Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə11/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   7   8   9   10   11   12   13   14   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

32 


 

Herman Hesse 

 

Meşə adamı 

 

Qədim dövrlərdə, hələ gənc insan nəslinin Yerdə məskunlaşmadığı çağlarda meşə 



adamları var idi. Onlar vəhşi meşələrin ala-toranlığında qorxu ilə bir-birinə qısılaraq və 

yaxın əcdadları olan meymunlarla düşmənçilik edərək yaşayırdılar. Onların məişəti 

üzərində yalnız bir tanrı, bir qanun hökmranlıq edirdi: bu meşə idi. Meşə onların vətəni 

və sığınacaq yeri, beşiyi, yuvası və qəbri idi. Meşə adamlarından heç biri meşədən 

kənarda həyatı ağlının ucundan belə keçirmirdi. Onlar meşənin qurtaracağına 

yaxınlaşmağa qorxurdular və taleyin hökmü ilə hansısa ovçu və ya qaçaq ora düşsəydi, 

onlar geri qayıtdıqda qorxu içində meşənin kənarlarından başlayan ağ boşluq, qızmar, 

ölümcül günəşin şüaları altında uzanan Heçlik haqqında danışardılar. Və meşə adamları 

arasında nə vaxtsa, çox-çox illər əvvəl vəhşi heyvanlardan qaçaraq meşəni tərk edən və 

elə həmin an kor olan bir qoca yaşayırdı. İndi o kahin və müqəddəs idi. Onu Mata Dalam 

çağırırdılar, bu isə "üçüncü gözü ilə görən‖ deməkdir. O, meşənin müqəddəs nəğməsini 

qoşmuşdu, bu nəğməni tufan yaxınlaşdıqda oxuyardılar və meşə adamları kahinə tabe 

olardı. Onun öz gözləri ilə günəşi görüb sağ qalması kahinin şöhrətinin sirri idi. 

 

Meşə adamları qısa boylu, qaraşın və tüklü idilər. Onlar əyilərək gəzir, ətrafa vəhşi 



heyvanlar kimi ehtiyatla baxırdılar. Onlar insanlar kimi gəzməyi, meymunlar kimi 

dırmaşmağı bacarırdılar və budaqların üzərində yaşamaq onlar üçün yerdə yaşamaq qədər 

asan idi. O zamanlar onlar nə ev, nə də koma tikməyi bacarmırdılar, lakin silah və 

müxtəlif alətlər, bəzəklər düzəltməyi bacarırdılar. Onlar möhkəm ağacdan yay və oxlar, 

nizə və toppuzlar, ağac liflərindən olan ipə düzülmüş qoz və giləmeyvələrdən 

boyunbağılar düzəldirdilər, onlar başlarında və boyunlarında qiymətli bəzək əşyaları – 

qaban dişləri, pələng caynaqları, rəngarəng quş lələkləri daşıyırdılar. Ucu-bucağı 

olmayan əsrlik meşənin ortasında gur suları olan nəhəng çay axırdı, lakin meşə adamları 

yalnız qaranlıq gecələrdən onun sahilinə yaxınlaşmağa cəsarət edirdilər, bir çoxları isə 

çayı ümumiyyətlə görməmişdi. Yalnız ən cəsurlar gecə vaxtı qorxu içərisində gizlənə-

gizlənə qalın meşədən sahilə yaxınlaşar və bu zaman solğun gecə işığında çayda fillərin 

çimməsini görərdilər. Gözlərini sahilin üzərinə sallanan budaqlara qaldırdıqda çoxşaxəli 

manqa ağaclarının cəngəlliyində parlayan ulduzlara qorxu ilə baxardılar. Onlar Günəşi 

heç vaxt görmürdülər və suda onun əksini görməyi çox böyük təhlükə hesab edirdilər. 

 

Kor Mata Dalamın başçılıq etdiyi həmin meşə adamları qəbiləsində Kubu adlı bir gənc 



vardı. O, gənc və narazı olanların başçısı və müdafiəçisi idi. Narazılıqlar isə Mata Dalan 

qocalmağa, onun hakimiyyətpərəstliyi isə artmağa başladıqdan sonra yaranmışdı 

Bir vaxtlar onun digərləri qarşısında yalnız bir üstünlüyü vardı: o həmqəbilələrindən 

yemək alır, onlar isə kahinin yanına məsləhət almaq üçün gəlir və onun meşə nəğməsini 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

33 


oxuyurdular. Lakin zamanla, o, qəbilədə müxtəlif yeni və ağır adətlər qoymağa və bu 

adətləri meşə tanrısının göndərdiyini deməyə başladı. Lakin bəzi hər şeydən şübhələnən 

gənclər qocanın yalançı olduğunu və yalnız öz xeyrini güddüyünü deyirdilər. 

 

Korun çıxardığı ən axırıncı adət yeni ay bayramı idi. Bu zaman o, insanların əhatəsində 



oturur və üzərinə buğa dərisi çəkilmiş barabanını çalırdı. Qalan hər kəs "Qolo Ela‖ 

nəğməsini oxuyaraq yorğunluqdan yıxılana qədər dairədə rəqs etməli idilər. Və onda hər 

kəs iti uclu tikanla sol qulağın sırğalığını deşməli idi. Gənc qızları isə kahinin yanına 

gətirir və onların qulağını iti uclu tikanla o özü deşirdi. 

Kubu və onun bir neçə həmyaşıdı bu adəti yerinə yetirməkdən yayınırdılar; onlar qızları 

da kahinə müqavimət göstərmələri üçün dilə tutmaq istəyirdilər. Və günlərin bir günü 

onlar üçün ümid yolu açıldı – onlar kahinin hakimiyyətinə qələbə çala, onu məhv edə 

bilərdilər. Həmin dəfə, o, yenə yeni ay bayramı keçirirdi və qızların sol qulağını deşirdi. 

Və birdən güclü bir qız hündürdən qışqıraraq kahini itələdi və buna görə o, tikanla qızın 

gözünə vurdu və göz çıxdı. Bu zaman qız elə acı-acı qışqırdı ki, hər kəs onların yanına 

gələrək nə baş verdiyini gördü. Dəhşətə gəlmiş və hiddətlənmiş adamlar səssizlik içində 

donub qaldılar. Lakin gənclər artıq qələbə sevinci ilə irəli çıxdıqda və Kubu cəsarətlənib 

kahini çiyinlərindən tutduqda, o ayağa qalxdı, barabanın qabağını tutub xırıltılı və 

istehzalı səslə elə dəhşətli lənətlər yağdırmağa başladı ki, bütün qəbilə qorxu içərisində 

qaçdı, Kubunun qəlbi isə qorxu içində titrədi. 

 

Qoca kahin mənası heç kəsə məlum olmayan sözlər deyirdi, lakin bu sözlərin elə 



səslənməsi belə qorxunc dərəcədə dəhşətli lənətlərə bənzəyirdi. Və kahin öz dəhşətli 

sözləri ilə gəncin gözlərini lənətlədi, onların quzğunlara qismət olacağını söylədi, onun 

qaraciyərini və ürəyini lənətlədi, qızmar günəşin onları meşədən kənarda məhv edəcəyini 

dedi. Ardınca həmin an malik olduğu hakimiyyət görünməmiş həddə çatmış qoca itaət 

etməyən qızı yenidən yanına gətirmələrini əmr etdi və qızın ikinci gözünü də çıxartdı. 

Meşə adamları nəfəs almaqdan belə çəkinərək aciz-aciz baş verənlərə baxırdılar. 

 

- Sən orada – kənarda öləcəksən – qoca Kubunu belə lənətləndi və o gündən bütün meşə 



adamları ondan çəkinməyə başladılar. "orada – kənarda‖ vətəndən, ala-toran meşədən 

kənarda demək idi, dəhşətli, qızmar günəşin şüaları altında, alışıb-yanan, ölüm gətirən 

səhrada demək idi. 

 

Kubu qorxu içərisində meşədə dolaşırdı. Hər kəsin ondan qaçdığını başa düşdükdə isə 



onun itdiyini düşünmələri üçün ağacın koğuşunda gizləndi. Günlər və gecələr o, gah 

qorxudan, gah da hiddətdən titrəyərək koğuşda qaldı. O, qəbilədaşlarının gəlib onu 

öldürmələrindən, günəşin qalın budaqların arasından keçib onu tapmasından, məhv 

etməsindən qorxurdu. Lakin ox və nizələr atılmadı, günəş və ildırımlar onu yandırmadı. 

Onu dəhşətli yorğunluq və aclıqdan başqa heç nə ziyarət etmədi. 

Və onda oyanmış və gözlədikləri baş verməmiş  Kubu qalxıb koğuşdan düşdü. 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə