Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 74 - 
Bəli,  cəhalət,  inadkarlıq,  dünyapərəstlik  və 
başqasına  qulluq  etmək  –  hamısı  insanı  haqdan 
döndərən səbəblərdir.  
Həzrət Peyğəmbər (s) buyurdu: “Bədbəxt adam 
axirətini  dünyasına  satandır.  Ondan  bədbəxti  isə  öz 
axirətini başqasının dünyası üçün əldən verəndir”.  
Başqasının  əmrlərini  icra  edib,  onun  dünyasına 
xidmət  edən  insanlar  çox  uduzmuşlardır.  Insan 
fitrətində və quruluşunda başqasının dünyasına xidmət 
etmək  yoxdur.  Bunlar  heyvani  qərizələrin  insani 
hisslərə  üstün  gəlməsindən  vücuda  gəlir.  İnsan 
rəzilləşir,  insanlığını  itirir,  sonra  həqiqəti  tanıyıb  onu 
ayaqları  altına  atır.  Bilir  ki,  onu  qiymətləndirən,  ona 
“əhsəni təqvim” adını verən haqqa boyun qoymağıdır. 
Bilir ki, bu haqdan uzaqlaşması onun pisliyinə  gətirib 
çıxardır.  Bununla  belə  haqqı  atıb,  batilin  ardınca 
gedir.  
Bəni  Üməyyə  sarayında  xidmət  edən  bir  alimə 
İmam  Səccad  (ə)  belə  buyurdu:  “Bu  işinlə  zalimlərə 
nə  qədər  xeyir  verib,  özünün  nə  qədər  ziyana 
düşdüyünü bilirsənmi?” 
Yuxarıda  dediyimiz  səbəblərin  hamısı  pisdir. 
Çünki  hamısı  insanı  haqdan  uzaqlaşdırır.  Amma 
bunların hamısından pisi, başqasının göstərişlərini icra 
etmək,  axirəti  başqasının  dünyasına  satmaqdır. 
Deyirlər,  bir  gün  şahın  naharına  badımcandan  yemək 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 75 - 
bişirirlər.  Şah  yeyir,  xoşu  gəlir  və  aşpaza  deyir:  “Bu 
badımcan  nə  yaxşı  yemək  imiş”.  Bunu  vəzir  də 
təsdiqləyir.  Bunu  eşidən  aşpaz  sabah  da  həmən 
xörəkdən  bişirdi.  Əsəbi  olan  padşah  “Məmləkətdə 
yemək  bişirməyə  bir  şey  yoxdur?”  deyə  badımcanı 
pisləməyə  başladı.  Vəzir  də  öz  növbəsində  aşpazı 
danladı.  Şah  üzünü  vəzirə  tutaraq,  “Ay  vəzir,  səndən 
də  baş  açmaq  olmur.  Mən  tərifləyəndə  tərifləyirsən, 
pisləyəndə isə pisləyirsən” deyir.  
Vəzir özünə  məxsus bir tərzdə, “Şah sağ olsun, 
mən sənin vəzirinəm, badımcanın yox” deyir.  
Bəli  şahın  vəzirləri,  özlərini  başqalarına  qul 
edənlər  bu  gün  də  vardırlar.  Bu  gün  Peyğəmbər  (s)-ə 
sehrbaz  deyə  bilməyənlər,  Quranın  əldə  düzəltmə 
olduğunu  iddia  edə  bilməyənlər  başqa  formada  haqq 
ilə  düşmənçilik  edirlər.  Ayələrin  mənasını  dəyişdirib 
həqiqət  adı  ilə,  özlərini  isə  həqiqət  tərəfdarları  kimi 
qələmə verirlər.  
Bu barədə genişliyi ilə sonradan bəhs olunacaq. 
Qayıdaq  söhbətimizin  əvvəlinə.  Görək  Quran  hansı 
səbəblərə görə möcüzə hesab olunur.  
Fəsahət və bəlağət 
Fəsahət  və  bəlağət  gözəl  kəlmələrlə  yetirici 
mənalar  ifadə  etməyə  deyərlər.  Belə  ki,  kəlmələr  dilə 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 76 - 
yatıcı  olsun,  eyni  halda  mənalar  zehinlərə  tez  çatsın. 
Həzrət  Peyğəmbər  (s)-in  besət  dövründə  ərəblər 
ədəbiyyat  və  şer  sahəsində  çox  yüksək  bir  mərhələyə 
çatmışdılar ki, yer üzündə heç zaman o pilləyə qalxan 
ədəbiyyat  olmamışdır.  Belə  bir  zamanda  Quran  nazil 
olur. Fəsahət və bəlağəti o qədər yüksək olur ki, bütün 
ərəbləri  və  şairləri  kölgədə  qoyaraq  onların  şer  və 
nəsrlərinin üstünə pərdə çəkir. 
Tarixdə  çoxlu  hekayələr  olubdur.  Böyuk 
ədiblərə Quranın ayələrindən oxuyanda onların bədəni 
lərzəyə  düşübdür. Quranın  ilahi bir  möcüzə olduğunu 
etiraf ediblər.  
Quranda ixtilafın olmaması 
Bilirik  ki,  Qurani-Kərim  23  ilin  müddətində 
tədriclə  nazil  olubdur.  Müxtəlif  hadisələrdə,  cürbəcür 
münasibətlərdə  Qurani-Kərim  çoxlu  məsələləri  əhatə 
edibdir.  İncəsənət,  ictimai,  iqtisadi,  siyasi,  etiqadi, 
əxlaqi məsələlər Quranda cilvələnibdir.  
Quranda  keçmişlərin  qissələri  nəql  olunubdur. 
Əqli  dəlillərlə  məsələlər  sübuta  yetirilibdir.  Bu  qədər 
məsələlərin  içərisində  kiçik  də  olsa  heç  bir  ixtilaf 
yoxdur.  
Qurani-Kərim  “Nisa”  surəsinin  82-ci  ayəsində 
belə  buyurur:  “Aya  Quranda  (Quran  və  ya  Quran 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 77 - 
dediyi  məsələlər  barədə  -  red.)  fikirləşmirlər,  əgər 
Allah  tərəfindən  gəlməsəydi,  onda  çoxlu  ixtilaflar 
tapardılar”. 
اﺮﻘﻟا نوﺮﺑﺪﺘﻳ ﻼﻓا
ﺪﺟﻮﻟ ﷲا ﲑﻏ ىﺪﻨﻋ ﻦﻣ نﺎﻛ  ﻮﻟو  ن
 ﻪﻴﻓ او
اﲑﺜﻛ ﺎﻓﻼﺘﺧا
  
Bəli, dərs oxumayan, məktəb görməyən bir 
nəfərin vasitəsilə belə bir kitabın ərsəyə gəlməsi 
həqiqətən böyük möcüzədir.  
Maarif cəhətindən möcüzə olması 
İslam  maarifi  və  etiqadı  salim  əql  və  qüvvətli 
dəlillər ilə uyğundur. Allahı tanıması, tovhid və başqa 
məsələləri  çox  gözəl  bir  surətdə  bəyan  edir  və  bunu 
indiyə  qədər  qoruyub  saxlayır.  Heç  bir  təhrif  əli  ona 
yetişə bilməyib. Başqa dini kitablar təhrif olunaraq öz 
peyğəmbərlərinə  nalayiq  işlər  nisbət  veriblər.  Amma 
Quran  maarifi  bəyan  edəndə  bu  məsələləri  çox  gözəl 
açaraq  peyğəmbərimizə  böyük  əxlaq  və  digər 
fəzilətlər nisbətini vermişdir.   
Qanun qoymaqda Quranın möcüzəsi 
 
Quranın bu qismətdə möcüzə olmasında heç bir 
şəkk  yoxdur.  Əxlaqın  süqut  edib  aradan  getdiyi, 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə