Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   14   15   16   17   18   19   20   21   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 97 - 
verdiyinə  varın.    Sonra  bütün  bəşəriyyətin  hidayət 
vasitəsi olan Qurana oğurluq niyyəti ilə daxil olanların 
cinayətini  təsəvvür  edin;  bu  halda  evlər  yox,  kəndlər 
və  şəhərlər  deyil,  əsrlər  boyu  millətlər  dünya  və 
axirətdə  bədbəxt  olaraq  məhvə  dücar  olub  aradan 
gedirlər.  Biz  tarixə  nəzər  salsaq  görərik  ki,  çoxlu 
millətlər; Səmud qövmi, Nuhun qövmi,  Lutun qövmi, 
Saleh  peyğəmbərin  qövmi  hamısı  məhv  oldular, 
tarixdən  silindilər.  Nə  ücün?  Ona  görə  ki,  ilahi 
hökmlərə  nisbət  oğru  niyyəti  ilə  yanaşdılar.  Bu 
hökmləri  ilahi  məcradan  çıxartmaq  fikrinə  düşdülər. 
Nəticədə dediyimiz bəlaya dücar oldular.   
Mövla  İmam  Əli  (ə)  xütbələrinin  birində  belə 
buyurur:  “Keçmişdə  olan  zalım  ümmətlərin  başına 
gələn  əhvalatlardan  və  onların  torpaq  altında  çəkdiyi 
əzablardan  ibrət  götürün”.  Əfsuslar  olsun  ki,  biz 
insanlar  bunlardan  ibrət  götürmək  əvəzinə  onların 
etdikləri günahları təkrar edirik. 
Quranı  təfsir  etməkdə  ən  təhlükəli  yol  öz 
nəzərinə  uyğun  qərar  çıxartmaqdır,  Qurandan  istifadə 
etmək  əvəzinə  öz  fikirlərini  Qurana  tətbiq  etməkdir. 
Bunun  nəticəsində  insanlar  böyük  zəlalətə  düşürlər. 
Çünki  ilahi  kitab  bütün  bəşəriyyəti  hidayət  etmək 
üçündür. 
Bu 
kitabı 
insanlara 
olduğu 
kimi 
çatdırmamaq  bu  insanları  əbədi  zəlalətə  salmaq 
deməkdir. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 98 - 
Öz nəzərinə uyğun təfsir etmək 
və onun təhlükəsi 
Əvvəldə qeyd etdik ki, ’’Təfsir’’ aşkar olmayan 
bir  şeyi  aşkar  etmək,  cümlə  və  sözün  üzərindən 
pərdəni  götürməyə  deyirlər.  Bunu  da  qeyd  etdik  ki, 
Qurani-Kərim  çox  dərin  mənaya  malik  olan  bir 
kitabdır.  Ona  görə  də  onu  təfsir  edəndə  çox  ehtiyatlı 
olmaq  lazımdır.  Hər  kəs  öz  nəzərinə  uyğun  təfsir 
etməməlidir.  
Öz nəzərinə görə təfsir etmək bir neçə səbəbdən 
irəli gəlir: 
1.  Cahillik.  Yəni,  Quran  elmindən  xəbəri  olmadan, 
sadəcə ərəb dilini bildiyinə görə bəziləri Qurana təfsir 
verməyə  başlayırlar.  Nəticədə  öz  şəxsi  təxəyyüllərinə 
gələni  yazırlar.  Cox  geniş  olan  islam  nəzəriyyəsini, 
hüdudsuz  olan  Quran  mənalarını  öz  məhdud  və 
səviyyəsiz fikirləri ilə əvəz edirlər.  
2.  Bəziləri  isə  Quran  elmindən  xəbərdardırlar.  Amma 
Qurani-Kərimin  oldugu  kimi  təfsir  olunması  bu 
şəxslərin  ümumi  və  ya  fərdi  mənafelərinə  ziddir. 
Allahı  yaddan  cıxardaraq,  ilahi  hökmləri  ümumi 
bəşərin  mənfəətinə  işlətmək  əvəzinə  özlərinin  şəxsi 
olan  çirkin  niyyətinə  uyğun  istifadə  edirlər.  Çox 
təəssüf  olsun  ki,  bu  qəbil  insanlar,  həm  birinci  növ, 
həm də ikinci növ insanlardan hər zamanda yaşarayaq 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 99 - 
bizim zəmanəmizə də gəlib cıxıblar.  
     Burada şəxsi nəzərə uyğun təfsir verənlərə Allahın 
və məsumların münasibətini bildirmək istərdim: 
Həzrət  İmam  Əli  (ə)  kəlamlarının  birində  Allah-
təalanın belə buyurduğuna işarə edir:   
 لﺎﻗ
 ﻪﻟﻼﺟ ﻞﺟ ﷲا
  
 ﲎﻓﺮﻋ ﺎﻣو ﻰﻣﻼﻛ ﻪﻳ أﺮﺑ ﺮﺴﻓ ﻦﻣ ﰉ ﻦﻣا ﺎﻣ
ﻞﻤﻌﺘﺳا ﻦﻣ ﲎﻳد ﻰﻠﻋ ﺎﻣ و ﻰﻘﻠﲞ ﲎﺤﺒﺷ ﻦﻣ
 
ﲎﻳد ﰱ سﺎﻴﻘﻟا
  
“Hər kəs  mənim  kəlamımı öz rəyinə uyğun təfsir etsə 
mənə  iman  gətirməyib, kim  məni  məxluquma oxşatsa 
məni  tanımayıb,  kim  mənim  dinimdə  qiyası  işlətsə 
mənim dinimdə deyil’’.  
Başqa bir yerdə Həzrət İmam Sadiq (ə) buyurur: 
ﺛا ﲔﺑ ﻪﻳأﺮﺑ ﻢﻜﺣ ﻦﻣ
  ﻦﻣ ﺔﻳا ﻪﻳأﺮﺑ ﺮﺴﻓ ﻦﻣ و ﺮﻔﻛ  ﺪﻘﻓ ﲔﻨ
ﺮﻔﻛ ﺪﻘﻓ ﷲا بﺎﺘﻛ
 
“Kim  iki  nəfərin  arasında  öz  rəyinə  uyğun  hökm  etsə 
kafirdir,  kim  Quranın  bir  ayəsini  öz  rəyinə  uyğun 
təfsir etsə kafirdir’’.   
Quran  ayələrinin  barəsində  Həzrət  İmam  Sadiq  (ə)-
dan başqa bir hədisə diqqət edin: 
 لﺰﻨﺘﻟ ﺔﻳﻻا نا (ناﺮﻘﻟا) ﻪﻨﻣ لﺎﺟﺮﻟا لﻮﻘﻋ ﻦﻣ ﺪﻌﺑا ءﻲﺷ ﺲﻴﻟ
 مﻼﻛ  ﻮﻫو ءﻰﺷ ﰱ ﺎﻫﺮﺧا و ءﻰﺷ ﰱ ﺎﻬﻄﺳواو ءﻰﺷ ﰱ ﺎﳍوا
ﻩﻮﺟو ﻰﻠﻋ فﺮﺼﻨﻳ ﻞﺼﺘﻣ
 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 100 - 
“Quran  insanların  fikrindən  çox  uzaqdır,  çünki, 
ayənin əvvəli bir şeyin barəsində, ortası başqa, axırı isə 
başqa bir şeyin barəsində nazil olubdur. O, bir kəlamdır 
bir-birinə bağlıdır, cürbəcür yollara qayıdır’’. 
Həzrətin  (ə)  “fikirlərdən  uzaq”  deməsi  bu 
mənayadır  ki,  hər  fikir  sahibi  onu  dərk  edə  bilməz. 
Hər  zehinə  gələni  Qurana  təfsir  hasab  etmək  olmaz. 
Bu  hədis  bir  daha  sübut  etdi  ki,  Qurani-Kərim  çox 
mürəkkəb  bir  kitabdır.  Onunla  ehtiyatla  davranmaq 
lazımdır.  Yenə  də  xüsusi  nəzərə  uyğun  təfsir  etmək 
barədə  varid  olan  hədislərə  qayıdaq  və  görək  bu 
hədislərdə  o,  cür  insanlar  necə  təmsil  olunurlar. 
Həzrət İmam Sadiq (ə) buyurur: 
 بﺎﺻﺄﻓ ﻪﻳأﺮﺑ ناﺮﻘﻟا ﺮﺴﻓ ﻦﻣ
ﻪﻴﻠﻋ ﻪﲦا نﺎﻛ ءﺎﻄﺧا ناو ﺮﺟﺆﻳ ﱂ
 
“Hər  kəs  Quranı  öz  rəyinə  uyğun  təfsir  etsə,  əgər 
həqiqətə  uygun  olsa  savabı  yoxdur,  əgər  düzgün 
olmasa günahkardır’’.  
Həzrət Peyğəmbər (s) buyurub: 
ﻣﺎﻴﻘﻟا مﻮﻳ ءﺎﺟ ﻢﻠﻋ ﺎﻣ ﲑﻐﺑ ناﺮﻘﻟا ﰱ لﺎﻗ ﻦﻣ
رﺎﻧ ﻦﻣ مﺎﺠﻠﺑ ﺄﺠﻠﻣ ﺔ
 
“Hər kəs bilmədən Quran barəsində danışsa qiyamətə 
cəhənnəm  yüyənləri  ilə yüyənlənərək  gələcək’’. Yenə 
də o Həzrət (s) buyurmuşdur: 
 ﻰﻠﻋ ﻪﻌﻀﻳ ناﺮﻘﻟا لوﺄﺘﻳ ﻞﺟر ىﺪﻌﺑ ﻦﻣ ﺔﻣا ﻰﻠﻋ فﺎﺧا ﺎﻣ ﺮﺜﻛا
ﻪﻌﺿاﻮﻣ ﲑﻏ
 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə