Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   14   15   16   17   18   19   20   21   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 92 - 
ayələrini  öz  rəylərinə  uygun  təfsir  edərək  insanlari 
zəlalətə  salıblar.  Quranın  ayələrinin  iki  hissəyə 
bölünməsi  heç  hikmətsiz  deyil.  Birinci  ’’möhkəm’’ 
ayələr  “Quranın  anası”  ünvanı  ilə  qələmə  verilmişdir. 
İkinci dəstə “mütəşabeh’’ ayələrdir ki, onların özündə 
də böyük  hikmət vardır. Onlardan biri də imtahan ola 
bilər.  Allah-Təala  bu  yol  ilə  insanların  ilahi  ayələr 
qarşısında özlərini necə göstərməyini imtahan edir. Bu 
insan  həqiqətən  iman  gətirib,  yoxsa  şəxsi  mənafeləri 
ilə  ilahi  mənafeləri üz-üzə dayananda şəxsi  mənafeini 
ilahi  hökmlərə  üstünlük  verərək,  ilahi  qanunların 
əleyhinə  çıxmaq  cəsarəti  edib,  müvəqqəti  dünyaya 
görə özünü əbədi zəlalətə salacaq?  
Biz  təqribən  də  olsa  Quranın  ayələrinin  iki 
hissəyə  (“möhkəm  və  mütəşabeh’’)  bölündüyünü 
bildik.  Bunu  da  bildik  ki,  birinci  qism  ayələr 
(möhkəm)  Quranin  anası  (ümm)  hesab  olunur.  Bu 
ayələr Quranda mərcə və əsas ünvanındadır.  
İkinci 
dəstə 
ayələrin 
(mütəşabeh) 
başa 
düşülməsi birinci ayələrə bağlıdır. Bəziləri də Quranın 
təbiri  ilə  desək  ’’fitnə’’  törətməyə  xatir  birinci  dəstə 
ayələri  nəzərə  almadan  ikinci  dəstə  ayələri  öz 
rəylərinə  uyğun  təfsir  edirlər.  Bu  da  Allahın  hökm 
etdiyi  kimi  qərar  verməməkdir.  Əvvəldə  işarə 
etdiyimiz  kimi,  hər  kəs  Allah  nazil  etdiyi  kimi  hökm 
etməsə, həm kafir, həm fasiq, həm də münafiqdir.   


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 93 - 
Söhbətimizin  bu  hissəsində  öz  rəyinə  uyğun 
təfsir  etməyin  günahı  barədə  bir  neçə  məqama  işarə 
etməzdən  əvvəl  “təfsir’’  barəsində  bir  qədər  izahat 
verək sonra isə bu məqamlara nəzər salaq.  
13-cü Dərsin Sualları 
1)  “Nəsx” in lüğəvi və ictimai mənasını izah edin. 
2)  Quranda olan “nasex” və “mənsux”un 
insanların fikir dəyişdirməsi ilə fərqi nədir? 
3)  Möhkəm və mütəşabeh ayələrin hərəsinə bir 
misal gətirin və fərqlərini izah edin.   


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 94 - 
14-cü DƏRS 
I.  Təfsir 
II.   Təfsir nə vaxtdan başlayıb? 
III.  Öz nəzərinə uyğun təfsir etmək və onun 
təhlükəsi 
Təfsir 
Təfsir  lüğətdə  bir  şeyin  üzündən  örtüyü 
götürməyə  deyərlər.  Belə  bir  sual  oluna  bilər:  Quran 
nur və aşkar olan kəlamdır, onun üzündə örtük varmı? 
Cavabında deyərik ki, Quranın üzərində örtük yoxdur, 
örtük  bizim  üzümüzdədir.  Gərək  bizdən  örtük 
götürülsün  ki,  Quranla  tanış  ola  bilək  və  onun 
dərinliklərinə baş vuraq.   
Bundan əlavə Quranın təkcə bir çöhrəsi yoxdur: 
bir ümumi çöhrəsi vardır ki,  hamı  üçün açıqdır, aşkar 
nurdur və insanların hidayət mənbəyidir. Amma onun 
başqa  çöhrələri  vardır  ki,  onu  böyük  alimlər,  həqqə 
susuz  olub  onu  Allah  kölgəsində  axtaranlar,  öz 
elmlərini  həmişə  ilahi  elmlərə  malik  olanlardan 
alanlar  və  ən  kamilləri  isə  elmləri  ilahi  elmə  bağlı 
olanlıar aşkar edə bilirlər. 
Bu  çöhrələr  ki,  hədis  dilində  Quranın  daxili 
(bütuni  Quran)  adlanır,  hamıya  aşkar  ola  bilməz. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 95 - 
Başqa  ibarətlə  desək  bütün  gözlərin  onları  görmək 
qüdrəti 
yoxdur. 
Təfsir  edənin 
gərək  Qurana 
yanaşmaga  lazımi  qədər  elmi  olsun,  Quranla  bizim 
aramızda olan pərdələri  götürsün, ondan bəhrələnmək 
şəraitini bizim üçün yaratsın.  
Quranın başqa çöhrələri  var ki, onlar  da zaman 
keçdikcə  acılır.  İbni  Abbasdan  olan  bir  hədisdə  belə 
deyilir: “Quranı zaman təfsir edəcək’’ 
اﺮﻘﻟا
نﺎﻣﺰﻟا ﻩﺮﺴﻔﻳ ن
  
Bundan əlavə “Quran özü-özünü təfsir edir ’’ 
ﺎﻀﻌﺑ ﻪﻀﻌﺑ ﺮﺴﻔﻳ ناﺮﻘﻟا
 
ayələrin biri o birini açıqlayır, izah edir. 
Təfsir nə vaxtdan başlayıb? 
 
Şübhəsiz  Quranın  təfsiri  Həzrət  Peyğəmbərin 
(s)  öz  zamanından  başlanıbdır.  Amma  onun  yazılı 
şəkildə  meydana  çıxması  hamının  dediyinə  görə  Əli 
(ə)-ın  zamanından  başlanıb  və  bu  elmdə  yüksələnlər 
özlərini  “elm  şəhərinin  qapısı’’  olan  bu  şəxsə 
çatdıranlar  olublar.  Əfsuslar  olsun  ki,  bu  günlərdə 
elmin  qapısını  tanımayanlar,  bu  qapını  inkar  edənlər 
və  bu  qapının  haqq  qapısı  olmağını  bilib,  lakin  inad 
üzündən 
ondan 
uzaq 
gəzənlər 
Qurana 
təfsir 
verməkdədirlər.  Şübhə  yoxdur  ki,  bunlar  səhv  və 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 96 - 
xətaya düçar olurlar. Öz  üzərlərinə oğru adı qoyurlar. 
Çünki,  evin  qapısı  qalaraq  başqa  yerdən  ona  daxil 
olub,  onun  insanlara  lazım  olan  sirrlərini  aşkar  etmək 
fikrində deyillər. Onlar həmişə öz pis olan nəfislərinin 
qulları  olaraq    oğurluğa  getdikləri  evin  özlərinə, 
heyvani  hisslərinə  uyğun  əşyalarını  götürürlər. 
Götürdüklərini  heç  vaxt  insanların  mənafeyi  uğrunda 
sərf  etmirlər.  Öz  oğru  peşələrini  möhkəmlədərək, 
birinci oğurluqdan kəsb etdiklərini ikinci cinayətlərinə 
yetişmək üçün xərcləyirlər. 
       Quran 
müfəssirləri 
vaxtlarını, 
istedadlarını, 
ömürlərini  sərf  edərək  insanları  bu  ilahi  olan  nura 
çəkib, onları zülmətdən qurtarmaq istəyiblər. Öz şəxsi 
mənafelərini  nəzərə  almadan  bu  ilahi  kitaba  çox 
ehtiyatla  yanaşaraq  hidayət  etmək  istədikləri  vaxtı 
zəlalətə salmaqdan ehtiyat ediblər.  
 
Allaha  təvəkkül  edərək  müvəffəq  olublar. 
Bildiklərini  bəyan  edərək  bilmədiklərini  aydıncasına 
etiraf  edib,  onu  Allahın  öhdəsinə  qoyaraq  o  gizli 
sirrləri aşkar etməkdə Ondan kömək istəyiblər.  
Amma  oğrular  bir  evə  daxil  olanda  hec  vaxt 
orada  ehtiyat  etməyiblər,özlərinə  lazım  olanı  tapıb 
çıxartmaqdan  ötrü  hər  nə  gəldi  söküblər,  uçurublar, 
xaraba  qoyublar,  təki  mənfur  olan  niyyətlərinə 
çatsınlar.  Siz  bir  anlığa  bir  caninin  evə  girib  cinayət 
etməyini  təsəvvür  edin.  Orada  hansı  dəhşətlər  baş 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə