Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları


Öz strukturuna görə dünyagörüşü son dərəcə mürəkkəbdir



Yüklə 63,51 Kb.
səhifə2/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#121126
1   2   3   4   5   6   7   8   9   ...   24
1.1-3.3

Öz strukturuna görə dünyagörüşü son dərəcə mürəkkəbdir. Onu təşkil edən komponentlər müxtəlif əlaqə və vasitələrlə birləşərək, vahid bir bütövlüyü yaradır. Dünyagörüşləri idraki zənginlik səviyyəsinə, elmi əsaslılıq dərəcəsinə və daxili tərəflərinin nisbətinə görə müxtəlif olur.
Dünyagörüşünün məzmununda ümiimi xarakterli həyati və elmi biliklər əsas yeri tutur. Bu və ya digər xalqın, habelə onun hər bir nümayəndəsinin bilikləri nə qədər çox və dərindirsə, onun dünyagörüşü də bir o qədər möhkəm və yüksək olur. Əksinə, insanın İDİlik səviyyəsindəki səthilik öz ifadəsini onun dünyagörüşündə də tapır: burada ardıcılsızlıq, qeyri-müəyyənlik, xurafat özünü göstərir. İnsanlar malik olduqları biliklərə əsaslanaraq öz həyat və fəaliyyət proqramlarım, davranış istiqamətlərini müəyyən edirlər. Odur ki, hər bir dövrdə onlar öz bilik səviyyəsini yüksəltməyə, həqiqətə, dünyanın sirlərinə dərindən yiyələnməyə cəhd göstərirlər. Lakin insanların fəaliyyət proqramlarında biliklə yanaşı, sərvətlər (dəyərlər) də çox mühüm əhəmiyyət kəsb edir. Bu sonuncular vasitəsilə insan həyatda baş verən hadisələrə və proseslərə fəal münasibətini bildirir, onları öz məqsədi, tələbatı və mənafeləri mövqeyindən qiymətləndirir. Bu halda o, ədalət və ədalətsizlik, xeyir və şər, gözəllik və eybəcərlik kimi normativ anlayışlardan istifadə edir.
Deyilənlərdən aydın olur ki, hər bir insanın şüuranda idraki tərəf (həqiqəti aşkar etmək məqsədi) ilə qiymətverici tərəf ayrılmaz əIpqə və vəhdətdə çıxış edir. Bunlardan əlavə, dünyagöınşündə həm də ümumi davranış istiqaməti mühüm yer tutur. Deməli, sözün əsl mənasında dünyagörüşü aşağıdakı üç tərəfin (idraki, qiymətverici və davranış istiqaməti) qarşılıqlı əlaqəsini əhatə edir.
Qeyd olımmalıdır ki, dünyagörüşünün məzmununda intellektual və emosional səviyyələrin nisbəti müxtəlif olur. Bu göstəriciyə görə dünyagörüşü üç mərhələyə ayrılır.
Birinci mərhələ - insanların dünyaya münasibətini əhval-ruhiyyə va hisslər fomıasında əks etdirir. Bu, başqa sözlə dünyaduyuniu və ya dünri*“! hissetmə də adlanır. Həmin mərhələ dünyagörüşünün ümumi ma^rnununda mühüm əhə- miyryət kəsb edir. Belə ki, dünyagörüşü tək'^=' dıcırassız və neytral biliklər yığımından ibarət deyildir. Həyat hadieolyriuin insanlarda yaratdığı müxtəlif hiss və həyəcanlar, müsbət və msnfi emosiyalar burada çox mühüm yer tutur. İnsanların sosial vəziyyətini, milli xüsusiyyətlərini, mədəni səviyyəsini, fərdi psixoloji, ira- di keyfiyyətlərini səciyyələndirən dünyam hissetmə səviyyəsi, bütövlükdə dünyagörüşünə əhəmiyyətli dərəcədə təsir göstərir. Mənəv-əxlaqi hisslər (həya, vicdan əzabı, mənəvi tiorc, mərhəmət, başqasının halına yanmaq və s.) hər bir dövrdə insanların dünyagörüşünün mühüm tərəfini təşkil edir.
İkinci mərhələ dünyanı qavrama hesab olunur. Bu səviyyə birinci ilə xeyli yaxındır. Belə ki, burada da hissi-emosional tərəf üstündür. Lakin dünyanı qavrama aləm haqqında bütöv obrazlar yaratması ilə səciyyələnir.

Yüklə 63,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə