Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   14   15   16   17   18   19   20   21   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 101 - 
“Özümdən  sonra  ümmətim  üçün  ən  çox  qorxduğum 
adam o şəxsdir ki, Quranı təfsir edə, amma hər şeyi öz 
yerində  etməyə  (düzgün  təfsir  etməyə).  Həzrət  İmam 
Baqir  (ə)  Quranı  təfsir  edən  bir  nəfərə  buyurdu: 
“Quranı o adam bilər ki, Quran ona xitab olunubdur’’. 
Bunlar  və bundan əlavə çoxlu  mötəbər  hədislər 
vardır  ki,  Quranı  öz  rəylərinə  əsasən  təfsir  edəniləri 
məzəmmət edir və cəhənnəm vədəsi verir.  
Bir az əvvəl işarə etdik ki, öz nəzərlərinə uyğun 
təfsir  edənlərinn  bir  dəstəsi  mənafe  xatirinə  belə 
edirlər.  Bu  barədə  Quranın  Bəqərə  surəsinin  75-ci 
ayəsində məlumat verilir: 
 مﻼﻛ  نﻮﻌﻤﺴﻳ ﻢﻬﻨﻣ ﻖﻳﺮﻓ نﺎﻛ  ﺪﻗو ﻢﻜﻟ اﻮﻨﻣﺆﻳ نا نﻮﻌﻤﻄﺘﻓا
نﻮﻤﻠﻌﻳ ﻢﻫو ﻩﻮﻠﻘﻋ ﺎﻣ ﺪﻌﺑ ﻦﻣ ﻪﻧﻮﻓﺮﳛ ﰒ ﷲا
 
“Siz  gözləyirsiniz  onlar  sizin  dininizə  iman  gətirsin. 
Halbuki, onların bir dəstəsi Allahın kəlamını eşidiblər, 
onu  başa  düşüb,  xəbərdar  olandan  sonra,  o  kəlamı 
təhrif edirdilər’’.  
Gördüyünüz  bu  ayədə  söhbət  yəhudilərdən 
gedir.  Onlar  həqiqəti  –  Quranı  sonuncu  kitab  və 
Həzrət 
Muhəmməd 
(s)-i 
sonuncu 
peyğəmbər 
olduğunu  bilərək  inkar  edir,  öz  Tövratlarında    bu 
barədə oxuduqlarını təhrif edirdilər.  
 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 102 - 
“Maidə”  surəsinin  13-cü  ayəsində  Allah-Təala 
buyurur: 
ﻪﺑ اوﺮﻛذ ﺎﳑ ﺎﻈﺣ اﻮﺴﻧو ﻪﻌﺿاﻮﻣ ﻦﻋ ﻢﻠﻜﻟا نﻮﻓﺮﳛ
 
“Onlar  sözləri  öz  yerindən  təhrif  edirlər  və  onlara 
xəbərdarlıq edilənləri unudurlar’’. 
“Nisa’’  surəsinin  46-cı  ayəsində  yenə  yəhudilərin 
Allah  kəlamını  təhrif  etmələrindən  söz  açaraq 
buyurur.  
ﻪﻌﺿاﻮﻣ ﻦﻋ ﻢﻠﻜﻟا نﻮﻓﺮﳛ اودﺎﻫ ﻦﻳﺬﻟا ﻦﻣ
 
“Yəhudilərdən Allah kəlamını təhrif edirlər’’. Qurani-
Kərimdə  yəhudilərin  təhrifi  barəsində  olan  ayələrin 
cəmindən  bu  nəticəyə  gəlinir  ki,  bir  dəstə  yəhudinin 
mənafeyinə  görə  haqq  təhrif  olunur,  gizlədilir  və 
başqa  formada  insanlara  çatdırılırdı.  Allah  kəlamı 
döndərilərək  insanlar  zəlalətə  salınırdı.  İlahi  kəlamlar 
təhrif  olunur,  bir  dəstə  insanlar  isə  ondan  dünya 
faydası  götürürlər.  Bu  yolda  onlara  bir  dəstə  də  cahil 
surətdə  yardımçı  olur,  birinci  dəstə  dünya  qazanıb 
axirət  itirirlıər,  ikinci  dəstə  isə  həm  axirət,  həm  də 
dünyanı  itirirlər.  Bu  barədə  mötəbər  olan  bir  hədis 
var:  “İnsanların  pisi  axirətini  dünyasına  satanlardır, 
onlardan  daha  pisi,  axirətini  başqasının  dünyası  üçün 
satanlardır’’. Baxın bu bədbəxtlərə, görün  necə çirkin 
əmələ  mübtəla olublar. Bəlkə bu  günkü təhriflərdə də 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 103 - 
yəhudi  barmağı  vardır.  Bu  günkü  təhrifçilər  görəsən 
kimin  dünyasına  xidmət  edərək  öz  axirətlərini 
satırlar? Əbədi lənətə düçar olmuş bir dəstə yəhudinin 
davamçıları onların başına gələn müsibətləri görərkən 
nə  üçün bu çirkinlikdən çəkinmirlər? Görəsən bu  gün 
Quranda  hicab  ayəsinin  mənasını  təhrif  edənlər, 
şərabın  haram  olması  barədə  Quranda  ayənin 
olmadığını  iddia  edənlər  kimin  dəyirmanına  su 
tökürlər?  Öz  axirət  taxtlarını  vıran  edərək  başqaları 
üçün  dünya  taxtı  qururlar.  Yeri  gəlmişkən  deyim  ki, 
Quranda hicabı vacib edən ayələr vardır.  Oxucular bu 
barədə  Quranın  “Əhzab’’  surəsinin  53  və  59-cu, 
“Nur’’ surəsinin isə 30, 31 və 57-ci ayələrinə müraciət 
edə  bilərlər.  Bu  ayələr  qadinların  kamil  surətdə 
örtülməyindən  söz  açaraq,  hicabı  vacib  olan  ilahi 
hökm  olaraq  aydın  surətdə  başa  salır.    Əvvəldə 
dediyimiz  kimi  bəziləri  gah  bu  barədə  ayələrin 
olmadığını,  gah  da  hicabın  bütün  bədənə  aid 
olmadığını  iddia  edirlər.  Onlar  yalançı,  axirətlərini 
dünyaya 
satanlar, 
başqalarının 
və 
şeytanların 
muzdurlarıdırlar.  
Şərabın  haramlığı  barədə  də  Qurani-Kərimin 
“Bəqərə”  surəsinin  219-cu,  “Maidə”  surəsinin  90,  91-ci 
ayələrinə müraciət edilə bilər. Əlbəttə Quranın ayələrinin 
çoxuna bu gün düzgün yanaşmırlar, amma bu iki mövzu 
çox aktual olduğundan onlara xüsusi işarə etdik.  


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 104 - 
3. Qurani-Kərimin (mənəvi) təhrif olma səbəblərindən 
biri 
də 
“Əhli-Beyt’’ 
əleyhimussalamdan 
uzaq 
düşməkdir.  Belə  ki,  islamın  hələ  əvvəl  vaxtlarında  
elm    şəhərinin  qapısı,  elmdə  möhkəm  (ərrasixunə  fil 
elm)  olan  pak  insanlar,  Allah  dinində  həm  əql,  həm 
elm  və    həm  də  sünnət  cəhətdən  kamil  müsəlman  və 
Allahın  tam  xəlifələri  olan  Peyğəmbər  (s)-in  Əhli-
Beyti  kənara  qoyuldular.  İslam  və  onun  müqəddəs 
olan kitabı  naməhrəmlər əlinə düşdü. Nəticədə bu cür 
təhrifçilər ortaya çıxdı. Onların davamçıları isə bu gün 
Quranı  öz  nəfslərinə  uyğun  təfsir  etməkdədirlər. 
Həzrət İmam Əli (ə) buyurur :  
ﱏوﺪﻘﻔﺗ نا ﻞﺒﻗ ﱏﻮﻠﺳ
 
“Məni itirməmiş məndən hər şeyi xəbər alın’’.  
Başqa bir yerdə o Həzrət buyurur:  
  ﻪﺘﺒﻧ  ﺢﻳﻮﺼﺗ  ﻞﺒﻗ  ﻦﻣ  ﻢﻠﻌﻟا  اوردﺎﺒﻓ
 اﻮﻠﻐﺸﺗ  نا  ﻞﺒﻗ  ﻦﻣ  و
ﻪﻠﻫا ﺪﻨﻋ ﻦﻣ ﻢﻠﻌﻟا رﺎﺸﺘﺴﻣ ﻦﻋ ﻢﻜﺴﻔﻧﺎﺑ
 
“Elm  budaqları  salmamış,  özünüz  giriftarcılığa  dücar 
olmamış,  elm  meydanının  çiçəklərindən  və  fikir 
inqilabının bəhrələrindən istifadə edin’’.  
Amma  əfsus  ki,  bu  çiçəkləri  soldurdular, 
inqilab  meydanlarını  qarışdıraraq  elm  şəhərinin 
qapılarını  məzlum  xalqların  üzünə  bağlayaraq  onları 
elm  dəryasından  istifadə  etməkdən  məhrum  etdilər. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 105 - 
Nəticə?  Nəticə  isə  göz  qabağındadır.  Bu  günlər 
insanlığa  ləyaqəti  olmayanlar,  insanlıq  kitabı  olan 
Qurani-Kərimin  müəllimləri  olublar.  Halbuki,  Həzrət 
Peyğəmbər  (s)  bunlar  kimilərin  barəsində  1400  il 
bundan qabaq buyurmuşdur:  
ﻪﻨﻌﻠﻳ ناﺮﻘﻟاو ناﺮﻘﻟا لﺎﺗ بر
 
“Çox  Quran  oxuyanlar  vardır  ki,  Quran  onlara 
lənət oxuyur’’. Bəli bu  həqiqətdir, Quran  onlara  lənət 
oxuyur  və  oxuyacaq.  Nə  vaxta  qədər  bunlar  öz  çirkin 
əməllərindən  əl  çəkməyiblər  Quran,  Allah,  mələklər 
və bütün lənət oxuyanlar onlara lənət oxuyacaq.  
Amma  fikirləşməyək  ki,  bunların  çirkinliyi 
əbədidir.  Xeyr!  İnşaallah,  Allahın  sonuncu  Höccəti 
(ə.f.)  zalimlərin  kökünü  kəsən,  münafiqləri  məhv 
edən,  məzlumların  köməyi,  Quranın  şəriki,  elm 
şəhərinin  bugünkü  qapısı,  bütün  məzlum  və  məzlum 
ölənlərin  vəlisi  və  sultanı  tezliklə  zühur  edər  və  bu 
ədalətsizliyə  son  qoyar.  İnşaallah.  İlahi,  bizə  də  onun 
kərimə olan hökumətinin ləzzətini dadızdır. Amin. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 106 - 
14-cü Dərsin Sualları 
1)  “Təfsir” kəlməsini nə cür başa düşürsüz və 
Quranın təfsiri nə zamandan başlayıb? 
2)  Nə üçün Quranı öz nəzərimimizə uyğun təfsir 
etmək qadağandır və Quranı öz nəzərimimizə 
uyğun təfsir etməyin təhlükəsi nədir?  
3)  Quranın bəzi insanlar tərəfindən öz nəzərlərinə 
görə təfsir olunmasının səbəbləri hansılardır? 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 107 - 
15-ci DƏRS 
I.  Quran barədə bəzi əlavə məlumatlar  
II.  Quran oxumağın ədəbləri və diqqətə alınmalı 
bəzi məsələlər 
III.  Quran kimə lənət oxuyur? 
IV.  Quranın əzəmət, ədalət, qorxutmaq və ümid 
vermək cəhətdən ən böyük ayələri 
Quran barədə bəzi əlavə məlumatlar 
Sonda Quranın barəsində, oxumağının və ondan 
istifadə  etməyin  savabı  və  necə  istifadə  etmək, 
ümumiyyətlə bəzi məqamlara toxunmaq istərdim.  
1.  Quranın özü barədə Həzrət İmam Əli (ə) buyurub: 
     “Allah-Təala    Quranı  susuz  alimlər  üçün  nuş, 
fəqihlərin  qəlbi  üçün  bahar,  salehlərin  getməyi  
üçün  aşkar  yol  qərar  vermişdir,  Quran  bir 
dərmandır ondan istifadə edən xəstələnməz, Quran 
bir işıqdır zülmət ona yaxınlaşa bilməz’’.  
2.  Quran inam və rəhmətdir.  
              Həzrət Peyğəmbər (s) buyurur :                 
اﺪﺋﺎﻗو ﺎﻣﺎﻣا ﻩوﺬﲣﺄﻓ ناﺮﻘﻟﺎﺑ ﻢﻜﻴﻠﻋ
 
     “Quranı  sizə  tapşırıram  ki,  onu  özünüzə  aman  və 
rəhbər qərar verin’’.  
3.  Quran əhsənulhədisdir.  


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 108 - 
     ’’ Zumər ’’ surəsi 23-cü ayədə buyurur:  
 ﻦﻳﺬﻟا دﻮﻠﺟ ﺮﻌﺸﻘﺗ ﱐﺎﺜﻣ ﺎ ﺎﺸﺘﻣ ﺎﺑﺎﺘﻛ  ﺚﻳﺪﳊا ﻦﺴﺣا لﺰﻧ ﷲا
ﷲا ﺮﻛذ ﱃا ﻢ ﻮﻠﻗو ﻢﻫدﻮﻠﺟ ﲔﻠﺗ ﰒ ﻢ ر نﻮﺸﳜ
 
’’Allah-Təala    ən  gözəl  hədisi  (sözü)  nazil  edib,  o 
bir kitabdır ayələri gözəllik və dərin mənasına görə 
bir-birinə  oxşayır,  ayələri  təkrar  olunur,  Allahdan 
qorxanlar  onu  eşidəndə  bədənlərinə  lərzə  düşür, 
sonra  onların  daxili  və  batini  nərm  olaraq  Allahı 
yad edirlər...’’ 
Həzrət İmam Əli (ə) buyurub: 
  تاﺮﻛﺬﺘﻟا ﻊﻔﻧا و ﺔﻈﻋﻮﳌا ﻎﻠﺑا و ﺺﺼﻘﻟا ﻦﺴﺣا نا
 بﺎﺘﻛ
ﷲا
ﻞﺟ و ﺰﻋ 
 
“Həqiqətən  ən  gozəl  qissələr,  yetirinci  olan 
moizələr, 
mənfəətli 
xəbərdarlıqlar 
Allahın 
kitabındadır’’.  Həzrət  Peyğmbər  (s)  Quranın 
fəziləti barəsində belə buyurmuşdur:  
ﻪﻘﻠﺧ ﻰﻠﻋ ﷲا ﻞﻀﻔﻛ مﻼﻜﻟا ﺮﺋﺎﺳ ﻰﻠﻋ ناﺮﻘﻟا ﻞﻀﻓ
 
“Quranın  başqa  kəlamlara  nisbət  fəziləti,  Allah 
Taalanın məxluqa nisbət fəziləti kimidir’’. 
4.  Quran bütün zamanlarda təzədir.  
İmam  Sadiq  (ə)  buyurur:  “Allah-Təala  Quranı  bir 
zaman  üçün  qərar  verməyibdir,  bir  qövm    üçün 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 109 - 
göndərməyibdir,  o,  bütün  zamanda  yenidir,  bütün 
insanlar üçün hökmdür’’. 
5.  Quran böyük xəstəliklərə şəfadır.  
“İsra’’ surəsi 82 :   
 ﺪﻳﺰﻳ  ﻻو  ﲔﻨﻣﺆﻤﻠﻟ  ﺔﲪرو  ءﺎﻔﺷ  ﻮﻫ  ﺎﻣ  ناﺮﻘﻟا  ﻦﻣ  لﺰﻨﻧو
ارﺎﺴﺧ ﻻا ﲔﳌﺎﻈﻟا
 
“Quranda  möminlər  üçün  şəfa  və  rəhmət 
göndərmişik, lakin zalimlər ziyandan başqa bir şey 
artıra bilməzlər’’.  
     Mövla İmam Əli (ə) buyurur: 
ﻮﻫ و ءاﺪﻟا ﱪﻛا ﻦﻣ ءﺎﻔﺷ ﻪﻴﻓ نا
 
 ﻲﻐﻟاو قﺎﻔﻨﻟاو ﺮﻔﻜﻟا
لﻼﻀﻟاو
 
“Quran,  küfr,  nifaq,  zülm  və  zəlalət  kimi  böyük 
xəstəliklərə dərmandır’’. Yenə də bu barədə Mövla 
İmam  Əli  (ə)  buyurub:  “Allahın  kitabını  sizə 
tapşırıram,  o  möhkəm  ipdir,  aşkar  nurdur, 
mənfəətli  şəfa  verəndir,  kim  onun  vasitəsi  ilə 
danışsa  doğrucul  olar,  kim  ona  əməl  etsə  qabağa 
gedər’’.  
6.    Quran  böyük  dövlətdir,  onda  böyük  elimlər  və 
xəbərlər vardır.  
Həzrət  Peygəmbər  (s):  “Quran  böyük  dövlətdir, 
ondan  üstünü  yoxdur,  ondan  uzaq  olmaq  ən 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 110 - 
dəhşətli  fəqirlikdir,  onda  keçmişlərin  xəbərləri, 
gələcəyin  xəbəri,  yerin  və  göyün  elmi  var.  Hər 
hansı  bir  işdə  iki  nəfər  ixtilaf  etsə  onun  cavabı 
Quranda  var,  lakin  onu  adi  insanlar  dərk  edə 
bilmirlər’’. 
7.  Quranı öyrənməyin savabı.  
Həzrət 
Peygəmbər 
(s) 
buyurub: 
“Sizin 
xeyirliləriniz  Quranı  öyrənib  və  öyrədənlərdir, 
Quranı  öyrənin  və  çox  oxuyun.  Qiyamət  günü 
Quran  oxuyana  deyilər:  behiştə  daxil  ol,  oxu  və 
uca  ol,  hər  oxuduğun  ayəyə  görə  dərəcəni  al’’.    O 
Həzrət baçqa yerdə buyurub:  
نا
 
 ةﺮﺴﳊا مﻮﻳ ةﺎﺠﻨﻟاو ءاﺪﻬﺸﻟا تﻮﻣ و ءاﺪﻌﺴﻟا ﺶﻴﻋ ﰎدرا
 مﻼﻛ ﻪﻧﺎﻓ ناﺮﻘﻟا اﻮﺳردﺎﻓ ةﻼﻀﻟا مﻮﻳ ىﺪﳍو روﺮﳊا مﻮﻳ ﻞﻈﻟاو
ناﺰﻴﳌا ﰱ نﺎﺤﺟر و نﺎﻄﻴﺸﻟا ﻦﻣ زﺮﺣ و نﺎﲪﺮﻟا
 
“Əgər  xöşbətlərin  həyatını,  şəhidlərin  ölümünü, 
qiyamətin  (həsrət  günü)  nicatını,  isti  günün 
kölgəsini 
və 
zəlalət 
gününün 
hidayətini 
istəyirsinizsə  Quranı  öyrənin,  həqiqətən  Quran 
Allahın  kəlamıdır,  şeytandan  müdafiədir,  tərəzinin 
ağırlığıdır’’. 
8.  Quran öyrətmənin savabı.  
Həzrət  Peygəmbər  (s):  “Kim  Quranı  öyrənə  və 
başqasına öyrədə  və ona əməl edə,  mən özüm onu 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 111 - 
behiştə apararam’’. 
Mövla  İmam  Əli  (ə):  “Atanın  boynunda  haqdır 
övladına  yaxşı  ad  qoya,  onu  tərbiyələndirə  və  ona 
Quranı öyrədə’’.  
Həzrət Peygəmbər (s): 
 نﻮﻟوﻻا ﺎﻬﻨﻣ ﺐﺠﻌﻳ ةدﻼﻗ ﷲا ﻩﺪﻠﻗ ناﺮﻘﻟا ﻪﻟ اﺪﻟو ﻢﻠﻋ ﻦﻣ
ﺔﻣﺎﻴﻘﻟا مﻮﻳ نوﺮﺧﻻاو
 
“Hər  kim  övladına  Quran  öyrətsə  Allah  onun 
boynuna  bir  boyunbağı  asar,  Qiyamət  günü  bütün 
insanlar ona təəccüb  edərlər’’.  
Quranı  öyrənib  yadda  saxlamağın  da  böyük 
fəzilətləri  vardır.  Bu  barədə  islam  mənbələrində 
məsumlardan  çoxlu  hədislər  vardır:  “Kim  Quranı 
əzbərləsə  fikirləşməsin  ondan  böyük  bir  nemətə 
çatan var’’. 
“Kimin  daxilində  Qurandan  bir  şey  yoxdur,  O 
xaraba qalmış evə bənzəyir’’. 
Bundan  əlavə    çoxlu  rəvayətlər  vardır  ki,  Quranı 
yad 
etmək, 
onu 
təkrarlamaq 
və 
yaddan 
çıxartmamagı  təkid  edir.  Hər  kəs  Quranı  unutmuş 
olsa ən böyük neməti itirmiş olar.  
Quran  qəlblərin  cilasıdır.  İnsan  nə  qədər  onu  cox 
oxusa,  o  qədər  qəlbi  təmizlənər.  Kim  Quranla  üns 
tutsa  dostların  ayrılığı  onu  qorxutmaz.  Quranı 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 112 - 
gözəl  səs  ilə  oxumaq  yaxşıdır,  necə  ki,  Həzrət 
Peyğmbər  (s)  buyurur:  “Yaxşı  səs  Quranın 
zinətidir,  hər  şeyin  bəzəyi  var,  Quranın  da  bəzəyi 
yaxşı səsdir’’. O Həzrət buyurur: “Quran oxuyanda 
Allahdan qorxan adam yaxşı Quran oxuyandır’’. 
Quran  oxuyan  gərək  oxuduqlarına  əməl  etsin. 
Mövla 
İmam 
Əli 
(ə) 
buyurur: 
“Quran 
oxuyanlardan  kim  cəhənnəmə  getsə  bilin  ki,  o, 
Quranın  ayələrini 
məsxərə  edibdir  (yüngül 
sayıbdır,  əhəmiyyət  verməyibdir).  Onu  da  bilmək 
lazımdır  ki,  oxuyub  əməl  etməmək  ən  böyük 
məsxərədir’’.  
Quran oxumağın ədəbləri və diqqətə 
alınmalı bəzi məsələlər 
Hər bir işi əmələ gətirməyin bir yolu və səliqəsi 
vardır.  O,  işi  səliqə  və  yolu  ilə  əmələ  gətirəndə  daha 
yaxşı,  keyfiyyətli  və  təsirli  olur.  Quranı  oxumağin  da 
bir neçə şərti vardır:  
 
a)  Agizi təmizləmək: 
Həzrət Peyğəmbər (s) buyurdu : “Quranın yollarını 
təmizləyin. Dedilər:  Ya Rasulaallah! Quranın yolu 
nədir?  Onu nə ilə təmizləyək? Həzrət (s) buyurdu: 
Quranın  yolu  ağızlardır,  onu  misvakla  təmizləyin 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 113 - 
(dişlərinizi yuyun). Həzrət (s) buyurub:  
ناﺮﻘﻟا ﻖﻳﺮﻃ ﻢﻜﻫاﻮﻓا نﺎﻓ ﻢﻜﻫاﻮﻓا اﻮﺒﻴﻃ
 
“Ağızlarınızı 
təmizləyin, 
onlar 
Quranın 
yollarıdırlar’’.  
b)  İstiazə. 
“Nəhl’’ surəsi ayə 98-də buyurulur: 
ﻢﻴﺟﺮﻟا نﺎﻄﻴﺸﻟا ﻦﻣ ﷲﺎﺑ ﺬﻌﺘﺴﻓ ناﺮﻘﻟا تءاﺮﻗ اذﺎﻓ
 
“Quran  oxuyan  zaman  pis  olan  şeytandan  Allaha 
pənah apar’’ (əuzu billahi minəşşəytanir racim). 
c)  Tərtil. 
Quranı  tərtil  ilə  oxumaq,  sözlərini  qarışdırmamaq. 
Vəqf 
və  vəslini  düzgün 
yerinə 
yetirmək, 
hərəkələrini düzgün oxumaq. 
d)    Quran  oxuyanda  oxuduğunu  tədəbbür  (fikirləşib 
dərk etmək) etmək. 
“Sad’’ surəsinin 29-cu ayəsində belə buyurulur: 
بﺎﺒﻟا ﻮﻟوا ﺮﻛﺬﺘﻴﻟو ﻪﺗﺎﻳا اوﺮﺑﺪﻴﻟ كرﺎﺒﻣ ﻚﻴﻟا ﻩﺎﻨﻟﺰﻧا بﺎﺘﻛ
 
“Bu  mübarək  kitabı  sənə  nazil  etmişik  ki,  onun 
ayələri  barədə  fikirləşsinlər  və  ağıl  sahibləri 
xəbərdar olsunlar’’.  
     Mövla İmam Əli (ə) buyurub: 
ﱪﻌﻟا ﻎﻠﺑا ﻪﻧﺎﻓ ﻪﺑ اوﱪﺘﻋا و ناﺮﻘﻟا تﺎﻳا اوﺮﺑﺪﻓ
  
“Quranın  ayələrində  fikirləşin  və  ondan  ibrət 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 114 - 
götürün  çünki,  o,  ən  yaxşı  ibrət  götürməli 
kitabdır’’.  Mövla  İmam  Əli  (ə)  buyurub:  ’’ 
Fikirləşmədən  (tədəbbürsüz)  Quran  oxumağın, 
məsələsini  (təfəqqüh)  bilmədən  ibadət  etməyin 
xeyri yoxdur’’. 
e)   Qurana qulaq asmaq.  
“Əraf’’ surəsinin 204-cü ayəsində Quran oxunanda 
ona qulaq asmaq barəsində buyurulur: 
نﻮﲪﺮﺗ ﻢﻜﻠﻌﻟ اﻮﺘﺼﻧا و ﻪﻟ اﻮﻌﻤﺘﺴﻓ ناﺮﻘﻟا أﺮﻗ اذا و
 
“Quran  oxunan  zaman  ona  qulaq  asın  və  sakit 
olun, ümid var buna xatir sizə rəhm oluna’’.  
Həzrət Peyğəmbər (s):  
ﷲا مﻼﻛ ﻊﻤﺘﺴﻴﻟﺎﻓ ﷲا ﱃا قﺎﺘﺷا ﻦﻣ ﻻا
 
“Kim  Allaha  muştaqdırsa,  onun  kəlamına  qulaq 
assın’’. 
“Quran  oxuyandan  dünya  bəlası  götürülər,  qulaq 
asandan isə axirət bəlası’’. 
Zürarə  adli  bir  şəxs  İmam  Sadiq  (ə)-dan  Qurana 
qulaq asmaq barədə soruşanda Həzrət (ə) buyurdu: 
“Bəli, gərək sakit qalıb qulaq asasan’’. 
Quran kimə lənət oxuyur? 
Həzrət  Peyğəmbər  (s):  “Çox  Quran  oxuyanlar 
vardır ki, Quran onlara lənət oxuyur’’.  


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 115 - 
“Quran  (sadəcə)  oxumaq  üçün  deyil,  hidayət  olub 
əməl etmək üçündür’’.  
Yenə  də  Həzrət  (s)  buyurur:  “Qəriblər  dünyada 
dörd  nəfərdirlər:  Quranı  zalım  oxuya,  bir  qövmin 
məscidi  ola  orada  namaz  qılmayalar,  bir  evdə 
Quran  ola  oxumayalar,  saleh  bir  kişi  pis  camaatla 
bir yerdə ola’’. Həzrət Peyğəmbər (s) buyurub: 
ﺎﻫؤاﺮﻗ ﱴﻣا ﻖﻓﺎﻨﻣ ﺮﺜﻛا
 
“Mənim  ümmətimin  münafiqlərinin  çoxu  Quran 
oxuyanlardır’’.  
“Cəhənnəmdə  bir  yer  var,  ora  qarilərin  və 
günahkar alimlərin başını atacaqlar’’. 
İmam  Baqir  (ə)  buyurur:  “Hər  kəs  zalımın  yanına 
gedə  və  onun  üçün  Quran  oxuya,  məqsədi  dünya 
ola, oxuyan üçün hər hərfinə on dənə lənət yazılar, 
qulaq  asan  üçün  isə  hər  hərfinə  bir  lənət  yazılar’’. 
Həzrət Peyğəmbər (s):  
ﺔﻨﳉا ﻪﻴﻠﻋ ﷲا مﺮﺣ ﺎﻬﺘﻨﻳز و ﺎﻴﻧﺪﻠﻟ ناﺮﻘﻟا ﻢﻠﻌﺗ ﻦﻣ
 
“Hər  kim  Quranı  dünya  və  onun  zinnətinə  görə 
öyrənsə Allah-Təala behişti ona haram edər’’. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 116 - 
Quranın əzəmət, ədalət, qorxutmaq və ümid 
vermək cəhətdən ən böyük ayələri 
    Həzrəti peyğəmbər (s): 
 لﺪﻌﻟﺎﺑ ﺮﻣ ﺎﻳ ﷲا نا "  ﺔﻳا لﺪﻋاو ﻰﺳﺮﻜﻟا ﺔﻳا ناﺮﻘﻟا ﰱ ﺔﻳا ﻢﻈﻋا
 اﺮﺷ ةرذ لﺎﻘﺜﻣ ﻞﻤﻌﻳ ﻦﻣو" ناﺮﻘﻟا ﰱ ﻪﻳا فﻮﺧاو " نﺎﺴﺣﻻاو
و  "ﻩﺮﻳ
 
ﺟرا
 ﻰﻠﻋ  اﻮﻓﺮﺳا  ﻦﻳﺬﻠﻟا  ىدﺎﺒﻋ  ﺎﻳ  ﻞﻗ"  ناﺮﻘﻟا  ﰱ  ﺔﻳا  ﻰ
"ﷲا ﺔﲪر ﻦﻣ اﻮﻄﻨﻘﺗ ﻻ ﻢﻬﺴﻔﻨﻋ
  
“Quranda ən əzəmətli ayə “Ayətül kürsüdür’’ ’’. 
Ədaləti  cox  yüksək  təsvir  edən  ayə  “Həqiqətən  Allah 
ədalətə və ehsana əmr edib’’. 
Ən  qorxuducu  ayə    “Hər  kəs  misqalın  zərrəsi  qədər 
şərr etsə (qarşılığını) görəcək’’. 
Ən  ümidverici ayə “Ey nəfslərini  israf edən bəndələr, 
Allahın rəhmətindən məyus olmayın’’.  
15-ci Dərsin Sualları 
1)  “Quran nədir?” sualına hədis və rəvayətlərlə cür 
cavab verərsiniz? 
2)  Quranı öyrənməyin və öyrətməyin savabı barədə 
hədis və rəvayətlərdə nə buyurulub? 
3)  Quran oxumağın ədəblərini sadalayın. 
4)  Quranın lənət oxuduğu şəxslər kimlərdir? 
5)  Quranda ən ümidverici ayə hansıdır?  


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 117 - 
 
 
 
 
Və sonda Allahı and veririk Öz izzəti-cəlalına 
bizi həqiqi Quran oxuyanlardan qərar versin. 
İlahi, bizi məhşərdə Quran və 
Əhli-Beytlə məşhur elə. 
                                  
                                10 sentyabr 2005 
                                5 şəban 1426 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 118 - 
 

Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə