Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə7/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   2   3   4   5   6   7   8   9   10   ...   48

AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ 
tənbəki, düyü və indiqo kimi ticarət məhsullan istehsalı yüksəlirdi; 
Nyu-York, Pensilvaniya, Nyu Cersi və Delavare kimi mərkəzi 
koloniyalar ümumi məhsulu və xəz dəriləri gəmilərə yükləyib, müxtəlif 
yerlərə göndərirdilər. Hər üç bölgədə həyat səviyyəsi çox yüksək idi - 
İngiltərənin özündə fəhlələrin həyat səviyyəsindən yüksək idi. Lakin 
koloniyalar əldə etdikləri mənfəətləri nümayiş etdirməkdə yavaş 
tərpəndikləri üçün, bir çox ingilis kapital investorlan kənara çəkildilər 
ki, kolonistlər arasında sahibkarlara geniş fəaliyyət meydanı açılmış 
olsun. 
Bunun nəticəsi kimi, 1770-ci ildə Şimali Amerika koloniyaları 
iqtisadi və siyasi mə’nada yaranmaqda olan özünüidarə hərəkatının bir 
hissəsi olmağa hazır idilər. Bu hərəkat 1 Ceymsin (1603-25) dövründən 
İngiltərənin siyasətində aparıcı mövqe tuturdu. Müzakirələr 
koloniyalara vergi qoymaq və başqa məsələlər ətrafında gedirdi. 
Bununla belə çox az amerikalı İngiltərə hökuməti ilə artan narazılığın 
koloniyaları müstəqilliyə apara biləcəyini fikirləşirdi. Daha doğrusu, 
onlar ümid edirdilər ki, İngiltərəyə verilməli olan vergilərin müəyyən 
edilməsi və tənzimlənməsi onların özünüidarənin daha böyük miqyasda 
tələbini ödəyəcəkdir. 17-ci və 18-ci əsrlərdə İngiltərə siyasətindəki 
hay-küy kimi, Amerika İnqilabının səbəbləri də siyasi və iqtisadi 
səbəblər idi; inqilabı yaranmaqda olan orta sinfin nümayəndələri 
edirdilər. Onlar ingilis filosofu Con Lokkun «Mülki hökumət haqqında 
ikinci traktat»mdan (1690) götürdükləri «həyat, azadlıq və mülkiyyət 
üçün müstəqil hüquq» şüarı ilə qışqırırdılar. Lakin 1775-ci ilin 
aprelində tam siyasi aynlığa gətirib çıxara biləcək bir hadisə baş verdi. 
Massaçusetsin Konkord şəhərində kolonial ordunun ambarmı ələ 
keçirmək və kolonial qiyamın qarşısını almaq əzmində olan Britaniya 
əsgərləri kolonial milis əsgərləri ilə üz-üzə gəliblər və kimsə (onun kim 
olduğunu heç kəs bilmir) İstiqlaliyyət uğrunda Amerika Müharibəsində 
ilk atəş açıb. Müharibə 1783-cü ildə sülh müqaviləsi bağlanana qədər 
davam edib. Həmin müqavilə eyni, zamanda, 1783-cü ildə Birləşmiş 
Ştatlar adlanan yeni dövlətin müstəqilliyini e’lan edib. 
YENİ 
DÖVLƏTİN 
İQTİSADİYYATI 
i Q 
* ildə qəbul olunmuş və bu günün özündə də 
X / O / “wl fəaliyyətdə olan Birləşmiş Ştatlar Konsti- 
tusiyası bir çox mə’nada dahi yaradıcı insanlann bəhrəsidir. 
29 


III HİSSO: AMERİKA İQTİSADİYYATININ TARİXİ PERSPEKTİVİ 
Konstitusiya müəyyən etdi ki, iqtisadi bir xartiya kimi, Mendən 
Corciyaya, Atlantik okeandan Missisipi Vadisinə qədər bütün ölkə 
birləşmiş və ya «ümumi» bazardır. Ştatlararası ticarətdə heç bir tarif 
və ya vergi olmamalıdır. Konstitusiya müəyyən etmişdi ki, federal 
hökumət xarici ölkələrlə Amerika ticarətini, eyni zamanda, 
ştatlararası ticarəti tənzimləyə bilər; vahid müflisləşmə qanunları 
tə’sis edə bilər; pul kəsə bilər və onun dəyərini tənzimləyə bilər; 
çəki və ölçü standartlarını müəyyən edə bilər; poçt idarələri 
yaradaraq, poçt yolları sala bilər; dövlət patentləri və müəlliflik 
hüquqlarıni müəyyənləşdirə bilər. Sadalananlar arasında sonuncu 
müddəa «zehni mülkiyyətin» zərariliyinin e’tiraf edilməsinin ilkin 
olmasına dəlalət edir. Bu elə bir hal idi ki, 20-ci əsrdə ticarət 
danışıqları aparmaq üçün böyük əhəmiyyət kəsb etdi. 
Ölkənin «Bani Atalar»mdan biri və Corc Vaşinqtonun 
xəzinədarlıq katibi Aleksander Hamilton elə iqtisadi inkişaf 
vasitələrini təbliğ edirdi ki, həmin vasitələrlə federal hökumət açıq 
borcvermə və hamilik tarifi yolu ilə yenicə fəaliyyətə başlayan 
istehsalata qayğı göstərsin. O, eyni zamanda, tə’kid edirdi ki, federal 
hökumət milli bank yaratsın və İnqilabi Müharibə dövründə 
koloniyalar etdikləri ictimai bordan öz öhdəsinə götürsün. Yeni 
hökumət Hamiltonun təkliflərindən bə’zilərini qəbul etdi, lakin 
tarifləri Amerika xarici siyasətinin mahiyyətcə əsas hissəsinə 
çevirdi. Bu vəziyyət, demək olar ki, 20-ci əsrin ortalarına kimi 
davam etdi. 
İlk Amerika fermerləri milli bankın varlılara yoxsulların həyatı 
hesabına xidmət edəcəyindən qorxduqlarına baxmayaraq, Birləşmiş 
Ştatların ilk Milli Bankı 1791-ci ildə imtiyaz aldı və 1811-ci ilə 
qədər davam etdi. Hamilton inanırdı ki, Birləşmiş Ştatların iqtisadi 
yüksəlişi dəniz nəqliyyatının, istehsalatın və bank işlərinin 
inkişafına kapital qoymaq yolu ilə baş verəcək. Hamiltonun siyasi 
rəqibi Tomas Ceferson öz fəlsəfi müddəalarını adi adamları siyasi 
və iqtisadi istibdaddan qorumağın vacibliyi ilə əsaslandırırdı. O, 
xüsusən kiçik fermerləri «ən qiymətli vətəndaşlar)) kimi tə’rif 
edirdi. 
1801-ci ildə Ceferson prezident oldu və desentralizasiya 
məsələlərinə və aqrar demokratiyaya daha çox qayğı göstərdi. 
30 


AMERİKA İQTİSADİYYATİNIN OSAS CDHƏTLORİ 
CƏNUBA VO 
QƏRBƏ DOĞRU 
HƏRƏKƏT 
E
 
li Uitninin 1793-cı ildə xam pambığı çiyiddən və başqa lazım 
olmayan itkilərdən təmizləmə üçün kəşf etdiyi pambıqtə- 
mizləmə maşını kətan bazarlarını məşhurlaşdırdı. Cənubda 
plantatorlar əsasən Qərbə doğru hərəkət edən kiçik fermerlərin 
torpaqlarını ahrdilar. Qul əməyi ilə becərilən nəhəng plantasiyalar 
tezliklə bir sıra ailənin əsaslı şəkildə varlanmasına səbəb 
oldu. 
Bir sıra amerikalının fikrinə görə, Qərbə doğru axın fərdiyyət- 
çilik irsini və elə bir ən’ənəni nümayiş etdirir ki, bu ən’ənə 
dunnadan yüksələn həyat səviyyəsi və gələcəyə nikbin baxışla 
xarakterizə olunur. 
Bu səpkidə olan köçlər məskunlaşanların üç dalğasından ibarət 
olub. Birinci dalğa zamanı ən ilkin fərdi qruplar öz həyat və 
yaşayış tərzlərinin ovçuluqdan və bahqtutmadan asılı olduğu üçün 
gəliblər. Kənd təsərrüfatı işləri ilə məşğul olmaq onların peşələri 
olmayıb və kənd təsərrüfatında istifadə etdikləri heyvanlar ancaq 
at, inək, bə’zən donuz və, güman ki, bir sıra hallarda toyuq-cücə 
olub. Bunun da nəticəsində onların həyat səviyyəsi aşağı olub. 
Köçənlərin növbəti dəstəsi torpaqları pulla satın alıblar, 
tarlaları meşələrdən və kol-kosdan təmizləyərək, yollar salıblar və 
daimi məskunlaşıblar. Onların fermalan tam şəkildə olmasa da, 
əsasən, müstəqil idi. 
Sonuncu dalğa isə onlardan əvvəl gələnlərdən və eyni 
səviyyədə, yaxud daha geniş maddi imkanlan olan adamlardan 
ibarət idi və belələrinin çoxlu kapitalı var idi. Onlar yüksəlməkdə 
olan çoxlu dəyərlər yaradır və onlan inkişaf etdirir, eyni zamanda 
səmərəli biznes haqqında düşünürdülər. Onlar öz fermalannm 
bütün fəaliyyətini bazara doğru yönəltməyə çalışırdılar və onlar 
elə yarı-kənd icmaları qururdular ki, bu icmalar keçmişdə 
adamların heç vaxt təsəvvürünə belə gətirə bilmədikləri yüksək 
həyat səviyyəsi standartı yaradırdı. 
QEYRİ-MÜOYYƏN 
İQTİSADİYYAT: 
1820-1860-Cl İLLƏR 
1820
:
 
■ci illərdə Amerika əhalisi hələ də müvafiq imkanlara 
və tərəqqiyə nail olmaq niyyəti ilə Qərbə doğru 
hərəkəti davam etdirirdi. Belə adamları bə’zən ciddi şəkildə 
müstəqil olan və hər cür hökumət nəzarətinə və ya müdaxiləsinə 
qarşı ciddi müxalifətdə olan adamlar kimi qələmə verirdilər. 
Lakin, əslində, onlar hökumətdən ya bilavasitə, ya da bilvasitə 
3l 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə