Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   14   15   16   17   18   19   20   21   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 83 - 
İsa  (ə)-ın  yerinə  layiq  olmaq  iddiasını  edənlər,  o 
həzrətlər  kimi  edə  bilmədiklərinə  görə,  onların 
gətirdiyi  qanunlara  düzgün  əməl  etmədikləri  üçün 
məcbur olub ilahi kitabları öz həvəslərinə uyğun təhrif 
etdilər. 
 
Amma, 
Qurani-Kərim 
qiyamətə 
qədər 
ümumbəşəri  bir  qanun,  cahanşumul  bir  mədəniyyət, 
bəşərə  nicat  verə  biləcək  əxlaqi  mövzulara  və  başqa 
minlərlə  üstünlüyə  malik  olan  bir  kitab  olduğuna  və 
ilahi  kitablar  silsiləsinin  ən  kamil  və  sonuncusu 
olduğuna görə onu qoruyub saxlamağı Allah-Təala öz 
öhdəsinə  götürmüşdür.  “Biz  Quranı  nazil  etmişik,  biz 
də onu qoruyacağıq” – buyurmuşdur Uca Tanrı. 
 
Əvvəlcə təhrif və onun qismləri barədə bir neçə 
kəlmə danışaq. 
Qurani-Məcidin  təhrifi  barəsində  bəhs  iki  cəhətdən 
təhqiq olunur: 
1.  Mənəvi təhrif 
2.  Ləfzi təhrif 
Ləfzi  təhrif  özü  üç  surətdədir:  1.  artıqlıq,  2.  əskiklik, 
3. tərtib 
1. Mənəvi təhrif 
Qurani-Kərimin 
mənəvi 
cəhətdən 
təhrif 
olunmamasında şübhə yoxdur. Belə ki, tarixdə çox 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 84 - 
görünübdür,  bəziləri  öz  rəy  və  nəzərlərinə  uyğun 
Quranın  ayələrini  təfsir  ediblər.  (Elə  bu  günkü 
kimi).  Bu  məqsədə  Qurani-Kərimin  “Ali  İmran” 
surəsinin  7  –  ci  ayəsi  də  dəlalət  edir:  “Fitnə 
salmaqdan  ötəri  qəlbləri  xəstə  olanlar  Quranın 
mütəşabeh ayələrinin ardınca gedirlər (Yəni onu öz 
rəyləri ilə təfsir edirlər)”. 
Quranın  “mütəşabeh”  ayələri  mənası  zahirdən 
məlum  olmayan  ayələrdir.  Bəziləri  də  bu  ayələri 
fitnə  salmaqdan  ötəri  öz  rəylərinə  uyğun  təfsir 
edirlər. Bu da həmin mənəvi təhrif deməkdir. 
2. Ləfzi təhrif 
 
Amma  ləfzi  təhrif,  bu  cürə  ki,  Qurana  bir  hərf 
artıralar,  ya  əksildələr,  bütün  müsəlman  firqələrinin 
ittifaqı  ilə  qəbul  olunur  ki,  belə  bir  şey  olmayıb. 
Əvvəlcədən 
müsəlmanlar 
Quranı 
əzbərləməyə, 
sonralar  yazmağa  həddindən  artıq  səy  etdilər.  Həzrət 
Peyğəmbər  (s)-in  də  onların  üzərində  nəzarəti  çox 
olub.  Bunlar  da  göstərir  ki,  Qurana  bir  şey  artırılıb, 
əskilsə  idi  vaxtında  qarşısı  alınardı.  Bundan  əlavə 
Quranda  olan  fəsahət  və  bəlağət  göstərir  ki,  ona  bir 
şey  əlavə  olunmayıb,  çünki  Quran  ilahi  kəlamdır, 
onun  fəsahəti  və  bəlağəti  də  ilahi  dərəcədədir.  Əgər 
ona bir şey əlavə olunsaydı, bəşər kəlamı olduğu üçün 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 85 - 
seçilərdi.  Əgər  ondan  bir  şey  əksilsəydi  onda  da  ilahi 
kəlamın  fəsahət  və  bəlağətdən  düşməsi  nəzərə 
çarpardı. 
12-ci Dərsin Sualları 
1)  Quran ləfzi təhrifə məruz qalıbmı? Cavabınızı 
nəqli (ayə, hədis və ya rəvayət) və əqli dəlillərlə 
əsaslamdırın.? 
2)  Quranın mənəvi təhrifə məruz qalmasını nə cür 
başa düşürsünüz? Nüminə olaraq, mənəvi 
təhrifin mümkün olmasına dəlalət edən bir ayə 
gətirin.  


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 86 - 
13-cü DƏRS 
I.  Quranda nasex və mənsux    
II.  Nəsxin luğəvi mənası  
III.  Nəsxin ictimai mənası 
IV.  Möhkəm və mütəşabeh 
Quranda nasex və mənsux 
 
Uzun 
zamanlar 
üzərində 
bəhs 
olunan 
məsələlərdən  biri  də  “nəsx”  bəhsidir.  “Üsul”  və 
“Ulumi Quran” alimləri bu barədə çoxlu bəhslər edib, 
yazılar yazıblar. Asimani kitablarda olan “nəsx” bəhsi 
başqalarından 
çox 
fərqlidir. 
Bəşər 
qanununun 
sonradan  dəyişməsi  insan  elminin  naqisliyinə, 
gələcəyi  dəqiq  bilməməyinə  və  zaman  keçdikcə 
qanunların  ictimaiyyəti  təmin  etmədiyinə  görədir. 
Tarix  göstərir  ki,  insan  ictimai  qanunları  təsis  edəndə 
həmişə o qanunları dəyişməklə üzləşibdir. 
 
İndi 
görək 
ilahi 
qanun 
nədir? 
Vəhy 
mənbəyindən başlanan qanunda da dəyişiklik olurmu? 
 
Bu  sualın  cavabı  müsbətdir.  Yəni  dəyişiklik 
olur.  Amma  bir  nöqtəyə  diqqət  etmək  lazımdır  ki, 
ilahi 
qanunların 
dəyişməsinin 
fəlsəfəsi 
bəşəri 
qanunların dəyişmə fəlsəfəsi ilə fərqlidir. Bəşərin elmi 
naqis  olduğu  üçün  gücü  çatan  qanunu  zaman  və 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 87 - 
məkana  uyğun  yazır.  Amma  ilahi  qanunu  yazan 
Allahın,  bütün  zamanlara,  məkanlara,  gələcəyin  və 
keçmişin  insanlarının  istedad  və  qüdrətinə  bələd 
olduğu  üçün  kamil  bir  qanunu  hər  zamana  uyğun 
yazır. Dəyişməsi isə insanların qüdrətinə uyğun olaraq 
mərhələlərlə  və  tədriclə  kamilləşir.  Bir  qədər  aydın 
desək,  Allah-Təala  ən  kamil  qanunu  birinci  bəşərin 
zamanında  göndərə  bilərdi.  Lakin  bəşər  şüurunun 
kamilləşməsi  və  bu  kamil  olan  qanuna  əməl  etməsi 
üçün  zamanlar  keçməli  idi.  Ona  görə  də  Allah-Təala 
zaman  keçdikcə  ilahi  qanunları  insanların  istedaına 
uyğun olaraq əvəz edərək kamilləşdirib. Həqiqətdə bu 
qanunlar  insanları  kamilləşdirərək  bu  günə  gətirib 
çıxardıb  və  sonuncu  peyğəmbərə  ən  kamil  qanun 
göndərilib. 
 
Din  böyüklərinin  sözlərinə  diqqət  edəndə 
“nəsx”i  tanımağın  əhəmiyyəti  aydınlaşır.  İslamın 
qanunu  olan  Quranın  “nasex”  və  “mənsux”u  ilə 
tanışlıq çox təkid olunmuşdur. 
 
Əbdurrəhman Sülləmi Əli ibni Əbutalib (ə)-dan 
nəql edir: Həzrət İmam Əli (ə) bir qazi ilə rastlaşanda 
ondan soruşur: 
 ﺖﻜﻠﻫ  لﺎﻘﻓ    ﻻ  لﺎﻗ  ؟  خﻮﺴﻨﳌا  ﻦﻣ  ﺦﺳﺎﻨﻟا  فﺮﻌﺗ  ﻞﻫ
ﺖﻜﻠﻫاو
 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə