Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 70 - 
11-ci DƏRS 
I.  “Ecaz”-ın lüğəvi mənası   
II.  “Ecaz”-ın istilahi mənası  
III.  Ən yaxşı möcüzə 
IV.  Fəsahət və bəlağət 
V.  Quranda ixtilafın olmaması  
VI.  Maarif cəhətindən möcüzə olması 
VII.  Qanun qoymaqda Quranın möcüzəsi 
VIII.  Qeybi xəbərlər vermək cəhətindən Quranın 
möcüzə olması 
IX.  Elmi məsələləri dəqiq surətdə açıqlaması 
cəhətdən Quranın möcüzə olması 
Məqsədimiz  Qurana  bir  neçə  cəhətdən  diqqət 
etmək  olduöuna  görə  söhbətimizin  bu  hissəsində 
Qurani-Kərimin  ecazına  işarə  etmək  istədrik.  Bu 
barədə  xülasə  şəkildə  bəhs  etmək  yaxşı  olardı.  Ona 
görə  ki,  həm  bu  barədə  bir  qədər  məlumat  toplarıq, 
həm də Quranın çox dərin bir ilahi kitab olduğunu bir 
az  da  dəqiqləşdirərik.  Sonra  da  Quranın  tərcümə  və 
təfsirində nə isə etmək istəsək çox ehtiyyatlı olaraq öz 
şəxsi  fikirlərimizə  etimad  etməyib,  lazım  olan  yerlərə 
müraciət  edərək  özümüzü  bu  çətin  bəhsdə  xətadan 
qoruyarıq.  İndi  görək  Quranın  möcüzə  olmağı  nə 
dərəcədədir.  Ona  görə  də  əvvəlcə  ecaz  kəlməsi 
barəsində bir qədər təhqiq aparaq.  


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 71 - 
“Ecaz”-ın lüğəvi mənası  
Lüğətdə “ecaz” kəlməsi üçün bir neçə məna 
zikr olunubdur:                
1.  “Əlfat” – o şey ondan fövt oldu. 
2.   “Vicdanul əcz” – onu aciz tapdı. 
3.  “Ehdasul əcz” – onu aciz etdi. 
 
Rağib İsfəhani “Müfrədat” kitabında yazır: 
“Əcz” maddəsi bir şeydən geri qalmaq mənasındadır. 
Ürfdə isə bir işi əmələ gətirməkdən aciz olmağa 
deyirlər. 
“Ecaz”-ın istilahi mənası 
İstilahda  ecaz,  peyğəmbərlik  iddiası  edən  bir 
şəxsin  əmələ  gətirdiyi  işə  deyərlər  ki,  başqaları  o  işi 
etməkdən  acizdirlər.  Bu  işə  möcüzə  deyərlər  və  bu, 
peyğəmbərlik  iddiası  edən  şəxsin  peyğəmbərliyinə 
şahiddir.  
Ən yaxşı möcüzə   
Ən  yaxşı  möcüzə  odur  ki,  öz  zamanında  olan 
məşhur  sənətə  və  peşəyə  oxşar  olsun.  Ona  görə  o 
sənətə  arif  və  alim  olanlar  hamıdan  yaxşı  bilirlər  ki,  


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 72 - 
peyğəmbərliyə  şahid  gətirilən  bu  iş  adi  peşələrdən 
fərqlidir.  Buna  əsasən  də  alimlər  peyğəmbərlərin 
möcüzəsini təsdiq etməkdə başqalarından irəlidədirlər. 
Necə ki, Həzrət Musa (ə)-ın möcüzəsinə ilk dəfə iman 
gətirənlər sahirlər (sehr edənlər) oldular.  
Allah-Təala 
Həzrət 
Musa 
(ə)-a 
sehrin 
müqabilində  əsa,  Həzrət  İsa  (ə)-a  müalicəsi  olmayan 
xəstəliklərin  müqabilində  müalicə  yolu,  axırıncı 
peyğəmbəri  olan  Həzrət  Mudəmməd  (s)-ə  isə 
ərəblərin  şerdə  və  ədəbiyyatda  şox  inkişaf  etdiyi  bir 
zamanda  gözəl  fəsahət  və bəlağətə  malik  olan Quranı 
əta etdi. Bunların da  möcüzə olduğunu öz dövrlərinin 
bu işdə ustad olanları birinci başa düşdülər.  
Muğeyrət ibni Şobə cəhalət dövründə Ərəbistan 
yarımadasında böyük bir ədib, fəsahət və bəlağətli şer 
yazan  bir  şəxs  idi.  Müşriklər  onu  Peyğəmbər  (s)-lə 
söhbətə  göndərdilər.  O,  qayıdandan  sonra  dedi:  o 
sözlər  bəşər  sözü  deyil.  Müşriklər  dedilər:  deyək  ki, 
Muhəmməd (s) dəlidir.  
Muğeyrət  cavabında  dedi:  siz  bilmirsiz  o 
yüksəklikdə  kəlam  sahibi  olan  bir  şəxsə  cünun  adı 
yapışdırmaq  mümkün  deyil?  Deyin  ki,  sahirdir,  bəlkə 
bu yol ilə insanları ona inanmağa qoymadıq.  
Bəli,  belə  olub.  Bütün  peyğəmbərlər  öz 
zamanlarında  inkişaf  edən  bir  peşəyə  uyğun  möcüzə 
gətiriblər.  O  zamanın  da  başbilənləri  onun  möcüzə, 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 73 - 
gətirənin  isə  peyğəmbər  olduğunu  hamıdan  əvvəl 
biliblər.  Amma  bilmək  ayrı  işdir,  inanıb  əqidə 
bağlamaq  ayrı  iş.  Onlar  tanıyırdılar,  bilirdilər,  amma, 
o  həqiqəti  aşkar  etmirdilər.    Ona  görə  ki,  şəxsi 
mənafeləri  təhlükəyə  düşürdü.  Elə  müasir  dövrdəki 
kimi. Çoxları həqiqəti başa düşürlər, amma, nə isə bu 
həqiqətin  qarşısında  onların  bəndəçilik  boyunlarının 
əyilməsinə  mane  olur.  Bu  maneə  cəhalətdirmi?  Xeyr. 
Cahillər  haqqı  tanıyanlar  cərgəsinə  hələ  daxil 
olmayıblar.  Hansı  səbəb?  Bəlkə  inadkarlıq?  Bəlkə 
dünyanın çirkin olan quru adı  və bir tikə acı  yeməyi? 
Bu  acı  tikələrin  hesabına  insanlar  çoxlu  şirin 
yeməklərini  əldən  veriblər.  Bir  quru  ada  xatir  böyük 
üxrəvi adlarını və məqamlarını itiriblər. İmam Hüseyn 
(ə)  bir  nəfərə  nəsihət  edərkən  belə  buyurdu:  “Sən  80 
ilin  günahını  toplamısan,  çox  səhvlər  edibsən.  Bu 
günahları  ancaq 
Allah 
yolunda  şəhid  olmaq 
təmizləyər”. 
O  adam  isə  cavabında  dedi:  “İstəyirsən  yaxşı 
atları verim sənə”. 
İmam  təəssüf edərək  geri qayıtdı.  Həmən adam 
da başa düşmədi ki, 80 il idi ki, o, günah edirdi. Onun 
günahının  təmizlənməsi  lazım  idi,  atın  yox.  O  şəxs 
qalan ömrünü təəssüflə keçirdi. Həmişə o fürsəti əldən 
verdiyi  üçün  peşimançılıq  çəkərdi.  Rahatlıq  olmadı 
onun qalan ömründə.  


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə