Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə16/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   12   13   14   15   16   17   18   19   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

46 


başqalarının yerinə əzab çəkməklə... Axı sən Həbibullaya işgəncə vermək istəyirdin, 

mənsə başqalarının əzablarına dözə bilmirəm, --  qoy mənim ruhum bu qorxulardan xilas 

olsun. İndi mən nə sizdən, nə də başqalarından bir damcı da qorxmuram. 

 

Bu yerdə Xan-Canqar gözlərini ora-bura gəzdirib, sonra papağını düzəldib, yaxınlarına 



dedi: 

 

- Yaxın gəlin, sizə bir şey deyəcəm. 



 

Tatarlar Xan Canqarın başına yığışdı. O pıçıltı ilə dedi: 

 

- Mənə elə gəlir ki, Pankanı cəzalandırmaq olmaz, bilmək olmaz, o bəlkə də mələkdir... 



 

- Hə, - tatarların hamısı bir ağızdan dilləndi, --  ona xətər toxundurmaq olmaz: bu qədər 

vaxta biz onu başa düşməmişik, indi bizə çatır: o, müqəddəsdir. 

 

1891 



 

Tərcümə etdi: Günel Mövlud 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

47 


 

Çarlz Bukovski 

 

Mənə eşqini gətir 

 

 



Harri pilləkəndən enib bağçaya girdi. Xəstələrin çoxu bağçada idi. Arvadı Qloriyanın da 

bağçada olduğunu demişdilər. Arvadını gördü, masaların birində tək-tənha oturmuşdu. 

Astaca arxadan ona yaxınlaşdı. Masanın ətrafını fırlanıb üzbəüz oturdu. Qloria dimdik 

oturmuşdu. Çox solğun idi. Harriyə baxdı, amma onu görmədi. Sonra gördü. 

-Konduktor sənsənmi? deyə soruşdu. 

 

-Nəyin konduktoru? 



 

-Mümkün olanın konduktoru. 

 

-Xeyr, deyiləm. 



 

Üzü solğun, gözləri solğun idi, solğun mavi. 

 

-Necə hiss edirsən özünü, Qloriya? 



 

Oturduqları ağ rənglə  boyanmış bir əsrlik dəmir masa idi. Masanın ortasına kiçik dibçək 

qoyulmuşdu. Hüznlü, əyiri budaqlarından sallanan cansız çiçəklər. 

 

-Sən bir qəhbə xəstəsisən Harri. Qəhbə s...irsən. 



 

-Bu düzgün deyil Qloriya. 

 

-Ağızlarına da alırlarmı? Əmirlərmi? 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

48 


 

-Ananı da gətirəcəkdim Qloriya, amma qripdən yatır. 

 

-O yaşlı yarasanın həmişə narahatçılığı olur...Konduktor sənsənmi? 



 

Xəstələrin bəziləri masalara oturmuş, bəziləri ağaclara söykənmiş, bəzilər isə çəmənlikdə 

uzanmışdılar. Hərəkətsiz və səssiz idilər. 

 

-Yeməklər necədir Qloriya? Yoldaşın varmı? 



 

-Qorxunc və xeyr, qəhbə s...ən! 

 

-Oxumaq üçün nə isə istəyirsənmi, Qloriya?Oxumağın üçün nə gətirə bilərəm? 



 

Qloriya cavab vermədi. Sonra sağ əlini qaldırdı, əlinə baxdı, yumruğunu sıxıb burnuna 

endirdi. Sərt. Harri uzanıb qadının əllərini tutdu. 

-Qloriya, lütfən. 

 

Ağlamağa başladı Qloriya. 



-Niyə şokolad gətirmədin mənə? 

-Şokoladda nifrət etdiyini demişdin mənə, Qloriya." 

 

Qadının gözlərindən yaş axmağa başladı. 



 

-Şokoladda nifrət etmirəm! Şokolad çox xoşuma gəlir! 

 

-Qloriya ağlama, lütfən... Şokolad gətirəcəyəm sənə, hər istədiyini gətirəcəyəm... Bura 



yaxın bir moteldə yerləşmişəm Qloriya, sənə yaxın olmaq üçün. 

 

Qadının solğun gözləri böyüdü. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

49 


 

-Motelə? Lənətə gəlmiş qəhbələrin biriylə bir yerdəsən! Porno filmlərə baxırsınız, tavan 

başdan-ayağa güzgüdür! 

 

-Bir neçə gün sənə yaxın olacağam Qloriya, Harri təskinlik verici bir tonla dilləndi. Nə 



istəsən gətirəcəyəm. 

 

-Elə isə eşqini gətir mənə, deyə qışqırdı Qloriya. Eşqini niyə gətirmirsən allahın bəlası? 



Xəstələrdən bir neçəsi dönüb baxdı. 

 

-Qloriya, kimsənin səni mənim qədər sevmədiyindən əminəm. 



-Mənə şokolad gətirmək istəyirsən? G...nə sox o şokoladları! 

Harri bir kart çıxardı cibindən. Motelin kartı idi. Qadına uzatdı. 

-Unutmadan bunu sənə verim. Zəng etməyinə icazə verirlər? Bir şeyə ehtiyacın olsa 

mənə zəng elə. 

 

Qloriya cavab vermədi. Kartı götürüb qatladı, kiçik bir kvadrat elədi. Sonra əyilib 



ayaqqabısını çıxardı, kartı ayaqqabının içinə qoydu və ayaqqabısını təkrar geyindi. 

 

Harri doktor Censenin onlara doğru gəldiyini gördü. Doktor Censen dişini ağardaraq 



yaxınlaşdı və "vay, vay, vay..." dedi. 

 

-Salam doktor Censen, Qloriya soyuq bir səslə dilləndi. 



 

-Otura bilərəmmi?  Həkim soruşdu. 

 

-Əlbəttə. Qloriya cavab verdi. 



 

Həkim gombul bir adamdı. Dikbaşlıq, məsuliyyət və nüfuz qoxusu gəlirdi ondan. 

Qaşlarının gur və ağır bir görünüşü vardı. Gur və ağır idilər. Sanki aşağı sürüşüb yumru 

ağızına girmək istəyirlər lakin həyat icazə vermirdi. 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə