Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə5/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   2   3   4   5   6   7   8   9   ...   48

n HİSSO: BİRLƏŞMİŞ ŞTATLAR İQTİSADİYYATI NECƏ FƏALİYYƏT GÖSTƏRİR 
Belə olduğu təqdirdə aydındır ki, istehlakçı bazar 
iqtisadiyyatına bir sıra tə’sir tədbirləri görəcəkdir. Təbii bir haldır 
ki, istehlakçıların-böyük əksəriyyəti mal alarkən, onun həm dəyərli, 
həm də ərzağın e’tibarh və zərərsiz olmasını axtarır. Əgər ölkə 
daxilində və ya xaricdə hər hansı bir avtomobil quraşdıran usta daha 
ucuz qiymətə daha yaxşı maşın istehsal edirsə, bazar dəyişməyə 
başlayacaq, çünki həmin maşın onunla rəqabət təşkil edənlərdən 
satılmaq üçün diqqəti daha çox cəlb edir. Nəzəri cəhətdən, bu hal 
aşağı qiymətə yüksək keyfiyyətə nail olan ali ixtisaslı istehsalçıların 
əməyini qiymətləndirir və rəqabət apara bilməyənləri işdən 
uzaqlaşdırır. 
Mallar və xidmətlər tə’min edənlərə sahiblər, menecerlər və 
fəhlələr daxildir. Sahiblər və menecerlər nə və necə istehsal etmək 
haqqında qərarlar qəbul edirlər; belə hallarda onlar xalqın nəyi 
alacağı haqqında düşünüb-daşınır və onların öz biznes 
fəaliyyətlərindən nə qədər mənfəət götürəcəklərini göz altına 
alırlar. 
Ümumi dövlət istehsalı (GNP) hər hansı bir il ərzində mal 
istehsalı və göstərilən xidmətlərin həcmi ilə ölçülür. GNP və ya 
ümumi daxili istehsal (GDP) kimi tanınan başqa oxşar bir ölçü 
işlədərkən milli rifahın göstəricisi kimi, ehtiyatlılıq sözü də nəzərə 
alınmalıdır. Ətraf mühitin mühafizəsi tərəfdarları və ictimai 
şərhçilər göstərirlər ki, ölkədə həyat səviyyəsinin müvafiq me’yarı 
nə GNP ola bilər, nə də GDP; onlar ancaq mal istehsalının və 
xidmətlərin bazar qiymətini ölçür. Bunun əksinə olaraq, iqtisadi 
yüksəliş çirklənməyə, saf və sağlamliq üçün təhlükə törətməyən 
ətraf mühiti mühafizə kimi çətin problemin mürəkkəbləşməsinə 
təkan verə bilər. 
Birləşmiş Ştatlarda GNP durmadan inkişaf etmiş və 1983-cü 
ildə 3400 milyard dollardan 1990-cı ildə 5500 milyard dollara qədər 
artmışdır. 
YOXSULLUCUN 
SÜRƏKLİ 
PROBLEMİ 
A

1^: 
merikalılar öz ölkələrinin bə’zi hissələrində illər ərzində uzun 
sürən yoxsulluq üzündən əzab çəkmişlər. Bu yoxsulluğu 
aradan qaldırmaq üçün, federal hökumətin və başqalarının 
hərtərəfli cəhdləri heç bir nəticə verməmişdir. Əmək Departamenti 
vasitəsilə, dörd nəfər üzvü olan ailəyə əsas yardım üçün nə qədər 
minimum məbləğ lazım olduğunu federal hökumət 
20 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ 
müəyyənləşdirmişdir. Bu məbləğ inflyasiyadan, yaşamaq üçün 
vacib olan xərcdən və ailənin yerləşdiyi ərazidən asılı olaraq, 
dəyişə bilər. 1990-cı ildə dörd nəfər üzvü olan və illik gəliri 13 
360 dollardan az olan ailə yoxsulluq şəraitində yaşayan ailə 
hesab edilirdi. 
Yoxsulluq səviyyəsindən aşağı yaşadıqlan müəyyən edilən şəxslərin 
faizi, demək olar ki, iki onillik ərzində durmadan aşağı düşüb: 1950-ci 
ildə 22,4 faiz təşkil etdiyi halda, 1978-ci ildə 11,4 faiz təşkil etmişdir. 
1979-cu ildən 1983-cü ilə qədər bu faiz yavaş-yavaş artıb, lakin 
sonradan yenə aşağı düşməyə başlayıb. 1989-cu ildə yoxsulluq 
səviyyəsindən aşağı yaşayan fərdlərin sayı 12,8 faiz təşkil etmişdir. 
Bə’zi tədqiqatçılar belə fikirləşirlər ki, yoxsulluq şəraitində yaşayan 
şəxslərin faizi Omək Departamenti statistika idarəsinin güman 
etdiyindən azdır, çünki statistika olsa-olsa rəsmi pul gəlirinə əsaslanır. 
Bu statistika pul ilə bağlı olmayan ərzaq talonları, səhiyyə yardımı və 
qayği evləri şəklində göstərilən dövlət yardımını nəzərə almır. Buna 
baxmayaraq, başqa icmalçılar göstərirlər ki, hökumət yardımı nadir 
hallarda ailənin bütün yemək və səhiyyə xərclərini ödəyir, qayğı evləri 
isə çox azdır. Bə’ziləri inandırmağa çalışırlar ki, illik gəlirləri yoxsulluq 
səviyyəsində yaşayan ailənin gəlirindən 185 faiz çox olan ailələr belə 
bə’zən ac qalırlar, boğazlarından kəsərək, mənzil pulunu, səhiyyə 
yardımını ödəməyə və ya paltar almağa sərf edirlər. Bə’zi başqaları isə 
göstərirlər ki, yoxsulluq səviyyəsində yaşayan adamlar bə’zən təsadüfi 
işlərdən və iqtisadiyyatın heç vaxt rəsmi statistikalarda nəzərə 
alınmayan «yeraltı» sektorundan pul gəliri əldə edirlər. 
HÖKUMƏTİN O ^ /-»i inkişaf etdikcə, xalq ümid edirdi ki, hökumət 
YÜKSƏLİŞİ 
^\J
~^ləvvəlki dövrlərdə olduğundan xalqa daha artıq xidmətlər göstərəcəkdir. Olavə 
etmək olar ki, adamların böyük əksəriyyəti şəhərlərə toplaşmış olduğu şəraitdə 
hökumətin çoxsaylı xidmətlər göstərməsi özünü doğruldur. Məsələn, zibilin 
mütəşəkkil şəkildə toplanması kənd yerlərində qadağan ediləcək dərəcədə baha 
olacaq, çünki əhali burada dağınıq yaşayır, halbuki bu tədbir böyük şəhərlərdə 
təcrübədə istifadə olunur və vacibdir. 
Hökumətin yüksəliş norması ştat və yerli səviyyələrdə federal 
səviyyədə olduğundan daha böyükdür. 1960-cı ildən 1980-ci ilə 
21 


il HİSSO: BİRLƏŞMİŞ ŞTATLAR İQTİSADİYYATİ NECƏ FƏALİYYƏT GÖSTƏRİR 
qədər ştat hökumətləri və yerli hökumətlər işçilərinin sayım 6,4 
milyondan 15,2 milyona qədər artırdıqları halda, federal hökumətin 
işçilərinin sayı 2,4 miyondan 3 milyona qədər artdı. 
Nisbətən bu yüksəlişə görə və bunu ödəmək üçün vergilərin 
artan qiymətinə görə, 20-ci əsrin axırlarına yaxın bir çox diqqətli 
müşahidəçilərdən soruşmuşlar ki, doğrudandamı, vacib olan 
xidmətləri tə’min etmək üçün ən layiqli olam hökumətdir. 
Əslində, «privatizasiya» kimi bir söz yaradıldı və bu söz sür’ətlə 
dünyanın hər tərəfmə yayıldı ki, hökumətin təcrübədə öz 
hüquqlarının bə’zilərini xüsusi sektora verdiyi faktını təsvir etsin. 
Birləşmiş Ştatlarda (çox məhdud iqtisadi fəaliyyət bilavasitə federal 
hökumətin nəzarəti altında olduğuna görə) bu, ilk növbədə 
bələdiyyə və bölgə səviyyəsində nəzərdə tutulurdu. 1991-ci ildə 
Birləşmiş Ştatların Nyu-York, Los Anceles, Kaliforniya; 
Filadelfıya, Pensilvaniya; Dallas, Texas; və Feniks, Arizona kimi 
əsas şəhərləri özəl şirkətləri və ya mənfəət verməyən təşkilatları işə 
cəlb etdilər ki, keçmişdə şəhər idarələrinin özləri icra etdikləri bir 
çox fəaliyyət dairələrini öz fəaliyyət dairələrinə daxil etsinlər. 
Buraya küçə işığının tə’mirindən tutmuş nəhəng boş çöllərin 
istifadəsinə qədər və əldə edilən mə’lumatlar üzərində işləməkdən 
tutmuş yerli qolf kurslarına rəhbərliyə qədər sahələr daxildir. 
Birləşmiş Ştatların ən böyük şəhəri olan Nyu-York Siti üçün 
1991-ci ildə layihələşdirilmiş 3,5 milyard defısiti olan büdcə ilə 
özəlləşdirmə də xüsusilə daha artıq təzyiq altında idi. O, şəhər 
xidmətləri üçün artıq 5 milyard dollara yaxın pul xərcini azaltmışdı 
və daha da artıq azaltmağa hazırlaşırdı. 
Əslinə baxsan, bə’zi Amerika siyasi xadimləri və icmalçılar 
təsdiq edirdilər ki, federal hökumət Birləşmiş Ştatlarda poçt 
xidmətləri kimi əsas fəaliyyətləri də özəlləşdirəcəkdir. 
Lakin 1990-cı illərdə xalqa xidmət sahələrinin özəlləşdirilməsi 
məsələsi hələ də yüksək dərəcədə mübahisəli məsələ olaraq qalır. 
Özəlləşdirmə tərəfdarları özəlləşdirmənin qiymətləri aşağı saldığım 
və xalq sektoru istehsalını artırdığını tə’kidlə təsdiq etdikləri halda, 
başqaları bunun əksini təsdiq edərək, deyirlər ki, özəl podratçılar 
çox aşağı qiymət təklif ediblər ki, müqaviləni udsunlar, lakin 
sonradan qiymətləri əhəmiyyətli dərəcədə qaldırıblar. 
Özəlləşdirmə məsələlərində həlledici ünsür heç də xidməti 
kimin tə’min etməsi deyil, ancaq rəqabət ünsürünün mövcud olub- 
22 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə