Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları



Yüklə 63,51 Kb.
səhifə3/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#121126
1   2   3   4   5   6   7   8   9   ...   24
1.1-3.3

Dünyagörüşünün üçüncü, daha yüksək səviyyəsi dünyam anlama adlanır. Bu səviyyə hissi deyil, intellektual tərəfin üstün olması ilə səciyyələnir. Başqa sözlə, həmin mərhələdə insanların dünyaya münasibəti elmi biliklər, sistemli təsəvvürlər, dərin düşüncələr formasında ifadə olunur.
Dünyanı anlama mərhələsinin öz daxilində də gündəlik həyat təcrübəsinəəsaslanan tərəfi və nəzəri tərəfi bir-birindən ayırmaq lazımdır. Birinci tdrdf dünyagörüşünün kortəbii surətdə, bilavasitə gündəlik təcrübə əsasında qərarlaşan formasıdır. Çox vaxt "həyat fəlsəfəsi" adlanan bu forma öz məzmununa görə yekcins deyildir. Burada ağıllı, sağlam düşüncə, sayıq zəkaya əsaslanan həyat oriyentasiyası ilə yanaşı, ibtidai, səthi və mühafızəkər momentlər, səhvlər də özünü göstərir.
Dünyanı anlamanın ikinci, nəzəri səviyyəsi öz sistemliliyi, əhatə dərinliyi və elmi əsaslılığı ilə səciyyələnir. Bu forma elmi biliklər, düşüncə mədəniyyəti, zəka vasitəsilə məntiqi mühakimələr yürüdülməsi ilə birbaşa bağlıdır. Öz mahiyyəti etibarilə fəlsəfə dünyagörüşünün bu pilləsinə aiddir. Dünyagörüşünün başqa tərəflərindən fərqli olaraq fəlsəfə aləm haqqında biliklərin məzmununu, insanların fəaliyyətinin məqsəd və vasitələrini müəyyən edən prinsip və idealları nəzəri cəhətdən əsaslandırır.
Deyilənlərlə yanaşı dünyagörüşünün strukturunda aşağıdakı üç bölgünü ayıran baxışlar da mövcuddur:
1. İlkin elementar səviyyə - bu adi şüur səviyyəsində fonnalaşan anlayışların, ideyaların, baxışların, qiymətlərin məcmusudur.
2. Konseptual səviyyə - müxtəlif dünyagörüşü problemlərini əhatə edir. O, dünya, məkan, zaman, ictimai inkişaf, insan, onun fəaliyyəti və idrakı, bəşəriyyətin gələcəyi haqqında konsepsiyaları birləşdirir.
3. Metodoloji səviyyə - dünyagörüşünün ən yüksək pilləsidir. Onun məzmununa dünyagörüşünün nüvəsini təşkil edən əsas anlayışlar və prinsiplər daxildir. Bu prinsiplərin xüsusiyyəti odur ki, onlar sadəcə təsəvvürlər və biliklər əsasında formalaşmaqla bitmir, həm də dünyanı və insanı dəyər baxımından əks etdirir.'
Bütövlükdə insanların dünyagöıüşündə zəka və hisslər bir-birindən təcrid olunmuş halda deyil, sıx çulğaşmış şəkildə özünü göstərir. Deyilənlərdən əlavə, dünyagörüşü insanların müxtəlif iradi keyfiyyətlərini, fəaliyyət əzmini də əhatə edir.
İnsanların dünyagörüşünün strukturunda onlar tərəfindən dərindən qəbul edilən, öz həyat mənafelərinə uyğun hesab olunan biliklər - əqidə xüsusi yeri tutur. Əqidə və məsləkin rolu o qədər böyükdür ki, onların həyata keçirilməsi yolunda insanlar hətta öz həyatım da qurban verə bilirlər. Biliyin əqidəyə çevrilməsi 0 vaxt baş verir ki, insanlarda bu biliklərə, onların məzmunu və mənasına inam yaranır və möhkəmlənir. BununLı əlaqədar qeyd edək ki, inam dedikdə təkcə dini məzmun nəzərdə tutulmur. Dim inamla yanaşı elmə əsaslanan inam da mövcuddur. Fəlsəfi inam məhz elmə və zəkaya arxalanır. Görkəmli alman filosofu K.Yaspers yazırdı; "Fəlsəfi inam, düşünən insanın inamı bununla səciyyələnir ki, 0, həmişə yalnız biliklə ittifaqda mövcuddur.
Dünyagörüşünün daxili məzmunundan danışarkən burada şübhənin də əhəmiyyətli yer tutduğu qeyd olunmalıdır. Şübhə dünyagörüşündə müstəqilliyi və dərindən düşünülmüş mövqeyi ifadə edir. Təcrübə göstərir ki, bu və ya digər sərvətlər sisteminin, informasiyanın daxili tənqid süzgəcindən keçirmədən, kor- koranə qəbul edilməsi daim səhvlərə gətirib çıxarır. Buna görə də şübhə hər bir dünyagörüşünün zəruri momentini təşkil edir. O, fanatizmin və doqmatizmin əleyhinədir. Əlbəttə, dünyagörüşündə şübhəyə yer vermək, ifrata varmaq, yəni hər şeyə ancaq şübhə ilə yanaşmaq demək deyildir.
Yuxarıda deyilənlər sübut edir ki, dünyagörüşü son dərəcə mürəkkəb hadisə olub, özündə bilik və sərvətlərin, intellektual və emosional tərəflərin, əqidə və inamın, şübhənin vəhdətini birləşdirir.
Fəlsəfi dünyagörüşünün yaranması birdən-birə baş verməmiş, uzun bir tarixi dövr keçmişdir. Bu dövrdə, yəni fəlsəfə yaranana qədər insanların dünyagörüşünün mifologiya və din formaları əsas yeri tutmuşdur.
İctimai inkişafın erkən çağlarında yaranmış miflər ibtidai və bəsit fomnada dünyanı izah etmişlər. Miflər, demək olar ki, dünyanın bütün xalqlarının mənəvi həyatında özünə yer tutmuşdur. O, fəlsəfəyəqədərki dünyagörüşü tipi kimi geniş yayılmışdır. Qədim əsatirlərdə hər bir xalq öz fantastik aləmini ifadə etmiş, müxtəlif allahların və qəhrəmanların surətini yaratmaqla dünya, onun yaranması, quruluşu, təbiət hadisələrinin meydana gəlməsi və dünyada ümumi harmoniya haqqında suallara cavab verməyə çalışmışdır. Miflərdə göstərilirdi ki, dünyanın yaranması əvvəllər mövcud olmuş qarmaqarışıqlığın nizama salınması, xaosun kosmosa çevrilməsi, xeyir qüvvələrin şər qüvvələrlə, şeytan əməlləri ilə mübarizədə qələbəsi sayəsində mümkün olmuşdur. İnsanın doğulması, həyatı və ölümü, onun həyatda keçirdiyi əzablar və sınaqlar da miflərdə böyük yer tuturdu. Burada insanlar tərəfindən odun əldə edilməsi, sənətkarlığın və əkinçiliyin yaradılması, digər adət və ənənələr də öz əksini tapmışdır. Mənəvi mədəniyyətin ilkin forması olan miflərdə həm də bəşəriyyətin gələcəyinə aid məsələlər irəli sürülürdü. Belə ki, esxatolik (gələcək deməkdir) miflərdə dünyanın məhv olacağı və bəzi hallarda isə yenidən bərpa olacağı göstərilirdi.

Yüklə 63,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə