Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə7/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   2   3   4   5   6   7   8   9   10   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

19 


  

- Yaxşı, indi, – Professor lap cuşa gəlmişdi, – indi isə baxın! 

  

O, kokosu götürdü və bayaq açdığı çuxurun içinə qoydu, sonra isə daşı əlinə aldı, amma 



bu dəfə fərqli şəkildə – onun ucundan tutdu, enli hissə isə kənarda qaldı. Sonra isə kokosa 

vurdu – elə də möhkəm yox – və onu parça-parça etdi. Kokosun südü çıxıntı ilə üzüaşağı 

axıb töküldü, çuxurun dərinliyində kokos qabığının ağ lətli, təzə, tər və iştahaçan 

parçaları qaldı. General parçalardan birini qamarlayıb görməmişliklə dişlərini ona sancdı. 

O, daşa, Kaya, kokosun qalıqlarına baxa-baxa qalmışdı. O, dəhşət içindəydi. 

  

- Günəşə and içirəm, Ka! Bu, əla bir şeydir. İnsanın gücü birə on artmışdır, o, daha heç 



bir dinozavrdan qorxub çəkinməyəcək. O, artıq qaya və ağaclara sahibdir. İndi onun 

əllərinin sayı artıb, mən nə danışıram... Yüzlərlə ələ sahib olub! Siz Onu haradan 

tapmısınız? 

  

Ka qürurla gülümsədi: 



  

- Mən Onu tapmamışam. Mən Onu düzəltmişəm. 

  

- Düzəltmisiniz? Bununla nə demək istəyirsiniz? 



  

- Demək istəyirəm ki, O, əvvəllər mövcud olmamışdır. 

  

- Siz dəli olmusunuz, Ka, – Generalın bədəni əsdi. – Yəqin, O, göydən düşüb, Onu 



Günəşin qasidi, hava ruhlarından biri gətirib... Axı əvvəllər mövcud olmamış bir şeyi 

necə düzəltmək olar? 

  

- Olar! – Ka əminliklə dedi. – Daşı götürüb onu başqa daşlarla ta lazımı şəklə düşənədək, 



əlin içinə yerləşə biləcək hala gələnədək döymək olar. O zaman bax elə həmin daşın 

köməyilə əl ölçüsünə görə böyük və daha iti olan xeyli sayda daş yonmaq olar. Bunu mən 

bacardım, General. 

  

Generalın alnında iri tər damcıları göründü. 



  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

20 


- Onu hamıya göstərmək lazımdır, Ka, bütün Ordaya, o zaman kişilərimiz basılmaz 

olacaqlar. Başa düşürsünüz? İndi biz ayının üstünə gedə bilərik: onun caynaqları varsa 

da, bizdə də O var, hər hansı bir heyvan üstümüzə atılmamış ona qalib gələ bilərik, onu 

öldürə, məhv edə bilərik. İlanı öldürə, tısbağanın qınını yara, onları məhv edə bilərik... 

Uca Günəş!.. öldürə... insanı!.. – General bu yeni fikrin təsirindən bir anlıq dayandı, 

sonra isə daha qəddar bir ifadə alaraq sözünə davam etdi: 

  

- İndi, Ka, biz Orda Koammaya hücum edə bilərik, nə olsun ki, onlar bizdən daha hündür 



və güclüdürlər, onlar bizə tabe olacaqlar və biz onların hamısını sonuncuyadək məhv 

edəcəyik. Ka! Ka! – o, Professorun çiynindən yapışaraq silkələdi. – Bu qələbədir! 

  

Ka ehtiyatla baxırdı, hiss olunurdu ki, o tərəddüd edir: 



  

- Məhz buna görə də mən sizə öz icadımı göstərmək istəmirdim. Mən başa düşürəm ki, 

dəhşətli bir icad etmişəm, o, bütün bəşəriyyəti dəyişə bilər. Öz məsuliyyətimdən 

xəbərdaram. Mən dəhşətli dağıdıcı qüvvənin mənbəyini kəşf etmişəm. Yer üzündə 

indiyədək belə bir şey olmayıb, ona görə də istəmirəm ki, kimsə ondan xəbər tutsun. Əks 

halda müharibə intihara çevriləcək. Axı Orda Koamma da tezliklə belə daşlar yaratmağı 

öyrənəcək, növbəti müharibədə nə qalib olacaq, nə də məğlub. Mən bu əşyanı əməyin, 

sülhün, inkişafın aləti olaraq icad etmişdim, lakin indi görürəm ki, O özü ilə ölüm gətirir. 

Mən Onu məhv edəcəyəm. 

  

General qəzəbdən özündə deyildi: 



  

- Özünüzə gəlin, Ka! Sizin ixtiyarınız yoxdur. Bunların hamısı axmaq alim 

düşüncələridir. Siz ömrünüzün düz beş ilini bağlı qapı arxasında keçirmisiniz və 

dünyadan bixəbərsiniz. Biz sivilizasiyaya doğru gedirik və əgər Orda Koamma qalib 

gəlsə, nə dünya, nə azadlıq, nə də insanlarımızın firavan həyatı qalacaq. Bizim müqəddəs 

borcumuzdur ki, sizin icadınıza sahib çıxaq. Bu heç də o demək deyil ki, ondan elə indi 

istifadə edəcəyik. Vacib olan odur ki, onlar bizdə Onun olduğunu bilsinlər. Biz Onun 

gücünü düşmənə nümayiş etdirəcəyik. Sonra biz Ondan istifadəni məhdudlaşdıracağıq, 

lakin Onun bizdə olduğu andan etibarən heç bir düşmən bizə hücum etməyə cəsarət 

etməyəcək. 

  

Hələlik isə biz Onlara qəbir qaza, yeni mağaralar düzəldə, yerini hamarlaya bilərik. Əsas 



odur ki, O, əlimizdə olsun, Onu işə salmaq o qədər də önəmli deyil. Bu dəhşətli bir 

silahdır, O, koammalıları uzun illər boyunca susduracaq. 

  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

21 


- Yox-yox-yox, – Ka həyəcan içində öz dediyindən dönmürdü. – Ona sahib çıxdıqdan 

sonra bizi daha heç nə saxlaya bilməyəcək. Onu məhv etmək lazımdır. 

  

- Xeyir gətirsəniz də, siz, sadəcə, idiotsunuz! – General hiddətindən ağappaq oldu. – Siz 



öz hərəkətinizlə düşmənlərimizə işləmiş olursunuz, ürəyinizdə siz pro-koammasınız, elə 

sizə bənzər bütün intellektuallar kimi, dünən bütün insanların ittifaqından dəm vuran aed 

kimi siz də Günəşə inanmırsınız! 

  

Kanın bədənindən əsməcə keçdi. O, başını əydi, gur qaşların altında lap balacalaşan 



gözlərinə kədər çökdü. 

  

- Mən əmindim ki, söhbət gəlib bu yerə çıxacaq. Mən pro-koamma deyiləm, siz də bunu 



çox yaxşı bilirsiniz. Lakin günəş qanunları toplusunun beşinci qaydasına əsaslanaraq mən 

ruhların mənə qəzəbinə səbəb olacaq suala cavab verməkdən imtina edirəm. İstədiyinizi 

düşünün. Lakin o, bu mağaradan çıxarılmayacaq. 

  

- Mənsə deyirəm ki, çıxacaq, özü də elə indi, Ordanın şərəfi xatirinə, sivilizasiya, xalqın 



rifahı, Sülh naminə! – General bağırdı. 

  

O, Ka bir az əvvəl etdiyi kimi, daşı sağ əli ilə götürüb var gücü, qəzəbi və nifrəti ilə 



Professorun başına endirdi. Ka yerə yıxılaraq hər tərəfi öz qanına boyadı. 

  

General əlində sıxıb saxladığı silaha dəhşət içində baxırdı. Sonra isə qələbə çalıbmış kimi 



gülümsədi. Onun təbəssümündə qəddarlıq, rəhmsizlik vardı. 

  

- Birinci... – deyə o pıçıldadı.  



 

Tərcümə edəni: Svetlana Turan 

 

 

 

 

 


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə