BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə16/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   12   13   14   15   16   17   18   19   ...   120

Avropa dövlətlərinin birliyinə nail olmaq və onların təhlükəsizliyini 
təmin  etmək  mühüm  əhəmiyyət  daşiyırdi.  Avropa  dövlətlərinin 
birliyini  yaratmaq təşəbbüsünü  Fransanın  xarici  işlər naziri  A.Brian 
öz üzərinə götürdü. O, 1930-cu il mayın 17-də Avropanın 27 ölkəsinə 
Avropa federal ittifaqı rejimini yaratmaq haqqında müraciət etdi. Belə 
bir  ideyanı  o,  iqtisadi  əməkdaşlıq  və  böhrana  qarşı  birgə  mübarizə 
aparmaq  tədbirlərinin  zəruriliyi  ilə  əlaqələndirdi.  Böhran  əleyhinə 
mübarizə məqsədi ilə Avropa komitəsi yaradılmalı idi. Lakin bu təklif 
Avropa dövlətləri tərəfindən soyuq qarşılandı. 
1932-ci  ildə  Bazeldə  ikinci  Panavropa  konqresi  keçirildi. 
Konqres  Avropa  Partiyasının  yaradıldığını  elan  edərək  Avropa 
Birləşmiş Ştatları yaratmaq naminə siyasi qərarlar qəbul etməyə hazır 
olduğunu  bildirdi.  Lakin  bu  qərarlar  da  kağız  üzərində  qaldı. 
Pan-Avropa  planı  əslində  Avropada  Fransanın  mövqelərini 
möhkəmləndimıək  və  hegemon  rol  oynamaq  məqsədi  güdürdü.  Bu 
plandan  istifadə  etməklə  Fransa  Almaniya  ilə  münasibətlərini 
normallaşdırmaq,  gömrük  maneələrini  aradan  qaldımıaq,  ümumi 
təhlükəsizliyi  təmin  etmək  və  b.  məsələlərin  həllinə  səy  göstərirdi. 
Lakin  Avropa  dövlətləri,  xüsusən  Böyük  Britaniya  Fransanın 
Avropada mövqelərinin möhkəmlənməsinə yol vennək istəmirdi. Öz 
növbəsində  Almaniya  Fransanın  təkliflərinə  Versal  sisteminin 
gücləndirilməsi cəhdləri kimi baxaraq etiraz etdi. İtaliya da bu planın 
əleyhinə  çıxdı.  Nəticədə  Pan-Avropa  planını  həyata  keçirmək 
mümkün olmadı. 
London dəniz konfransı 
Dünya  iqtisadi  böhranı  illərində  hərbi  dəniz  gəmilərinin 
tikintisinə dair həll olunmamış məsələləri qaydaya salmaq və əlverişli 
dəniz  yollarına  sahib  olmaq  uğrunda  böyük  dövlətlərin  cəhdləri 
gücləndi.  Məlum  olduğu  kimi,  Vaşinqton  konfransı  linkomların  və 
zirehli gəmilərin tikintisini məhdudlaşdırmışdı. 
49 


Yeni  şəraitdə  hərbi  dəniz  gəmilərinin  digər  növlərinin  tikintisi 
uğmnda rəqabət güclənmişdi. Məsələni tənzimləmək məqsədilə 
1930-
 
cu  il  yanvarın  21-dən  aprelin  22-dək  Londonda  maraqlı 
dövlətlərin  konfransı  çağırıldı.  Tədbirdə  Vaşinqton  konfransında 
hərbi  dəniz  sazişini  imzalayan  dövlətlər  -  ABŞ,  Böyük  Britaniya, 
Yaponiya,  Fransa  və  İtaliya  iştirak  edirdi.  Müzakirələrin  gedişində 
dəniz  məsələsində  Fransa  ilə  İtaliya  arasında  ziddiyyətlərin  olduğu 
üzə  çıxdı.  Nəticədə  bu  dövlətlər  sazişi  imzalamadı.  Konfransın 
qərarları yalnız Böyük Britaniya, ABŞ və Yaponiyaya aid edildi. Üç 
dövlət  öz  aralarında  donanmalardakı  kreyser,  esmines  və  sualtı 
qayıqların  həcminin  həddini  müəyyənləşdirdi.  Konfransda  İngiltərə 
böyük uğur qazanmadı. Esmines və sualtı qayıqların həcmində Böyük 
Britaniya  və  ABŞ-ın  gücü  bərabərləşdirildi.  Kreyserlərə  dair 
Vaşinqton  konfransının  bölgüsü  -5:5:3  qəbul  edildi.  Böyük 
kreyserlərin həcmi ABŞ üçün 18, İngiltərə üçün 15, Yaponiya üçün 
12  müəyyənləşdirildi.  Esmineslərin  sayı  Yaponiya  üçün  əlverişli 
oldu.  Sualtı  qayıqların  həcmində  Yaponiya  ABŞ  və  İngiltərə  ilə 
birlikdə bərabər imkanlar qazandı. Beləliklə, London dəniz konfransı 
üç  dövlət  arasında  donanma  sahəsində  münasibətləri  tənzimlədi. 
Lakin  sularda  rəqabət  hələ  də  davam  edirdi.  Çoxlu  mübahisəli 
məsələlər həll olunmamış qalırdı. 
Huver moratoriumu 
30-cu 
illərin 
başlanğıcında 
Avropada 
beynəlxalq 
münasibətlərdə  ən  çox  müzakirə  edilən  məsələlərdən  biri 
Avstriya-Almaniya  gömrük  ittifaqının  yaradılması  haqqında  idi. 
Versal sülh müqaviləsinin şərtlərini təftiş etmək Almaniyanın daxili 
və  xarici  siyasətinin  başlıca  məqsədinə  çevrildiyi  bir  vaxtda  alınan 
hökuməti  Versal-Vaşinqton  sülh  sisteminə  əsasən  götürdüyü  bütün 
öhdəliklərin əksinə olaraq Avstriya ilə 1931-ci il martın 19-da vahid 
gömrük  ittifaqı,  razılaşdırılmış  tariflər  və  iki  ölkə  arasında  gömrük 
sərhədlərinin  ləğv  edilməsi  haqqında  saziş  imzaladı.  Bu  addım 
əslində Versal sülh 
50 


sisteminin tələblərinin kobudcasına pozulması demək idi. Versal sülh 
müqaviləsini  imzalayan  qalib  dövlətlər  qəti  şəkildə  Almaniyanın 
hərəkətlərinin  əleyhinə  çıxdılar.  Sentyabrın  5-də  beynəlxalq  daimi 
tribunal  Almaniyanın  Avstriya  ilə  bağladığı  gömrük  ittifaqını  ləğv 
etdi.  Bundan  sonra  Almaniyada  nasional-  sosializm,  revanşizm  və 
Versal - Vaşinqton sülh sistemini dağıtmaq meylləri daha da gücləndi. 
İqtisadi böhranın təsiri altında Almaniyanın növbəti müddət - 
1931-
 
ci il iyunun 5-də təzminatı ödəməsi çətinləşdi. Ölkəni maliyyə 
böhranı bürümüşdü. Almaniyanın təzminatı ödəməyə gücü çatmırdı. 
Belə  olduqda  Almaniya  prezidenti  Hindenburq  ABŞ  prezidenti 
Huverə  kömək  üçün  müraciət  etdi.  Huver  isə  öz  növbəsində  bir  il 
müddətinə bütün təzminat və istiqrazların ödənilməsini dayandırmaq 
təklifini  irəli  sürdü.  Bu,  Huver  moratoriumu  adını  aldı.  Fransa 
müvafiq  müraciətin  əleyhinə  çıxaraq  öz  şərtlərini  irəli  sürdü.  Buna 
baxmayaraq,  iyulun  20-də  baş  nazirlərin  Londonda  keçirilən 
konfransında  Almaniyaya  uzunmüddətli  kredit  vennək  və  ölkənin 
maliyyə  vəziyyətini  öyrənmək  üçün  komissiya  yaratmaq  tövsiyə 
edildi.  Vəziyyəti  araşdıran  komissiya  Almaniyanın  təzminatı 
ödəməyə imkanı olmadığını bildirdi. 
Huver 
moratoriumu 
qüvvəyə  mindi.  İqtisadi  böhran 
dərinləşdiyindən  noyabr  ayında  alman  hökuməti  moratoriumun 
müddəti başa çatdıqdan sonra təzminatı ödəməyə imkanı olmadığını 
bildirdi. 
1932-
 
ci  ilin  iyun ayında  Lozanda təzminat  məsələsinə dair 
konfrans  çağırıldı.  İngiltərə,  Fransa,  Almaniya  və  İtaliyanın  iştirak 
etdiyi konfransda alman nümayəndə heyəti təzminatın ödənilməsinin 
tam ləğv olunmasını xahiş  etdi. İtaliya nümayəndə heyəti bu təklifi 
müdafiə  etdi.  Müttəfiqlərin  hərbi  borclarını  ABŞ  hökumətinin 
siləcəyi  təqdirdə  Böyük  Britaniya  həmin  təkliflə  razılaşacağını 
bildirdi.  Belə  şəraitdə  Fransanın  müqavimətinin  elə  bir  nəticəsi 
olmadı. İyulun 9-da Lozan konfransının Yekun paktı imzalandı. Bu 
pakta görə Yunq planına əsasən nəzərdə tutulan ödə 
51 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə