Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə24/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

 
AMERIKA 
İQTİSADİYYATININ
 
ƏSAS 
____________ CƏHƏTLƏRİ ____________  
ALTINCI HİSSƏ 
 
IQTISADIYYATDA
 
HÖKUMƏTİN ROLU 
 


 
 


VI HİSSO: İQTİSADİYYATDA HÖKUMƏTİN ROLU
 
A
 
merika iqtisadiyyatında federal hökumətin rolu nədən 
ibarətdir? Bu rol necə olmalıdır? Birləşmiş Ştatlar 
iqtisadiyyatı geniş şəkildə azad müəssisə və təşkiledici iqtisadiyyat 
ideyasına əsaslanır. Bu ideya açıq və rəqabət bacarığı olan 
bazarlar vasitəsilə həyata keçirilir. Birləşmiş Ştatlar 
iqtisadiyyatının eyni zamanda xüsusi iqtisadi məqsədlər üçün 
hökumətin işə müdaxilə etməsi ən’ənəsi də var. Bu ən’ənə inhisarı 
məhdudlaşdırmağı, istehlakçını müdafiə etməyi, yoxsulu, əlili və 
qocaları tə’min etməyi və ətraf mühitin mühafizəsini əhatə edir. 
Birləşmiş Ştatlar iqtisadiyyatına hökumət müdaxiləsi 1930-cu 
illərin Böyük Depressiyasından sonra sür’ətlə yüksəlməyə başlamışdır 
və 1960-cı illərdən 1970-ci illərə qədər inkişafa davam etmişdir. Lakin 
1970-ci illərin sonlarından başlayaraq, amerikalıların bir çoxları 
onların fövqəladə hökumət tənzimləmələri hesab etdikləri tədbirin 
faydalı olub-olmaması haqqında suallar verməyə başladılar. 1980-ci 
illərdə artmaqda olan bu mübahisələr telerabitənin, hava yolları və 
dəmir yollar da daxil olmaqla, müxtəlif sənaye sahələrinin qismən 
tənzim olunmamasına gətirib çıxardı. Lakin 1990-cı illərin 
əvvəllərində bu sənaye sahələrinin tənzim olunmamasının gəlirləri və 
mənfəəti ətrafında müzakirələr hələ də davam edirdi, halbuki başqa 
sənaye sahələri üçün tənzimləmənin genişlənməsinə mümkün olan 
ehtiyacın həyata keçirilməsi qayğısına qalırdılar. 
106 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
BAŞLI-BAŞINA
 
BURAXMAĞA 
QARŞI
 
HÖKUMƏT
 
MÜDAXİLƏSİ 
A
 
merika biznesinə münasibətdə hökumət siyasətinin nəzəri 
əsasları 200 ildən artıq bir müddətdən daha əvvəl «başlı- 
başına buraxmaq» əsasında tə’min edilmişdir. «Başh-başına 
buraxmaq» fransızcadan «Laissez-faire» birləşməsinin 
tərcüməsidir və elə bir anlayışdır ki, biznesi idarə işində faktik 
olaraq cilovun sərbəst buraxılması üçün fərdi mənafelərə icazə 
verir. 18-ci əsr Şotlandiya iqtisadiyyatçısı Adam Smit başlı-başına 
buraxmaq haqqında ideyaların inkişafına və bilvasitə Amerikada 
kapitalizmin yüksəlişinə güclü şəkildə tə’sir etmişdir. O təsdiq 
edirdi ki, xüsusi adamların hərəkətləri onların öz şəxsi mənafeləri 
ilə bağlı olduğu ilə əsaslandırılırsa, onda bazarda rəqabət olduğu 
təqdirdə həmin şəxslər birləşərək, cəmiyyət üçün daha artıq mal 
istehsal edərlər. Adam Smit hökumət müdaxiləsinin bə’zi 
fonnalanm təqdir etsə də, - azad müəssisə üçün ilk növbədə əsas 
qaydalar tə’sis etmək - bu, onun merkantilizmi tənqid və onun 
başlı-başına buraxmaq ideyasım müdafiə ruhundan irəli gəlirdi ki, 
bu da Adam Smitin Amerikada populyarlıq qazanmasına səbəb 
olmuşdu. 
Lakin başlı-başına buraxmaq ideyasına aludəçilik Birləşmiş 
Ştatlarda xüsusi mənafelərə maneə törətmir ki, bir çox hallarda onlar 
yardım üçün hökumətə müraciət etsinlər. Dəmir yol çəkənlər 19-cu 
əsrdə toıpaq sahələri və dövlətdən borc pullar aldılar. 
Sənaye sahələri xaricdən ciddi rəqabətlə üz-üzə gəldikdə ticarət 
siyasətində daha böyük miqdarda yardım almaq üçün hökumətə 
müraciət etdilər. Demək olar ki, Amerika kənd təsərrüfatı müxtəlif 
yollarla hökumət yardımından faydalanmışdır. İstehsalçılar, həmkarlar, 
bankirlər və başqaları bir sıra şəkillərdə, vergiləri azaltmaqdan pul 
yardımı kimi borclardan tam imtinaya qədər hökumət yardımı alırlar. 
Başqa sözlə, başlı-başına buraxmaq nəzəriyyəsi ilə xüsusi iqtisadi 
məqsədlər üçün hökumətdən konkret yardım tələbi arasında daimi 
davam edən alış-veriş münasibətləri olmuşdur. Bununla belə, hələ də 
bizneslə məşğul olan kişi və qadınların çoxu bu əqidədədir ki, bir sıra 
məsələlərə hökumət nəzarət edir. Onlar hiss edirlər ki, onların riayət 
etməli olduqlan bir sıra qayda- qanunun mövcud olmasına heç bir 
zərurət yoxdur. Bununla 
107 


VI HİSSƏ; İQTİSADİYYATDA HÖKUMƏTİN ROLU
 
yanaşı, onlar deyirlər ki, hökumət qayda-qanunlarını qane etmək üçün 
doldurulan formalar pul tələb edir və onların qazanmalı olduğu pulun 
məbləğinə əlavə edilir. Buna baxmayaraq, bir çox başqa amerikalı da 
inanır ki, biznes mənfəətlərini artırmaq üçün fəhlələrin və 
istehlakçıların aldadılmasının və zərərə düşməsinin qarşısım almaq 
üçün biznesləri saxlamaq naminə ciddi hökumət qaydalarının 
qoyulması vacibdir. Bu görüşlərin hər ikisinin müdafiəçiləri bir çox 
hallarda müasir Amerika siyasi xadimləri mövqeyindən çıxış edirlər. 
Bu o deməkdir ki, mühafizəkar adamlar, adətən, xüsusi təşəbbüsü 
ümumiyyətlə təqdir edən və hökumət müdaxiləsinə qarşı çıxan 
adamlar kimi müəyyənləşdirilir, liberallar isə, adətən, xüsusi 
müəssisəni müdafiə edən, lakin hökumət müdaxiləsini qəbul etməyi 
daha artıq arzu edən adamlar kimi qiymətləndirilir və yəqin ki, bunu 
ruh yüksəkliyi ilə müdafiə edirlər. 
HÖKUMOT 
MÜDAXİLƏSİNİN 
TƏRƏQQİSİ 
A
 
merika iqtisadiyyatında başlı-başına buraxmaq siyasəti ilə 
hökumət müdaxiləsi arasında müvazinət həmişə sabit 
olmuşdur. Daha doğrusu, ölkənin ilk günlərində hökumət başçıları 
biznesə nəzarət üçün, demək olar ki, bir şey etməkdən boyun 
qaçırmışlar. Kənd təsərrüfatının inkişafına yardım və 19-cu əsrin 
sonlarında dəmir yol sistemi tikilişi kompaniyalarına göstərilən 
maliyyə yardımı nəzərə alınmazsa, hökumət biznes məsələlərində 
çox kiçik rol oynayıb. 
20-ci əsr yaxınlaşdıqca. Birləşmiş Ştatlar sənaye sahələrinin 
güclənən qruplar şəklində birləşməsi iqtisadi reformaları 
müdafiədə ölkənin hər yerini çulğalayan hərəkatın yüksəlişinə 
təkan verdi. Bu reformaları müdafiə edənlərin çoxu biznesin öz 
sıralarından gəlmişdi. Bu hərəkatla birgə hökumət müdaxiləsini və 
iqtisadi nəzarəti müdafiə də gücləndi. Tədricən hökumət hərəkət 
etməyə başladı. 1890-cı ildə Konqres Şerman Antitrest Aktını 
qəbul etdi. Bu qanunun məqsədi inhisarlar kimi tanınan böyük 
biznes birliklərini və azad müəssisəni bərpa etmək idi. 1906-cı ildə 
qanunlar qəbul olundu ki, ərzaqdan və dərmanlardan düzgün 
istifadə edildiyinə inam hasil olunsun və ət satılmazdan əvvəl 
108 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə