Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   ...   9   10   11   12   13   14   15   16   17

36.1.  Ölkə  ərazisində  tanınmış  idman  növləri  və  fənləri  idman  növlərinin  dövlət 

reyestrinə  daxil  edilir.  İdman  növlərinin  dövlət  reyestrinin  aparılması  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

36.2.  Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  tanınmamış  və  idman  növlərinin 



dövlət  reyestrinə  daxil  edilməmiş  idman  növlərinin  Azərbaycan  Respublikası 

ərazisində təbliği və yayılması qadağandır.

 

Maddə 37. İdman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları, 

idman hakimlərinin təsnifat dərəcələri

 

37.1. Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları, 



idman  dərəcələri,  məşqçilərin  təsnifat  kateqoriyaları  və  idman  hakimlərinin  təsnifat 

dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

37.2.  İdman  adları,  idman  dərəcələri,  məşqçilərin  təsnifat  kateqoriyaları  və  idman 



hakimlərinin  təsnifat  dərəcələrinin  tələb  və  normativləri  müvafiq  idman  növləri  üzrə 

respublika  idman  federasiyalarının  təqdimatlarına  uyğun  olaraq  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilir  və  Vahid  idman  təsnifatında  öz  əksinin 

tapır.


 

Maddə 38. Respublika Vahid idman təsnifatı

 

38.1.  Respublika  Vahid  idman  təsnifatı  idman  növlərinin  dövlət  reyestrinə  daxil 



edilmiş  idman  növləri  üzrə  müvafiq  idman  adları,  idman  dərəcələri,  məşqçilərin 

təsnifat  kateqoriyaları  və  idman  hakimlərinin  təsnifat  dərəcələrinin  verilməsi  üçün 

zəruri  normaları,  tələbləri  və  onların  yerinə  yetirilməsi  şərtlərini  müəyyən  edir. 

Respublika Vahid idman təsnifatının əsasnaməsi ilə bu norma və şərtlərin məzmunu, 

eləcə  də  idman  adları  və  dərəcələrinin  verilməsi  qaydaları  müəyyənləşdirilir. 

Respublika  Vahid  idman  təsnifatının  əsasnaməsi  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq edilir.

 

38.2. İdman hakimlərinə təsnifat dərəcələrinin verilməsi qaydaları, müvafiq dərəcələr 



üçün tələb olunan təsnifat norma və tələbləri, eləcə də idman hakimlərinin hüquq və 

vəzifələri  idman  hakimləri  haqqında  əsasnamə  ilə  müəyyən  edilir.  İdman  hakimləri 

haqqında  əsasnamə  idman  növləri  üzrə  respublika  idman  federasiyalarının 

təqdimatına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

38.3.  Respublika Vahid idman təsnifatı müvafiq icra hakimiyyəti orqanlarının,  idman 



növləri  üzrə  respublika  idman  federasiyalarının,  Milli  Olimpiya,  Paralimpiya, 

Deflimpiya, Xüsusi Olimpiya komitələrinin təklifləri nəzərə alınmaqla formalaşdırılır və 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

38.4.  İdman  adları,  idman  dərəcələri,  məşqçilərin  təsnifat  kateqoriyaları,  idman 



hakimlərinin təsnifat dərəcələri və fəxri idman adları müvafiq icra hakimiyyəti orqanı

 

və  onun  tərəfindən  müəyyən  edilmiş  bədən  tərbiyəsi



-

idman  təşkilatları  tərəfindən 

verilir. 



Maddə 39. Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman 

tədbirlərinin Vahid təqvim planı

 

39.1. Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid 



təqvim planı Azərbaycan Respublikası ərazisində keçirilən bədən tərbiyəsi və idman 

tədbirlərinin,  kütləvi  kompleks  tədbirlərin,  respublika  və  beynəlxalq  yarışların,  eləcə 

də  milli  yığma  komandaların  beynəlxalq  yarışlara  hazırlıq  və  iştirakını  təmin  edən 

tədbirlərin siyahısını, keçirilmə vaxtı və yerini müəyyən edən əsas sənəddir.

 

39.2. Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid 



təqvim  planı  respublika  idman  federasiyalarının  təqdimatları  əsasında  müv

afiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  hazırlanır,  yeni  təqvim  ilinin  ərəfəsində  təsdiq  edilir, 

müvafiq  icra  hakimiyyəti  orqanlarına,  respublika  miqyaslı  bədən  tərbiyəsi

-idman 

təşkilatlarına, respublika idman federasiyalarına göndərilir. Bu sənəd həmçinin



 

bədən 


tərbiyəsi  və  idman  üzrə  mətbuat  orqanlarında  ölkə  idman  ictimaiyyətinin 

məlumatlandırılması üçün dərc edilir və yayımlanır.

 

39.3. Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid 



təqvim  planına  daxil  edilmiş  bədən  tərbiyəsi  tədbirlərinin  və  idman  yarışlarının 

maliyyələşdirilməsi qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin 

normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

Maddə 40. Bədən tərbiyəsi



-

sağlamlıq və idman tədbirlərinin təşkili və 

keçirilməsi

 

40.1  Bədən  tərbiyəsi



-

sağlamlıq  və  idman  tədbirlərinin  təşkilatçıları  tədbirlərin 

keçirilməsi qaydalarını və şərtlərini müəyyən edir, onların təşkili və keçirilməsinə görə 

cavabdehdirlər. Təşkilatçılar tədbirləri dayandırmaq, keçirilmə vaxtlarını dəyişdirmək, 

yekunlaşdırmaq və yekunlarını təsdiq etmək hüquqlarına malikdirlər.

 

40.2.  Bədən  tərbiyəsi



-

sağlamlıq  və  idman  tədbirlərinin  adlarından və  simvollarından 

istifadə  etmək  hüququ  yalnız  onun  təşkilatçılarına  məxsusdur.  Tədbirlərin  keçirildiyi 

yerlərdə  reklamların  yerləşdirilməsi,  tədbirlərin  televiziya  və  radio  vasitəsi  ilə 

işıqlandırılması,  eləcə  də  yayımların  yazılışlarının  və  fotoçəkilişlərinin  aparılması, 

tədbirlərdə  istifadə  olunan  idman  geyimləri,  avadanlığı  və  ləvazimatlarının

 

istehsalçılarının  müəyyən  edilməsi  hüquqları  bu  tədbirlərin  təşkilatçılarına 



məxsusdur.

 

40.3.  Hüquqi  və  fiziki  şəxslər  bu  Qanunun  40.2



-

ci  maddəsində  göstərilmiş 

hüquqlardan  yalnız  onlarla  tədbirlərin  təşkilatçıları  arasında  bağlanmış  müqavilələr 

əsasında istifadə edə bilərlər.

 

40.4.  Bədən  tərbiyəsi



-

sağlamlıq  tədbirləri  və  idman  yarışları  onların  təşkilatçıları 

tərəfindən  təsdiq  olunmuş  tədbirlər  və  ya  yarışlar  haqqında  əsasnamələrə 

(reqlamentlərə) uyğun və müvafiq idman növləri üzrə  qaydalar əsasında təşki

l  edilir 

və keçirilir.

 



Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə