Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 24. Uşaq və gənclərin bədən tərbiyəsi sistemi



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   ...   9   10   11   12   13   14   15   16   17

Maddə 24. Uşaq və gənclərin bədən tərbiyəsi sistemi

 

24.1.  Uşaq  və  gənclərin  bədən  tərbiyəsi  sistemi  uşaqlar  və  gənclər  arasında  təlim



-

tədris  prosesini,  kütləvi  idman  tədbirlərinin  keçirilməsini,  idman  məşğələlərində, 

yarışlarda, o cümlədən beynəlxalq yarışlarda onların iştirakını nəzərdə tutur.

 

24.2.  Ümumtəhsil,  ilk  peşə



-

ixtisas,  orta  ixtisas  və  ali  təhsil  müəssisələrinin  tədris 

proqramlarına  sağlamlığın  möhkəmləndirilməsi,  fiziki  inkişaf,  hərəkət  fəallığına 

tələbatın ödənilməsi, habelə uşaq və gənclərin fiziki hazırlıq səviyyələrinin artırılması 

və  təkmilləşdirilməsi  məqsədi  ilə  təcrübənin  qazanılması  üçün  bədən  tərbiyəsinin 

məcburi tədrisi daxil edilir.

 

24.3.  Bədən  tərbiyəsi  sistemində  uşaq



-

gənclər  idman  məktəbləri,  idman  klubları, 

yüksək  idman  ustalığı  məktəbləri,  olimpiya  hazırlığı  mərkəzləri,  idman  qurğuları  və 

idman geyimlərinin istehsalı üzrə təşkilatlar, uşaqların və gənclərin bədən tərbiyəsinə 

yönəldilən ictimai birliklər yaradıla və fəaliyyət göstərə bilər.

 

Maddə 25. Bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar təhsil 



müəssisələri

 

25.1.  Bədən  tərbiyəsi  və  idman  sahəsində  məktəbdənkənar  təhsil  müəssisələrinə 



aşağıdakılar aiddir:

 

25.1.1. uşaq



-

gənclər idman məktəbləri;

 

25.1


.2. uşaq

-

gənclər texniki idman məktəbləri;



 

25.1.3. uşaq

-

gənclər adaptiv idman məktəbləri;



 

25.1.4. ixtisaslaşdırılmış olimpiya ehtiyatı uşaq

-

gənclər idman məktəbləri;



 

25.1.5. yüksək idman ustalığı məktəbləri;

 

25.1.6. olimpiya ehtiyatı məktəbləri;



 

25.1.7. ol

impiya hazırlığı mərkəzləri.

 

25.2. Uşaq



-

gənclər idman məktəbləri və uşaq

-

gənclər texniki idman məktəbləri uşaq 



və  gənclərin  ayrı

-

ayrı  idman  növləri  üzrə  daimi  məşğul  olmağa  cəlb  edilmələrini, 



onların  idmanda  xüsusi  bilik  və  bacarıqlara  yiyələnmələrini,  hərtərəfli  inkişaf  etmiş 

gənc idmançıların hazırlanmasını və digər bu kimi məsələlərin həllini təmin edir.

 

25.3. Mülkiyyət formasından asılı olmayaraq uşaq



-

gənclər idman məktəbləri və uşaq

-

gənclər  texniki  idman  məktəbləri  öz  fəaliyyətlərini  müvafiq  icra  hakimiyyəti  orqanı 



tərəfindən təsdiq edilmiş proqram və normativlər əsasında həyata keçirirlər.

 

25.4.  İxtisaslaşdırılmış  olimpiya  ehtiyatı  uşaq



-

gənclər  idman  məktəbləri,  yüksək 

idman ustalığı məktəbləri, olimpiya ehtiyatı məktəbləri və olimpiya hazırlığı mərkəzləri 

müxtəlif idman növləri üzrə milli yığma komandalara ehtiyat idman qüvvələrinin təmin 




edilməsi  məqsədi  ilə  hərtərəfli  inkişaf  etmiş  yüksək  dərəcəli  idmançıların 

hazırlanmasını həyata keçirirlər.

 

25.5.  Ehtiyat  idman  qüvvələrinin,  yüksək  dərəcəli  idmançıların  hazırlanması 



mərhələləri  və  müddəti  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müxtəlif  idman 

növləri üzrə təsdiq edilmiş proqram və normativlər əsasında müəyyən edilir.

 

Maddə 26. Uşaq

-

gənclər idman birlikləri

 

26.1.  Uşaq



-

gənclər  idman  birlikləri  ehtiyat  idman  qüvvələrinin  və  yüksək  səviyyəli 

idmançıların hazırlanmasını həyata keçirirlər.

 

26.2. Uşaq



-

gənclər idman birlikləri aşağıdakılardır:

 

26.2.1. bədən tərbiyəsi kollektivləri;



 

26.2.2. uşaq idman klubları;

 

26.2.3. məhəlli idman klubları;



 

26.2.4. bədən

 

tərbiyəsi



-

sağlamlıq və idman bölmələri.

 

Maddə 27. Bədən tərbiyəsi və idmanla məşğul olan uşaq və gənclərə həkim 

nəzarəti

 

27.1. Bədən tərbiyəsi dərslərinə, habelə idman məşğələlərinə və yarışlarına dövlət və 



bələdiyyə  tibb  müəssisələrində  tibbi  müayinədən  keçən  uşaqlar  və  gənclər 

buraxılırlar.

 

27.2. Tibbi-



bədən tərbiyəsi dispanserləri, poliklinikaların yetkinlik yaşına çatmayanlar 

üçün  nəzərdə  tutulan  kabinetləri,  sahə  həkimləri  bədən  tərbiyəsi  və  idman  üzrə 

məşqçilər və təlimatçılarla birgə idmanla məşğul olan uşaq və gənclərin qeydiyyatını 

aparır,  onların  sağlamlıqlarının,  fiziki  inkişafının  vəziyyətinə  və  səviyyəsinə  həkim 

nəzarətini həyata keçirirlər.

 

27.3. Tibb müəssisələri tərəfindən verilən rəsmi tibbi icazə sənədləri olmadan bədən 



tərbiyəsi  və  idmanla  məşğul  olmağa  cəlb  edilmiş  və  idman  yarışlarına  buraxılmış 

uşaq  və  gənclərin  sağlamlıqlarına  vurulmuş  zərərə  görə  müvafiq  təhsil 

məktəbdənkənar  təhsil  müəssisələrinin  və  bədən  tərbiyəsi

-

idman  təşkilatlarının 



rəhbərləri məsuliyyət daşıyırlar.

 

Maddə 28. Ehtiyat idman qüvvələrinin hazırlığı üçün maddi



-

texniki bazanın və 

şəraitin yaradılması

 

28.1. Dövlət ehtiyat idman qüvvələrinin hazırlığı və inkişafı üçün maddi



-texniki  baza 

yaradır.


 

28.2. Ehtiyat idman qüvvələrinin hazırlanması məqsədi ilə maddi

-texniki baz

a əsasən 

aşağıdakılardan ibarətdir:

 



Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə