Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 50 - 
8-ci DƏRS 
I.  Quranda “ayə” və “surə”  
II.  “Ayə” sözünün mənası 
III.  “Surə” sözünün mənası  
IV.  Quranın surələrə bölünməsinin səbəbi 
V.  Quran surələrinin adları 
VI.  Surələrin bölümü 
VII.  Quranın surələrinin, ayələrinin və 
kəlimələrinin sayı 
VIII.  Birinci, axırıncı ayə və surələr 
IX.  Məkkədə və Mədinədə nazil olan ayələr 
Quranda “ayə” və “surə” 
Quran 114 surədən təşəkkül tapmışdır. Hər surə 
də  neçə  ayədən  ibarətdir.  Söhbətimizin  bu  hissəsində 
surənin,  ayənin  mənaları  haqqında,  surə  və  ayələrin 
sayı  haqqında,  habelə  surələrin  adları  və  toplanması 
haqqında bəhs edəcəyik. 
“Ayə” sözünün mənası 
Lüğətdə “ayə” kəlməsi – aydın nişanə və əlamət 
mənasınadır.  Quranda  isə  bu  söz  müxtəlif  mənalarda 
işlənilibdir: 
I   –   nişanə və əlamət (Məryəm-10). “İlahi, mənə bir 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 51 - 
nişanə qərar ver”. 
ﺔﻳا ﱃ ﻞﻌﺟا بر
 
II    –      möcüzə  (Əras-73).  “Bu  Allahın  dəvəsidir  ki, 
sizin üçün möcüzədir”. 
ﺔﻳا ﻢﻜﻟ ﷲا ﺔﻗﺎﻧ ﻩﺬﻫ
 
III  –    Hökm  (Bəqərə-106).  “Hər  hansı  hökmü  nəsx 
etdik,  ya  unutdurduq,  ondan  yaxşısını,  ya  onun 
kimisini gətirirk”. 
ﻧ ﺎﻬﺴﻨﻧ وا ﺔﻳا ﻦﻣ ﺦﺴﻨﻧ ﺎﻣ
ﺎﻬﻠﺜﻣ وا ﺎﻬﻨﻣ ﲑﲞ تﺄ
 
IV    –    İlahinin  nəbiləri  və  övliyaları  (Yusif-7). 
“Həqiqətən  Yusif  və  qardaşlarında,  soruşanlar 
üçün ibrətlər vardır”. 
ﲔﻠﺋﺎﺴﻠﻟ تﺎﻳا ﻪﺗﻮﺧا و ﻒﺳﻮﻳ ﰱ نﺎﻛ ﺪﻘﻟو
 
 
Bunlardan  əlavə  də  Quran  istilahında  “ayə”, 
Quranın  kəlmə  və  kəlmələrinə  itlaq  olunur  ki,  əvvəli 
və  sonu  başqalarından  ayrı  olur  (cümlə  kimi)  və 
Quran  surələrini  təşkil  edir.  Məsələn  “Ənfal” 
surəsinin  2-ci  ayəsi  buna  dəlildir:  “Elə  ki,  onlara 
ayələr oxunur, imanları artacaq”. 
ﺎﻧﺎﳝا ﻢ داز ﻪﺗﺎﻳا ﻢﻬﻴﻠﻋ ﺖﻴﻠﺗ اذاو
 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 52 - 
“Surə” sözünün mənası 
 
Surə  sözü  neçə  kökə  malik  olub  bir  neçə 
mənaya  dəlalət  edir.  Onlardan  nəzərə  yaxın  gələni 
هرﻮﺳ maddəsindən olub, Quranda “ucalıq və mənzələt” 
mənasına  işlənəndir.  Bir  neçə  ayədən  təşkil  olunmuş, 
“Tövbə”  surəsindən  başqa,  əvvəli  “bismillah”  ilə 
başlayan ayələrin toplusuna “surə” deyilir. 
 
Allahın  kəlamı  olduğuna  görə  və  ya  oxuyanın 
məqamını  yüksəltdiyinə  görə  surə  “ucalıq  və 
mənzələt” mənası verir. 
Quranın surələrə bölünməsinin səbəbi 
 
Hər  bir  şeyə  səbəb  olduğu  kimi  Quranın  da 
neçə  surəyə  bölünməsinin  səbəbləri  vardır.  Biz 
aşağıda  o  səbəblərdən  bəzilərini  qeyd  edirik.  Onu  da 
qeyd etmək lazımdır ki, bunlar bir neçə qaydalardır ki, 
faydadır Quranın surələrə bölünməsindən qarşıya çıxır 
və  bu  faydalar,  biz  aşağıda  qeyd  etdiyimizlə 
məhdudlanmayıbdır. 
1.  Quranda  müxtəlif  mövzu  və  hədəflərə  görə  Quran 
surələrə  bölünmüşdür.  Belə  ki,  təfsirçilərdən 
bəzilərinin  nəzəri  belədir:  hər  bir  surə  xüsusi  bir 
hədəfi  izləyir.  Bu  hədəfə  aid  olan  ayələr  həmin 
surədə  toplanır.  Məsələn;  “Nəml”,  “Yusif”,  “Fil” 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 53 - 
surələri kimi. 
2.  Quranı  əzbərləmək,  oxumaq  və  öyrənməyin 
asanlaşması:  daha  qısa  bir  şəkildə  izah  etmək 
istəsək,  belə  deyərik;  Quranın  surələrə  bölünməsi 
onun təlimini asanlaşdırır. 
3.  Quranın 
surələrə 
bölünməsi 
onun 
təhrif 
olunmasının  qarşısını  alır.  Belə  ki,  surələrə 
bölünməklə müəyyənləşərək qorunub saxlanılır. 
Quran surələrinin adları 
 
Quran surələrinin çoxu bir ada malikdir. Amma 
bəzilərinin iki adı vardır. Hətta bəzi surələrin bir neçə 
adı vardır. 
 
“Həmd”  surəsi  üçün  iyirmidən  çox  ad  sayıblar: 
“əlhəmd”, “fatihətul kitab”, “ümmül kitab”, “fatihətul 
Quran”,  “ümmül  Quran”,  “Quranul  əzim”,  “əssəbə 
məsani”,  “əl  vafiyə”,  “əlkənz”,  “əlnafiyə”,  “ələsas”, 
“ənnur” və sairə. 
 
Quranın  surələrinə  ad  qoyarkən  müxtəlif 
cəhətlər nəzərdə tutulubdur. 
1.  Surədə  bəhs  olunan  mövzunu  nəzərə  alaraq  ad 
qoymaq.  Məsələn:  “Nisa”,  “Tohid”,  “Ənbiya”, 
“Əhzab”, “Möminun”, “Kafirun” surələri kimi. Bu 
surələrdə  adı  çəkilən  mövzulardan  çox  söhbət 
getdiyinə görə belə adlanıblar. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 54 - 
2.  Bəzi  peyğəmbərlərin  və  ya  şəxlərin  haqqında 
söhbət  açılan  surələr  də  onların  adları  ilə  adlanıb. 
Məsələn: “Nuh”, “Hud”, “İbarahim”, “Yunis” və s. 
3.  Müqəttiə hərflərinin hesabına surələrə ad qoymaq.   
4.    Məsələn:  “Qaf” 
ق
  “Sad” 
ص
.  Bu  hərflər  hansı 
surənin  əvvəlindədirsə,  onun  adına  həmən  ayəyə 
ad qoyulub. 
5.  Bəzi  heyvanların  barəsində  və  ya  onlar  haqqında 
xüsusi  bir  səbəbdən  söhbət  açılan  surələri  həmən 
heyvanların 
adı 
ilə 
adlandırıblar. 
Məsələn: 
“Bəqərə”, “Nəml”, “Nəhl”, “Ənkəbut”. 
6.  Surənin  mühim  bir  hissəsindən  ona  ad  qoymaq. 
Məsələn: 
“Cümə”, 
“Fəth”, 
“Hədid” 
və 
“Mütəffifin”. 
7.  Surədə  birinci  olaraq  nəyə  and  içilibsə,  o  həmən 
surəyə  ad  qoyulub.  Məsələn:“Əlfəcr”,  “Əşşəms”, 
“Əzzüha” və s. 
Bütün  bu  deyilənləri  nəzərə  alaraq  xülasə 
şəklində  belə  demək  olar  ki,  mühüm  olan  bir  mövzu, 
yaxud  çox  cəlbedici  olan  bir  şey  surəni  adlandırmağa 
əsas meyar olubdur. 
Bir  faktı  da  qeyd  etmək  lazımdır  ki,  o  da  bu 
adların şəriət tərəfindən qoyulması barədədir. Belə ki, 
surələrin  adı  şəriət  tərəfindən  belə  qoyulub  yoxsa 
yox?  Bu  barədə  müxtəlif  nəzərlər  vardır.  Biz  Əllamə 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə