Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları


Dini şüurda, dünyagörüşündə etiqad məsələsi çox mühüm yer tutur



Yüklə 63,51 Kb.
səhifə5/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#121126
1   2   3   4   5   6   7   8   9   ...   24
1.1-3.3

Dini şüurda, dünyagörüşündə etiqad məsələsi çox mühüm yer tutur. Etiqadın ifadə formalarını pərəstiş, müxtəlif ehkamların, ayin və mərasimlərin yerinə yetirilməsi təşkil edir. Dini təsəvvürlər və etiqadlar tarixi inkişafın məhsuludur. Hazırda mövcud olan dünya dinləri - xristianlıq, islam və buddizm müxtəlif ölkələrdə geniş yayılmışdır, yüz milyonlarla dindarları birləşdirir. Bu faktın özü sübut edir ki, dini dünyagörüşünün təbiət və mahiyyətinin izah edilməsində bəsitliyə və birtərəfliliyə yol vennək doğru deyildir. Hərçənd son dövrlərə qədər fəlsəfi və ateist ədəbiyyatda din dünya və insan haqqında avam təsəvvürlər sistemi kimi qiymətləndirilirdi. Əslində dini dünyagörüşü mürəkkəb təbiətə malikdir və onu diqqətlə araşdırmaq tələb olunur. Belə ki, dini şüur xalqın mənəvi mədəniyyətinin tərkib hissəsi, ideologiya forması kimi əsrlər boyu mövcud olmuş və müəjqı^ən sosial funksiyalar yerinə yetirmişdir. Doğrudur, müxtəlif dini təlimlər öz ideya məzmununa görə eynimənalı deyildir. Buna görə də onları eyniləşdinnək olmaz. Bütövlükdə götürdükdə dini təsəvvürlər insanların təbiət qüvvələrindən asılılığının və onlar qarşısında acizliyinin nəticəsi kimi yaranmışdır. Təbiətdə və ictimai həyatda insanların dərk edə blimədiyi sirli qüvvələr dində sehrli, ecazkar və ilahi qüvvə.t,.oklində ifadə olunur. Lakin ilahi qüvvələr haqqında dini təssəvvürlərdə xeyir və şər, şeytan əməli ilə müqəddəs hesab olunan əməllər çox incə şəkildə çulğaşır. Bu, bir tərəfdən cəmiyyətdə, insanların şüurunda dini dünyagörüşün yaşamasına kömək edirsə, digər tərəfdən dindarlarda qorxu və itaət hissinin birləşməsini, şər qüvvələrin göstərə biləcəyi dəhşətli təsirlərdən xilas olmaq üçün onların ilahi qüvvələrə pənah gətirməsini şərtləndirir. Dini dünyagörüşü göstərir ki, hər şeyə qadir olan allah insanı şər qüvvələrdən qoruyur, onun xilaskarıdır. Allah həm də adət və ənənələrin, sadə əxlaq normalannın, cəmiyyəfdə nüflıza malik olan ümummədəni və mənəvi sərvətlərin hifzedicisi kimi təsvir olunur. Buna görə göstərilir ki, dini ehkamları sözsüz yerinə yetirmək, allaha itaət etmək hamının borcudur. Göründüyü kimi, dini şüurda fövqəltəbii qüvvələrə mam »iə ümumbəşəri, etik hisslər və normalar heyrət ediləcək dərəcədə sıx çulğaşır. Müasir dövrdə isə dini şüurda bu ümumbəşəri etik hisslər daha da geniş yer tutur. Onlar bütün ölkələrin xalqlarının vahid insan övladı olması fikri kimi özünü göstərir. Bütün bunlar mürəkkəb mənəvi hadisə olan dini şüurun ictimai həyatda tənzimedici rolunu artırır, müəyyən əxlaqi normaların, adət və anenələrin nizama salınması və qorunub saxlanmasında onun əhəmiyyətini yüksəldir. Müasir dövr dinin dünya miqyasında mütərəqqi, demokratik qüvvələrin inkişafına əhəmiyyətli təsir göstərmək imkanlarını sübut edir. Hazırda din müxtəlif ölkələrin və regionların xalqlan arasında bəşəriyyətə son dərəcə gərəkli olan emosional hiss və həyəcanların, ümumi dəyərlərin, həyat ideallajrının, əxlaq normalarının təbliğ edilməsində əhəmiyyətli rol oynayır.
Dini və fəlsəfi dünyagörüşləri arasında oxşar cəhətlər, həm də ciddi fərqlər vardır. Onların yaxınlığı bundan irəli gəlir ki, hər ikisi dünyagörüşün ictimai-tarixi formaları olmaq etibarilə dünyanı izah etmək, insanların şüumna və davranışına təsir göstərmək məsələləri ilə məşğul olurlar. Buna görə təsadüfi deyildir ki, əsrlər boyu filosoflar arasında xeyli dərəcədə dinə inananlar olmuşdur. Lakin fəlsəfi dünyagörüşünün səciyyəvi cəhətini mütilik, itaət deyil, azad- fikirlilik təşkil edir. Bütün tarixi dövrlərdə zəmanəsinin intellektual zəka sahibləri, təhsilli və mədəni adamlar, mənən güclü hesab edilən şəxslər azad və müstəqil düşünməyi üstün tutmuşlar. Həm də dindən fərqli olaraq, fəlsəfə əsas diqqəti insanların həyəcan, emosiya və etiqadlarına, ümidlərinə deyil, birinci növbədə dünyagörüşünün intellektual, nəzəri səpkisinə yönəldir. Dünyanın fəlsəfi anlaşılması zəkaya, intellektə əsaslanır. Fantastikanın, uydurma obrazların yerinə fəlsəfi dünyagörüşü real müşahidələri, məntiqi təhlili, ümumiləşdirmələri irəli sürür. Fəlsəfi fikir inkişaf etdikcə, adi şüurun dar və məhdud dairəsi aradan qalxır. Fəlsəfə yarandıqdan sonra dünya haqqında biliklər, insanların həyat təcrübəsi, etiqadı və idealları ile vəhdətdə götürülməyə başlayır.


  1. Yüklə 63,51 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə