Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə36/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
torpaqlarda rahatlandıqdan sonra həmin sakinlər elə kampaniyalar 
aparırdılar ki, onun əsasında qanun dəyişdirilsin və beləliklə torpaq 
sahələrinin bə’zi hissələri azad e’lan edilsin, başqa torpaq sahələri isə 
pulu bir neçə il ərzində ödənilmək şərti ilə çox ucuz qiymətə satılsın. 
Köçkünün Torpaq Sahəsi Aktı 1862-ci ildə uğurlu qanunların ən 
yüksək nümunəsi oldu. Bu qanun gələcək sakinləri azad torpaq 
sahəsi ilə tə’min edirdi. Bu o şəraitdə mümkün olurdu ki, onlar 
«hökumət torpağını ələ keçirib becərmək məqsədilə həmin sahəyə 
köçüb orada yaşamağa » və yaxud bir neçə il ərzində həmin sahədə 
yaşamağa razı olsunlar. Bunun və başqa müvafiq qərarların 
arxasındakı strategiya torpağı ailə fermalarının ixtiyarına verməyi 
nəzərdə tuturdu. 1862-ci ildə qəbul edilmiş Moril Aktı başqa federal 
torpaqları ayrı-ayrı ştat hökumətinə verirdi ki, həmin torpaqlarda 
kənd təsərrüfatı və texniki kolleclər yaratsınlar. Bu yolla yaradılmış 
«Ixtiyarma torpaq verilmiş» 69 kollec kənd təsərrüfatı sahəsində 
axtarışların inkişafında və fermerlərin uğurlu nəslinin təhsil 
almasında bir açar rolu oynadi. 
Elə ki, 20-ci əsr başlandı, kənd təsərrüfatı başçıları narahat 
oldular ki, hökumətin elmi axtarışlarda əldə etdiyi nəticələr 
fermerlərə çatdınimır. Yeni texnikanın taxıl məhsulu yığımını 
təkmilləşdirməkdə feımerlərə necə kömək edə biləcəyini nümayiş 
etdirmək üçün hökumət məhdud sayda «nümayiş fermalan» 
müəyyənləşdirdi və onları yerli bizneslərlə və ferma qrupları ilə 
birləşdirdi ki, sonuncular məhdud sayda «nümayiş agentlərini» işə 
icarəyə götürsünlər. 1914-cü ildə Konqres yeni «kənd təsərrüfatı 
inkişafı xidməti» tə’sis etməklə bu ideyaya dövlət vüs’əti verdi. 
Federal hökumətlə hər bir ştatın ixtiyarına torpaq sahəsi verilmiş 
kolleclərinin birgə maliyyələşdirdiyi xidmət agentləri icarəyə də’vət 
edirdilər ki, hər bir yerli hökumət bölgəsində fermerlərə və onların 
ailələrinə məsləhət vermək üçün idarələr tə’sis etsinlər. 
1900-cü və 1930-cu illər arasında Kənd Təsərrüfatı Departamenti 
də əsas tədqiqatların intensiv proqramına başladı. 
Bu, bir sıra yollarla fermerlərə və ümumi kütləyə kömək etdi. 
Məsələn, Britaniya Adalarından və Avropadan alman yeni donuzlar 
hibridləşdirilmişdi, bunun da nəticəsində alınan donuzlar az yemlə 
çox tez kökəlirdi. Torpaq yoxlanılırdı ki, hansı növ kübrədən istifadə 
olunsa, taxıl məhsulu istehsalının artırılmasına nail olmağı 
müəyyənləşdirsinlər. Aparılan təcrübələrin başqa növləri hibrid 
toxumda, bitkilərin kübrələnməsində, bitki və heyvan 


VIII HİSSƏ: AMERİKA KƏND TƏSƏRRÜFATININ DƏYİŞƏN SİMASI
 
xəstəliklərinin müalicəsində və zərərvericilərdə bitkilərə nəzarətdə 
böyük dramatik nəticələr verdi. 
KƏND 
TƏSƏRRÜFATININ 
SƏNAYEYƏ TƏ’SİRİ 
1 Q _ əsrdə kənd təsərrüfatmin yayılması Birləşmiş JL V “ Lz Ul 
Ştatların erkən sənayeləşdirilməsində müəyyən rol oynayıb. Erkən 
kənd təsən'üfatı işlərinin əksəri ərzaq, kənd təsərrüfatı malları ilə və 
ya xüsusi bir yerdə istehlak malları ticarəti ilə bağlı olsa da, adətən, 
kənd təsərrüfatı məhsullarının satışı ilə əlaqədar hansı kiçik sənaye 
sahəsini inkişaf etdirmək olardı. 
19-cu əsrin ortalarına yaxın Amerikada Sənaye İnqilabı 
başladıqda kənd təsərrüfatı ilə sənaye arasında əlaqələr xeyli 
gücləndi. Sənayenin irəliləyişi, ilk növbədə nəqliyyat sahəsindəki 
inkişaf fermerə öz mallarını bazara çıxarmaq üçün böyük kömək 
oldu. Gülünc də görünsə, əməyi yüngülləşdirən sənaye sahələrinin 
çoxu kənd yerlərinin özündən gəlirdi. Bu, fermerlərin iş yerlərini 
dəyişərək zavod və fabriklərdə işləmək üçün şəhərlərə axını 
şəklində olurdu. 
HÖKÜMOT 
YARDIMININ 
BAŞLANMASI 
 
kərbə doğru yönələn hərəkət kənd təsərrüfatı məhsulları 
üçün 
'zaman-zaman qiymətlərin yaxşı olması, bə’zən də aşağı 
qiymətə verilməsi ilə səciyyələnir. Öz torpaq sahələrini almış olan 
və ya gəlib orada məskunlaşan fermerlər yüksəlişin başlanğıcına 
yaxın sanki çiçəklənirdilər. Onlar öz məhsullarını satmaqla pul 
qazanır və bə’zən arabir öz torpaqlannı nisbətən yaxşı qiymətə də 
sata bilirdilər. Bununla belə, inkişaf səviyyəsinin ən yüksək 
nöqtəsinə çatana yaxın fəaliyyətə başlayan fermerlər, adətən, əzab 
çəkirdilər. Onlar öz məhsulları üçün illərin ucuz qiymətlərinin 
uğuru ilə üz-üzə gəldilər və bir sıra hallarda öz fermalarını tamam 
itirdilər - əlbəttə, onların becərmək üçün ələ keçirdikləri və 
sahəsində yaşadıqları torpaq müstəsnadır. Öz fermalarını itirənlərin 
bə’ziləri icarədar oldular və daha kiməsə işləmək məcburiyyətində 
qaldılar. Bu nümunə Cənubda daha geniş yayılmışdır. Orada 
azadlıq əldə etmiş qullar bə’zi hallarda icarədar fermerlər olurlar və 
yaxud ağların sahib olduqları torpaqda «məhsula şərik» olurlar. 
Başqa fermerlər Qərbə daha uzağa getdilər ki, başqa fermalarda 
özləri üçün torpaq ələ keçirərək, onu becərməklə məşğul olsunlar, 
ya da torpaq sahəsinin sahibi olsunlar. Dövrün fermerlərinin əksəri, 
əsasən, optimistlər idilər və Amerika idealına inanırdılar ki, ciddi 
şəkildə işləyən və kifayət dərəcədə bəxti gətirən hər bir adam uğur 
qazana bilər. 
162 


AMERİKA İQTİSADİYYATININ OSAS CƏHOTLORİ
 
1870-ci illərdə fermerlər dövlət siyasətinə münasibətdə daha 
fərasətli oldular. Onlar e’tiraf edirdilər ki, hökumət siyasəti onların 
güzəranlarına ya kömək edir, ya da mane olur və müəyyən 
şikayətlərin düzəldilməsi üçün hay-küy salmağa başladılar. 
Xüsusən, fermerlər hökumətdən tələb etməyə başladılar ki, yeni 
torpaqların kəşfini ləngitməklə hökumət qiymətlərin sabitləşməsinə 
kömək etsin. Əlavə olaraq, onlar təklif etdilər ki, bank işləri 
sistemində islahatlar apanlsm; fermerlərin kreditə ehtiyacı olduqda 
məhz bu, onlara fayda verə bilər, çünki kreditin olmaması həm Qərb, 
həm də Cənub fermerləri üçün əsas proses idi. Fermerlər elə bir 
siyasət istəyirdilər ki, bu siyasət onları «ucuz pulla» və ya onların 
borc almalı olduğu pula aşağı gəlir faizi norması ilə tə’min etsin. 
Başqa tələblərə yaxşılaşdırılmış nəqliyyat sistemi daxil idi. Bu 
sistem fermerlərə onların məhsullarını uzaq bazarlara aparmaq 
imkanları yaratmaqda müstəsna əhəmiyyəti olan dəmir yolların 
qaydaya salınmasını da ehtiva edirdi. Dəmir yol kompaniyaları 
tez-tez qeyri-bərabər və ya ədalətsiz qiymətlər tələb edirdilər. Taxıl 
məhsullannm Amerika bazarlarına və okeanın o tayına aparmaqdan 
ötrü gəmilərə yüklənməsi üçün limanlara daşınmasında dəmir 
yolların həyati rolu faktla izah olunurdu ki, 1870-ci illərə qədər 
bütün kənd təsərrüfatı məhsullarının təqribən beşdə biri istehlakçıya 
çatana qədər xarab olurdu, amma həmin onillik ərzində tez xarab 
olan ərzaqların saxlanması işinə kömək üçün dəmir yol vaqonlarında 
həm soyuducular var idi, həm də qızdmcılar. 
Fennerlər istehlak mallarını daha ucuz ala bilmək üçün xaricdən 
idxala daha aşağı tariflər qoyulmasını tələb edirdilər. Güman ki, 
onların ən çox mübahisə doğuran tələbi inflyasiyaya uğrayan dönər 
pulun ancaq qızılla deyil, həm qızıl, həm də gümüşlə geri 
götürülməsi idi. Fermerlər güman edirdilər ki, pulla 
tə’minolunmanm genişlənməsi kənd təsərrüfatı məhsullarının daha 
yüksək qiymətlərə satılmasına apara bilər. 
Fermerlərin qiyamı öz yüksək həddinə 1896-cı ildə, onların 
müdafiəçilərindən biri Uilyam Ceninqs Brayəni Demokratik Partiya 
prezidentliyə təklif edərkən çatdı. Ümumiyyətlə, şəhər əhalisi və 
Şərq biznes marağı fermerlərin tələblərinə şübhə ilə yanaşırdılar, və 
Brayənin Respublikaçıların namizədi Uilyam MakKinlinin əlində 
məğlubiyyətinin səbəblərini də bununla izah edirdilər. Bu, fermerlər 
hərəkatının daha radikal dövrünün sonu kimi qeyd olundu; buna 
baxmayaraq, onların tələb etdikləri islahatlardan bir neçəsi, o 
cümlədən, nəqliyyatın qaydaya salınması federal və ştat 
səviyyələrində həyata keçirildi. 
Tö 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə