Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   ...   9   10   11   12   13   14   15   16   17

45.2.  İdmançının  müqavilə  müddəti  başa  çatmadığı  halda  digər  idman  təşkilatına 

keçməsi  hər  iki  təşkilat  və  idmançı  arasında  qarşılıqlı  razılıq  nəticəsində  baş  tuta 

bilər.

 

45.3. İdmançıların bir idman təşkilatından digər idman təşkilatına keçməsi qaydaları 



müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, respublika idman federasiyaları 

tərəfindən müəyyən edilir və həyata keçirilir.

 

45.4. 


Milli  yığma  komandaların  tərkibinə  daxil  edilmiş  idmançıların  bir  idman 

təşkilatından (idman klubundan və digər idman yönümlü qurumdan) digərinə, habelə 

xarici  idman  klublarına  keçməsi müvafiq  icra  hakimiyyəti  orqanının  rəsmi  razılığı  ilə 

həyata keçirilir.

 

IX fəsil

 

Bədən tərbiyəsi və idmanın kadr, elmi



-

metodiki və tibbi təminatı

 

Maddə 46. Bədən tərbiyəsi və idman sahəsində mütəxəssislərin hazırlanması

 

46.1.  Bədən  tərbiyəsi  və  idman  sahəsində  mütəxəssislərin  hazırlanması  təhsil 



haqqında qanunvericiliyə uyğun

 

olaraq həyata keçirilir.



 

46.2.  Dövlət  bədən  tərbiyəsi  və  idman  sahəsində  təhsil  müəssisələrində  maddi

-

texniki  bazanın  möhkəmləndirilməsinə  dəstək  olur.  Maddi



-

texniki  bazanın 

möhkəmləndirilməsi  bədən  tərbiyəsi

-

idman  qurğuları  kompleksinin,  avadanlığının 



ol

masını nəzərdə tutur.

 

Maddə 47. Bədən tərbiyəsi və idman işçilərinin ixtisasının artırılması

 

47.1.  Müvafiq icra hakimiyyəti orqanı bədən tərbiyəsi



-

idman təşkilatlarının işçilərinin 

bədən tərbiyəsi və idman sahəsində ixtisaslarının artırılmasına şərait yaradır.

 

47.2.  Müvafiq  icra  hakimiyyəti  orqanlarının,  bələdiyyələrin  və  bədən  tərbiyəsi



-idman 

təşkilatlarının  işçilərinin  ixtisaslarının  artırılması  təhsil  müəssisələri  ilə  bağlanılan 

müqavilələr əsasında həyata keçirilə bilər.

 

Maddə 48. Bədən tərbiyəsi və idman sahəsində peşəkar pedaqoji fəaliyyət və 



müalicə

-

bədən tərbiyəsi sahəsində peşəkar fəaliyyət

 

48.1. Bədən tərbiyəsi və idman sahəsində peşəkar pedaqoji fəaliyyətə yalnız müvafiq 



təhsil  müəssisələri  tərəfindən  verilən  bədən  tərbiyəsi  və  idman  sahəsində  ali

 

və  ya 



orta  ixtisas  təhsili  haqqında  dövlət  nümunəli  sənədlərə  (diplomlara)  malik  şəxslər 

buraxılırlar.

 

48.2.  Müalicə



-

bədən  tərbiyəsi  sahəsində  peşəkar  fəaliyyətə  yalnız  bu  sahə  üzrə 

müvafiq hazırlıq istiqamətləri və ixtisasları üzrə təhsil müəssisələri tərəfindən verilən 

ali  və  ya  orta  ixtisas  təhsili  haqqında  dövlət  nümunəli  sənədlərə  (diplomlara)  malik 

şəxslər buraxılırlar.

 



48.3.  Ölkədə  bədən  tərbiyəsi  və  idman  mütəxəssislərinə  olan  tələbatı  müvafiq  icra 

hakimiyyəti orqanı müəyyən edir.

 

48.4.  Müvafiq  idman  növü  üzrə  idman  ustası  normativini  yerinə  yetirmiş  və  xüsusi 



məşqçilik  kursları  keçmiş  şəxslər  bədən  tərbiyəsi  və  idman  yönümlü  təşkilatlarda, 

idman məktəblərində məşqçilik fəaliyyəti göstərə bilərlər.

 

Maddə 49. Bədən tərbiyəsi və idman sahəsində könüllülük əsasında iş aparan 

təşkilatçılar (idman volontyorları)

 

49.1. Bədən tərbiyəsi və idman sahəsində könüllülük əsasında iş aparan məşqçilər, 



idman  növləri,  istehsalat  gimnastikası  üzrə  təlimatçılar,  idman  hakimləri,  əhali  ilə 

bədən tərbiyəsi

-

sağlamlıq  və  idman işinin  təşkilatçıları (idman volontyorları) siyahısı 



müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən  bədən  tərbiyəsi

-idman 


təşkilatlarında xüsusi hazırlıq keçirlər.

 

49.2.  Xüsusi  hazırlıq  keçməmiş  idman  volontyorları  bədən  tərbiyəsi  və  idman



 

tədrisinə, həmçinin rəsmi bədən tərbiyəsi

-

idman tədbirlərinə cəlb edilə bilməzlər.



 

Maddə 50. Bədən tərbiyəsi və idmanın elmi

-

metodiki və elmi

-

texniki təminatı

 

Bədən  tərbiyəsi  və  idman  sahəsində  elmi



-

tədqiqat  işlərinin  aparılması  öz 

fəaliyyətlərini  dövlət  və  digər  sifarişlər  əsasında  həyata  keçirən  bədən  tərbiyəsi  və 

idman sahəsində yaradılmış elmi mərkəzlər, elmi

-

tədqiqat institutları, laboratoriyalar, 



eləcə də təhsil müəssisələri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə 

uyğun həyata keçiril

ir. 

Maddə 51. Bədən tərbiyəsi və idmanla məşğul olan şəxslərin tibbi təminatı

 

51.1.  Bədən  tərbiyəsi  və  idmanla  məşğul  olan  şəxslərin  tibbi  təminatı  özündə 



aşağıdakıları nəzərdə tutur:

 

51.1.1. bu şəxslərin sağlamlığına mütəmadi nəzarəti;



 

51.1.2.  bu  şəxslərin  fiziki  yükünün  onların  sağlamlıq  vəziyyətinə  uyğunluğunun 

qiymətləndirilməsini;

 

51.1.3. bu şəxslərin profilaktikasını, aldıqları zədə və xəstəliklərin müalicəsini, onların 



tibbi reabilitasiyasını;

 

51.1.4. onların sağlamlığının bədən tərbiyəsi və idman məşğələlərində istifadə edilən 



metod və vasitələrlə bərpasını.

 

51.2.  Bədən  tərbiyəsi  və  idman  tədbirlərinin  təşkilatçıları  normativ  sənədlərlə 



müəyyən  edilmiş  müddətdə  tibbi  müayinədən  keçməyən,  yaxud  tibbi  müayinənin 

nəticələrinə  görə  bədən  tərbiyəsi  və  idman  tədbirlərində  iştiraka  buraxılmayan 

şəxslərin belə tədbirlərdə iştirakına yol verməməlidirlər.

 

51.3. Bədən tərbiyəsi və idman tədbirlərinin təşkilatçıları tədbirlərin iştirakçılarını tibbi 



xidmət və yardımla təmin etməlidirlər.

 



51.4.  Bədən  tərbiyəsi  və  idmanla  məşğul  olan  şəxslər  məcburi  ilkin  və  dövri  tibbi 

müayinələrdən,  eləcə  də  yarışlardan  əvvəl  tibbi  müayinədən  keçməlidirlər.  Yalnız 

məcburi  tibbi  müayinədən  keçmiş  idmançılar  yarışlarda  iştirak  etmək  hüququ  əldə 

edirlər.


 

51.5. Müvafiq icra hakimiyyəti orqanı tibbi yardımla təmin edilməmiş idman yarışlarını 

və  digər  idman  tədbirlərini  dayandırmaq,  həmçinin  məcburi  tibbi  müayinədən 

keçməmiş  şəxsləri  təlim

-

məşq  proseslərindən  və  bədən  tərbiyəsi



-idman 

tədbirlərindən kənarlaşdırmaq hüququna malikdirlər.

 



fəsil

 

Bədən tərbiyəsi və idmanın maddi



-

texniki təminatı

 

Maddə 52. İdman obyektləri

 

52.1. İdman obyektləri sosial infrastruktur obyektlərinə aiddir.



 

52.2.  İdman  obyektlərinin  yerləşdirilməsi  müvafiq  qanunvericiliyə  uyğun  həyata 

keçirilir.

 

52.3.  İdman  obyektlərinin  layihələndirilməsi  və  tikintisi  həmin  obyektlərə  əlillərin 



maneəsiz  keçməsinin  təmin  edilməsi  haqqında  tələblərə  riayət  etməklə  həyata 

keçirilir.

 

52.4.  Yaşayış  sahələrinin  tikinti  planlarında  bədən  tərbiyəsi,  sağlamlıq  və  idman 



obyektlərinin  tikintisi  nəzərdə  tutulmalıdır.  Yaşayış  sahələrinin  qəbulu  üzrə 

komissiyaların  tərkibinə  müvafiq  icra  hakimiyyəti  orqanlarının  bədən  tərbiyəsi  və 

idman üzrə nümayəndələri də daxil edilir.

 

52.5.  Yaşayış  yerlərinin  bədən  tərbiyəsi,  sağlamlıq  və  idman  obyektləri  ilə  təmin 



olunma normativləri əhalinin sıxlığından və yerli iqlim şəraitindən asılı olaraq müvafiq 

icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

 

52.6.  Bütün  növ  təhsil  müəssisələrinin  tikintisi  və  ya  yenidən  qurulması  planlarına 



bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin tikintisinin salınması məcburidir.

 

52.7.  Mülkiyyətində  və  ya  tabeliyində  idman  obyektləri  olan  hüquqi  və  fiziki  şəxslər 



bədən  tərbiyəsi

-

sağlamlıq  və  idman  tədbirlərinin  keçirilməsi  yerlərini  texniki 



reqlamentlərə,  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  norma, 

qayda  və  tələblərə,  sanitariya

-

gigiyena  norma  və  qaydalarına  uyğun  texniki 



avadanlıqla təchiz edirlər.

 

52.8.  Dövlət  mülkiyyətində  olan  idman  obyektlərinin  özəlləşdirilməsi  Azərbaycan 



Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada həyata keçirilir.

 

52.9.  İdman  obyektlərindən  yalnız  bədən  tərbiyəsi



-

sağlamlıq  tədbirlərinin,  idman 

yarışlarının, mədəni tədbirlərin keçirilməsi üçün istifadə oluna bilər.

 



52.10. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr onlara məxsus olan idman 

obyektlərində  keçirilən  idman  yarışlarına  giriş  tariflərini,  vətəndaşların  belə 

obyektlərdən istifadə etmələri üçün abonementlərin qiymətlərini tənzimləyir.

 

52.11.  Ölkədə  fəaliyyət  göstərən  olimpiya  komplekslərinin  nəzdində  kompleksin 



imkan  və  şəraitlərinə  uyğun  olan  olimpiya  idman  növləri  üzrə  olimpiya  hazırlığı 

mərkəzləri yaradılır və fəaliyyətləri təmin edilir.

 

Maddə 53. Bədən tərbiyəsi, sağlamlıq və idman obyektləri üçün istifadə olunan 

torpaqların statusu

 

53.1.  Bədən  tərbiyəsi,  sağlamlıq  və  idman  obyektləri  üçün  torpaq  sahələrinin 



ayrılması  və  onlardan  istifadə  edilməsi  qaydaları  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyən olunur.

 

53.2. Kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsini təmin edən dövlət və 



bələdiyyə  mülkiyyətində  olan  bədən  tərbiyəsi

-

idman  təşkilatlarının,  habelə  bədən 



tərbiyəsi  və  idman  üzrə  mütəxəssislər  hazırlayan  dövlət  ali  və  orta  ixtisas  təhsili 

müəssisələrinin  stasionar  idman  obyektləri  yerləşən  torpaq  sahələri  onların  dai

mi 

istifadəsindədir.



 

Maddə 54. Bədən tərbiyəsi və idmanın maliyyələşdirilməsi

 

Bədən  tərbiyəsi  və  idman  Azərbaycan  Respublikasının  dövlət  büdcəsindən  ayrılan, 



bədən  tərbiyəsi  və  idman  tədbirlərinin  keçirilməsindən  əldə  olunan,  idman 

lotereyasının,  idman  mərc  oyunlarının  keçirilməsindən  daxil  olan  vəsaitlər,  fiziki  və 

hüquqi  şəxslərin  ianələri  hesabına  və  qanunvericiliklə  qadağan  olunmayan  digər 

mənbələrdən maliyyələşdirilir.

 

Maddə 55. Bədən tərbiyəsi və idman sahəsində investisiya siyasəti

 

55.1.  Dövlət  investisiya  proqramları  qanunvericiliyə  müvafiq  olaraq  bədən  tərbiyəsi



-

idman təşkilatlarının maddi

-

texniki bazasının möhkəmləndirilməsi və inkişafına kapital 



qoyuluşları üçün büdcə vəsaitlərinin məqsədli ayrılmasını təmin edir.

 

55.2.  Bədən  tərbiyəsi  və  idman  sahəsinə  büdcədənkənar  investisiyaların  cəlb 



edilməsi  məqsədi  ilə  bədən  tərbiyəsi  və  idmanın  inkişafına  investisiya  yönəldən 

hüquqi və fiziki şəxslər üçün güzəştlər nəzərdə tutula bilər.

 

Maddə 56. Bədən tərbiyəsi və idman sahəsində vergi və gömrük siyasəti

 

5



6.1.  Bədən  tərbiyəsi  və  idman  sahəsində  vergi  və  gömrük  siyasəti  Azərbaycan 

Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

56.2.  Milli  yığma  komandaların  hazırlığı  ilə  bağlı  müvafiq  icra  hakimiyyəti  orqanı 



tərəfindən  ölkəyə  gətirilən  idman  avadanlığı,  texnikası  və  malları  gömrük 

rüsumundan azaddırlar.

 

 



XI fəsil

 

Bədən tərbiyəsi və idman sahəsində dövlət sosial təminatlar sistemi

 

Maddə 57. Bədən tərbiyəsi və idman sahəsində sponsorluq fəaliyyəti

 

Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına, yüksək səviyyəli 



idmançıların  və  komandaların  hazırlanmasına  hüquqi  və  fiziki  şəxslərin 

qanunvericilikdə müəyyən olunmuş qaydada sponsorluq etməsinə icazə verilir.

 

Maddə 58. Bədən tərbiyəsi və idman sahəsində dövlət sosial təminatları

 

58.1.  Dövlət  yüksək  nailiyyətlər  idmanında  xüsusi  qabiliyyət  nümayiş  etdirmiş 



vətəndaşlara aşağıdakı vasitələrlə dəstək olur:

 

58.1.1.  olimpiya  və  paralimpiya  oyunlarında,  beynəlxalq  idman  yarışlarında  milli 



yığma komandaların tərkibində çıxış etmək imkanı yaradır;

 

58.1.2.  olimpiya  və  paralimpiya  oyunlarına  vəsiqə  qazanmış  idmançılara  müvafiq 



müddətə xüsusi dövlət təqaüdləri müəyyən edir;

 

58.1.3.  olimpiya,  paralimpiya,  deflimpiya,  xüsusi  olimpiya  oyunlarında,  dünya  və 



Avropa  çempionatlarında  və  onlara

 

bərabər  tutulan  digər  beynəlxalq  yarışlarda 



iştirakın nəticələrinə görə mükafatlar müəyyən edir;

 

58.1.4. beynəlxalq yarışlara hazırlıq və onlarda iştirakla bağlı digər ödənişləri həyata 



keçirir.

 

58.2.  İdmançılara  təqaüdlərin  və  digər  ödənişlərin  verilməsi



 

meyarları  və  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

58.3. Dövlət və bələdiyyə bədən tərbiyəsi



-

idman təşkilatlarında aztəminatlı ailələrdən 

olan  uşaqlara,  valideynlərini  itirmiş  və  valideyn  himayəsindən  məhrum  olmuş 

uşaqlara,  məktəbəqədər  yaşlı  uşaqlara,  sağlamlıq  imkanları  məhdud  uşaqlara  və 

əlillərə bədən tərbiyəsi

-

idman xidmətləri pulsuz göstərilir.



 

58.4.  Dövlət və bələdiyyə bədən tərbiyəsi

-

idman təşkilatlarında təhsil alan şəxslərə, 



pensiyaçılara  və  müvafiq  icra  hakimiyyəti

 

orqanı  (bələdiyyələr)  tərəfindən  müəyyən 



edilmiş  digər  kateqoriyalardan  olan  şəxslərə  bədən  tərbiyəsi  və  idman  xidmətləri 

güzəştli  şərtlərlə  göstərilir.  Güzəştlərin  siyahısı  və  onların  həcmi  dövlət  bədən 

tərbiyəsi

-

idman təşkilatlarına münasibətdə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə 



bədən  tərbiyəsi

-

idman  təşkilatlarına  münasibətdə  isə  bələdiyyələr  tərəfindən 



müəyyən olunur.

 

58.5.  Bələdiyyələr,  Milli  Olimpiya,  Paralimpiya,  Deflimpiya,  Xüsusi  Olimpiya 



komitələri,  respublika  bədən  tərbiyəsi

-

idman  təşkilatları  və  idman  birlikləri,  olimpiya 



oyunlarının,  dünya və Avropa çempionatlarının qaliblərinə və mükafatçılarına,  eləcə 

də  yüksək  idman  adlarına  malik  idmançılara  və  mütəxəssislərə,  milli  yığma 

komandaların  tərkibinə  daxil  olan  idmançılara  və  onların  məşqçilərinə  aylıq  pul 

müavinətləri təyin edə bilərlər.

 



Maddə 59. Yüksək dərəcəli idmançıların və idman işçilərinin əməyinin 

qiymətləndirilməsi

 

Bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri 



yüksək 

nailiyyətlərə 

görə 

Azərbaycan 



Respublikasının 

vətəndaşlarına 

qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya təqaüdləri, fərdi təqaüdlər, 

dövlət mükafatları və fəxri adlar verilə bilər.

 

Maddə 60. Bədən tərbiyəsi və idmanla məşğul olan vətəndaşların sığortası

 

60.1.  Bədən  tərbiyəsi  və  idmanla  məşğul  olan  vətəndaşların,  habelə  idmançı  və 



idman  hakiminin  sığorta  olunmasının  qayda  və  şərtləri  Azərbaycan  Respublikasının 

mövcud  qanunvericiliyinə  və  bədən  tərbiyəsi  və  idman  yönümlü  təşkilatlarla 

bağlanmış müqaviləyə əsasən müəyyən

 olunur. 

60.2.  Beynəlxalq  yarışlarda  iştirak  edən  idmançıların  sığortası  onları  ezam  edən 

təşkilatlar tərəfindən həyata keçirilir.

 

XII fəsil

 

Yekun müddəalar

 

Maddə 61. Bədən tərbiyəsi və idman sahəsində beynəlxalq əməkdaşlıq

 

61.1.  Bədən  tərbiyəsi  və  idman  sahəsində  beynəlxalq  əməkdaşlıq  beynəlxalq 



müqavilələrə və qanunvericiliyə əsasən həyata keçirilir.

 

61.2.  Respublika  bədən  tərbiyəsi



-

idman  təşkilatları  beynəlxalq  əlaqələrində 

müstəqildirlər. Onlar xarici ölkələrin idman təşkilatları ilə münasibətlərində beynəlxalq 

idman  təşkilatları  tərəfindən  təsdiq  olunmuş  reqlament  və  tələblərə  və  Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət edirlər.

 

61.3. Ölkə ərazisində beynəlxalq bədən tərbiyəsi



-

idman təşkilatları və onların filialları 

 

nümayəndəlikləri  yaradıla  bilər.  Respublika  bədən  tərbiyəsi



-

idman  təşkilatları 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  öz  fəaliyyətlərinin  həyata  keçirilməsinə 

əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri cəlb etmək, həmçinin xarici dövlətlərdən, 

beynəlxalq təşkilatlardan, xarici təşkilatlardan, əcnəbilərdən və vətəndaşlığı olmayan 

şəxslərdən  aldıqları  maliyyə  vəsaitləri  və  başqa  növ  əmlak  üzərində  müstəqil 

sərəncam vermək hüququna malikdirlər.

 

61.4.  Beynəlxalq  bədən  tərbiyəsi



-

idman  təşkilatlarının  Azərbaycan  Respublikası 

ərazisində fəaliyyətini həyata keçirən strukturlarının tərkibinə dövlət və ya bələdiyyə 

qulluğunda vəzifələr tutan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada daxil ola 

bilərlər.

 

61.5.  Beynəlxalq  yarışlarda  Azərbaycan  Respublikasını  rəsmi  təmsil  etmək  hüququ 



müvafiq  icra  hakimiyyəti  orqanına,  Milli  Olimpiya,  Paralimpiya,  Deflimpiya,  Xüsusi 

Olimpiya komitələrinə, respublika idman federasiyalarına və müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilmiş bədən tərbiyəsi

-

idman təşkilatlarına məxsusdur.



 


Maddə 62. Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının 



müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Maddə 63. Qanunun qüvvəyə minməsi

 

63.1. Bu Qanun 



dərc edildiyi gündən qüvvəyə minir. 

 

63.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Bədən tərbiyəsi və idman haqqında” 1997



-

ci  il  23  dekabr  tarixli  417-

IQ  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  1998

-

ci il, № 11, maddə 642; 



2001-

ci  il,  №  12,  maddə  736;  2005

-

ci  il,  №  8,  maddə  684;  2007



-

ci  il,  №  5,  maddə 

401; 2008-

ci il, № 7, maddə 602) qüvvədən düşmüş hesab edilir. 

 

İlham


  

Əliyev,


 

Azərbaycan

  

Respublikasının  



Prezidenti. 

Bakı şəhəri, 30 iyun 2009



-cu il. 

 

Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə