Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə6/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   2   3   4   5   6   7   8   9   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

16 


 

Ka diksindi… O, başını endirdi. Onun gözləri pırpız qaşları altında xırda və qəmli 

görünürdü.  

 

- Mən bilirdim ki, bunun axırı belə olacaq. Mən koamm təəssübkeşi deyiləm, siz bunu 



gözəl bilirsiz. Amma Günəş qanunları toplusunun beşinci qaydasına görə, mən ruhların 

qəzəbinə tuş gəlməmək üçün bu məsələdən imtina edirəm.  

 

Nə istəyirsiz düşünün. Amma O bu mağaradan kənara çıxmayacaq.  



 

- Mən isə deyirəm çıxacaq! Özü də indi.  

 

Orda, sivilizasiya naminə, xalqın rifahı, Sülh naminə! – general bağırdı. O az əvvəl Kanın 



etdiyi kimi sağ aliylə daşı qapıb qəzəb, nifrət hissi ilə qüvvətlə professorun başına 

endirdi. Ka zərbədən yerə çöküb ətrafını qana buladı.  

 

General dəhşət içində əlindəki silaha baxırdı. Sonra təkəbbürlə gülümsündü. Bu 



təbəssümdə qəddarlıq, amansızlıq vardı.  

 

- Bu bir… - o pıçıltıyla dedi.  



 

 

 



Tərcümə: Cavid Cəfərzadə 

 

 



 

 

 



 

 

 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

17 


 

Umberto Eko 

 



 

(Hekayənin ikinci tərcüməsi) 

 

- İşlər necə gedir, Professor? – General hövsələsizliyini göstərməmək üçün özünü zorla 



saxlayırdı. 

  

- Hansı işlər? – Professor Ka soruşdu. O, cavabdan yayınmağa çalışırdı. 



  

- Düz beş ildir ki, siz burada – aşağıda işləyirsiniz və sizi hələ heç kəs narahat etməyib. 

Biz sizə etibar edirik. Amma boş sözlərə daha nə qədər güvənmək olar?! Artıq işi 

göstərməyin zamanıdır. 

  

Generalın səsində hədə hiss olunurdu və Ka yorğun şəkildə əlini havada yellədi, sonra isə 



gülümsədi. 

  

- Siz tam hədəfə vurdunuz, General. Mən hələ gözləmək fikrindəydim. Ancaq siz məni 



indi danışmağa həvəsləndirdiniz. Məni Onu düzəltmişəm, – Professor pıçıltıya keçdi, – 

və Günəşə and içirəm ki, Onu dünyaya göstərməyin vaxtı gəlib çatıb! 

  

O, Generalı əl işarəsilə mağaraya dəvət etdi. Ka qonağını lap dərinliyə – divarın ensiz 



çatından nazik günəş şüası düşən yerədək apardı. Orada düz və hamar yerə O 

qoyulmuşdu. 

  

O, formasına görə badamı xatırladırdı, çoxlu xırda kənarları vardı və parlayırdı. 



  

- Bu ki... – General çaşqınlıq içində dilləndi, – daşdır. 

  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

18 


Professorun qalın qaşlarının altında gizlənmiş mavi gözlərində hiyləgər qığılcımlar 

parladı. 

  

- Elədir, – o təsdiq etdi. – Daşdır. Lakin adi daş deyil. Biz onu ayaqlar altına atmarıq. 



Yaxşısı budur, onu əlimizə alaq. 

  

- Əlimizə? 



  

- Əlbəttə, General. Bu daşda bəşəriyyətin indiyədək arzulamağa cəsarət etmədiyi belə

güc – milyonlarla insanın gücünə bərabər güc toplanıb. Baxın... 

  

O, əllərini daşın üstünə qoydu, barmaqlarını sıxdı və onu bərk-bərk tutdu, sonra qaldırdı. 



Əl daşı sıx şəkildə tutmuşdu, daşın enli hissəsi ovcun içində idi, iti hissəsi isə kənarda 

qalıb Professorun əlinin hə 

  

Birdən Professor əli ilə qəfil hərəkət etdi və daşın ucu havada trayektoriya cızdı. 



Professor yuxarıdan aşağıya doğru zərblə vurdu və daş divardakı kövrək xassəli 

çıxıntının – möcüzəyə bir bax! – içinə girərək onda çat əmələ gətirdi. Professor yenə və 

yenə vurdu, əvvəlcə bir balaca girinti, sonra deşik, daş həmin yeri dağıdıb toza 

döndərdikcə dərin çuxur əmələ gəldi. 

  

General bunu bərələ qalmış gözlərlə səssizcə izləyirdi. 



  

- İnanılmazdır, – o, ağzının suyunu udaraq dedi. 

  

- Bu nədir ki?! – Professor şadlıq edirdi. – Uşaq oyuncağı! Amma qeyd edim ki, belə bir 



şeyi adi əllə etmək mümkünsüzdür. İndi isə baxın! – Alim küncdəki iri, nahamar, bərk 

kokosu götürdü və onu Generala uzadaraq dedi: 

  

- Hə, sıxın onu, əzin əllərinizlə. 



  

- Bəsdir görək, Ka, – Generalın səsi titrədi, – Siz çox yaxşı bilirsiniz ki, bu mümkün 

deyil, belə bir şey heç birimizin əlindən gəlməz... Yalnız dinozavr bir pəncə hərəkəti ilə 

onu yara bilər və yalnız dinozavr lət və südünü belə asanlıqla əldə edə bilər... 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə