Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları


Fəlsəfə tarixində varlıq probleminin qoyuluşu



Yüklə 63,51 Kb.
səhifə6/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#121126
1   2   3   4   5   6   7   8   9   ...   24
1.1-3.3

Fəlsəfə tarixində varlıq probleminin qoyuluşu.

Geniş mənada varlıq - bütün real mövcud olanlara deyilir, o həm maddi, həm də mənəvi ola bilər. Maddi və ideal varlıqlar arasında fərqi göstərmək zəruridir. Maddi varlığı çox vaxt mövcud olmaq, ideal varlığı isə mahiyyət adlandınrlar. Müasir ontologiyaya görə varlıq bütün müxtəlifliyi ilə mövcudat ilə eynidir. B.Rassel demişdi ki, «dünya sadəcə olaraq var, vəssalam». Deməli, biz dünyanın nə üçün mövcud olduğunu soruşmamalıyıq. Bu fikir filosoflar tərəfindən birmənalı qarşılanmır. Varlıq fəlsəfəsi təfəkkürün əsas kateqoriyalanndan biridir. Ontologiyanın predmeti - məhz antik dövrdən başlayaraq fəlsəfi təlimlərin nüvəsini təşkil edən varlıq olmuşdur. Ontologiya (yun. «ontos»-mövcud olan, «logos»-təlim) varlıq haqqında təlim deməkdir. Birinci dəfə «ontologiya» termini alman filosofu R.Hoklenius (1613) tərəfindən işlədilmişdir. Alman maarifçisi Xristian Volf (1679-1754) isə onu öz fəlsəfi sisteminə daxil edərək daha da təkmilləşdirmişdir. Fəlsəfə tarixində bir sıra filosoflar sübut etməyə çalışmışlar ki, sonsuz kainat keçici deyil, həmişə olmuş və olacaqdır; başqalan isə təsdiq edirlər ki, dünyanın həm zaman, həm də məkan daxilində başlanğıcı olduğu kimi sonu da var. Ayn-ayn əşyalar, canlı orqanizmlər, insanlar, onlann həyat fəaliyyəti sonludur, keçicidir. Başqa sözlə, varlıq problemi fəlsəfədə belə bir fikir ilə birləşdirilir ki, dünya ya keçicidir, ya da keçici deyil. Varlıq və yoxluq da işıq və zülmət, həqiqət və yalan, xeyir və şər kimi bir-birini inkar edərək və eyni zamanda şərtləndirərək qarşılıqlı əlaqədə meydana gəlir. Bu anlayışların hər biri 0 birisinə qarşı qoyulanda məna qazanır. Deməli, varlığın antitezası – yoxluqdur.
Varlıq problemini xüsusi tədqiq edən alman filosofu M.Haydegger göstərirdi ki, real mövcud olanlar o zaman varlıq olur ki, biz onlan hiss edir, düşünür və haqqında danışa bilirik. «Haqqında danışdıqlarımızın hamısı mövcuddur...».*^ Əşyalar, hisslər, anlayışlar, bizim özümüz, fantaziyalar və s. hamısı mövcudatdır. «Varlıq hər dəfə mövcud olanın varlığıdır».*'* Varlıq indi mövcud olan, hal-hazırda meydanda olandır. XX əsrin axırlarında isə müasir dövrün tələblərinə uyğun tamamilə yeni bir anlayış - «virtual varlıq» deyilən anlayış meydana gəldi. «Virtual» termini - XVII əsrdə klassik mexanikada qabaqcadan düşünülən, lakin obyektiv reallıqla, məsələn, qoyulan məhdudiyyət və xarici əlaqələrlə sıxışdırılan bəzi riyazi eksperimentləri qeyd etmək üçün irəli sürülmüşdür.
«Virtual dünya» anlayışı xəyalilik, zahirilik, həqiqilik mənalarını ifadə edir. Virtual varlıq kompüter üsullan ilə yaradılan süni mühitə deyilir. Həmin mühitə onu daxildən dəyişərək, transformasiyanı müşahidə edərək və bu yolla real duyğunu hiss edərək daxil olmaq mümkündür. Audiovizual reallığın belə yeni tipinə düşməklə nəinki başqa insanlarla, həm də süni personajlarla kontakta girmək olar. Kompüter-virtual dünyanın xarakter xüsusiyyətlərinə aşağıdakılan aid etmək olar; 1) virtual reallıq öz-özünü yaratmır, ondan kənarda olan xarici obyekt tərəfindən meydana gətirilir; 2) virtual reallığın özünün xüsusi məkanı, fərdi zamanı, mövcudluğunun özünə məxsus qanunlan var; 3) virtual varlığın başqa sistemlər, o cümlədən onu yaradan sistem ilə fəal rabitəsi var. Beləliklə, virtual varlıq maddi gerçəklikdən ayrılıb mövcud olmayan bir şeyi əks etdirir və bu mənada xəyali (ilyüzor) xarakter daşıyır.


  1. Yüklə 63,51 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə