Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə9/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLORİ 
VƏ ya qiyməti sün’i şəkildə artırılan səhmlərin alınmasında 
aldadılırdılar. «Sür’ətlə varlan» şüarı hər yana yayılmışdı, buna görə də 
bir çox adamlar özlərinin pul və var-dövlət ehtiyatını itirdilər. Maliyyə 
hoqqabazlarının bəxti gətirirdi. 
Bütün bunlara baxmayaraq, fərasətin və xarici kapital qoyuluşunun 
birləşməsi, qızılın kəşfi, Amerika ictimai və özəl zənginliklərinin 
ümumi dil tapması yolu ilə ölkə genişmiqyaslı dəmir yol sistemini 
inkişaf etdirməyə qadir idi ki, bu da sonralar sənayeləşmənin əsasını 
tə’min etdi. 
SƏNAYE 
SAHƏLƏRİNİN 
YÜKSƏLİŞİ 
1 Q/T A ildə Amerikada Abraham Linkoln prezident 
lOv) vJ”Clseçilərkən, əhalinin 16 faizi şəhər yerlərində 
yaşayırdı və milli gəlirin üçdə birini istehsalat verirdi. Fondlar 
irimiqyaslı sənaye sahələrinin inkişafına və dəmir yol çəkilişinə 
axıb gedirdi. Şəhər sənayesi əvvəllər Şimal-Şərqlə məhdudlaşırdı. 
Pambıq paltar istehsalı əsas sənaye sahəsi idi, ayaqqabı, yun paltar 
və maşın istehsalı da genişlənirdi. 
Urbanizasiya ilə bərabər ölkə əhalisinin sayı da artırdı. 1845-ci 
və 1855-ci illər arasında Avropadan gələn mühacirlərin sayı ildə 
300 000 nəfərə çatdı. Onların əksəriyyəti yoxsul idi və Şərq 
şəhərlərində, bir sıra hallarda hətta gəlib düşdükləri limanlarda da 
qalırdılar. 
Bunun əksinə olaraq, qədim Cənub kəndlərdən ibarət sahə 
olaraq qalır və kapital və istehlak malları ilə tə’minat baxımından 
Şimaldan asılı idi. Cənubun iqtisadi mənafelərinə, quldarlıq da 
daxil olmaqla, siyasi hakimiyyət o vaxta qədər hamilik edə bilərdi 
ki, federal hökumətə Cənub nəzarət etsin. 
Yenicə yaradılmış Respublikaçılar Partiyası sənayeləşmənin 
mənafelərini ifadə edirdi ki, bu da Şimalı əhatə edirdi. 1860-cı ildə 
Respublikaçılar və onlann prezidentliyə namizədi Linkoln 
quldarlıq haqqında tərəddüdlə danışdıqları halda, iqtisadi siyasət 
haqqında aydın danışırdılar. 1861-ci ildə hamilik tarifi təsdiq 
olundu. 1862-ci ildə ilk Sakit okean sahili boyu dəmir yol xətti 
istifadəyə verildi. 1863-cü və 1864-cü illərdə milli bankın qanun 
layihəsi tərtib edildi. Vətəndaş Müharibəsində Şimalın qələbəsi 
(1861-1865) və seçkilərdə Respublikaçılann qələbəsi inam yaratdı 
ki, gələcəyin iqtisadi siyasətini Cənub plantatorları deyil. Şimal 
sənayeçiləri müəyyən edəcəkdir. 
35 


III HİSSO: AMERİKA İQTİSADİYYATININ TARİXİ PERSPEKTİVİ 
IXTIRALAR 
VO
 
MONBO
 
İNKİŞAFI 
1 Q 
əsrin ikinci yarısı yeni kəşflər və ixtiralar bolluğu 
“L/ Llgətirdi ki, bu da görkəmli Amerika tarixçiləri 
Birdlərin fikrincə, «ikinci sənaye inqilabınm» carçısı səviyyəsinə 
qalxdı. Onlar daha əhəmiyyətli kəşflər kimi, aşağıdakıları 
göstərirlər: 

 
1859 - Qərbi Pensilvaniyada neftin kəşfi. 

 
1868 - C.L. Skoulsun yazı makinası istehsal üçün hazırdır. 

 
1875 - C.F. Suiftin soyuducu dəmir yol vaqonu istismardadır. 

 
1876 - Aleksander C. Bell ilk telefon mə’lumatmı göndərir. 

 
1877 - Tomas A. Edisonun fonoqraf çalğısı əldədir. 

 
1879 - Corc Selden «benzinlə işləyən maşın» üçün patent 
almışdır. 

 
1882 - Edisonun elektrik enerjisi zavodu Nyu-Yorkda işə 
başlayır. 

 
1903 - Rayt qardaşları təyyarə uçuşunu həll edirlər. 
Filiz-mə’dən sənayesi 1850-ci illərdən sonra böyük əhəmiyyət 
kəsb etdi; bu zaman Orta Qərbin yuxarı hissəsində Leyk Süperior 
bölgəsində filiz mə’dənləri açıldı. Bütün bunlar Böyük Göllərin 
(«Great Lakes») sahillərində dəmir və polad e’malı zavodlarının 
tə’cili inkişafına xüsusi təkan verdi. Neftin ilk kəşfindən sonra, Con 
D. Rokfeller neftin verəcəyi var-dövləti və ondan alınan məhsulu 
təmərküzləşdirərək, onu bölüşdürmək üçün bazara satışa 
çıxarmaqla hansı qüvvəni əldə edəcəyini aydın başa düşdü. 
Tezliklə iri mis və qızıl mə’dənləri açıldı, onun dalınca qurşun 
mə’dənləri açıldı və sement zavodları inkişaf etdi. 1893-cü ildə 
Dünya Sərgisində dinamomaşın nümayiş etdirildi. Belə mexa- 
nizmlərdən tezliklə bəndlər tikilişində istifadə olundu ki, geniş 
elektrik enerjisinə olan ehtiyac cilovlansın. Teleqraf və telefonun 
ixtira edilməsi ilə bağlı olaraq, rabitə əlaqələri ölkənin müxtəlif 
nöqtələrini bir-birinə caladı və irimiqyaslı müxtəlif bizneslərin 
işlərini asanlaşdırdı. Dəmir yollardan və təkmilləşdirilmiş 
maşınlardan istifadə polad, daş kömür, neft və elektrik enerjisi kimi 
əsas sənaye sahələrinin inkişafına və artmasına təkan verdi. 
Mühacirliyin davam etməsinə baxmayaraq, sənətkarların sayı 
çox az idi, bu da sənayedə kütləvi məhsul istehsalı metodlarının 
tətbiqinin və inkişafının ağlabatan bir hal olduğunu göstərdi. 
Frederik U. Teylor elmi idarəetmə sahəsində ilkin olaraq işə 
başlayıb, müxtəlif fəhlələrin gördükləri işin diaqramını hazırladı və 
sonra onlara öz işlərini görmək üçün daha tə’sirli, daha effektli 
36 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ 
yollar təklif etdi. Əsil kütləvi istehsal Henri Fordun təşəbbüsü ilə 
bağlıdır. O, 1913-cü ildə fəaliyyətdə olan quraşdırma xəttini qəbul 
edərək, avtomobil istehsalında hər fəhləyə sadə bir tapşırığı icra etməyi 
həvalə etdi. Mə’lum oldu ki, bu, hədsiz dərəcədə uzaqgörücü bir 
hərəkətdir. Ford işçilərinə çox yüksək əmək haqqı təklif etdi - gündə 5 
dollar. Bu əmək haqqı onlardan çoxlarına imkan verdi ki, istehsal 
etdikləri avtomobillərin alıcıları da olsunlar. 
BİZNES 
A merika bir zaman geniş maliyyə imperiyasım, biznes MAQNATLARI 
x^«maqnatını», biznesi sadəcə olaraq genişləndirən yox, daha artıq genişləndirən 
sahibkan idealizə edirdi. Onun və ondan daha kiçik minlərlə sahibkarın dövrü 19-cu 
əsrin ikinci yarısına təsadüf etdi. Bu, 1850-ci illərdə dəmiryol şəbəkələrinin inkişafı 
ilə başladı və 1860-cı illərdə sənayenin inkişafını və 1870-ci illərdə bank işləri üçün 
investisiyanı da ehtiva etdi. Bütün bu müddət ərzində biznes mənafeləri hökumətə 
əhəmiyyətli dərəcədə tə’sir etmişdi. 
Nəhəng maqnatlar maliyyə uğurları və qüvvə dalınca qaçmaq 
yeganə amalı olan dəhşətli rəqiblər idilər, bu maqnatlar arasında ən 
nəhəngləri Cey Qauld, C.P. Morqan, Əndryu Kamegi, Con D. 
Rokfeller və Henri Ford idi. Bunlardan bə’ziləri öz dövrlərinin biznes 
standartlarına əsasən, vicdanlı adamlar idilər, başqaları isə var-dövlətə 
və hakimiyyətə nail olmaq üçün gücdən, daşbaşdan və biclikdən də 
istifadə etməkdən çəkinmirdilər. 
Biznes ruhu Birləşmiş Ştatlar üçün yerli cəhət deyil; əksinə, bu 
Avropa kapitalizmi zəminində meydana gəlmişdir. Lakin dəmir yollar 
kimi iri sənaye müəssisələri geniş idarəetmə iyerarxiyaları ilə başqa 
ölkələrdə olduğundan Birləşmiş Ştatlarda daha böyük və əsas yer tutur 
və daha güclüdür. Bir çox başqa ölkələrdən fərqli olaraq. Birləşmiş 
Ştatlarda sənaye bürokratiyaları, xüsusən dəmir yollarda, hökumətin 
öz bürokratiyasından daha sür’ətlə inkişaf edir və daha genişdir; 
1890-cı ildə bir düjün dəmir yol şəbəkəsində 100 000-dən çox fəhlə 
işləyirdi, halbuki Birləşmiş Ştatlar Mülki Xidmətində Vaşinqtonda 20 
000 mindən bir az artıq adam var idi. 
Güman ki, sahibkarların ən parlaq nümayəndəsi olan C. 
Pirpont (C.P.) Morqan öz əzəmət tərəzisi ilə fəaliyyət göstərirdi. 
O, öz şəxsi və biznes həyatında qürrələnmək və təkəbbürlük nümayiş 
etdirirdi. O və onun silahdaşları kart oynar, motorlu 
37 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə