Almaniya bloku ölkələrinin məğlubolma səbəbləri
Almaniya və müttəfiqlərinin birinci dünya müharibəsində
məğlub olmasının başlıca səbəbləri aşağıdakılardan ibarət idi:
Birincisi, Antanta dövlətlərinin iqtisadi və insan ehtiyatları
Almaniya, Avstriya-Macarıstan, Osmanlı dövləti və Bolqarıstandan
üstün idi. Buna görə də üzücü müharibədə Almaniya bloku
ölkələrinin hərbi və digər ehtiyatları tez tükəndi. Müharibə neft
müharibəsi idi. Antanta ölkələrindəki neft və daş kömür ehtiyatları
Almaniya bloku ölkələrini xeyli üstələyirdi.
İkincisi, hərbi qüvvələr nisbəti Antanta ölkələrinin xeyrinə idi.
Müharibənin gedişində Antanta ölkələri 48 mln. 355 min əsgər və
zabiti və ya 525 diviziyanı, Almaniya bloku ölkələri isə 25 mln. 160
min əsgər və zabiti və ya 372 diviziyanı hərbi əməliyyatlara cəlb
etmişdilər. Müharibə illərində Antanta ölkələri 9 mindən çox tank
istehsal etmişdilər. Almaniya bloku ölkələrində isə tanklar demək olar
ki, yox idi. Antanta ölkələri aviasiya sarıdan iki dəfə, hərbi dəniz
donanması baxımından isə daha çox üstün idi. Beləliklə, Antanta
blokunun hərbi cəhətdən üstünlüyü müharibədə qələbəni təmin edən
əsas amillərdən biri oldu.
Üçüncüsü, Almaniyanın siyasi üstqurumu müharibə dövründə
böhran vəziyyətinə düşdü. Ölkədə çevik idarəçilik çatışmırdı.
Almaniya və müttəfiqləri idarəçilikdə mövcud olan böhrandan çıxa
bilmədilər.
Dördüncüsü, alman bloku ölkələrinin hərbi nəzəriyyəsi,
strategiya və taktikası rəqiblərindən zəif idi. Onlar öz qüvvələrini
şişirdərək rəqibin qüvvələrini lazımınca qiymətləndirmirdilər.
Almaniyanın siyasi rəhbərliyi və hərbi komandanlığı mövcud şəraitdə
müharibə aparılması şərtlərinə, başlıcası isə ölkənin iqtisadi, siyasi və
hərbi imkanlarına cavab verməyən “Şliffen planf’nın əsiri oldu.
Beşincisi, Almaniya və müttəfiqləri müharibəyə hərbi kəşfiyyat
və informasiya baxımından yaxşı hazırlaşmamışdılar. Alman hərbi
komandanlığı hətta Rusiya ərazilərinin xəritəsini kifayət qədər dəqiq
hazırlaya bilməmişdi. Alman zabitləri hərbi
13
əməliyyatların aparıldığı yerli şəraitə yaxşı bələd deyildilər. Antanta
ölkələrinin hərbi kəşfiyyatı isə demək olar ki, qüsursuz işləyirdi.
Altıncısı, Antanta ölkələri Almaniya bloku ölkələrini zəiflətmək
və əsas diqqətlərini hərbi əməliyyatlardan yayındırıb daxili
problemlərə yönəltmək məqsədi ilə Osmanlı dövləti və Avstriya-
Macarıstan imperatorluğunda yaşayan milli azlıqları qiyamlara və
separatçılığa təhrik etdilər. Erməni silahlı dəstələri Osmanlı dövləti
ərazisində yaşayan dinc türk əhalisinə - qoca, qadın və uşaqlara qarşı
kütləvi qətllər törədərək dövlətə arxadan zərbə vurdular. Bu isə
Osmanlı hökuməti üçün daxildə çoxlu problemlər yaradaraq onu
zəiflətdi.
Müharibənin beynəlxalq nəticələri
Kompyen barışığının imzalanması ilə əhalisi 1 mlrd, nəfərdən
çox olan 34 ölkənin və səfərbərliyə alınmış 74 mln. nəfərin iştirak
etdiyi birinci dünya müharibəsi sona çatdı. Müharibədə təxminən 10
mln. nəfər öldürüldü, 20 mln. nəfər yaralandı. Müharibəyə külli
miqdarda vəsait xərcləndi. Birbaşa hərbi xərclər 208 mlrd, dollar
təşkil etdi.
Müharibənin bir sıra möhtəşəm beynəlxalq nəticələri oldu.
Birincisi, müharibə nəticəsində dünyanın siyasi xəritəsində ciddi
dəyişikliklər əmələ gəldi. Avstriya-Macanstan imperatorluğu və
Osmanlı dövləti parçalandı. Rusiya imperiyasının dağılması
nəticəsində uzun illər boyu dini və milli zülm altında inləyən xalqlar
azadlığa çıxdılar. Yeni müstəqil dövlətlər yarandı.
İkincisi, müharibə dünya dövlətlərinin iqtisadiyyatına dərin təsir
göstərərək onların iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişafını
sürətləndirdi. Hərbi əməliyyatlar bir sıra ölkələrin iqtisadiyyatını
dağıdaraq on illərlə geriyə atdı. Digərlərinin isə yüksək inkişafına və
varlanmasına şərait yaratdı. Müharibə nəticəsində ABŞ və Yaponiya
xeyli varlandı. 1914-cü ilə qədər dünya bankirləri hesab olunan və
maliyyə zəncirini öz əllərində
14
saxlayan İngiltərə, Fransa və Almaniya müharibə illərində xarici
kapitallarının xeyli hissəsini itirdilər. Müharibə başlanana qədər
Avropa ölkələrinə borclu olan ABŞ müharibənin gedişində İngiltərə,
Fransa, İtaliya və qitənin digər dövlətlərinə külli miqdarda borc
verməklə onları özündən asılı vəziyyətə salaraq dünyanın qüdrətli
maliyyə mərkəzinə çevrildi.
Müharibənin ilk günlərindən Almaniya bloku dövlətlərini
blokadaya alan ingilis donanması onları dünyanın xammal və ərzaq
mənbələrindən məhrum etdi. Öz növbəsində Almaniya sualtı
müharibənin köməyi ilə Antanta ölkələrinin müstəmləkələrlə
əlaqələrini kəsib çətinlik yaratmağa və onları blokadaya almağa
çalışsa da istəyinə çata bilmədi. Bununla belə, müharibənin gedişində
Avropa dövlətləri ilə digər qitələr arasında ticarət mübadiləsinin
kəsilməsi əsrlər boyu formalaşmış iqtisadi əlaqələri qırdı. Ənənəvi
dünya bazarını dağıtdı.
Müharibə müstəmləkə və yarımmüstəmləkə dövlətlərinin
iqtisadiyyatında mühüm dəyişikliklər etdi. Hərbi əməliyyatlar
ucbatından
Avropa
dövlətlərinin
müstəmləkələrə
və
yarımmüstəmləkələrə sənaye mallan ixrac etməsi xeyli azaldı. Bunun
əvəzində metropoliyalar öz hərbi qüdrətlərinin artırılması üçün həmin
yerlərdə emal və yüngül sənaye sahələrinin qurulmasına şərait
yaratdılar. Fabrik və zavodların tikilməsi müstəmləkə və
yarımmüstəmləkələrdə sənaye cəmiyyətinin qurulması və inkişafına,
texniki tərəqqiyə, eyni zamanda yeni sosial münasibətlərin
yaranmasına təkan verdi.
Üçüncüsü, müharibə müstəmləkə və yarımmüstəmləkələrdə
milli azadlıq hərəkatını gücləndirdi. Xalqlar müstəqillik dövrünə
qədəm qoydular. Müstəmləkə sisteminə sarsıdıcı zərbə vuruldu.
Dördüncüsü, müharibənin yaratdığı ağır sosial-iqtisadi vəziyyət
bir çox ölkələrdə inqilabi hərəkatların meydana gəlməsinə səbəb oldu.
Hərbi əməliyyatlardan cana doymuş xalqların sosial hərəkatları
gücləndi. Yeni sosial-iqtisadi və siyasi quruluşlu dövlətlərin əmələ
gəlməsi meylləri yarandı.
15
Dostları ilə paylaş: |