Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   2   3   4   5   6   7   8   9   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 26 - 
3.  Ərəb  ləhcələri  çoxdur.  Quranın  ərəbin  fəseh 
dilində  nazil  olması  onu  digər  ərəb  ləhcələrindən 
qoruyub saxlayıb. 
3-cü Dərsin Sualları 
1)  “Quran” kəlməsi hansı maddədəndir və mənası 
nədir? 
2)  Quran nə üçün lüğət etibarı ilə ərəb dilində nazil 
edilib? 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 27 - 
4-cü DƏRS 
I.  Vəhyin tərifi 
II.  Vəhyin lüğəvi mənası 
III.  Vəhy istilahda 
IV.  Quranda “vəhy” kəlməsi 
Vəhyin tərifi 
Bildiyimiz  kimi  Quran  Həzrəti  Peyğəmbərə  (s) 
vəhy  formasında  nazil  olubdur.  Quran  ayələrinin 
birində  Allah-Təala  Həzrət  Peyğəmbər  (s)-ə  “ummi” 
ﻰﻣا  deyərək  müraciət  edir.  “Ümmi”  sözünün  mənası 
bu  ayədə  məktəb  oxumayan,  dərs  oxumayan 
mənasındadır. 
Peyğəmbərimiz 
(s) 
Ərəbistan 
yarımadasında  yaşayıb.  O  zaman  orada  heç  bir 
məktəb  olmadığı  üçün  dərs  oxumamışdır.  Quran  da 
çox  dərin  mənaya  malik  olan  bir  kitabdır.  Fəsahət  və 
bəlağət  cəhətindən  də  çox  yüksək  bir  məqama 
malikdir.  Məktəb  görməyən  bir  insanın  Quran  kimi 
bir  kitabı  camaata  çatdırması  böyük  bir  möcüzədir. 
Adi  yollarla,  insan  təliminin  vasitəsilə  bu  cür  dərin 
mənalı  bir  kitabı  vücuda  gətirmək  mümkün  deyildir. 
Bu  da,  Quranın  vəhy  formasında  nazil  olmasının 
təkzibedilməz  bir  subutudur.  Bu  məqsədə  Quranın 
müxtəlif ayələrində işarə olunub. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 28 - 
“Onu  (Peyğəmbər  (s)-i)  çox  qüvvətli  bir  varlıq 
öyrətdi”,  yəni  vəhy  yolu  ilə.”  Odur  ki,  bu  deyilənləri 
nəzərə  alaraq  vəhy  haqqına  bir  qədər  geniş  mənada 
söhbət açaq. 
Vəhyin lüğəvi mənası 
 
Ərəb  dilində  vəhy  –  işarə  etmək,  yazmaq, 
ilham, gizli kəlam və başqasına çatdırılan hər hansı bir 
şeyə deyilir. 
 
Rağib  İsfəhanı  deyir:  Vəhy,  çox  sürətli  işarəyə 
deyilir.  Bu  kəlamda  rəmz  və  kinayə  ilə,  ya  ləfzi 
olmayan səs, ya bəzi üzv ilə işarə  və yaxud yazmaqla 
mümkündür. 
Vəhy istilahda 
 
Vəhy istilahda, asimani bəyənatı almaqdan ötəri 
ilahi  peyğəmbərlərin  qeyblə  olan  mənəvi  rabitəsinə 
deyilir.  Həmən  vəhyi  almağa  xüsusi  adamların 
ləyaqəti vardır ki, onlar da peyğəmbərlərdir. 
Quranda “vəhy” kəlməsi 
 
Quranda  vəhy  kəliməsi  təqribən  10  mövzuda 
işlədilibdir. Bu kəlmə mələklərin, şeytanların, insanın, 
heyvanın  və  yerin  barəsində  qeyd  olunubdur.  Bu  söz 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 29 - 
ən  çox  peyğəmbərlərə  aid  olan  rabitə  haqqında  varid 
olubdur. 
 
Quranda  nazil  olan  “vəhy”  kəlmələrindən  bir 
neçə nümunəni nəzərinizə çatdırırıq. 
1.  Mələklərə  ruhani  ilhamdan  belə  söhbət  açılır: 
“Sənin  Allahın  mələklərə  vəhy  etdi;  mən 
sizinləyəm” (Ənfal-12). 
ﻜﺌﻠﳌا ﱃا ﻚﺑر ﻰﺣﻮﻳ ذا
ﻢﻜﻌﻣ ﱏا ﺔ
 
2.  İnsana  ruhani  ilham:  “Musanın  anasına  vəhy  etdik 
ki, ona süd ver” (Qəsəs-7). 
ﻪﻴﻌﺿرا نا ﻰﺳﻮﻣ ما ﱃا ﺎﻨﻴﺣوا و
  
3.  Şeytani  vəsvəsə  barədə  buyurur:  “Həqiqətən 
şeytanlar  öz  dostlarına  vəsvəsə  edir  ki,  sizinlə 
müharibə etsinlər” (Ənam-121). 
ﻢﻛﻮﻟدﺎﺠﻴﻟ  ﻢﻬﺋ ﺎﻴﻟوا ﱃا نﻮﺣﻮﻴﻟ ﲔﻃﺎﻴﺸﻟا نا و
 
4.  Heyvana  ilham  etmək  barədə  buyurur:  “Sənin 
Allahın bal arısına ilham (ğərizi) etdi”(Nəhl-68). 
ﻞﺤﻨﻟا ﱃا ﻚﺑر ﺎﻨﻴﺣواو
 
İmam  Əli  (ə)-dan  nəql  olunan  bir  rəvayətdə  yuxarıda 
dediyimiz  vəhy  növlərinin  hamısına  işarə  edilib, 
həmən ayələr də dəlil gətirilibdir. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 30 - 
 
4-cü Dərsin Sualları 
1)  Vəhyin tərifini deyin. 
2)  Vəhyin lüğəvi və istilahi mənalarını izah edin. 
3)  Quranda adları çəkilən vəhy növləri barədə 
danışın və peyğəmbərlərə olunan vəhylə digər 
vəhy növləri arasında fərq(lər)i izah edin. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 31 - 
5-ci DƏRS 
I.  Peyğəmbərlərə olunan vəhyin növləri 
II.  Vəhyi-müstəqim (birbaşa)  
III.  Qeyri-müstəqim vəhy  
Peyğəmbərlərə olunan vəhyin növləri 
 
Söhbətimizin  bu  hissəsində  “Vəhyin”  ən  çox 
işləndiyi  yer  haqqında,  yəni  peyğəmbərlərə  olunan 
vəhy  barəsində  danışacağıq.  “Vəhy”  və  bu  mənada 
olan  sözlər  Quranda  peyğəmbərlərin  barəsində  70-ə 
yaxın  yerdə  istifadə  olunmuşdur.  Bu  kəlmə  başqa 
yerlərdə  çox  az  işlədilibdir.  Buna  əsasən  də  Əllamə 
Təbatəbai  (rahmətullahi  ələyh)  buyurur:  “Dini  ədəbə 
görə  gərək  “vəhy”  kəlməsini  ənbiyadan  başqa 
yerlərdə işlətməyək”. 
 
Vəhy  –  başqa  bir  aləmlə  (qeyb  aləmi)  rabitə 
olduğuna  görə adi insanlar üçün adi  yollarla  mümkün 
deyil.  “Vəhy”  –  bir  növ  asimani  (qeyri  maddi) 
danışıqdır. Hiss və fikir yolu ilə dərk olunmur. Bəlkə, 
başqa  bir  dərk  və  şuurdur  ki,  Allahın  istəyi  ilə  bəzi 
adamlarda  vücuda  gəlir  və  qeybi  dəsturlar  (hiss  və 
əqlin  dəxaləti  olmadan)  ilahi  təlimlərin  vasitəsi  ilə 
həmən adamlara çatdırılır. 
 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə