“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
5
Azərbaycan Respublikası Prezidenti yanında
Gənclər Fondu dünya ədəbiyyatını dəstəkləyir
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Dünya ədəbiyyatını gənclərə tanıdaq.
Kreativ-innovativ e-akademiya” kulturoloji ədəbiyyat layihəsi haqqında məlumat
Yeni Yazarlar və Sənətçilər Qurumu sentyabrın sonundan başlayaraq Azərbaycan Respublikası
Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəytəyilə ―Dünya ədəbiyyatını gənclərə
tanıdaq. Kreativ-innovativ e-akademiya‖ adlı kulturoloji ədəbiyyat layihəsini həyata keçirməyə
başlayıb. YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) rəhbərlik etdiyi layihə iki ay
ərzində İnternet vasitəsilə və sosial şəbəkələrüstü həyata keçiriləcəkdir.
Layihənin qısa təsviri
Layihə müasir dünya ədəbiyyatının ən maraqlı nümunələrini Azərbaycan dilinə tərcümə edilərək
elektron formatda nəşrə hazırlanmasına, onları İnternetdəki milli resurslarda yerləşdirməsinə,
gənclərə kreativ-estetik dəyərləri aşılamasına, virtual - sosial şəbəkələrüstü akademik məsafəli
kurs və e-laborotoriya təşkil etməklə yaradıcı istedadların kulturoloji biliklərini artırılmasına,
xarici müəlliflərin əsərlərindən ibarət azərbaycanca e-kitabların hazırlanmasına, bu rəqəmsal
nəşrlərin İnternetdə sərgisinin və tanıtımının təşkilinə, yeni nəslin bədii yaradıcılığını inkişafına,
eləcə də müxtəlif ali təhsil ocaqlarında, başqa yerlərdə, kitabxanalarda real görüşlər vasitəsilə
kulturoloji dəyərlərin təbliğinə yönəldilib.
Problemin qoyuluşu
Gənclər arasında kitab mütaliəsinin səviyyəsi aşağı düşüb, müasir dünya ədəbiyyatının ən
maraqlı nümunələri dilimizdə yoxdur, İnternet və sosial şəbəkələrüstü məsafəli kulturoloji-
kreativ yaradıcılıq kursu, eləcə də estetik-innovativ e-labaratoriyaya ciddi tələbat var.
Azərbaycanda deyil, bütün dünyada, xüsusən Türkiyə, Rusiya, İran, Gürcüstanda yaşayan
soydaşlarımız, xüsusən də dil bilməyən yeni nəslin nümayəndələrinin intellektual-estetik
səviyyəsini artırmaq vacibdir. Milli tərcümə sənətinə gənclərin diqqətini cəlb eləmək əsas
məsələlərdən biridir. Yeni e-oxu və e-yazı mədəniyyətini formalaşdırmaq, virtual ədəbiyyat,
şəbəkə yazarlığını təbliq eləmək, fərqli, qabaqcıl dünya düşüncə-estetik texnologiyaları haqqında
geniş gəncliyin məlumatlanmasına böyük ehtiyac duyulur.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
6
Mədəniyyət, ədəbiyyat və kitabla, İnternet texnologiyaları, şəbəkə resursları, elektron
kitabxanalarla bağlı apardığı illik sorğu və monitorinqlərin nəticələrindən, eləcə də saytımıza və
elektron ünvanlarımıza gələn müraciət, istək və təkliflərdən, təşkilatımız tərəfindən hazırlanaraq
ictimai müzakirə və istifadəyə verdiyimiz www.kitabxana.net – e-itabxanadan 2 ildə 2 260 000
yaxın İnternet istifadəçilərinin şərhləri, müraciətləri əsasında müəyyənləşdirilib ki, oxucular,
xüsusən də müasir gənclik yazını, kitabı, mətni, bilgini daha çox innovativ saydıqları İnternet
resurslarından – elektron kitabxanadan alır. Kitabın tirajı min ədədi keçmədiyi vaxtda saysız
insanın yararlandığı e-kitabların toplandığı İnternetdəki e-itabxananın dəyərini izah etməyə
ehtiyac yoxdur.
Layihənin məqsədi
İnternet, eləcə də yatratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın
səhifə, qruplarda apardığımız kulturoloji araşırmalar zamanı, eləcə də www.kitabxana.net - Milli
Virtual Kitabxanaya gələn sorğular göstərir ki, yaradıcı gənclər, həmçinin, yeni nəsil oxucular
Azərbaycan dilində dünya ədəbiyyatını, eləcə də elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl
nümunələri ilə tanış olmaq istəyirlər. Bu tanışlıq isə qiyməti baha olan kağız kitablar deyil,
elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat
duyulur. Bədii yaradıcılıqla məşğul olan kreativ gənclər, xüsusən də bölgələrdə yaşayan və
dünyaya səpələnmiş diasporumuzun gənc nümayəndələri üçün ana dilimizdə kreativ-kulturoloji,
məsafəli-innovativ kursa, e-laborotoriyaya böyük ehtiyac hiss olunmaqdadır. Dünya
ədəbiyyatından ibarət slsilə e-kitabların rəqəmsal nəşrinə ehtiyac duyulur, belə bir fəaliyyəti isə
dəstəkləməklə həm də gənc tərcüməçilərin yetişməsinə şərait yaratmış oluruq. Layihə bu
sahədəki boşluqları doldurmaqla eyni zamanda gənclər üçün müasir dünya ədəbiyyatı sahəsində
mini-kitabxana, sosial şəbəkələrdə isə e-kitabların davamlı şəbəkə sərgisi təşkil edir. Kulturoloji
kurs, e-laborotoriyada isə gənc kreativlər öz təcrübələrini bölüşür, muasir dünya estetik-
kulturoloji düşüncə texnolojiyalarını öyrənir, həmyaşıdları ilə şəbəkələşərək həm öyrənir, həm
də öyrədirlər, istedadlarını inkişaf etdirirlər. layihə nəticəsində yeni nəsil kreativlər layihəsonrakı
bilgilərini həmyaşıdları arasında yaymaqla ümumən cəmiyyətimizdə yüksək dəyərlərin təbliğinə
xidmət etmiş olurlar...
Layihənin vəzifələri
1. Azərbaycan dilində "Çağdaş Dünya ədəbiyyatı elektron antologiyası" rəqəmsal nəşrə
hazırlamaq. Elektron antologiya aşağıdakı cildlərdən və müxtəlif dillərdən azərbaycancaya
tərcümə edilən cürbəcür ədəbi-elmi əsərlərdən ibarət olacaq:
a) Çağdaş Dünya poeziyası;