncu istintaqı idi. Öz m əhkəm ə iclasında
Ə. Qarayev ço x yorğun görünürdü, ona qarşı sürülən bütün ittihamları
rədd etdi v ə bəyan etdi ki, bundan əvvəl
verdiyi bütün ifadələrdən, istintaqın gedişində söylədiklərindən im tina edir, çünki bütün bunlar işgən cə v ə yorucu
həbsxana şəraitinin təsiri altında verilib, şahidlərin ifadələri isə başdan ayağa böhtandır.
M əhkəm ə qərar çıxarmaq üçün m əşvərətə yollandı. 1938-ci il aprelin 21-də SSRİ A li M əhkəm əsinin Hərbi
K o lleg iy a sı ö z qərarı ilə Ə liheydər A ğakərim oğlu Qarayevi ən yüksək cəzaya - gü llələnm əyə məhkum etdi. H ökm
yerinə yetirildi.
SSRİ A li M əhkəm əsinin Hərbi K o lleg iy a sı 1955-ci il dekabrın 7-də SSRİ B aş prokuroru tərəfindən
aparılm ış işin v ə əlavə təhqiqatın m ateriallarını nəzərdən keçirərək, Ə. Qarayevə qarşı irəli sürülən ittiham ı ləğ v
etdi və cinayət tərkibi olm adığına görə işin icraatını dayandırdı. O, ölüm ündən sonra reabilitasiya edildi.
Ə D Ə B İY Y A T :
I
. 1909-cu il üçün B akı quberniyasının icm alı. Bakı, 1910, səh. 33.
2
. A R SPİH D A , f. 1, siy. 122, iş 282, v. 2.
3. "Kaspi" qəzeti, № 100, 7 m ay 1915-ci il.
4. A zərbaycan X alq Cüm huriyyətinin E nsiklopediyası. B akı, 2 0 0 5 , s. 13.
5. A R SPİH D A , f. 1, siy. 122, iş 282, v.
6
.
6
. "Kaspi" qəzeti, 137, 22 iyun 1917-ci il
7. "Açıq söz" qəzeti, № 484, 30 m ay 1917-ci il
8
. A zərbaycan X alq Cüm huriyyətinin E nsiklopediyası. B akı, 2 0 0 5 , s. 135.
9. A . B alayev, A zərbaycan M illi hərəkatı 1917-1918-ci illərdə. B akı, 1998, səh. 84-85.
1 0
. A zərbaycan K om m unist Partiyası tarixinin oçerkləri, cild I, B akı, 1985-ci il, səh. 289.
I I
. "Qruziya" qəzeti, № 28, 5 oktyabr 1918-ci il.
1 2
. "Gələcək" qəzeti, № 19, 13 noyabr 1918-ci il.
13. "Znamya truda" qəzeti, 1918-ci il, 26 dekabr.
14. “A zərbaycan” qəzeti, № 22, 31 yanvar 1919-cu il.
15. "İskra" qəzeti, №
8
, 14 yanvar 1919-cu il.
16. A zərbaycanda sovet hakim iyyəti yolunda fəal mübarizlər. Bakı, 1958, s. 69.
17. A . İ. M ikoyan. "Mübarizə yolunda". M ., 1971, səh. 413.
18. Ə. Qarayev. Y axın keçm işdən. Bakı, 1926, s. 117.
19. C. B. Q uliyev.
A zərbaycanda
Lenin
m illi
siyasətinin
həyata
keçirilm əsi
sahəsində
K om m unistPartiyasm m mübarizəsi. B akı, 1970, s. 95.
2 0
. C. B. Q uliyev. A zərbaycanda ikinci respublikanın təşkil ed ilm əsi tarixinə dair. B akı, 1997, s. 9.
2 1
. A R D A , f. 100, siy. 1, iş 104, v. 18.
2 2
. A R D A , f. 169, siy. 1, iş 22, v. 1.
23. "İzvestiya" qəzeti, № 3, 13 m ay 1920-ci il.
24. A R D A , f. 169, siy. 1, iş 29, v. 9-13.
25. A R D A , f. 169, siy. 1, iş 2 8 0 , v. 23.
26. "Azərbaycan S S R Fəhlə-K əndli hökum ətinin fərmanlar toplusu", Bakı, 1920, № 2, səh. 179.
27. M ir C əfər Bağırovun m əhkəm əsi, Bakı, 1993, səh. 21.
28. "Bakinskiy raboçiy" qəzeti, 4 yanvar 1937-ci il
Dostları ilə paylaş: |