Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları



Yüklə 63,51 Kb.
səhifə1/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#121126
  1   2   3   4   5   6   7   8   9   ...   24
1.1-3.3


BİLET № 1



  1. Dünyagörüşü: strukturu və tarixi formaları.

Dünyagörüşü – insanın həyatının özünəməxsus yolgöstəricisi, şəxsiyyətin həyat mövqeyini istiqamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanın gerçəkli-yə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial – mənəvi, elmi, siyasi prinsip və baxışların məcmusudur. Dünyanı seyr etməkdən fərqli olaraq dünyagörüşü dünyanı intuitiv yolla dərk etməyə əsaslana bilməz. Dünyagörüşünün təbiəti anlamağa, onu anlayışlar vasitəsilə başa düşməyə ehtiyacı var. Belə ilkin dünyagörüşü anlayışları - «dünya» (kosmos), «insan» (ruh) və «Allah» mövhumlarıdır. Dünyanı seyr etməyin əyani obrazlarından fərqli olaraq dünyagörüşünün anlayışları düşünülmüş məntiqi münasibətlərə əsaslanır. Dünyagörüşü - dünya, insanın orada yeri, onun həyatının əsas məqsədi, bu məqsədin həyata keçməsi vasitələri və yolları haqqında bilik və nəzəri görüşlər sistemidir. Dünyagörüşünü iki əsas hissəyə ayırmaq olar: dünyanın mənzərəsi və ideologiya. Dünyanın mənzərəsi dünya və orada insanın yeri haqqında ən geniş anlayışlar əsasında yaradılır. İdeologiya - insanın məqsəd və ideallan, öz həyatının mənası haqqında sistemdir. İdeologiya ayn-ayn sosial-siyasi qrupların mənafeyini ifadə edir və birbaşa siyasətlə bağlıdır.
Fəlsəfə, dünyagörüşünün nəzəri əsasını təşkil edir. Deməli, onun predmetini aydın təsəvvür etmək üçün əvvəlcə dünyagörüşünün məzmununa diqqət yetirilməlidir. Bu anlayış çox mühüm olub, insanların onları əhatə edən ətraf aləmdə mənəvi səmtləşməsi üsulunu və xarakterini müəyyən edir. Yuxarıda deyildiyi kimi, dünyagörüşü insanlarda dünya binasının qunıluşu və burada özünün yeri haqqında ümumiləşdirilmiş biliklərin, baxişların, əqidə və idealların məcmusudur. Bunlarla yanaşı onun tərkibinə müxtəlif hisslər, cəhdlər, ümidiər, iradi-emo- sional keyfiyyətlər, normalar - dəyərlər də daxüdir.
Qeyd olunmalıdır ki, dünyagörüşü bütün dövrlər üçün eyni ola bilməz. O, konkret tarixi xarakterə malikdir və hər bir dövrdə öz spesifikliyi ilə seçilir. Belə ki, müxtəlif insan birliklərinin, ayn-ayn qrupların və fərdlərin dünya- gömşü real tarixi şəraiti, mövcud ictimai münasibətləri əks etdirir. Bu ümumilik daxilində hər bir tarixi mərhələdəki dünyagörüşü tipi öz məzmununa ayrı-ayrı insan birliklərinin, qrupların və şəxslərin dünyagörüşündəki rəngarəngliyi, onlar arasında bu münasibətdə olan fərqli cəhətləri də əhatə edir. Eyni bir dövrdə dünyagörüşünün bu cür çoxşaxəliliyi, onun daşıyıcılarının - subyektlərin həyat və fəaliyyət şətraitinin müxtqlifliyi ilə izah edilir. Belə ki, müəyyən sosial qrupun və ayrılıqda götürülən insanın dünya haqqında təsəvvürləri və həyat proqramları onlann peşə mənsubiyyəti, sosial vəziyyəti və mədəni səviyyəsinə uyğun olaraq formalaşır. Dünyagörüşünün konkret xarakteri həm də bunda ifadə olunur ki, ictimai-tarixi proses, tarixi şərait dəyişildikdə, o da dəyişilir. Başqa sözlə, insanlann əmək prosesində, ictimai münasibətlərdə baş verən tebəddülatlar az və ya çox intensivliklə onların fikir və hisslərində, bütövlükdə dünyabaxışmda da özünün müvafiq əksini tapır.

Yüklə 63,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə