Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   2   3   4   5   6   7   8   9   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 7 - 
Başqa  bir  yerdə  isə  Allah-Təala  Quranı 
göndərməkdə  öz  məqsədini  belə  bəyan  edir:  “Bu 
Quran çox möhkəm bir dinə hidayət edir”. 
 
“Bəqərə”  surəsinin  2-ci  ayəsində  Allah-Təala 
buyurur: “Bu kitab təqvalıları hidayət edəndir”. 
ﲔﻘﺘﻤﻠﻟ ىﺪﻫ ﻪﻴﻓ ﺐﻳر ﻻ بﺎﺘﻜﻟا ﻚﻟاذ
 
Bunun mənası odur ki, təqva əhli, Allahdan qorxanlar 
bu  kitabın  vasitəsi  ilə  hidayət  olunub  kamala 
yetişərlər. 
 
Amma,  digər  tərəfdən  də  Allahın  məqsədi 
Quranı  göndərməkdə  bütün  bəşəriyyəti  hidayət 
etməkdir.  Bu  barədə  Quranın  müxtəlif  yerlərində 
ayələr  vardır.  Məsələn,  “Tövbə”  surəsinin  33-cü 
ayəsində  buyurur:  “Allah  öz  elçisini  hidayət  etməyə 
və  həqq  dinə  dəvət  etməyə  və  bu  dini  bütün  dinlərə 
qalib  etmək  üçün  göndərib,  müşriklərin  acığı  gəlsə 
də”. 
  ﻦﻳﺪﻟا ﻰﻠﻋ ﻩﺮﻬﻈﻴﻟ ﻖﳊا ﻦﻳد و ىﺪﳍﺎﺑ ﻪﻟﻮﺳر ﻞﺳرا ىﺬﻟا ﻮﻫ
نﻮﻛﺮﺸﳌا ﻩﺮﻛ ﻮﻟو ﻪﻠﻛ
  
Başqa bir yerdə (Müdəssir-31) buyurur: 
“O, bəşəri xəbərdar etmək üçündür”. 
ﺮﺸﺒﻠﻟ ىﺮﻛذ ﻻا ﻰﻫ ﺎﻣ و
 
“O, aləmləri xəbərdar etmək üçündür”. (Qələm-52). 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 8 - 
ﲔﳌﺎﻌﻠﻟ ﺮﻛذ ﻻا ﻮﻫ ﺎﻣ و
 
Yenə  başqa  bir  yerdə  Allah-Təala  belə  buyurur: 
“Böyük  olan  Allah  Furqanı  öz  bəndəsinə  aləmlərə 
nəsihət vermək üçün nazil edib”. (Furqan-1). 

كرﺎﺒ
 
اﺮﻳﺬﻧ ﲔﳌﺎﻌﻠﻟ نﻮﻜﻴﻟ ﻩﺪﺒﻋ ﻰﻠﻋ نﺎﻗﺮﻔﻟا لﺰﻧ ىﺬﻟا
 
Bunlardan  başqa  da  bu  məzmunda  bir  çox  ayələr 
vardır  ki,  həmən  mənaları  daşıyır  və  Quranın 
ümumibəşər  kitab  olduğunu  bildirir.  Belə  olan  halda 
gərək bu kitab bir dildə və bir mənada olsun ki, bütün 
bəşər  onu  başa  düşə  bilsin,  bütün  millətlər  hər 
zamanda,  sudan  istifadə  etdikləri  kimi  ondan  istifadə 
etsinlər. Hamı ondan istifadə etməyi bacarsın ki, sonra 
deməsinlər, biz onu başa düşmədik. 
Quranın dili 
 
Qurani-Kərimə  diqqət  edərkən  görürük  ki,  hər 
hansı  bir  milliyyətə,  mədəniyyətə  və  dilə  mənsub 
olmaq bu kitabdan istifadə etməyə mane olmur. Hamı 
ondan  istifadə  etməyi  bacarır.  Başqa  ibarə  ilə  desək, 
Quran hamının dilindədir. Şübhəsizdir ki, dil deyəndə 
lüğət  və  ədəbiyyat  nəzərdə  tutulmur.  Məlum 
məsələdir ki, Quran ərəb lüğətindədir. Amma insanlar 
müxtəlif  dillərdə  danışırlar.  Quran  dili  deyəndə 
insanların  müştərək  olan  dilindən  söhbət  gedir. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 9 - 
Doğrudur,  insanlar  müxtəlif  mədəniyyətə  və  iqlimə 
malikdirlər.  Buna  baxmayaraq  onların  arasında 
müştərək  dil  və  mədəniyyət  vardır.  Dəyişilməyən 
həmin  müştərək  dil  və  mədəniyyət,  insaniyyət  dili  və 
mədəniyyətidir. O, bütün insanlar arasında əbədidir. O 
dil  və  mədəniyyət  insan  fitrətindən  ibarətdir.  Allah-
Təala  da  Quranı  insanların  fitrətini  oyatmaq  və 
yaşatmaq üçün göndəribdir. 
 
Bəli,  Quran  məfhumu  fitrət  dilindədir.  Bütün 
insanlar  da  fitrətdə  müştərəkdirlər.  Biz  bu  məsələ  ilə 
tarixdən  də  tanışıq  ki,  Peyğəmbər  (s)-in  ətrafında 
müxtəlif  millətlərdən olan  insanlar  var  idi. Bü  gün də 
Quran  əhli  müxtəlif  dillərə  və  adət-ənənələrə 
mənsubdurlar.  Amma  hamısı  Qurandan  tərbiyələnib, 
iman sahibi olub kamala yetişirlər. 
 
Həzrət Peyğəmbər (s)-in şüarlarından biri də belə 
idi:  “Mən  ağlara,  qaralara  və  qırmızılara  peyğəmbər 
göndərilmişəm. (Biharül ənvar, c-16, c-323). 
ﺮﲪﻻاو دﻮﺳﻻاو ﺾﻴﺑﻻا ﱃا ﺖﻠﺳرا
 
Həzrətin  (s)  məqsədi  bütün  millətlərə  peyğəmbər 
olaraq göndərildiyini bildirməkdir. 
 
Quranın  ümumi  olmağı  və  məfhumunun  hamı 
tərəfindən  başa  düşülməsi  barədə  Quranın  özündə  də 
çoxlu  ayələr  vardır.  Xülasəyə  görə  onlardan  fəqət 
birinə  işarə  edək:  “Ey  camaat,  həqiqətən  Allahınız 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 10 - 
tərəfindən sizə burhan gəlib və biz sizə aşkar nur nazil 
etmişik”. (Nisa-174). 
ﺎﻨﻴﺒﻣ ارﻮﻧ ﻢﻜﻴﻟا ﺎﻨﻟﺰﻧاو ﻢﻜﺑر ﻦﻣ نﺎﻫﺮﺑ ﻢﻛ ءﺎﺟ ﺪﻗ سﺎﻨﻟا ﺎﻬﻳﺎﻳ
 
Deməli, bütün bu deyilənlərdən belə nəticəyə yetişirik 
ki, Quran bütün insanlara və onların fitrətlərinə uyğun 
nazil olubdur. 
Quranın bəyan uslubu 
 
Allah-Təala  Peyğəmbər  (s)-in  risalətini  bəyan 
edərkən  buyurur:  “O,  bir  Allahdır  ki,  millətlərin 
özündən onlara peyğəmbər göndərib ki, onlara ayələri 
oxusun,  onları  paklandırsın,  onlara  kitabı  və  hikməti 
öyrətsin. Bir halda ki, əvvəlldə aşkar zəlalətdə idilər”. 
(Cümə-2). 
 ﻪﺗﺎﻳاء ﻢﻬﻴﻠﻋ  اﻮﻠﺘﻳ  ﱂ ﻢﻬﻨﻣ ﻻﻮﺳر ﲔﻣﻻا ﰱ  ﺚﻌﺑ  ىﺬﻟاﻮﻫ
  ﻢﻬﻴﻛﺰﻳو
 ﻰﻔﻟ ﻞﺒﻗ ﻦﻣ اﻮﻧﺎﻛ  ناو ﺔﻤﻜﳊاو بﺎﺘﻜﻟا ﻢﻬﻤﻠﻌﻳو
 ﲔﺒﻣ لﻼﺿ
 
Başqa  bir  ayədə  (Nəhl-125)  buyurur:  “Allahının 
yoluna  dəvət  et,  hikmət  və  yaxşı  moizələrlə,  onlarla 
yaxşı yol ilə mücadilə et”. 
ﺔﻨﺴﳊا ﺔﻈﻋﻮﳌاو ﺔﻤﻜﳊﺎﺑ ﻚﺑر ﻞﻴﺒﺳ ﱃا عدا
 
Bunlardan  başqa  da  ayələr  qeyd  etmək  olar  ki,  bu 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 11 - 
ayələrdə  Allah-Təala  müxtəlif  cəhətlərdən  insanlara 
xəbərdarlıq  edir.  Bəzilərini  cəhənnəm  ilə  qorxudur, 
bəzilərinə  behişt  müjdəsi  verir,  bəzi  yerlərdə  elmi 
nöqtələrə  işarə  edir,  bəzi  hallarda  da  sadə,  kəskin 
misallar  vurur.  Bu  dediklərimiz  Quranın  bəyan 
yollarıdır.  Ona  görə  Allah-Təala  bu  üslubdan  istifadə 
edir  ki,  insanlar  əxlaq  cəhətdən  müxtəlifdirlər.  Hər 
fərd müxtəlif yollarla islah olunur. 
 
Həzrət  Peyğəmbər  (s)  buyurub:  “İnsanlar 
mədəndirlər, qızıl və gümüş mədənləri kimi”. 
ﺔﻀﻔﻟاو ﺐﻫﺬﻟا ندﺎﻌﻤﻛ ندﺎﻌﻣ سﺎﻨﻟا
 
(Biharül ənvar, c-16, c-323). 
İnsanların  bəzisi  sadə  fikirli,  bəziləri  isə  dərin 
düşüncəlidirlər.  Ona  görə  də  ümumbəşər  olan  bir 
kitab gərəkdir ki, hamını başa sala bilsin. 
 
Qurani-Kərim məhz elə həmən üslubdadır. 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə