Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə8/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   4   5   6   7   8   9   10   11   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

22 


 

Mixail Bulqakov 

 

“Uçan holland” 

 

  



Xəstənin gündəliyi 

  

5 iyul. Öskürürəm. Durmadan öskürürəm. Bütün gecəni. Yatmaq əvəzinə, öskürəkdən 



boğuluram. 

  

7 iyul. Həkimin qəbuluna yazıldım. 



  

10 iyul. Çəkiclə taqqıldadıb ―Hm!‖ dedi. Bu ―Hm!‖ nə deməkdir ki? 

  

11 iyul. Məni rentgendən keçirtdilər. Çox qəşəngdir. Qapqarayam, ancaq qabırğalarım 



ağdır. 

  

20 iyul. Təbrik edirəm sizi, əziz yoldaşlar, vərəm imişəm. Əlvida, işıqlı dünya! 



  

30 iyul. Məni müalicə almaq üçün ―Sağlam ruh‖ sanatoriyasına göndərdilər. 2000 

verstlik yol xərci və döşəkli yatağı olan orta klasa havayı bilet verdilər. 

  

1 avqust. ...taxtabiti də əskik deyil. Qatar gedir, mənzərələr gözəldir. Taxtabitilər tarakan 



boydadır. 

  

3 avqust. Sibirə gəlib çıxmışam. Çox qəşəngdir. Atlar məni bir az kənara aparmışdılar – 



293 verst. Kumıs. 

  

6 avqust. Bu da Kumıs! Deyirlər ki, yanlışlıq olub. Siz vərəm deyilsiniz. Yenə rentgen 



elədilər. Öz böyrəyimi gördüm. Dəhşətli dərəcədə iyrəncdir. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

23 


  

8 avqust. Ona görə də bu dəfə Rostovda oturub yazıram. Çox gözəl şəhərdir. 

Kislovodskdakı ―Günəşin bəxşişi‖ sanatoriyasına yollanıram. 

  

12 avqust. Kislovodsk. Yenə də yalan. Böyrəyin məsələyə heç bir dəxlisi yoxdur. 



Soruşurlar ki, məni hansı lənətə gəlmiş oraya göndərib? 

  

15 avqust. Paroxoddan yazıram. Guya ki, irsi sifilisim varmış (gizli formada), indi də 



yolum Krımadır. Silkələnmədən ürəyim bulanır. Başına daş düşsün belə müalicənin! 

  

22 avqust. Yalta – möhtəşəm şəhər! Bircə bu təbabət olmasaydı! Sirli elm. Burada məndə 



qurd tapdılar, bir də gizlin formalı appendisit. Bu dəfə Tambov quberniyasının Lipetsk 

şəhərinə gedirəm. Əlvida, Qara dənizin ucsuz-bucaqsız suları! 

  

25 avqust. Lipetskdə hamının ağzı təəccübdən açıla qalıb. Həkim çox xoş görünüşlüdür. 



Qurda aid bunu dedi: 

  

- Özləridir qurd! 



  

Məni qolumdan tutub pəncərəyə sarı çəkdi, gözlərimin içinə baxaraq elan etdi: 

  

- Sizin ürək qüsurunuz var. 



  

Mən tamam çürümüş olduğum fikrinə o qədər alışmışdım ki, heç təəccüblənmədim də. 

Elə birbaşa soruşdum: indi hara? 

  

Demə, Borjoma. 



  

Xoş gördük, Qafqaz! 

  

1 sentyabr. Borjomda heç əşyalarımı çamadandan çıxarmağa da imkan vermədilər. 



Dedilər, biz revmatikləri müalicə etmirik. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

24 


  

İndi də revmatik çıxdım! Bu dünyada yaşamağıma az qalıb, çox az qalıb! Yenə də Sibirə 

gedirəm... 

  

10 sentyabr. ...Gözəl dəniz, müqəddəs Baykal! Mənzərələri möhtəşəm, ancaq soyuğu 



dözülməz. Buranın həkimi dedi ki, qarın yağmasına bu qədər az vaxt qalmış ikən o 

kurortdan bu kurorta, bu kurortdan o kurorta gedib-gəlmək axmaqlıqdır. Deyir sizə ən 

yaxşısı isti yerlərə gedib qızınmaq lazımdır. Təklif edir məni Krıma göndərsin... Orada 

artıq olmuşam. Mersi. Bəs harasında olmusunuz deyə soruşur. Cavab verirəm ki, Yaltada. 

Deyir mənsə sizi Alupkaya yollayıram. Nə olar, deyirsiniz – Alupka, olsun Alupka. 

Mənim üçün artıq fərqi yoxdur, istəyirsiz lap cəhənnəmin dibinə göndərin. Özümə kürk 

alıb düşdüm yola. 

  

25 sentyabr. Alupkada hər yer bağlıdır. Deyirlər ki, gedin evinizə. Nə olub sizə, bütün 



Respublika boyunca nəzarətsiz qalmış uşaq kimi gəzişirsiniz? Hər şeyə tüpürüb getdim 

evə. 


  

1 oktyabr. Budur, evdəyəm. Mən ora-bura gedib-gələn vaxtsa arvadım mənə xəyanət 

edib. Yenə həkimə getdim. Deyir ki, siz lap top kimisiniz. Soruşuram, bəs onda necə olur 

ki, məni neçə vaxtdır top kimi o yan-bu yana atırlar? Cavab verir ki, sadəcə, səhv ediblər! 

Kimin səhvi olmur ki?! Sabahdan çıxıram işə. 

  

Xəstə № 555. Mixail. 



 

1925 


 

 

 



Tərcümə edəni: Svetlana Turan 

 

 



 

 

 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

25 


 

Oskar Uayld 

 

“Bülbül və Qızılgül” 

  

- O söylədi ki, əgər ona al qızılgül gətirsəm mənimlə rəqs edəcək, ancaq mənim bütün 



bağımda tək bir al qızılgül belə yoxdu - gənc tələbə ağlayaraq deyirdi. 

  

Həmişə yaşıl ağacdakı yuvasından bunu eşidən bülbül yarpaqların arasından boylanıb 



maraqlandı. 

  

Ağlayaraq ‖Baxçamda heç al qızılgül yoxdur‖ deyirdi, onun gözləri yaşla dolu idi. 



  

- Ah, bu xoşbəxtlik necə də balaca şeylərə bağlıdı! Bütün ağıllı insanların yazdıqları 

kitabları oxudum. Fəlsəfənin bütün gizliliklərini öyrəndim, amma al bir gülün olmaması 

bütün həyatımı məhv edir. 

  

- Və budur həqiqi aşiqi tapdım-dedi bülbül. - Heç tanımadan neçə gecələr onun üçün 



oxudum. Gecələr boyu onun dastanını danışdım ulduzlara. İndi onun özünü görürəm. 

Saçları sünbül çiçəyi kimi tünd, dodaqları ürəyini titrədən gül kimi al, amma sevda üzünü 

fil dişi kimi soldurmuş, kədər alnına damğa vurmuşdur. 

  

- Şahzadə sabah axşam yığıncaq təşkil edəcək-deyən tələbə deyinirdi. - O mənim 



partnyorum olacaq. Əgər bir al qızılgül aparsam mənimlə sübhədək rəqs edəcək. Əgər tək 

bir al qızılgül apara bilsəm onu qollarımın arasına alacam, o başını çiynimə qoyacaq , 

əlləri də ovcumun içində qalacaq. Ancaq mənim bağçamda heç al qızılgül yoxdu. Deməli 

mən bir köşədə tənha oturacam və o mənim yanımdan ötüb keçəcək. Mənə heç 

baxmayacaq, qəlbim qırılacaq. 

  

- Həqiqi aşiq budur-dedi bülbül. - Mənim oxuduqlarımın ağrısını o çəkir, mənə həvəs, 



ona yas olur. Əlbəttə, eşq möhtəşəm bir şeydir. Zümrüdlərdən, yaqutlardan daha dəyərli 

mirvari ilə, nar ilə dəyişdirilməz, bazarda satılmaz. Nə satıcılardan alına bilər nə də ki, 

qızıl tərəzisində ölçülə bilər. 

  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə