Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   ...   9   10   11   12   13   14   15   16   17

28.2.1.  uşaq

-

gənclər  idman  məktəblərinin,  olimpiya  ehtiyatı  məktəblərinin,  olimpiya 



hazırlığı  mərkəzlərinin  profilləri  üzrə  bilavasitə  onlara  məxsus  olan  tədris

-idman 


bazaları, idman zalları və digər idman obyektləri;

 

28



.2.2.  xüsusi  idman  avadanlığı,  ləvazimatı  və  alətləri  ilə  təchiz  edilmiş  idman 

kompleksləri,  təlim

-

idman  bazaları,  üzgüçülük  hovuzları,  idman  zalları,  idman



-

sağlamlıq düşərgələri və sair;

 

28.2.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlərə uyğun 



olaraq  olimpiya  ehtiyatı  məktəbləri  və  olimpiya  hazırlığı  mərkəzləri  üçün  yataqxana 

(yeməkxanası olmaqla);

 

28.2.4.  idman  təkmilləşdirmə  və  yüksək  idman  ustalığı  qruplarında  hazırlıq  keçən 



şəxslər,  eləcə  də  idman  növləri  üzrə  ixtisaslaşdırılmış  siniflərdə  təhsil  alanlar  üçün 

pulsuz qidalanma. 

28.3.  Müvafiq  icra  hakimiyyəti  orqanı  öz  imkanları  daxilində  ehtiyat  idman 

qüvvələrinin  hazırlığını  həyata  keçirən  idman  təşkilatlarının,  xüsusilə  uşaq

-

gənclər 


idman  məktəblərinin,  olimpiya  hazırlığı  mərkəzlərinin  idman  qurğuları,  idman 

avadanlığı,  texniki  vasitələr,  idman  geyimi  və  digər  ləvazimatlarla  təchiz  edilməsinə 

yardım göstərir.

 

28.4.  Dövlət  və  bələdiyyə  təhsil  müəssisələri  onlara  məxsus  idman  obyektlərindən 



dərslərdən sonrakı vaxtlarda, istirahət və tətil günlərində müvafiq ərazilərdə yerləşən 

bədən  tərbiyəsi

-

idman  təşkilatlarının,  o  cümlədən  bu  sahə  üzrə  məktəbdənkənar 



təhsil  müəssisələrinin  tələbatlarına  uyğun  istifadə  edə  bilmələrinə  şərait  və  imkan 

yaratmalıdırlar.

 

VI fəsil

 

Milli yığma koman



dalar 

Maddə 29. Milli yığma komandaların təşkili

 

29.1. Milli yığma komandalar müvafiq yaş qrupları üzrə əsas və ehtiyat heyətlərdən 



ibarətdir.

 

29.2.  Milli  yığma  komandaların  heyətinə  daxil  olan  idmançılar,  məşqçilər  və  digər 



mütəxəssislərin  siyahısı  müvafiq  respublika  idman  federasiyalarının  rəyi  nəzərə 

alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

 

29.3.  Milli  yığma  komandaların  maddi



-texniki,  elmi-metodiki,  tibbi-

bioloji,  tibbi  və 

antidopinq  təminatı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş 

qaydada həyata keçirilir.

 

Maddə 30. Milli yığma komandaların formalaşdırılması

 

30.1.  Müxtəlif  idman  növləri  üzrə  milli  yığma  komandalara  namizəd  idmançıların 



siyahıları  hər  il  respublika  idman  federasiyaları  tərəfindən  müəyyənləşdirilir  və 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

 



30.2. 

Milli 


yığma 

komandalara 

namizəd 

idmançıların 

siyahılarının 

formalaşdırılmasının  ümumi  prinsip  və  meyarları,  bu  siyahıların  təsdiq  olunması 

qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

30.3. Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq yarışlarda 



iştirakı zamanı elmi

-

metodiki və tibbi təminatı müvafiq icra hakimiyyəti orqanları, Milli 



Olimpiya,  Paralimpiya,  Deflimpiya,  Xüsusi  Olimpiya  komitələri  və  respublika  idman 

federasiyaları tərəfindən həyata keçirilir.

 

30.4. Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq yarışlarda 



iştirakı elmi

-

kompleks qrupları tərəfindən işlənmiş və müvafiq icra hakimiyyəti orqanı 



tərəfindən təsdiq edilmiş hazırlıq proqramları və planları əsasında həyata keçirilir.

 

Maddə 31. İdmanda dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə 



qarşı fəaliyyət

 

31.1.  İdmançılar  tərəfindən,  habelə  idman  yarışlarında  iştirak  edən  heyvanlara 



münasibətdə  dopinq  vasitələri  və  (və  ya)  metodlarından  istifadə  olunmasına  yol 

verilmir.  İdmanda  istifadəsi  qadağan  olunmuş  dopinq  vasitələri  və  (və  ya) 

metodlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

 

31.2.  Dopinq  nəzarəti  idmançıların  orqanizmində  və  idman  yarışlarında  iştirak  edən 



heyvanlarda  dopinq  vasitələrinin  mövcud  olması  və  ya  idmançılar  tərəfindən  idman 

yarışlarına  hazırlıq  zamanı  dopinq  vasitələri  və  (və  ya)  metodlarından  istifadə 

olunması  faktının  müəyyən  edilməsi  məqsədi  ilə  bioloji  nümunələrin  götürülməsi  və 

onların tədqiqidir.

 

31.3.  Dopinq  vasitələrindən  və  (və  ya)  metodlarından  istifadəyə  qarşı  tədbirlər 



aşağıdakılardan ibarətdir:

 

31.3.1. beynəlxalq və respublika idman yarışlarının keçirilməsi zamanı icbari dopinq 



nəzarətinin müəyyən edilməsi;

 

31.3.2. dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə, həmçinin onlardan 



istifadəyə məcbur etməyə və ya istifadəni təbliğ etməyə görə məsuliyyətin müəyyən 

edilməsi;

 

31.3.3.  dərman  vasitələrinin  və  qidaların  tərkibinə  dopinq  vasitələri  əlavə  etməklə 



onların  saxtalaşdırılmasına,  belə  dərman  vasitələrinin  və  qida  məmulatlarının 

satılmasına, həmçinin dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin 

vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların 

yayılmasına görə məsuliyyətin müəyyən edilməsi;

 

31.3.4.  dopinq  vasitələrindən  və  (və  ya)  metodlarından  istifadənin  qarşısının 



alınması;

 

31.3.5. dopinq nəzarətini həyata keçirən mütəxəssislərin peşəkarlığının artırılması;



 


Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə