Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları


İnsanın mahiyyəti haqqında nə bilirik?



Yüklə 63,51 Kb.
səhifə9/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#121126
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
1.1-3.3

İnsanın mahiyyəti haqqında nə bilirik? – sualına konkret belə cavab vermək olar: İnsan fiziki və mənəvi, təbii və sosial, irsi və həyatda əldə edilənlərin vəhdətindən ibarət canlı sistemdir. İnsan həm hadisələrin təbii əlaqəsinə qoşulur, həm də bioloji (biofiziki, biokimyəvi, fizioloji) qanunauyğunluqlara tabedir; insan şüuru psixik və şəxsiyyət səviyyəsində spesifik qanunauyğunluqları olan sosial varlığa çevrilmişdir. İnsan fiziki, morfoloji orqanizm kimi kainatda materiyanın ən yüksək, mütəşəkkil formasıdır. Deməli, insan bütövlükdə bio¬loji, sosial və psixik– mənəvi ölçülərin təşkil etdiyi tamlıqdır. Bioloji cəhət insanın varlığı üçün ilkin şərt olan morfofizioloji, genetik, beyin–əsəb sistemi, elektrokimyəvi və s. kimi hadisə və prosesləri ifadə edir. Psixik–mənəvi cəhət insanın daxili və mənəvi aləminin (şüur, iradə, əhval–ruhiyyə, yaddaş,xarakter, temperament və s.) əks etdirir. İnsanda sosial aspekt onun başqa adamlarla qarşılıqlı əlaqə və münasibətlərini, sosial əlaqələrini, ictimai mühitdə kəsb etdiyi xassə və keyfiyyətlərini əhatə edir. Bu aspektlərin üçü də insanda vəhdət halında təzahür edir və insanın biopsixososial mahiyyətini əks etdirir. Həmin fikri söyləyən ispan mütəfəkkiri tək deyildir. Hələ vaxtilə böyük alman filosofu İ. Kant belə bir nəticəyə gəlmişdir ki, fəlsəfə mövcud olan 3 suala cavab verməlidir. Bu sualları İ.Kant aşağıdakı kimi ümumiləşdirmişdi. «Mən nəyi bilməliyəm?», «Mən nə etməliyəm?», «Mən nəyə güvənə bilərəm?»
Ölümünə bir az qalmış Kant məşhur «məntiq»ində o üç sualı «İnsan nədir ?» adlı bir sualla əvəz etmişdir. Deməli insan bir sirr kimi mövcuddur. Əsrlər boyu böyük dühalar bu sirri açmağa, insanı anlamağa çalışmışdır. Tanınmış fransız yazıçısı Verkor «Adamlar, yaxud heyvanlar» adlı kitabını qəribə bir süjet əsasında qurmuşdur. Burada fikri eksperiment mühüm yer tutur. Süjetə görə bir neçə avropalıdan təşkil olunmuş ekspedisiya And dağlarına yola düşür və əlçatmaz yerlərdən birində onlar qəribə vəhşi tayfaya adam sürüsü, yaxud da heyvan sürüsü ilə rastlaşırlar. Təsadüf elə gətirir ki, vəhşilərdən biri öldürülür. Sual olunur: Kim öldürülüb? Əgər öldürülən insansa ölümə görə öldürən cinayət məsuliyyətinə alınmalıdır. Yox,əgər öldürülən heyvansa, bunun üçün məsuliyyət yoxdur. Lakin həmin vəhşi qəbilənin insanlara, yaxud heyvanlara aid edil-məsi mübahisəlidir, çətindir. Çünki həmin əsərdə insanı heyvandan fərqləndirən kriteriya yoxdur. Müzakirə başlanarkən müxtəlif kriteriyalar, mənəviyyət, dindarlıq, nitq, şüur və s. irəli sürülür. Lakin belə məlum olur ki, onların heç birisi kriteriya rolunda çıxış edə bilməz. Mənəviyyatlı adamlarla yanaşı, cəmiyyətdə mənəviyyatsız adamlar da mövcud olur. Lakin buna görə, necə deyərlər, onları «adamlıqdan» çıxarmırlar. Bundan əlavə mənəviyyat xeyir və şəri bir birindən kəskin şəkildə fərqləndirmək üçün əsas rolunu oynaya bilmir. Bunu din haqqında da demək olar. cəmiyyətdə Allaha inanmayan adam var və onların sayı dünyada getdikcə artmaqdadır. Nitq zəruri olmasına baxmayaraq, kriteriya rolunu oynaya bilməz. Hətta şüur kateqoriyası da qüsursuz deyildir. Çünki heyvanlarda da elə hərəkətlər olur ki, bu da inkişaf etmiş psixika əlaməti ilə səciy-yələnir. Doğrudur ki, burada şərti reflekslər mühüm rol oynayır.
İnsan və cəmiyyətin mənşəyi haqqında elm – antropososiogenez adlanır. O, insanla cəmiyyətin bir-biri ilə qarşılıqlı bağlı olan qərarlaşma prosesidir. Antropososiogenez prosesində dil çox mühüm rol oynamışdır. Əmək alətlərinin yaranması və onların təkmilləşdirilməsinə olan tələbat insanın şüurlu olduğunu göstərir. Doğrudan da əgər insan əmək aləti hazırlayırsa, bu, onun tələbatı və öz sosial əhəmiyyətini başa düşməsi ilə əlaqədardır. Bu, bilik-bacarıq və əmək vərdişləri o qədər yüksək olmasa da, xarici predmetin insan həyatı üçün faydalılığını əks etdirir. Beləliklə də xarici, kənar amillər insanın daxilinə, onun əmək vərdişlərinə və hissi obrazlarına çevrilir. Sonuncular əmək vərdişləri ilə yanaşı mövcud olur və insanın məqsədli ustanovkaları ilə bağlıdır. Bu isə o deməkdir ki, artıq qədim insan xeyli dərəcədə mürəkkəb işarə strukturları sisteminə (dil, alətlər sistemi, yasaqlar və normalar) malik olmuşdur. Əmək alətləri öz-özlüyündə ilk süni işarə deməkdir. Bu, sifətin dəyişməsi, hərəkət və heyvanların səs siqnallarından fərqli olaraq yeni siqnal idi. İnsanlar ona obyektiv məna verirdi. Lakin belə işarələr vasitəsilə ünsiyyət məhdud xarakter daşıyır. Burada isə dil köməyə gəlir. Beləliklə də səs kompleksləri isanların həyatında mühüm rol oynayan sosial mənaları maddiləşdirmək funksiyasını öz üzərinə götürür. Nitq insanın təfəkkürünə ən çox adekvat olan maddi forma rolunu oynayır. İnsanların qayğısı, niyyəti, planı sözlərin timsalında çoxdan axtarılan ifadə formasını tapır. Bu momentdən başlayaraq təfəkkür elə bir maddi əsas əldə edir ki, onun sayəsində ictimai qüvvəyə, müxtəlif şəraitləri modelləşdirən ruha çevrilir. O, həm də insan üçün daha məqbul, daha yaxın və effektiv praktiki fəaliyyət yollarını axtarıb tapan vasitə olur.


  1. Yüklə 63,51 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə