Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 41 - 
Quran nazil olmuşdur. 
 
Amma  imamiyyə  rəvayətlərindən  belə  məlum 
olur  ki,  Quran  bir  dəfədə  dördüncü  göydə  “beytül 
məmur”  adında  bir  yerdə  nazil  olubdur.  Sonradan  23 
illik  Peyğəmbərin  (s)  risalət  dövründə  tədriclə 
Peyğəmbərə (s) nazil olubdur. 
 
Əllamə  Təbatəbainin  (rahmətullahi  ələyh)  bu 
barədə  başqa  bir  nəzəriyyəsi  vardır.  Onun  xülasəsi 
belədir: Ramazan ayında nazil olan ayələrdən məqsəd 
Quranın  bir  dəfədə  nazil  olmasıdır.  Lakin  Quran  bir 
dəfədə  Peyğəmbərin  (s)  qəlbinə  nazil  olubdur.  Sonra 
peyğəmbərin (s) risaləti dövründə o, (Quran) ayə - ayə 
camaata çatdırılıbdır. Əllamə öz nəzərini təsdiq etmək 
üçün  Quranın  iki  ayəsini  dəlil  gətirir:  Birincisi  – 
“Qiyamət”  sürəsinin  19-cu  ayəsi;  “Tələsərək  dilini 
Quranı oxumağa tərpətmə, Çünki Quranın  toplanması 
və qəraəti bizim öhdəmizdədir”. 
ﻗو ﻪﻌﲨ ﺎﻨﻴﻠﻋ نا ﻪﺑ ﻞﺠﻌﺘﻟ ﻚﻧﺎﺴﻟ ﻪﺑ كﺮﲢ ﻻو
ﻪﻧاﺮ
 
İkincisi  –  “Taha”  surəsinin  114-cü  ayəsi;  “Quran 
oxuyanda vəhy tamam olmamış tələsmə”. 
ﻪﻴﺣو ﻚﻴﻟا ﻰﻀﻘﻳ نا ﻞﺒﻗ ﻦﻣ ناﺮﻘﻟﺎﺑ ﻞﺠﻌﺗ ﻻو
 
 
Dediyimiz  kimi  mərhum  Əllamə  bu  ayələri 
Quranın  bir  dəfədə  Peyğəmbərin  (s)  qəlbinə  nazil 
olmasına dəlil gətirir. Quran bir dəfədə ona nazil olub, 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 42 - 
sonralar  hansı  ayənin  camaata  çatdırılması  Allah 
tərəfindən  ona  göstəriş  verilmişdir.  O  Həzrət 
Qurandan  xəbərdar  olduğu  üçün  onu  oxumağa  və 
camaata çatdırmağa çalışırdı. 
Nuzuli-tədrici 
 
Yuxarıda  “nuzuli-dəfi”dən  söhbət  açdıq  və  bir 
qədər  də  “tədrici  nüzül”a    işarə  olundu.  İndi  isə 
“nuzuli tədrici”nin barəsində bir qədər geniş mülahizə 
aparaq. 
 
Quranın  tədriclə  nazil  olması  haqda  tarixi 
dəlillər vardır. Bundan əlavə əsaslı surətdə Quranın öz 
ayələri bu məqsədə dəlalət edir. 
 
“İsra” surəsinin 106-cı ayəsində belə buyurulur: 
“Quranı  hissə-hissə  sənə  nazil  etdik  ki,  onu  aramla 
camaata oxuyasan və onu tədriclə nazil etdik”. 
ﻼﻳﺰﻨﺗ ﻩﺎﻨﻟﺰﻧو ﺚﻜﻣ ﻰﻠﻋ سﺎﻨﻟا ﻰﻠﻋ ﻪﺋﺮﻘﺘﻟ ﻩﺎﻨﻗﺮﻓ ﺎﻧاﺮﻗ و
 
“Furqan” 
surəsinin 
32-ci 
ayəsində 
buyurulur: 
“Kafirlər  dedilər,  nə  üçün  Quran  bir  dəfəyə  ona 
(Peyğəmbərə (s)) nazil olmayıb”. 
ةﺪﺣاو ﺔﻠﲨ ناﺮﻘﻟا ﻪﻴﻠﻋ لﺰﻧ ﻻﻮﻟ اوﺮﻔﻛ ﻦﻳﺬﻟا لﺎﻗ و
 
 
Bu  ayədən  (Furqan-32)  istifadə  olunur  ki, 
Quran tədriclə nazil olduğuna görə kafirlərin etirazına 
səbəb olmuşdur. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 43 - 
 
Ramazan  ayında  nazil  olub  “nuzuli-dəfi”yə 
dəlalət  edən  ayələrlə,  “nuzuli-tədrici”yə  dəlalət  edən 
ayələri  müqayisə  etsək  məlum  olur  ki,  onların 
arasında  hec  bir  ziddiyət  yoxdur.  Bəlkə  hər  dəstə  bir 
növ  nazil  olmağa  dəlalət  edir.  Gündəlik  iqtisadi, 
ictimai,  yaxud  sülh  və  müharibə  kimi  məsələlər 
Quranın  tədriclə  nazil  olmasını  iqtiza  edir.  Quran  da 
öz növbəsində bu formada o məsələlərə cavab verir. 
 
Quranın 
həqiqətindən, 
bütöv 
bir 
kitab 
olmasından  söhbət  açanda  isə  “nuzuli  dəfi”yə  dəlalət 
edən 
ayələr 
cilvələnərək 
məsələyə 
aydınliq 
gətirmişdir. 
Tədrici nuzulun sirrləri 
 
Quranın  nuzulunun  tədrici  olmasının  müxtəlif 
hikmətləri vardır. Onlardan bəzilərinə işarə edək: 
1.  Quran,  kafirlərin  “niyə  bir  dəfəyə  nazil  olmayıb” 
etirazına  belə  cavab  verir:  “Biz  Quranı  tədriclə 
nazil  etdik  ki,  sənin  qəlbini  onun  vasitəsi  ilə 
möhkəmləndirək” (Furqan-32). 
كداﺆﻓ ﻪﺑ ﺖﺒﺜﻨﻟ
 
Ayələrin  tədriclə  nazil  olması  böhranlı  vaxtlarda, 
müharibələrdə  və  sıxıntılı  müddətlərdə  Peyğəmbərə 
(s)  dildarlıq  edir  və  yaxşı  arxa  olaraq  onun  qəlbinə 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 44 - 
qüvvət  gətirirdi.  Şübhəsizdir  ki,  Peyğəmbəri  (s)  səbrə 
və  istiqamətə  çağıran  ayələr  bir  dəfəyə  nazil  olsaydı 
təhlükəli vaxtlarda o qədər təsirli olmazdı. Amma hər 
dəfə  çətinliklə  üzbəüz  olanda  bu  ayələrin  nazil 
olmasının xüsusi təsiri var idi. 
Baxın,  yolunu  azmışlar  Həzrət  Peyğəmbərə  (s) 
hər  dəfə  çirkinlikə  töhmətlər  vurub  narahat  edəndə 
Allahın  tərəfindən  ayə  nazil  olur,  əmin  olan  mələk 
gəlir,  Peyğəmbərə  (s)  baş  çəkir,  ona  ürəkli  olmağı 
tövsiyyə edir və onu narahatçılıqdan qurtarıb gələcəyə 
ümidini  daha  da  çox  artırırdı:  “Onların  sözləri  səni 
qəmgin  etməsin,  həqiqətən  biz  onların  aşkar 
etdiklərini və gizlətdiklərini bilirik”. (Yasin-75). 
نﻮﻨﻠﻌﻳ ﺎﻣو نوﺮﺴﻳ ﺎﻣ ﻢﻠﻌﻧ ﺎﻧا ﻢﳍﻮﻗ ﻚﻧﺰﳛ ﻼﻓ
 
 
Başqa 
bir 
yerdə, 
düşmənlər 
tərəfindən 
Peyğəmbər  (s)  təkzib  olunanda  Quran  ona  belə 
təskinlik verir: “Səndən əvvəl də Peyğəmbərlər təkzib 
olunublar, 
əziyyət 
görüblər, 
amma 
onlar 
bu 
əziyyətlərin  qarşısında    bizim  köməyimiz  gələnə 
qədər səbr ediblər”. (Ənam-34). 
 ﱴﺣ اوذوا و اﻮﺑﺬﻛ  ﺎﻣ اوﱪﺼﻓ ﻚﻠﺒﻗ ﻦﻣ ﻞﺳر ﺖﺑﺬﻛ  ﺪﻘﻟو
ﺎﻧﺮﺼﻧ ﻢﻫﺎﺗا
 
 
Bu 
cür 
ayələrin 
həssas 
zamanlarda, 
müsəlmanların  çətin  vaxtında  nazil  olması  həm 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə