Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə5/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   2   3   4   5   6   7   8   9   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

13 


- Yaxşı görək, Ka, - Generalın səsi titrədi. – Siz gözəl bilirsiniz ki, bu mümkün deyil. 

Bizim heç birimiz bunu bacarmarıq... Yalnız dinozavr öz pəncəsinin zərbəsiylə bunun 

öhdəisndən gələ bilər. Yalnız dinozavr bunun lətini yeyib şirəsini içir...  

 

Yaxşı, indi isə... – Professor cuşa gəldi – indisə baxın!  



 

O, hindqozunu götürüb çıxıntının üzərində yaranan çökəyə qöydu. Bu dəfə daşı ayrı cür 

tutdu: iti ucundan yapışdı, enli tərəfi isə çöldə qaldı. Sonra daşı elə bir qüvvə sərf 

eləməmiştək hindqozuna vurdu.  

 

Hindqozu param-parça oldu, südü çıxıntının üzərinə axdı, çökəyin içində isə qabığının 



parçaları qaldı, onların da üzərində təzə-tər, ləzzətli, şirəli ağ lət.  

 

General həmin üstü lətli qabıq parçalardan birini qapıb acgözlüklə dişinə çəkdi.  



 

O heyrət içində daşa, Kaya və hindqozu qabığının parçalarına baxırdı.  

 

- And olsun Günəşə, bu, əntiqə bir şeydi. İnsanın gücü birə-yüz artıb. Daha onun heç bir 



dinozavrdan qorxusu yoxdur. O, qayalara, ağaclara hakimdir. Bu, əlavə bir əl deməkdir. 

Yox, yox... Yüz əl.  

 

Bunu hardan tapmısız?  



 

Ka özündən razı halda gülümsündü.  

 

- Mən onu tapmamışam, düzəltmişəm.  



 

- Düzəltmisiz? Bununla nə demək istəyirsiz? 

- Demək istəyirəm ki, bundan əvvəl O mövcud olmayıb. 

 

- Sizin ağlınız çaşıb, Ka, - general əsib-coşmağa başladı. – Yəqin ki O göydən düşüb, 



Onu Günəşin elçisi, səma ruhlarından biri gətirib... Əvvəllər mövcud olmayan bir şeyi 

necə düzəltmək olar? 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

14 


 

- Olar! – Ka qətiyyətlə dedi. – Bir daşı götürüb başqa bir daşla onu o qədər döyəcləmək 

olar ki, lazımi formaya düşsün.  

 

Elə bir forma ki, ələ yatsın. Onda həmin daşın köməyilə çoxlu sayda başqa daşlar 



düzəltmək olar. Daha iri və daha iti daşlar. Mən də məhz bunu eləmişəm, General! 

 

Generalın alnında iri tər damlaları göründü.  



 

- Bunu hamıya – bütün Ordaya göstərmək lazımdır, Ka! Bundan sonra bizim kişilərə heç 

kəs bata bilməyəcək. Başa düşürsüz? İndi biz ayının üstünə gedə bilərik. Ayının 

caynaqları var, bizim isə Onun kimi silahımız.  

 

Heyvan bizi parçalayınca, biz onu parçalayacağıq, nəfəsini kəsib məhv edəcəyik. Biz 



ilanın başını əzə, tısbağanın qınını deşə... Qadir Günəşi öldürə... insanı öldürə bilərik!  

 

Söylədiyi yeni fikrə özü də heyrətlənən General bir az duruxdu, sonra sözünə davam etdi. 



Baxışları sərtləşdi.  

 

- Biz artıq Koammın Ordasına hücum edə bilərik, Ka! İndi onlar bizdən üstün və 



güclüdürlər, amma bundan sonra biz onlara hökmran olacağıq. Onları axırıncı adamına 

qədər məhv edəcəyik.  

 

- Ka! Ka! – o, Professorun çiyinlərindən tutub silkələməyə başladı. – Bu qələbədir!  



 

Ka ehtiyat dolu baxışlarla generala baxırdı, o tərəddüd içində idi.  

 

- Elə buna görə də mən öz ixtiramı sizə göstərmək istəmirdim.  



 

Mən başa düşürəm ki, dünyanı dəyişəcək müdhiş bir ixtiranın müəllifiyəm. Mən öz 

məsuliyyətimi dərk edirəm, mən müdhiş dağıdıcı gücə malik bir qüvvənin mənbəni aşkar 

etmişəm.  

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

15 


Bu, indiyəcən yer üzündə heç kəsə məlum olmayan bir mənbədir və elə buna görə də 

kiminsə bundan xəbərdar olmasını istəmirəm.  

Əks halda müharibə bir intihar olacaq. Çünki tezliklə Koamm Ordası da belə daşlar 

düzəltməyi öyrənəcək.  

 

Bax onda baş verəcək müharibədə artıq nə qalib, nə də məğlub tərəf olacaq. Bu əşya dinc 



məqsədlərə, əmək və tərəqqiyə xidmət üçün yaradılan silahdır. Amma indi görürəm ki, o, 

ölüm saçır.  

 

Mən Onu məhv edəcəm.  



 

General özündən çıxdı.  

 

- Ka, ağlınızı başınıza yığın. Bunların hamısı alimlərə məxsus axmaq ehtiyatlılıqdan 



başqa bir şey deyil. Siz beş ildi hücrəyə çəkilmisiz və dünyadan bixəbərsiz.  

 

Biz sivilizasiyaya doğru gedirik və əgər Koammın Ordası qalib gəlsə, nə sülhdən, nə 



azadlıqdan, nə də insanlar üçün sevincdən əsər-əlamət qalacaq. Bizim müqəddəs 

borcumuz öz ixtiramıza sahib çıxmaqdır. Bu o demək deyil ki, biz dərhal ondan istifadə 

edəcəyik. Vacib olan odur ki, onlar Onun varlığından xəbər tutsunlar.  

 

Biz Onu düşmənin gözləri qarşısında nümayiş etdirəcəyik. Sonra isə biz Onun istifadəsini 



məhdudlaşdıracağıq. Amma Ona sahib olan andan artıq heç kəs bizə hücum etməyə cürət 

etməyəcək. Amma hələ ki biz yalnız Onlar üçün məzarlar qaza, yeni mağarlar tikə, 

torpağı malalaya bilərik.  

 

Ona sahib olmaq kifayətdir. Onu işlətməyə ehtiyac yoxdur. Bu, müdhiş gücə malik bir 



silahdır və uzun illər koammçıların qarşısında sədd olacaq.  

 

- Yox-yox-yox, - sakitləşməyən Ka israr edirdi, - Elə ki biz Ona sahib olduq, onda artıq 



bizim qarşımızı artıq heç nə kəsə bilməyəcək. Onu məhv etmək lazımdır.  

 

- Siz lap axmaqsız ki... Hərçənd işimizə yarıyırsız! - Generalın hirsindən rəngi ağarmışdı. 



– Siz düşmənlərimizin dəyirmanına su tökürsüz. Sizin tayınız olan bütün intellektuallar 

kimi. Dünən bütün insanların birliyindən dəm vuran o aed kimi. Siz Günəşə inanırsız?  




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə