Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə4/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   2   3   4   5   6   7   8   9   ...   48

AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ 
İmkanı verir. Səhmdarlar adlanan bu adamlar həmin biznesdə öz 
paylarım istədikləri zaman açıq bazarda ala da bilərlər, sata da. 
Korporasiyalar irimiqyaslı müəssisə yaratmaq imkanı verir. 
İQTİSADİYYATDA 
HÖKUMƏTİN 
ROLU 
İ
 
stehlakçılar və istehsalçılar iqtisadiyyatın formalaşması üçün bir 
sıra aydın qərarlar qəbul etdikləri halda, hökumət fəaliyyət 
dairələrinin Birləşmiş Ştatlar iqtisadiyyatına ən azı dörd güclü 
tə’siri olur: 
• MÜSTƏQİM XİDMƏTLƏR. Hökumətin hər səviyyəsi müstəqim 
xidmətlər tə’min edir. Məsələn, poçt sistemi, iri hərbi qurum etdiyi 
kimi, bütün xalqa xidmət edən federal sistemdir. Bunun əksinə 
olaraq, əsas şose yollann salınması, mühafizəsi və saxlanılması 
məs’uliyyətini ayrı-ayrı ştat hökuməti daşıyır. Xalq təhsili 
sistemləri əsas e’tibarilə ştat, dairə və ya şəhər hökumətləri 
tərəfindən ödənilir. Ümumiyyətlə, polis və yanğından mühafizə 
yerli hökumətin səlahiyyətinə daxildir. 
• TONZİMLOMƏ VƏ NƏZARƏT. Biznesin tam şəkildə xalqın əsas 
mənafeyinə xidmət etdiyinə tə’minat vermək üçün hökumət özəl 
müəssisələri müxtəlif yollarla tənzimləyir və onlara nəzarət edir. 
Bir qayda olaraq, tənzimləmə elə sahələrdə vacib hesab edilir ki, 
orada elektrik və yerli telefon sahələrində olduğu kimi, 
monopoliya özəl müəssisənin sərəncamına verilmiş olsun və 
yaxud başqa sahələrdə, məsələn, dəmir yolları sahəsində olduğu 
kimi, rəqabət məhdud olsun. İctimai siyasət belə şirkətlərə 
müvafiq mənfəət götürməyə şərait yaradır, lakin onların qiymətləri 
«insafsızcasma» (tənzimləyicilərin müəyyən etdikləri kimi) 
qaldırmaq imkanlarına məhdudiyyət qoyur, çünki xalq onların 
xidmətlərindən asılıdır. Əksər hallarda nəzarət ictimaiyyəti 
müdafiə etmək naminə həyata keçirilir: məsələn. Ərzaq və 
Dərman Administrasiyası zərərli dərmanları qadağan etdiyi və ya 
ərzağın keyfiyyət standartını müəyyənləşdirməyi tələb etdiyi 
hallarda olduğu kimi. Başqa sənaye sahələrində hökumət 
müstəqim nəzarətdən istifadə etmədən rəqabətin düzgün 
aparılmasına əmin olmaq üçün konkret sərhəd müəyyənləşdirir. 
1970-ci və 1980-ci illərdə amerikalılar hökumətin iqtisadiyyatı 
tənzimləməsi məsələsinə münasibətlərinə görə, iki yerə ayrıldılar. 
Tənzimləmə tərəföarlan əsaslandırırdılar ki, hökumət 

3
Sİ istehlakçıları, fəhlələri və əıraf mühiti mfnafizə 
Tv 


II HİSSO: BİRLƏŞMİŞ ŞTATLAR İQTİSADİYYATİ NECƏ FƏALİYYƏT GÖSTƏRİR 
üçün vacibdir, tənqidçilər isə tə’kid edirdilər ki, tənzimləmələr azad 
müəssisələrin işlərinə müdaxilə edir, biznes yaratmağın qiymətini 
qaldınr və beləliklə, inflyasiyaya təkan verir. Sür’ətli texnoloji 
dəyişiklə birgə, bu amillər Prezident Cimmi Karteri vadar etdi ki, 
1970-ci illərdə nəqliyyat və rabitə sənayeləri sahəsində 
tənzimləməni zəiflətsin. Eyni zamanda bu zaman federal agentliklər 
tənzimləməni həyata keçirərkən, daha mülayim oldular. 
1980-ci illərdə Prezident Ronald Reyqamn azad edilmiş özəl 
sektor iqtisadiyyatının çiçəklənməni və inkişafı tə’min edəcəyi 
haqqında inama tam şəkildə əsaslanan qanunvericilik səlahiyyəti 
tənzimləmədən imtina sə’yini daha uzaqlara atdı, istehlakçıları, 
fəhlələri və ətraf mühiti mühafizə üçün nəzərdə tutulan tənzimləmə 
və ya tənzimləmələrin həyata keçirilməsi dayandırıldı. Buna əlavə 
olaraq, Reyqan hökuməti bə’zi tənzimlənmələrə könüllü yanaşma 
metodu tətbiq etdi. Məsələn, İstehlakçı üçün Zərərsiz Ərzaq 
Komissiyası könüllü razılıq proqramı qəbul etdi ki, həmin proqram 
planlı təhlükəsizlik proqramları üçün fərdi şirkətlərə öz 
dərmanlarını təqdim etməyə icazə verirdi. 
1990-cı illərin əvvəllərində tənzimləmədən daha geniş imtina 
etmək ideyasına qarşı həmin ideyanı əhəmiyyətli dərəcədə zəiflədən 
maneələr çıxdı. Tənzimləmədən imtina tərəfdarları onun faydalı 
olduğunu vurğulamağa davam etsələr də, tənzimləmədən imtinanın 
təcrübədə işləməsi ilə bağlı tənqidlərin sayı artırdı. Məsələn, 
tənzimləmədən imtina ilk dövrlərdə hava xətlərində inkişaf edən 
rəqabətə müvafiq şərait yaratdı ki, bu da təyyarə ilə uçuş qiymətini 
aşağı saldı. Lakin bir neçə il sonra hava xətlərinin birləşməsi və 
konsolidasiyası dalğası hava xətlərinin sayını ixtisar etdi və 
tənqidçilər mübahisəyə başladılar ki, tənzimləmədən imtinanın 
faydası ya tamam yox olub, ya da azalıb. Digər tərəfdən, 
telerabitənin tənzimlənməsindən imtina, şəksiz, o yerə gətirib 
çıxardı ki, telefon xidmətləri sənayesində rəqabət müəyyən 
dərəcədə artdı. 
Eyni zamanda, federal hökumətin tənzimləmə ilə məşğul olan 
rəsmi dövlət işçilərinin 1980-ci illərdə azaldılmış sayı 1990-cı illərə 
yaxın yenidən artırıldı. Amerika Biznesini Tədqiqat Mərkəzinin 
işçilərlə tə’min etdiyi tənzimləmə idarəsinin təhlilinə əsasən, 
1992-ci ildə federal hökumətdə tənzimləmə ilə məşğul olanların 
sayının 122 000-ə yaxın olacağı gözlənilir ki, bu da 
18 


AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLƏRİ 
1980-ci ildə olduğu rekord saydan artıqdır. Tədqiqatda xüsusi qeyd 
olunur ki, agentliklərdə ştatların artması, əsasən, ətraf mühiti 
mühafizə və maliyyə sektorunu tənzimləmə üzrə fəaliyyət 
sahələrində baş verir. Bu sahələr elə sahələrdir ki, bu sahələrdə 
amerikalıların sayının artması narahatçılıq doğuran hadisələr və 
istiqamətlərdən onların təlaşa düşməsi ilə bağlıdır. 

 
SABİTLƏŞMƏ VƏ YÜKSƏLİŞ. Hökumət şaxələri, o cümlədən, 
Konqres və Federal Ehtiyat Sistemi kimi gerçəkliklər fövqəladə 
iqtisadi buma və böhrana, eyni zamanda, inflyasiyaya və 
depressiyaya nəzarət etməyə çalışır. Bunun üçün onlar vergi 
normalarını, pul tə’minatmı və kreditdən istifadəni səliqəyə salırlar. 
Onlar hökumətin özünün ictimai işlərlə bağlı olaraq, xərclədiyi 
pulun məbləğini dəyişdirmək yolu ilə də iqtisadiyyata tə’sir göstərə 
bilər. Normal şəkildə əsas məqsəd tarazlaşmış federal büdcədir. 
Lakin 1960-cı ildən bəri, 1969-cu il müstəsna olmaqla, federal 
hesabda defısit hər il artaraq, genişlənmiş və aşağı düşməzdən 
əvvəl, 1980-ci illərin ortalannda 200 milyard dollara çatmışdır. 

 
MÜSTƏQİM YARDIM. Hökumət bizneslərə və ayn-ayn 
adamlara müxtəlif formalarda yardımlar tə’min edir. Məsələn, 
tariflər imkan verir ki, müəyyən mallar xarici rəqabətdən nisbətən 
azad qalsın; idxal edilən mallara bə’zən elə vergilər qoyulur və ya 
onların həcmi elə məhdud edilir ki, Amerika istehlak mallan xarici 
mallarla daha yaxşı rəqabət apara bilsin. Hökumət, eyni zamanda, 
fermerlərə də onların istehsal edəcəkləri kənd təsərrüfatı 
məhsulunun pulunu əvvəlcədən ödəməklə yardım edir. 
Tam müxtəlif sahədə hökumət ayn-ayn fərdlərə də kömək edir. 
Belə adamlar özlərini dolandıra bilmirlər. Hökumət azgəlirli və 
kiçik yaşlı uşaqları olan ailələrə təmənnasız pul verməklə, qocalara 
və ehtiyacı olanlara tibbi yardım xidməti göstərməklə, işsizlərə və 
təqaüddə olanlara ictimai tə’minat proqramlan yolu ilə yardım edir. 
Hökumət, eyni zamanda, kasıblar üçün təqaüd və əmək 
qabiliyyətini itirənlərə kömək tə’min edir. 
MALLARIN İSTEHSALI və 
XİDMƏT 
D
 
övlətin bütün iqtisadi istehsal mallarının, demək olar ki, üçdə 
ikisini şəxsi istifadə üçün ayrı-ayrı fərdlər alır. Qalan üçdə 
birini isə hökumət və biznes alır. Bu nisbətə əsasən, dövlət bə’zən 
«istehlak iqtisadiyyatı» kimi səciyyələndirilir. 
19 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə