Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə4/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   2   3   4   5   6   7   8   9   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

10 


genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların 

şəbəkəsinə  qoşulması,  qarşılıqlı  faydalı  əməkdaşlığa  xüsusi  əhəmiyyət  veriləcək.  Layihənin 

sonrakı  mərhələsində  şeir,  nəsr,  elmi-kütləvi  əsərlər,  eləcə  də  tərcümə  əsərləri,  milli  folklor 

nümunələri portalda xüsusi  yer  ayrlacaq. Sonuncu mərhələ kimi   kitablarınn  elektron versiyası 

hazırlanır  ki,  bu  layihə  bitdikdən  sonra  gerçəkləşdirilir  və  saytın  hazırlanması  yerli  resurslar 

hesabına  gerçəkləkləşdirilir.  Gənclər  sektoru,  müxtəlif  nəsil  gəncləri,  gənclər  QHT-lərini  əhatə 

etməklə,  təhsil  müəssisələri,  elm  ocaqları,  xarici  ölkələrdəki  diaspor  və  milli  mədəniyyət 

mərkəzləri  ilə  geniş  bilgi,  e-kitab,  ədəbiyyat,  intellektual  əlaqələr  yaradılacaq,  Azərbaycan 

haqqında, onun milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada 

tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək. 



Risklər 

Layihə  həyta  keçirilərkən  kiçik  risklər  ola  bilər,  bu  yaradılan  resursların    dağıdılması,  elektron 

kitabların  pozulması  və  b.  Buna  görə  də  peşəkar  İT  xidmətlərindən  yararlanılacaq.  Eləcə  də 

müəlliflik və əlaqəli hüquqlarla bağlı müəyyən beynəlxalq tələblər - standartlara riayət edilməsi 

lazım olacaq. 

YYSQ-nin fəaliyyət sahəsi və uyğun təcrübəsi 

YYSQ  milli  və  dünya  mədəniyyət  və  ədəbiyyat  hadisələrinin,    təlim  və  kursların    təşkili, 

Azərbaycan ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək və dünyada tanıtmaq 

istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və b. sahələrdə fəaliyyətini qurub.  

Təşkilat 15 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, ədəbiyyat, sənət, 

kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. 12 dəfə 

Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirmiş, 7 kitab nəşr etmiş, çoxsaylı 

mətbuat-ədəbiyyat  layihələri  həyata  keçirmişdir.  Hazırda  İnternetdə  və  ictimai  düşüncədə 

―Virtual  Azərbaycan‖  Layihəsini  gerçəkləşdirir.  YYSQ-nun  bu  dəyərli  layihəsi  əsasında 

www.kitabxana.net  ünvanlı  Virtual  Milli  Elektron  Kitabxana  İnternet  portalı  yaradılıb  və 

fəaliyyət  göstərir.  internetdə  və  sosial  şəbəkələrdə  20-yə  yaxın  resursları  fəaliyyət  göstərir. 

İndiyəcən  bir  neçə  kur  yaradıb  və  200-dən  artıq  elektron  kitabı  hazırlayaraq  İnternet 

istifadəçilərinin azad istifadəsinə təqdim edib. 

 

YYSQ İctimai Qurumlarla Əlaqə və Analitik İnformasiya bölümü 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

11 


 

Umberto Eko 

 

"O" 

 

- İşinizdə nə irəliləyiş var, Professor? - General hövsələsini zorla basıb soruşdu.  



 

- İrəliləyiş? – Professor verilən sualı təkrarladı. O, cavab verməyə tələsmirdi.  

 

- Beş ildi burda - aşağıda işləyirsiz və bu günəcən bir dəfə də olsun sizi narahat eləyən 



olmayıb. Biz sizə etibar edirik, amma quru sözlərə nə qədər inanmaq olar. Ortaya konkret 

iş qoymağın vaxtı çatıb.  

 

Generalın səsində təhdid hiss olunurdu və Ka yorğun-arğın əlini yelləyərək gülümsündü.  



 

- Quşu gözündən vurdunuz, General. Mən bir az da gözləməyi düşünürdüm, amma siz 

məni qızışdırdınız. Mən işi başa çatdırmışam, O artıq hazırdır, - Professor pıçıltıya keçdi, 

Günəşə and olsun ki, Onu dünyaya nümayiş etdirməyin vaxtı çatıb.  

 

O əlinin işarəsiylə Generalı mağara dəvət etdi. Ka qonağı mağarın ən dərin yerinə apardı. 



Divarın dar dəliyindən içəri xəfif işıq düşürdü. O, düz, hamar çxıntı üzərinə qoyulmuşdu.  

 

O, formaca badama oxşayırdı: üzərində çoxlu xırda şırımlar vardı və parıldayırdı.  



 

- Bu ki... – General özünü itirdi. – Bu ki daşdı. 

 

Professorun sıx tüklü qalın qaşları altında gizlənən mavi gözləri bic-bic gülürdü.  



 

- Bəli, - o təsdiqlədi. – Daşdı. Amma bu, başqa daşlara bənzəməz. Biz onu təpiklə 

vurmayacağıq, yaxşı olar ki, onu əlimizə götürək.  

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

12 


- Əlimizə? 

 

- Bəli, General. Bu daşda elə böyük qüvvə toplanıb ki, bəşəriyyət indiyəcən bunu hətta 



arzulamağa da cürət etməyib. Milyon adamın qüvvəsi. Baxın... 

 

O, əlini daşın üzərinə qoydu; daşı barmaqları arasında sıxıb qaldırdı.  



 

O daşı ovcunda elə sıxmışdı ki, enli tərəfi ovcunun içində qalmış, iti ucu isə çölə 

çıxmışdı. Professorun əlinin hərəkətinə uyğun olaraq daşın iti ucu gah yuxarı, gah aşağı, 

gah da Generala tərəf yönəlirdi.  

 

Professor daşı tutduğu əlini başı üzərindən geriyə apardı və daşın ucu havada xətt cızdı.  



 

Sonra onun əli sürətlə yuxarıdan aşağı enib divarın kövrək çıxıntısına çırpıldı. Və... 

möcüzə baş verdi! – daş çıxıntıya girib çat əmələ gətirdi.  

 

Professor vurmaqda davam etdi, çat çökəyə, daha sonra isə dərin oyuğa çevrildi. Zərbələr 



suxuru əzib toza döndərirdi.  

 

Genaral bütün bunları gözünü bərəldib, nəfəsini içinə sıxıb seyr edirdi.  



 

- İnanılmazdı, - general ağzının suyunu udub dedi.  

 

- Hələ bu nədir ki, - Professor qürurlandı, - bu heç nədir! Hərçənd bunu barmaqlarınızla 



edə bilməzdiniz.  

 

İndi də bura baxın! - Alim küncdən böyük bir hindqozu götürdü: tüklü və bərk bir 



hindqozu – daş kimi! Və onu generala uzatdı.  

 

- Götürün, əllərinizlə sıxıb əzin. 



 


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə