Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 45 - 
Peyğəmbərə  (s)  təskinlik  idi,  həm  də  müsəlmanların 
möhkəmlənməyinə  səbəb  olurdu.  Təsəvvür  edin 
müsəlmanların  vəziyyətini,  o  zamanlarda:  sayları  az, 
düşmənləri çox, qarınları ac, hər yerdən əlləri üzülüb, 
Quranın təbiri ilə desək, yer üzü onlara daralıb, pənah 
tapa  bilməyən  bir  zamanda,  qüdrəti  və  gücü,  rəhməti 
və  bərəkəti,  məhəbbət  və  sevgisi  bütün  qüvvələrdən 
çox olan, nəinki çox olan, həqiqətdə bu saydıqlarımızı 
vücuda  gətirib  yaradan  bir  Allahın  tərəfindən  sənə 
kömək gəlir, sənə təskinlik və pənah yeri göstərilir, nə 
dərəcədə  insanın  qəlbi  rahatlıq  tapar  və  öz  hədəfinə 
çatmağa ümidvar olar. 
 
Bəli, “tədrici nuzul”un bir hikməti bu idi. 
2.  Bildiyimiz  kimi  Quran  səmavi  bir  kitabdır. 
İnsanların dünya və axirət  müqəddəratını həll edir. 
Maddi 
və 
mənəvi 
məsələlərin 
hamısının 
düzgünlüyü  ondan  asılıdır.  İnsanların  ictimai  və 
fərdi  məsələlərinin  hamısı  ona  bağlıdır.  İnsanlar 
şagird,  Quran  isə  müəllim  timsalındadır.  Ona  görə 
də gərək tədriclə çatdırılsın ki, xalq onun vasitəsilə 
təlimlənsin. 
3.  Quran  tədriclə  nazl  olduqca  Peyğəmbərin  (s) 
səhabələri tərəfindən əzbərlənir  və bu  vasitə ilə də 
təhrif  olunmaqdan qoruyub saxlanılırdı. 
4.  Quranın  ayələrini  Peyğəmbər  (s)  zamanında  baş 
verən  hadisələrin  çoxu  ilə  sıx  əlaqəsi  var  idi.  Hər 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 46 - 
vaxt bir  hadisə yaxud irad  meydana çıxırdı, Quran 
yerindəcə  onlara  münasibət  bildirib,  diş  sındıran 
cavablar  verirdi.  Bu  da  tədriclə  nazil  olmanın 
hesabına  vücuda  gəlirdi.  Ayələrin  nazil  olmasına 
gətirib  çixarıan  hadisələrə  “səbəbi  nuzul”,  yaxud 
“şəni nuzul” deyirdilər. 
6-cı Dərsin Sualları 
1)  Besət (və ya məbəs) nədir? Ümmətə rəhbərlik 
etmək səlahiyyətinə malik olacaq peyğəmbəri kim 
seçir; xalqmı və ya Allahmı? 
2)  Besət (və ya məbəs) harada və nə vaxt baş verib? 
3)  Nuzuli-dəfi və nuzuli-tədrici nədir və aralarındakı 
fərq nədir? 
4)  Nuzuli-tədricinin faydalarını sadalayın və deyin 
görək əgər Quran yalnız nuzuli-dəfi yolu ilə nazil 
olsaydı nə olardı? 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 47 - 
7-ci DƏRS 
I.  Nuzul səbəbləri nə deməkdir  
II.  “Nuzul səbələri” ni tanımağın faydaları  
Nuzul səbəbləri nə deməkdir 
Keçən  fəsildə  bəyan  olunduğu  kimi  Quranın 
ayələri  tədriclə  və  müəyyən  müddətə  nazil  olubdur. 
Quranın tədriclə nazil olmasının bir məsələ ilə əlaqəsi 
vardır.  Ona  da  “nuzul  səbəbləri”,  yaxud  “şəni-nuzul” 
deyirlər. 
Ümumiyyətlə  Quran  ayələri 
iki 
hissəyə 
bölünür:  Birincisi;  ümumi  camaatı  hidayət  və  irşad 
etmək  üçün  xüsusi  bir  səbəbə  görə  nazil  olmayan 
ayələr.  Yəni  bu  ayələrin  nazil  olmağında  məqsəd 
insanları  hidayət  etməkdir.  Xüsusi  bir  hadisə,  yaxud 
nə isə baş verməyib ki, ona görə ayə nazil olsun. 
 
İkincisi; bəzi ayələrin  nazil olmasına xüsusi bir 
duyğu  səbəb  olmuşdur.  Quranın  ayələrindən  və 
surələrindən  çoxu  Peyğəmbərin  (s)  risaləti  dövründə 
baş  verən  hadisələrlə  əlaqədar  və  ya  ondan  olunan 
suallara  cavab  olaraq  nazil  olmuşdur.  Bu  səbəblərə 
“nuzul səbələri” yaxud “şəni-nuzul” deyirlər. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 48 - 
“Nuzul səbələri” nin tanımağın faydaları 
1.  Quranda  təşri  olan  hökmün  (şəriət  hökmü  –  red.) 
illət (səbəb – red.) və fəlsəfəsini tanımaq. 
2.  Hər bir söz müxtəlif mövqelərdə, müxtəlif mənalar 
verə  bilir.  Sözün  anlayışını  düzgün  başa  düşmək 
üçün  başqa  əlamətlər  də  lazımdır.  Məsələn,  bu 
sözdə  məqsəd  sualdır,  danlamaqdır,  sərzənişdir 
(başa  vurma,  ayıltma  –  red.),  təkiddir,  ya  bəlkə 
istehzadır  –  bilməkdən  ötrü  “nuzul  səbəb”  lərini 
bilmək çox zəruridir. 
3.  Bəzən  ayələrdə  ya  hökmdə  insana  təvəhhüm 
(anlayış  –  red.)  gəlir.  “Nuzul  səbəb”lərini  bilmək 
bu xəyalı insandan uzaqlaşdırır. 
4.  Xüsusilə  Quranı  təfsir  etmək  “nuzul  səbəbləri”ni 
bilmədən  mümkün  deyil.  “Nuzul  səbəbləri”ni 
bilməyin 
Quranın 
təfsirində 
dəxaləti 
olan 
ayələrdən  birini  nümunə  ünvanında  qeyd  edirik: 
“Bəqərə”  surəsinin  115-ci  ayəsində  buyurulur: 
“Məşriq  və  məğrib  Allaha  məxsusdur,  hansı tərəfə 
üz çevirsəniz, ora üzü Allahadır”. 
ﷲا ﻪﺟ و ﻢﺜﻓ اﻮﻟﻮﺗ ﺎﻤﻨﻳﺎﻓ بﺮﻐﳌاو قﺮﺸﳌا ﷲو
 
Ayənin  zahirindən  belə  məlum  olur  ki,  namaz 
vaxtlarında  üzünü  hansı  tərəfə  döndərsən  olar. 
Amma  ayənin  “şəni  nuzulu”na  müraciət  edəndə 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 49 - 
məlum  olur  ki,  bu,  səfərdə  nafilə  namazı  qılmağa 
aiddir. 
Dediyimiz  kimi  ayənin  nə  vaxt,  nə  üçün,  hansı 
mövzuya  aid  olduğunu  bilməsək,  ona  düzgün  təfsir 
vermək  mümkün  deyil.  Yuxarıda  göstərdiklərimiz 
“nuzul  səbəbləri”ni  tanımağın  bəzi  faydaları  idi.  Belə 
düşünürəm ki, bu yazı üçün bu miqdar kifayət edir. 
 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  “nuzul 
səbəbləri”ni  rəvayətlərin  vasitəsi  ilə  əldə  edirik.  O  da 
məlumdur  ki,  rəvayətlərdən  bəziləri  etibarsız  olurlar. 
Belə  olan  halda  nə  etməli?  “Nuzul  səbəbləri”ni 
bilməyin  bu  qədər  faydası  olan  halda  etibarsız 
rəvayətlərlə necə keçinməliyik? 
 
Söylədiyimiz  bu  məsələdə,  əgər  rəvayət  səhih 
və mötəbər olan halda, onun düzgünlüyünə yəqinimiz 
olarsa,  o  rəvayətin  hökmünə  uyğun  əməl  olunur.  Əks 
halda  həmən  rəvayət  ayə  ilə  uzlaşdırılır,  ayənin 
məzmunu  və  onun  ətrafında  olan  başqa  qərinələrlə 
uyğunlaşmasa,  o  rəvayətə  etibar  olunmur.  Ondan 
səhih  və  mötəbər  rəvayətlər  və  yollar  tapılır  ki, 
Quranın ayələri o vasitəlrələ düzgün təfsir olunur. 
7-ci Dərsin Sualları 
1)  “Şəni-Nuzul” nə deməkdir? 
2)  “Şəni-Nuzul”u  bilməməyin ziyanı nədir? 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə