Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

16.6.5. 

beynəlxalq 

əməkdaşlıq 

sahəsində 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyinə  uyğun  olaraq  müvafiq  beynəlxalq  qurumlarla,  o  cümlədən 

Beynəlxalq  Paralimpiya  Komitəsi,  Deflimpiya  və  Xüsusi  Olimpiya  təşkilatları  ilə 

müqavilələr  bağlayır,  xarici  dövlətlərin  Paralimpiya  Komitəsi,

 

Deflimpiya  və  Xüsusi 



Olimpiya  təşkilatları  ilə  əlaqələr  yaradır,  əməkdaşlıq  edir,  ölkədə  keçirilən  tədbirlərə 

onları dəvət edir, xarici ölkələrdə təşkil edilən idman tədbirlərində iştirak edir.

 

16.7. Paralimpiya, deflimpiya, xüsusi olimpiya idman növləri üzrə respublika yarışları 



təqvim  planına  uyğun,  yarışın  əsasnaməsi,  qaydaları  və  iştirakçıların  funksional 

imkanları  çərçivəsində  tibbi  tələblər  təsnifatı  nəzərə  alınmaqla  təşkil  olunur  və 

keçirilir.

 

16.8.  Respublika  və  beynəlxalq  miqyaslı  yarışlarda  iştirak  zamanı  idmançılar 



Paralimpiya,  Deflimpiya  və  Xüsusi  Olimpiya  komitələri  tərəfindən  icbari  qaydada 

sığorta olunurlar.

 

IV fəsil

 

Təhsil və səhiyyə sistemində, vətəndaşların iş, yaşayış və istirahət yerlərində 



bədən tərbiyəsi və idmanın təşkili

 

Maddə 17. Təhsil müəssisələrində bədən tərbiyəsi və idman

 

17.1.  Məktəbəqədər yaşlı uşaqların,  şagirdlərin və tələbələrin sağlamlığını qorumaq 



və  möhkəmləndirmək,  onlarda  fiziki  kamilliyə  və  sağlam  həyat  tərzinə  tələbatı 

formalaşdırmaq təhsil müəssisələrinin əsas vəzifələrindəndir.

 

17.2. Təhsil müəssisələri bədən tərbiyəsi ilə məşğul olma formalarını, bədən tərbiyəsi 



vasitələrini,  idman  və  hərəkət  fəallığı  növlərini  dövlət  təhsil  standartları  və  fiziki 

hazırlıq  normativləri  əsasında  yerli  şəraiti  və  təhsil  alanların  maraqlarını  nəzərə 

almaqla müəyyən edirlər.

 

17.3.  Təhsil  müəssisələrində  bədən  tərbiyəsi  dərsləri  müasir  tələblərə  müvafiq 



surətdə, təhsil alan uşaq və gənclərin maraqları, yaşı və sağlamlıq səviyyələri nəzərə 

alınmaqla təşkil edilməlidir.

 

17.4. Təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin metodoloji və maddi



-texniki 

bazası 


müntəzəm 

olaraq 


inkişaf 

etdirilməli, 

təkmilləşdirilməli 

və 


möhkəmləndirilməlidir.

 

17.5.  Təhsil  müəssisələrində  bədən  tərbiyəsi  və  təhsilin  təşkili  aşağıdakıları  əhatə 



edir: 

17.5.1.  əsas  təhsil  proqramları  çərçivəsində  dövlət  təhsil  standartları  ilə  müəyyən 

edilmiş  həcmdə  bədən  tərbiyəsi  üzrə  məcburi  dərslərin,  həmçinin  əlavə  təhsil 

proqramları  çərçivəsində  əlavə  (fakültativ)  bədən  tərbiyəsi  və  idman  məşğələlərinin 

keçirilməsini;

 



17.5.2

.  təhsil  alanlarla  kompleks  bədən  tərbiyəsi

-

sağlamlıq  və  idman  tədbirlərinin 



keçirilməsi  üçün  müvafiq  şəraitin  yaradılmasını,  o  cümlədən  idman  avadanlığı  və 

alətləri ilə təchiz edilməsini;

 

17.5.3.  fərdi  xüsusiyyətləri  və  sağlamlığı  nəzərə  alınmaqla,  təhsil



 

alan  şəxslərdə 

bədən  tərbiyəsi  vərdişlərinin  formalaşdırılması,  onların  bədən  tərbiyəsi  və  idmanla 

məşğul olmağa cəlb edilməsi üçün tədbirlərin həyata keçirilməsini;

 

17.5.4. sağlamlığında qüsuru olan təhsil alanların bədən tərbiyəsini;



 

17.5.5. gündəlik rejimdə bədən tərbiyəsi

-

sağlamlıq tədbirlərinin həyata keçirilməsini;



 

17.5.6.  uşaqlarla  məktəbdənkənar  bədən  tərbiyəsi  və  idman  işinin  aparılmasını,  o 

cümlədən uşaq və gənclərin asudə vaxtlarında və tətil zamanı fəal bədən tərbiyəsi və 

idman məşğələlərinə cəlb edilməsini;

 

17.5.7. bədən tərbiyəsinin təşkilinə tibbi nəzarətin həyata keçirilməsini;



 

17.5.8.  valideynlərdə  uşaqların  sağlamlığına  və  bədən  tərbiyəsinə  məsuliyyətli 

münasibətin formalaşdırılmasını;

 

17.5.9. şagirdlərin və tələbələrin fiziki hazırlığı  və



 

fiziki inkişafının illik monitorinqinin 

keçirilməsini.

 

17.6. Məktəbəqədər yaşlı uşaqların bədən tərbiyəsi məktəbəqədər təhsil proqramına 



həftədə  on  saatdan  az  olmamaqla  əyləncəli  oyun  xarakterli  bədən  tərbiyəsi 

dərslərinin salınması və aparılması ilə həyata keçirilir.

 

17.7.  Sağlamlığında  və  ya  fiziki  inkişafında  qüsuru  olan  (xüsusi  tibbi  qruplara  aid 



edilmiş)  təhsil  alan  şəxslərlə  ümumtəhsil,  xüsusi  təmayüllü,  eləcə  də  digər  təhsil 

müəssisələrində məsləhət görülmüş fərdi reabilitasiya proqramı çərçivəsində

 

məcburi 


məşğələlər keçirilir.

 

17.8.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bədən  tərbiyəsi  dərslərinin  və  idman 



məşğələlərinin  yüksək  səviyyədə  keçirilməsini,  tədris  planlarına  və  təhsil 

standartlarına  uyğun  olaraq  çağırışaqədər  yaşlı  gənclərin  və  çağırışçıların

 

hərbi 


xidmətə zəruri fiziki hazırlığını təmin edir, təhsil alanların üzməyi öyrənməsi, müəyyən 

edilmiş idman normativlərini yerinə yetirə bilməsi üçün şərait yaradır.

 

17.9.  Dərsdənkənar  bədən  tərbiyəsi  və  idman  işlərini  planlı  surətdə  daimi  həyata 



keçirmək,  idman  növləri  üzrə  bölmələrin  fəaliyyətini  təşkil  etmək,  perspektivli  gənc 

idmançıların hazırlanmasına kömək göstərmək, şagird və tələbələrin bədən tərbiyəsi 

tədbirlərində  və  idman  yarışlarında  fəal  iştirakını  təmin  etmək  məqsədi  ilə 

ümumtəhsil, ilk peşə

-

ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin (o cümlədən özəl 



təhsil müəssisələrinin) strukturunda idman klubları yaradılır.

 

17.10.  Təhsil  müəssisələri  şagird  və  tələbələrin  hərbi



-

fiziki  hazırlığını  hərbi 

komissarlıqlar,  gənclər  təşkilatları,  könüllü  hərbi  vətənpərvərlik  və  texniki

-idman 


cəmiyyətləri və digər təşkilatlarla birlikdə həyata keçirirlər.

 



Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə