Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 36 - 
qüdrətin  vəhyi  almaqda  dəxalətinin  olmadığını 
bildirir. 
 
Başqa  bir  sözlə  desək  Həzrət  Peyğəmbər  (s), 
bütün  vücudu  ilə  bu  vəhyi  qəbul  etmişdir.  Əgər  belə 
olmasaydı, yəni zahiri əzaların vəhyi almaqda dəxaləti 
olsaydı,  onda  peyğəmbər  olmayanlar  da  vəhyi  ala 
bilərdilər. 
 
Vasitəli  vəhydə  (qeyri-müstəqim  vəhy)  Cabrail 
bəzən  bəşər  surətində  Peyğəmbərə  (s)  nazil  olurdu. 
İmam  Sadiq  (ə)-dan  bu  barədə  olan  bir  hədisdə  belə 
nəql  olunur:  “Cəbrail  Peyğəmbərin  (s)  hüzuruna 
gələndə  bəndələr  kimi  əyləşərdi  və  icazəsiz  daxil 
olmazdı”. 
 ﻻ نﺎﻛ  و ﺪﺒﻌﻟا ةﺪﻌﻗ ﻪﻳﺪﻳ ﲔﺑ ﺪﻌﻗ ﱮﻨﻟا ﻰﺗا اذا ﻞﻴﺋﱪﺟ نﺎﻛ
ﻪﻧذﺎﺘﺴﻳ ﱴﺣ ﻞﺧﺪﻳ
 
 
Bu  hədis  Həzrət  Peyğəmbər  (s)-in  Cabrail 
qarşısında  əzəmətini  göstərir.  Buna  görə  də  bu  forma 
vəhy almaq Həzrət Peyğəmbərə (s) çətin bir iş deyildi. 
 
Bəzən  də  Cabrail  Peyğəmbərə  (s)  Dəhyət  ibni 
Xəlifə Kəlbinin surətində nazil olurdu. 
 
Bəzi  ayələrdən  məlum  olur  ki,  Cəbrailin 
“əmini-vəhy”  olmasına  baxmayaraq  ayə  nazil  olan 
zaman,  o,  bir  dəstə  mələyin  vasitəsi  ilə  müşayət 
olunardı. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 37 - 
5-ci Dərsin Sualları 
1)  Peyğəmbərlərə olunan vəhyin növləri barədə 
danışın və nümunələr gətirməklə fərqlərini izah 
edin. 
2)  Birbaşa və vasitəli vəhy arasında fərqi izah edin. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 38 - 
6-cı DƏRS 
I.  Quranın nazil olması və besət 
II.  Nuzuli-dəfi 
III.  Nuzuli-tədrici  
IV.  Tədrici nuzulun sirrləri  
Quranın nazil olması və besət 
 
Bildiyimiz  kimi  Həzrət  Peyğəmbər  (s)  miladi 
tarixi  ilə  610  –  611-ci  illərdə,  40  yaşında  Məkkə 
şəhərində  peyğəmbərliyə  təyin  edildi.  Onu  da  bilirik 
ki,  Həzrət  Peyğəmbərə  (ə)  ilk  nazil  olan  ayə  “Ələq” 
surəsinin  ayələrindən  idi.  Həzrət  Peyğəmbərə  (s)  ilk 
ayələr  Həra  mağarasında  nazil  oldu.  Bu  məsələdə 
bütün 
müsəlmanlar 
müttəfiqdirlər. 
Amma 
bu 
məsələnin  hansı  zamanda  baş  verməsi  ixtilaflıdır. 
Şiələr  çoxlu  mötəbər  rəvayətlərə  əsaslanaraq  bu 
hadisənin  rəcəb  ayının  27-də  baş  verdiyini  qeyd 
edirlər. Bu barədə olan hədislər Peyğəmbərin (s) Əhli-
Beytinin  vasitəsi ilə  nazil olub. Onlar Peyğəmbərə (s) 
yaxın  olduğu  üçün  hamıdan  yaxşısını  bilmələri 
şübhəsizdir. 
 
Şeyx  Tusi  “Əmali”  kitabında  İmam  Sadiq  (ə)-
dan  nəql  edərək  yazır:  “İyirmi  yeddi  rəcəbdə 
peyğəmbər  (s)  seçilibdir.  Kim  bu  günü  oruc  tutsa, 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 39 - 
altmış ay oruc tutanın əcrini qazanır”. 
 
Bundan  başqa  da  Əimmədən  (a)  (imamlar  – 
red.)  çoxlu  rəvayətlər  vardır  ki,  onlar  da  besətin  
(Peyğəmbərin  (s)  təyin  edilməsinin  –  red.)  rəcəb 
ayının  27-də  olduğunu  bəyan  edir.  Bir  sıra  mötəbər 
hədislər  Quranın  rəcəb  ayının  27-də  nazil  olduğunun 
bildirir.  Bundan  əlavə  rəvayətlər  də  vardır  ki,  Quran 
20 il müddətinə nazil olmuşdur. 
 
Quranın  bəzi  ayələrində  isə  onun  ramazan 
ayında,  Qədr  gecəsində  nazil  olduğu  bildirilir. 
Məsələn  “Bəqərə”  surəsinin  185-ci  ayəsində  belə 
buyurulur:  “Ramazan  ayı  bir  aydır  ki,  Quran  bu  ayda 
nazil olubdur”. 
ناﺮﻘﻟا ﻪﻴﻓ لﺰﻧا ىﺬﻟا نﺎﻀﻣر ﺮﻬﺷ
 
 
“Duxan” 
surəsinin 
3-cü 
ayəsində 
belə 
buyurulur:  “Biz  onu  (Quranı)  mübarək  bir  gecədə 
nazil etdik”. 
ﺔﻛرﺎﺒﻣ ﺔﻠﻴﻟ ﰱ ﻩﺎﻨﻟﺰﻧا ﺎﻧا
 
 
“Qədr” surəsinin 1-ci ayəsində belə qeyd edilir : 
“Biz onu (Quranı) Qədr gecəsində nazil etdik”. 
رﺪﻘﻟا ﺔﻠﻴﻟ ﰱ ﻩﺎﻨﻟﺰﻧا ﺎﻧا
 
 
Bu  mötəbər  hədislər  və  bu  Quran  ayələri  bir-
biri  ilə  uzlaşanda  hansı  nəticə  meydana  çıxır,  necə 
izah olunur? 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 40 - 
 
Həmən  nəticə  və  izahı aydınlaşdırmaq  üçün bir 
məsələdən  xəbərdar  olmaq  lazımdır.  O  da  Quranın 
nazil  olmasının  iki  cür  olmasını  bilməkdir.  Bəli, 
Quranın nuzulu iki formada olubdur: 
1.  Nuzuli dəfi 
2.  Nuzuli tədrici 
Nuzuli-dəfi  
 
Bir  çox  şiə  və  sünnü  rəvayətlərinin  təkidinə 
əsasən  Quranın  nazil  olması  iki  formada  olubdur. 
Onlardan biri nuzuli dəfidir. 
 
Cəlaləddin  Suyuti  yazır  “Qurani-Kərimin  nazil 
olmasında  üç  nəzər  vardır:  Birinci  nəzər  –  Quran 
bütöv  şəkildə  Qədr  gecəsində  dünya  göyünə  nazil 
olub,  sonra  tədriclə  20  il,  ya  23  il  müddətində 
Peyğəmbərə (s) nazil olubdur. 
 
Səd  ibni  Cübeyr  bu  məzmunda  olan  bir  hədisi 
ibni Abbasdan nəql edibdir. 
 
İkinci  nəzər  –  Quranın  bir  miqdarı  hər  Qədr 
gecəsində  dünya  göyünə  nazil  olub,  sonra  bir  il 
müddətində  həmən  miqdar  Həzrət  Peyğəmbərə  (s) 
çatdırılıbdır. 
 
Üçüncü  nəzər – Ramazan ayında Quranın  nazil 
olmasından  məqsəd,  onun  başlanğıcı  deməkdir. 
Sonralar  mütəfərriq  surətdə  (ayrı-ayrı  formalarda) 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə