Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları


Şüuri və qeyri-şüuri. Freyd nəzəriyyəsi



Yüklə 63,51 Kb.
səhifə24/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#121126
1   ...   16   17   18   19   20   21   22   23   24
1.1-3.3

Şüuri və qeyri-şüuri. Freyd nəzəriyyəsi.

XX əsrdə Qərbin ictimai fikir tarixində freydizm xüsusi yer tutur. Avstriyalı psixoloq və filosof Ziqmund Freydin (1856- 1939) və onun davamçılarının, ən əvvəl K.Yunqun və E. Frommun ideyalarının təsiri Qərb cəmiyyətinin mənəvi həyatının demək olar ki, bütün sahələrini əhatə edir (fəlsəfə, din, əxlaq, incəsənət).
Freydin təlimi psixoanaliz adlanır. Psixoanalizin o dövrdə hökmranlıq edən psixika haqqındakı fəlsəfi konsepsiyalardan prinsipcə fərqini xarakterizə edən Freyd göstərirdi ki, bu konsepsiyalann əsas nöqsanı psixikanın şüur ilə eyniləşdirilməsi idi.
Özünün əsas ideyalannı Freyd «Mən» və «O», «Totem və tabu», «Yuxunun yozumu», «Adi həyatın psixopatologiyası» və başqa əsərlərində şərh edir.
İnsan şüuru, elə bil ki, üç səviyyədən ibarətdir: fövqəl şüur («Məndən üstün» - ədəb qaydalan, valideyn yasağı, əxlaq senzurası); şüur («Mən») və şüursuzluq («O» - instinktlərin, çatışmazlıq komplekslərinin, sıxışdırılıb çıxanlan həyəcanların və s. məcmusu); burada ən əhəmiyyətli tərəf cinsi instikt və təcavüz instinkti hesab olunur. «O» - həm şəxsi şüursuzluq (yəni sıxışdırılıb çıxarılan elə həyəcanlar, duyğulardır ki, insan onlarla öz həyatında daim qarşılaşır), həm də heyvani və ibtidai vəziyyətimizdən bizə miras qalan komplekslərdir. Bizim «Mən» isə, elə bil ki, ülgücün kəsən tərəfi üzərində «Məndən üstün» ilə «O» arasında müvazinət saxlayır. Ona yuxarıdan cəmiyyətin tələbləri (əxlaq, hər cür məhdudiyyətlər), aşağıdan isə özünün kompleksləri və instinktləri təzyiq göstərir. Kompleks və instinktləri əzmək və tamamilə «Məndən üstünə» tabe etmək olmaz, çünki bu, bir qayda olaraq, nervoz yaradır, hətta psixikanın pozulmasına gətirib çıxarır. Onları özbaşına buraxmaq da olmaz (bütünlüklə və bilavasitə özünün, məsələn, seksual fantaziyasını və ya təcavüzkar meyllərini təmin etmək), çünki cəmiyyət buna dözməz. Başqa sözlə, Freydə görə insan davranışının həlledici faktoru nəticə etibarilə şüur deyil, şüurdan kənarda olan şüursuzluq sferasıdır. O, yazırdı: «Bütün ruhi hadisələr mahiyyətcə qeyri-şüurudir. Son nəticədə insan davranışının təşkilində instinktlər əsas rol oynayır.
Beləliklə, şüursuzluq hər şeydən əvvəl seksual instinktlərdən, özünün tam dəyərə malik olmamaq hissiyyatım kompensasiya etmək üçün başqalarından üstün olmaq instinktindən ibarətdir. Şüursuzluq cəmiyyətdə həm yaradıcı, həm də dağıdıcı meyllərin qaynağı ola bilər.
Freydin instinkt haqqında mücərrəd nəzəriyyəsi insan davranışının özünəməxsus bölünməz bioloji və psixi stereotipi kimi anlaşılmasına və şərh edilməsinə əsaslanır. Onun fikrincə insan həyatının formalaşmasında iki ümumi kosmik instinktin olduqca böyük rolu var: Bros (seksual instinkt, həyat instinkti, özünüqo ruma instinkti) və Tanatos (ölüm instinkti, təcavüz instinkti, de- struksiya instinkti, dağıtmaq instinkti). İnsanın həyat fəaliyyətini bu iki daimi qüvvənin mübarizəsinin nəticəsi kimi təsəvvür edən Freyd hesab edirdi ki, bu instinktlər tərəqqinin əsas hərəkətverici qüvvəsidir. Freydə görə Bros və Tanatosun vəhdəti və mübarizəsi fərd varlığının yalnız sonluğunu deyil, həm də müxtəlif sosial qrupların, xalqlann və dövlətlərin fəaliyyətini əhəmiyyətli dərəcədə müəyyənləşdirir.
Yüklə 63,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə