Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 55 - 
Təbatəbainin  (rahmətullahi  ələyh)  nəzərini  qeyd 
edirik. Əllamə buyurur: Surələrin çoxunun adı Həzrət 
Peyğəmbərin  (s)  zamanında  çox  işlənməkdən  əmələ 
gəlib və şəriət tərəfindən qoyulmayıbdır. 
Surələrin bölümü 
 
Quranşünaslar bir cəhətdən Quranın surələrinin 
böyüklüyünə  (ayələrin  sayına)  görə  onları  dörd  yerə 
bölüb və onlara xüsusi ad veriblər: 
1.  “Əssəbi  əttüvəl”  –  Quranın  yeddi  böyük  sürəsi  ki, 
“Bəqərə”,  “Ali  İmran”,  “Maidə”,  “Ənam”,  “Əraf” 
və “Nisa” – dan  ibarətdir. Yeddinci surəni bəziləri 
“Yunis”, bəziləri isə “Kəhf” hesab edirlər. 
2.  “Əlməul”  –  Bu  surələr  uzun  surələrdən  nisbətən 
qısa  olub,  ayələrin  sayı  yüzü  keçibdir.  “Tövbə”, 
“Nəhl”, “Hud”, “Yusif”, “Kəhf”, “İsra”, “Ənbiya”, 
“Taha”, “Möminun”, “Şüəra”, “Əssaffat”. 
3.  “Məsani”  –  Bu  qism  surələrin  ayələrinin  sayı 
yüzdən azdır. Onlar təqribən iyirmi surədir. 
4.  “Müfəssəl” – kiçik surələrdir ki, onları “müfəssəl” 
adlandırıblar. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 56 - 
Quranın surələrinin, ayələrinin və 
kəlimələrinin sayı 
 
Quranın  surələrinin  sayı  114-dür.  Amma 
Quranın ayələrinin sayında bir qədər ixtilaf vardır. Bu 
ixtilaf,  ayələrin  azalmağı,  yaxud  çoxalmağında  deyil. 
Bəlkə  onların  sayılma  qaydasi  fərqlidir.  Dəqiq 
hesablamalara  əsasən  Quranın  ayələrinin  sayı  6236-
dır. 
 
Quranın  kəlmələrinin  sayına  gəldikdə  isə,  o  da 
nəzərə  dəqiq  gələn  hesablamaya  əsasən  77807 
kəlmədən ibarətdir. 
Birinci, axırıncı ayə və surələr 
 
Həzrət  Peyğəmbərə (s) nazil olan birinci ayələr 
“Ələq” 
surəsinin 
əvvəlinci 
ayələridir. 
Amma 
Peyğəmbərə (s) nazil olan axırıncı ayələr barəsində bir 
qədər ixtilaf vardır. 
 
Yəqubi  deyir;  Peyğəmbərə  (s)  nazil  olan 
axırıncı  ayə  “Maidə”  surəsinin  üçüncü  ayəsidir:  “Bu 
gün  dini  kamil  etdim,  neməti  tamamladım,  islamın 
sizə din olmağına razı oldum”. 
ﻴﻟا
 ﻮ
 ﻢﻜﻟ ﺖﻴﺿرو ﱴﻤﻌﻧ ﻢﻜﻴﻠﻋ ﺖﻤﲤاو ﻢﻜﻨﻳد ﻢﻜﻟ ﺖﻠﻤﻛا م
ﺎﻨﻳد مﻼﺳﻻا
 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 57 - 
Yəqubi  yazır;  bu  ayə  Qədir  Xum  çölündə  peyğəmbər 
(s),  Əli  ibni  Əbutalibi  (ə)  imamətə  nəsb  edəndə  nazil 
oldu. 
 
“Əttəmhid”  kitabının  sahibi  Yəqubinin  sözünü 
təsdiqləyərək  deyir:  Bu  ayə  dinin  kamil  olduğunu 
bildirir.  Ona  görə  də  axırıncı  olaraq  nazil  olması 
həqiqətə uyğundur. 
 
Peyğəmbər  (s)-in  ömrünün  sonları  yaxınlaşırdı. 
Qədir Xum çölündə öz canişinini təyin edəndən sonra 
bu  ayə  nazil  olub,  Peyğəmbərə  (s)  bu  münasibətlə 
dinin kamil olduğunu elan etdi. 
 
Əvvəlinci  və  axırıncı  surələrə  gəldikdə  isə 
İmam  Sadiq  (ə)  buyurur:  Kamil  surətdə  nazil  olan 
birinci surə “Fatihə”, axırıncı isə “Nəsr” surəsidir. 
Məkkədə və Mədinədə nazil olan ayələr 
 
Quranın  surələri  bir  cəhətdən  iki  yerə  bölünür; 
Məkkədə  nazil  olan  surələr  və  Mədinədə  nazil  olan 
surələr.  Belə  bölümün  özünün  də  faydaları  vardır. 
Hicrətdən qabaq nazil olan ayələrə “Məkki”, hicrətdən 
sonra  nazil  olanlara  isə  “Mədəni”  ayələr  deyilir. 
Ayələrin bu cürə bölümünün onların təvil və təfsirində 
təsiri  vardır. Məsələn, “Məkki” ayələrdə “zəkat” sözü 
işlədilir.  Bu  sözün  vacib  zəkat  olub  olmamasını 
bilmək,  onun  harada  nazil  olduğunu  bilməklə 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 58 - 
müəyyənləşə  bilər.  Vacib  zəkat  Mədinədə  insanlara 
hökm  olunubdur.  Deməli  Məkkədə  nazil  olan 
ayələrdəki  “zəkat”  müstəhəb,  Mədinədə  nazil  olan 
ayələrdəki zəkat isə vacibi zəkat mənasındadır. 
 
Məkkədə  nazil  olan  surələrin  özünəməxsus 
xüsusiyyətləri  vardır.  Məsələn:  Üsulidinə  dəvət 
etmək,  ali  əxlaqa  çağırmaq,  behişt,  cəhənnəm  və 
qiyamət  barəsində  söz  açmaq,  müşriklərlə  mücadilə, 
ayələrdə  andın  çoxluğu,  peyğəmbərlərin  qissələri, 
surələrin kiçikliyi. 
 
Mədinədə  nazil  olan  surələrin  də  özlərinə 
məxsus  xüsusiyyətləri  vardır:  əhli-kitabla  mücadilə, 
münafiqlərlə  üzləşmə,  cihad  və  onun  hökmünü  yad 
etmək,  cəza  hökmləri,  vacibat,  hüquq,  irs,  siyasi  və 
iqtisadi  qanunları  şərh  etmək,  surələrin  və  ayələrin 
uzunluğu. 
 
Quranın  surələrinin  86-sı  Məkkədə,  26-sı  isə 
Mədinədə nazil olubdur. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 59 - 
8-ci Dərsin Sualları 
1)  Quranda neçə surə və neçə ayə var və surə ilə 
ayənin fərqi nədir? 
2)  Quran nə üçün surələrə bölünüb və surələrin 
adları qoyularkən hansı cəhətlər nəzərdə 
tutulubdur? 
3)  Birinci və sonuncu nazil olan ayələr hansılardır? 
4)  Kamil surətdə nazil olan birinci və sonuncu 
surələr hansılardır?  
5)  Məkki və Mədəni ayələr nə deməkdir? 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə