Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 60 - 
9-cu DƏRS 
I.  Quranın yazılması  
II.  Quranın yazılma mərhələsi 
III.  Quranı nəyin üzərinə yazırdılar? 
IV.  Quranın yazılma forması 
Quranın yazılması 
 
Quranın  bəhslərindən  biri  də  onun  yazılması 
barədədir. Hər bir müsəlman onun dini kitabının tarixi 
ilə tanış olmaq istəyir. 
 
İlkin  mərhələdə  Peyğəmbər  (s)  və  onun  yaxın 
dostları  Quranı  əzbərləməklə  qoruyub  saxlayırdılar. 
Ərəblərin  hafizəsi  tarixdə  çox  məşhur  olubdur.  Onlar 
cəhalət  dövründə  çoxlu  məhrumiyyətlərlə  üzləşsələr 
də  hafizə  cəhətdən  çox  inkişaf  ediblər.  Belə  ki,  uzun 
şerlər, hətta divanları əzbər edərək tarixdə saxlayıblar. 
Deyilənlərə  görə  cox  vaxt  ərəblər  bir  şeri  bir  dəfə 
eşitməklə əzbərləyirmişlər. 
 
Allah-Təalanın  gözəl  və  dilə  yatımlı  kəlamı 
olan  Qurani-Kərim  nazil  olanda  ərəblər  onu  çox 
böyük bir həvəslə əzbərləməyə başladılar. Quranın öz 
cazibəsi,  onların  xüsusi  istedadı  və  ilahi  bir 
məsuliyyət  toplaşaraq  Quranın  zehnlərdə  yaşamasını 
təmin  etdi.  Onu  da  əlavə  etməyi  lazım  bilirik  ki, 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 61 - 
Quranın  qorunub  saxlanmasına  Allah-Təala  özü 
zamin  olubdur.  Peyğəmbər  (s)  özü  də  möminləri 
Quran  əzbərləməyə  çox  təşviq  edərdi.  Bu  da 
istedadların  ilahi  tərəfindən  daha  möhkəmlənməsinə 
səbəb  oldu  və  Quran  əvvəlki  mərhələlərdə  bu  cür 
yaşadı. 
Quranın yazılma mərhələsi 
 
Məkkədə  yazı  yazmağı  bacaranlar  17  nəfər 
idilər. Quranın da yazılmağı çox zəruri idi. Çünki onu 
zehinlərdə  qoruyub  saxlamaq  çətin  idi.  Ona  görə  də 
Həzrət  Peyğəmbər  (s)  yazmağı  bacaranları  toplayıb 
Quranı  yazdırmağa  başladı.  Bu  dəstənin  adına 
“kuttabu  vəhy”  deyirdilər.  Vəhyi  yazanların  sayının 
tarixdə  45  nəfərə  qədər  olduğunu  qeyd  ediblər. 
Bunlardan bəzilərinin üzərində ixtilaflar vardır. Çünki 
Qurandan 
əlavə 
əhdnamələr, 
müqavilələr, 
Peyğəmbərin  (s)  məktubları  olurdu.  Onları  da 
yazırdılar.  Amma  bir  neçə  nəfərin  Quranı  yazmağı 
ixtilafsız  tarixə  düşübdür.  Onlar  ibarətdirlər:  Həzrət 
Əli  ibni  Əbutalib  (ə),  Məaz  ibni  Cəbəl,  Übey  ibni 
Kəb, Zeyd ibni Sabit və Abdullah ibni Məsud. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 62 - 
Quranı nəyin üzərinə yazırdılar? 
 
İxtilafsız 
olaraq 
Quranın 
aşağıda 
qeyd 
edəcəyimiz  vasitələrdə  yazılması  tarixdə  öz  əksini 
tapıbdır: 
1.  Usub – xurma çubuqları. 
2.  Lixaf – kiçik və nazik daşlar. 
3.  Riqa – kağız parçaları. 
4.  Ədyəm – dabbağ olunmuş heyvan dərisi. 
5.  Əktaf – dəvə və qoyun sümükləri 
6.  Əktab - dəvənin belinə minmək üçün qoyulan taxta 
7.  Əzla – heyvanın qabırğaları 
8.  Hərir – ipək parça 
9.  Şizaz – bir növ ağac 
10. Tirtas – kağız 
Doktor Ramiyar yazır: ərəblər kağızı qədimdən 
tanıyırdılar.  O  zaman  kağız  Hindistanda  düzəlirdi. 
Oradan Yəmənə göndərilirdi. Yəməndən isə Ərəbistan 
vasitəsilə Şama və Ruma göndərilirdi. 
Quranın yazılma forması 
 
Vəhyi  yazanlar  Həzrət  Peyğəmbərin  (s) 
göstərişi  ilə,  ayələr  nazil  olduqca  bir-birinin  ardınca 
yazırdılar.  Hər  vaxt  ki,  ”bismillahirrahmənirrahim” 
nazil  olurdu,  bununla  bir  surənin  qurtarıb  o  birisinin 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 63 - 
başlanması bildirilirdi. Bu barədə İmam Sadiq (ə)-dan 
hədis  vardır  ki,  buyurur:  “Bir  surənin  əvvəlində 
“bismillah”ın  nazil  olması,  ondan  qabaqkı  surənin 
qurtarmasını bildirirdi”. 
ﻟا ﻦﲪﺮﻟا ﷲا ﻢﺴﺑ لوﺰﻨﺑ ةرﻮﺳ ءﺎﻀﻘﻧا فﺮﻌﻳ نﺎﻛ
 ءاﺪﺘﺑا ﻢﻴﺣﺮ
ىﺮﺧﻻ
 
 
Bəzi  hallarda  Peyğəmbərin  (s)  seçimi  ilə,  ya 
Cəbrailin  göstərişi  ilə,  nazil  olmuş  ayələri  başqa 
surələrin  ayələrinin  arasına  yerləşdiriblər.  Quranın 
ayələrinin 
tənzimi 
və 
tərtibi 
əksər 
surələrdə 
Peyğəmbərin  (s)  əmri  ilə  olubdur.  Bəzi  surələrdə  isə 
səhabənin rəyi və ictihadı ilə əmələ gəlibdir.  
9-cu Dərsin Sualları 
1)  Quran nə zamandan yazı şəklinə salınmağa 
başlayıb və bu iş kimin göstərişi ilə olub? 
2)  Quranı yazanlara nə deyilir və onlar kimlər idi? 
Bir neçəsinin adlarını çəkin. 
3)  Quranı kağızdan başqa nələrin üzərinə 
yazırdılar? 
4)  Quranın ayələrinin tənzimi və tərtibi hansı 
formada həyata keçirilib?  
 
 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 64 - 
10-cu DƏRS 
I.  Quran hafizləri  
II.  Quranın bir yerə toplanması  
III.  Mövla İmam Əli (ə)-ın topladığı Quranın 
xüsusiyyətləri 
IV.  Birinci və üçüncü xəlifənin dövründə Quranla 
əlaqədar görülən işlər 
V.  Qiraətin vücuda gəlmə mərhələləri 
Quran hafizləri 
Səhabələr  arasında  Quranı  əzbər  bilən  bir  çox 
şəxslər  var  idi.  Həmçinin  onların  arasında  Peyğəmbər 
(s)-in  həyat  yoldaşlarından  da  var  idi.  Quranı  əzbər 
bilənlərin adlarını bir-bir qeyd etmək çox uzun çəkdiyinə 
görə  onların  ancaq  məşhurlarının  adlarını  yazırıq:  Əli 
ibni Əbutalib (ə), Əbdullah  ibni Məsud, Ubey ibni  Kəb, 
Zeyd  ibni  Sabit,  Osman,  Məaz  ibni  Cəbəl,  Əbu  Ərda, 
Əbu Əyyub, Səd ibni Ubeyd, Əbu Zeyd. 
Quranın bir yerə toplanması 
Bəzi  səhabələr  Peyğəmbər  (s)-in  zamanında 
özləri  üçün  Quranı  toplamışdılar.  Həzrət  Əli  (ə) 
Peyğəmbər  (s)-dən  sonra  birinci  şəxsiyyət  olduğuna 
görə  Həzrət  Peyğəmbər  (s)  Quranı  kitab  halına 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə