Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   ...   9   10   11   12   13   14   15   16   17

40.5.  Bədən  tərbiyəsi

-

sağlamlıq  tədbirləri  və  idman  yarışlarının  keçirilməsi  zamanı 



yarış iştirakçılarının, tamaşaçıların təhlükəsizliyini və ictimai asayişin təmin edilməsini 

müvafiq icra hakimiyyəti orqanı və tədbirlərin təşkilatçıları həyata keçirirlər.

 

Maddə 41. İdman növlərinin qaydaları

 

41.1.  İdman  növlərinin  dövlət  reyestrinə  daxil  edilmiş  idman  növlərinin  qaydaları 



müvafiq  idman növləri  üzrə  beynəlxalq  təşkilatların  təsdiq  etdikləri  qaydalara  uyğun 

olaraq  respublika  idman  fede

rasiyaları  tərəfindən  hazırlanır  və  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

41.2.  Hərbi



-

tətbiqi  və  xidməti

-

tətbiqi  idman  növlərinin  qaydaları  müvafiq  icra 



hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

41.3.  Milli  idman  növlərinin  qaydaları



 

idman  növləri  üzrə  respublika  idman 

federasiyaları  tərəfindən  hazırlanır  və  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

təsdiq edilir.

 

Maddə 42. İdmançıların hüquq və vəzifələri

 

42.1. İdmançıların hüquqları aşağıdakılardır:



 

42.1.1. maraq göstərdikləri idman növünü (növlərini) seçmək;

 

42.1.2.  idman  növlərinin  qaydalarına  və  yarışlar  haqqında  əsasnamələrə  uyğun 



olaraq seçdikləri idman növü üzrə yarışlarda iştirak etmək;

 

42.1.3.  respublika  Vahid  idman  təsnifatının  tələblərini  yerinə  yetirməklə  idman 



dərəcələri

 

və adları almaq;



 

42.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqavilələri bağlamaq;

 

42.1.5. respublika və beynəlxalq miqyaslı idman yarışlarına hazırlıq tədbirlərində və 



yarışlarda  iştirak  zamanı  əsas  iş  yerində  orta  aylıq  əmək  haqqını  saxlamaq  və 

təhsildən  müvafiq  müddətlərə  azad  edilmək  və  qanunvericiliklə  müəyyən  edilmiş 

güzəştlərdən istifadə etmək;

 

42.1.6.  idman  yarışlarına  hazırlıq  və  yarışlarda  iştirak  zamanı  dövlət  mülkiyyətində 



olan  idman  obyektlərindən  və  idman  avadanlıqlarından,  tibbi  xidmət  və  nəzarətdən 

ödənişsiz istifadə etmək, geyim, yol, yataq, yemək və digər xərclərlə təmin olunmaq;

 

42.1.7.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  digər 



hüquqlardan istifadə etmək.

 

42.2. İdmançıların vəzifələri aşağıdakılardır:



 

42.2


.1.  respublika  və  beynəlxalq  idman  yarışlarında  mənsub  olduqları  idman 

təşkilatlarını, rayonu, şəhəri, ölkəni ləyaqətlə təmsil etmək;

 



42.2.2.  təlim

-

məşq  proseslərində  və  digər  hazırlıq  tədbirlərində  fəal  iştirak  etmək, 



məşqçilərin  tapşırıq  və  tələblərini  yerinə  yetirmək,  idman  ustalıqlarının  səviyyəsini 

daim yüksəltmək;

 

42.2.3.  təlim



-

məşq  proseslərində  və  yarışlarda  iştirak  zamanı  təhlükəsizlik 

qaydalarına və tələblərinə riayət etmək;

 

42.2.4. müəyyən olunmuş qaydalar əsasında məcburi dopinq nəzarətindən keçmək, 



dopinq vasitələrindən və (və ya) metodlarından istifadə etməmək;

 

42.2.5. idman sahəsində etik normalara riayət etmək;



 

42.2.6.  yarışlarda  iştirak  zamanı  yarışların  əsasnaməsinə  və  yarış  təşkilatçılarının 

tələblərinə riayət etmək;

 

42.2.7. mütəmadi olaraq tibbi müayinədən keçmək, sanitariya



-

gigiyena və tibbi norma 

və qaydaların tələblərinə riayət etmək;

 

42.2.8.  bədən  tərbiyəsi  və  idman,  olimpiya  və  beynəlxalq  idman  hərəkatı  haqqında 



biliklərə yiyələnmək;

 

42.2.9.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  digər  vəzifələri  yerinə 



yetirmək.

 

Maddə 43. Məşqçilərin hüquq və vəzifələri

 

43.1. Məşqçilərin hüquqları aşağıdakılardır:



 

43.1.1.  ixtisaslaşdıqları  idman  növü  (növləri)  üzrə  bədən  tərbiyəsi

-idman 

təşkilatlarında, idman məktəblərində məşqçi



-

müəllim vəzifəsini tutmaq və bu sahədə 

əmək fəaliyyəti ilə məşğul olmaq;

 

43.1.2.  müvafiq  normativ  tələblərə  uyğun  olaraq  uşaq  və  gənclər  arasında  seçim 



tədbirlərində iştirak etmək, bu tədbirləri həyata keçirmək;

 

43.1.3. idman növlərinin təlim



-

məşq proqramlarına əsasən ibtidai

-

hazırlıq, təlim



-

məşq 


və təkmilləşdirmə qruplarını komplektləşdirmək, onların fəaliyyətini təşkil etmək;

 

43.1.4.  perspektivli  və  yüksək  dərəcəli  idmançıların  hazırlanması  üçün  yaradılmış 



imkanlardan istifadə etmək;

 

43.1.5. yüksək nəticələr göstərən, milli yığma komandaların heyətlərində yer tutmuş 



yetişdirmələrinə görə mükafatlandırılmaq və dövlət təltiflərinə təqdim edilmək;

 

43.1.6.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  digər 



hüquqlardan istifadə etmək.

 

43.2. Məşqçilərin vəzifələri aşağıdakılardır:



 


43.2.1.  fəaliyyət  göstərdikləri  idman  bölmələrində  təlim

-

məşq  prosesini  idman 



növünün təlim

-

məşq proqramına uyğun olaraq təşkil etmək;



 

43.2.2.  idmanla  məşğul  olanların  müəyyən  edilmiş  dövrlərdə  tibbi  müayinədən 

keçmələrini təmin etmək;

 

43.2.3.  idmançıların  məcburi  dopinq  nəzarətindən  keçmələrinə  yardımçı  olmaq, 



dopinq  vasitələrindən  və  qadağan  edilmiş  digər  vasitə  və  metodlardan  istifadə 

edilməsinə yol verməmək;

 

43.2.4. rəhbərlik etdiyi qruplarda yüksək dərəcəli idmançıların hazırlanmasını, onların 



idman ustalıqlarının səviyyələrinin artırılmasını təmin etmək;

 

43.2.5. təlim



-

məşq prosesi zamanı idman qurğularından, texniki vasitələrdən və digər 

idman  avadanlıqlarından  müəyyən  edilmiş  qaydalara  və  normalara  uyğun  olaraq 

səmərəli istifadə etmək;

 

43.2.6.  gənclərin  vətənpərvərlik  ruhunda,  mənəvi  cəhətdən  hərtərəfli  tərbiyə 



olunması, Vətənin müdafiəsinə hazır olmaları istiqamətində fəaliyyət göstərmək;

 

43.2.7.  yetişdirmələrinin  milli  yığma  komandaların  təlim



-

məşq  toplanışlarında,  məşq 

proses

lərində və yarışlarda iştirakını təmin etmək;



 

43.2.8.  öz  üzərində  çalışmaq,  peşə  səviyyəsini  artırmaq,  digər  bilik  və  bacarıqlara 

yiyələnmək;

 

43.2.9.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  digər  vəzifələri  həyata 



keçirmək.

 

Maddə 44. İdman fəaliyyəti haqqında müqavilə

 

44.1.  İdman  fəaliyyəti  haqqında  müqavilə  idmançı  (məşqçi,  mütəxəssis)  və  bədən 



tərbiyəsi

-

idman təşkilatı arasında bağlanan razılaşmanın yazılı formasıdır.



 

44.2. Bədən tərbiyəsi

-

idman təşkilatı idmançının yarışlara hazırlığını, iştirakını, aylıq 



əmək  haqqının  ödənilməsini,  mükafatlarının  verilməsini  və  qanunvericiliyə  zidd 

olmayan digər öhdəliklərin yerinə yetirilməsini təmin edir.

 

44.3. Milli yığma komandaların üzvü olan idmançılarla bağlanan müqavilələr müvafiq 



icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq müvafiq idman növü üzrə respublika idman 

federasiyasında  qeydiyyata  alınır  və  müqavilənin  şərtlərinin  icrası  nəzarətdə 

saxlanılır.

 

Maddə 45. İdmançıların bir idman təşkilatından digərinə keçməsi

 

45.1.  İdmançı  müqavilədə  göstərilən  müddət  başa  çatdıqda  bir  idman  təşkilatından 



digər (eyni zamanda xarici) idman təşkilatına keçmək hüququna malikdir.

 



Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə